Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

41 
 
istifadə  edilməsi,  mövcud  problem  və  təhlükələrin  vaxtında  aşkara  çıxarılıb 
öyrənilməsi  bu  gün  Azərbaycan  üçün  həyati  əhəmiyyət  kəsb  etməsi  zərurətindən 
gündəmdə olan məsələlərdəndir.  
Azərbaycanın  uğurları  nüfuzlu  beynəlxalq  təşkilatların  hesabatlarında  da  öz 
ə
ksini  tapmışdır.  Təsadüfi  deyil  ki,  2009-2010-cu  illər  üçün  hazırlanmış  “Qlobal 
Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci 
yerə,  MDB  ölkələri  arasında  isə  1-ci  yerə  yüksəlmişdir.  Eləcə  də,  “Standard  and 
Poor’s”  Beynəlxalq  Reytinq  Agentliyi  tərəfindən  ölkə  iqtisadiyyatının  hazırkı  real 
vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir. 
Növbəti  mərhələnin  əsas  məqsədlərini  makroiqtisadi  sabitliyin  qorunub 
saxlanılması  və  iqtisadi  inkişafın  dayanıqlılığının  təmin  edilməsi  təşkil  edəcəkdir. 
Eyni  zamanda,  iqtisadi  artımın  keyfiyyətinin  prioritetliyinin  təmin  edilməsi  nəzərdə 
tutulur.  Bu  məqsədlə  iqtisadiyyatın  diversifikasiyasının  (iqtisadiyyatın  bütün 
sahələrinin  paralel  inkişafı)  genişləndirilməsi  nəticəsində  neft  sektorundan  asılılıq 
minimuma  endiriləcək,  innovasiya  sahibkarlığı  əsasında  formalaşan  iqtisadiyyata 
keçid  təmin  ediləcək,  kənd
9
  təsərrüfatı  sahəsində  islahatların  aparılması  məqsədilə 
aqrar  sektorun  inkişafında  intensiv  üsullara  üstünlük  veriləcək  və  bununla  da 
Azərbaycan iqtisadiyyatının da sürətli inkişafına nail olunacaqdır.  
 
 
 
 
 
 
 
 
 
Sxem 2.1. Azərbaycan beynəlxalq inteqrasiya birlikləri sistemində 
                                                 
9
 Şükürov A.M., "Qloballaşmış cəmiyyətlər: dünən, bu gün və sabah", Bakı—2006, s.114 
 
Azərbaycan 
Müstəqil  
Dövlətlər  
Birliyi, 
1993 
Qara Dəniz 
qtisadi 
Ə
məkdaşlıq 
Təşkilatı, 
1993 
qtisadi 
Ə
məkdaşlıq 
Təşkilatı, 
1992 
Türk dünyası 
ölkələri ilə 
inteqrativ 
ə
laqələri 
GUAM 
(Gürcüstan, 
Ukrayna, 
Azərbaycan, 
Moldova), 
1993 


42 
 
Növbəti  illərdə  də  sosial-iqtisadi  siyasətin  başlıca  istiqamətini  ölkə  əhalisinin 
həyat  səviyyəsinin  daha  da  yüksəldilməsi  təşkil  edəcəkdir.  Bu  istiqamətdə  ilk 
növbədə yeni iş yerlərinin açılması üçün addımlar atılacaqdır. Bu istiqamət maliyyə 
böhranından təzəcə dirçəlmiş bütün ölkələrin sosial siyasətinin əsas prioritetini təşkil 
edir. 
Azərbaycanın xarici iqtisadi strategiyasının əsas prioritet istiqamətlərindən biri 
müasir  dünya  təsərrüfat  proseslərinə  aktiv  şəkildə  qoşulmaq,  qlobal  geoiqtisadi 
məkanda baş verən yeni meyllərə adekvat şəkildə reaksiya verməkdən ibarətdir. 
Azərbaycanın  beynəlxalq  inteqrasiya  birliklərində  iştirakı  barədə  ümumi 
məlumatı aşağıdakı şəkildə görmək olar: 
Bütün  ölkələrdə  inteqrasiyanın  inkişafının  nəticəsi  kimi  inteqrasiya  birlikləri 
çərçivəsində beynəlxalq ticarətin artımı çıxış edir. Yuxarıdakı cədvəldə Azərbaycanın 
regional  inteqrasiya  birlikləri  vəticarət  blokarları  ilə  xarici  ticarət  münasibətlərinin 
dinamikası əks olunmuşdur. 
Artıq  ümumilkdə  dünyanın  əksər  dövlətləri  ilə  ticarət  əlaqələri  qurulmuşdur. 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  məlumatına  əsasən,  2014-cü 
ildə  Azərbaycanın  xarici  ticarət  dövriyyəsinin  həcmi  31  mlrd.  ABŞ  dolları,  o 
cümlədən  idxalın  həcmi  9,2  mlrd.  ABŞ  dolları,  ixracın  həcmi  isə  21,8  mlrd.  ABŞ 
dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 147 ölkə ilə ticarət 
sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 
12,6 mlrd. ABŞ dolları olmuşdur. 
2014-cu  il  ərzində  Azərbaycan  Respublikasının  MDB  dövlətləri  ilə  ümumi 
ticarət  dövriyyəsinin  həcmi  2  840,01  mln.  ABŞ  dolları,  o  cümlədən  idxalın  həcmi 
1423,04  mln.  ABŞ  dolları,  ixracın  həcmi  1  416,97  mln.  ABŞ  dolları  təşkil  etmiş, 
xarici ticarət saldosu isə mənfi 6,07 mln. ABŞ dolları olmuşdur. 
2014-cü  il  ərzində  MDB  dövlətlərinin  Azərbaycan  Respublikasının  xarici 
ticarət  dövriyyəsindəki  payı  9,4  %,  o  cümlədən  idxalda  22,6  %,  ixracda  isə  3,7  % 
təşkil etmişdir. 
 
 


43 
 
Cədvəl 2.1. 
2014-cü ildə xarici ticarət dövriyyəsinin və  
ə
laqələrinin vəziyyəti
10
 
 
Xarici ticarət dövriyyəisinin həcmi, mln 
dollarla 
2000-2014-cü illərdə 
artım tempi, (%-lə) 
Cəmi 
31016,3 
10,6 dəfə 
xrac 
21828,6 
12,5 dəfə 
dxal 
9187,7 
11,7 dəfə 
MDB 
2921,3 
- 87,1 
xüsusi çəkisi, %-lə 
9,4 

xrac 
838,1 
-60,8 
dxal 
2083,2 
77,5 
A  
14671,2 
3,9 dəfə 
xüsusi çəkisi, %-lə 
47,3 

xrac 
11567,6 
5,0 dəfə 
dxal 
3103,6 
4,5 dəfə 
Avropa 
17546,0 
8,5 dəfə 
xüsusi çəkisi, %-lə 
56,6 

xrac 
55,0 
9 dəfə 
dxal 
5051,4 
4,6 dəfə 
Asiya 
11024,5 
3,0 dəfə 
xüsusi çəkisi, %-lə 
35,5 

xrac 
7800,3 
3,8 dəfə 
dxal 
3224,2 
1,2 dəfə 
Amerika 
1873,5 
16,7 % 
xüsusi çəkisi, %-lə 
6,0 

xrac 
994,1 
20,5 
dxal 
879,4 
15,7 
Afrika 
546,1 
4,2 dəfə 
xüsusi çəkisi, %-lə 
1,8 

xrac 
539,1 
4,5 dəfə 
dxal 
7,0 
2,3 dəfə 
Okeaniya 
26,2 
3,1 dəfə 
xüsusi çəkisi, %-lə 
0,1 

xrac 
0,5 

dxal 
25,7 

 
MDB çərçivəsində bir sıra mühüm sənədlər tərtib olunmuşdur, o cümlədən: 
•  MDB-nin 2020-ci ilə qədər dövr üçün iqtisadi inkişaf strategiyası; 
•  MDB-nin 2020-ci ilə qədər dövr üçün iqtisadi inkişaf strategiyasının birinci 
mərhələsinin (2009-2011-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planı; 
•  2003-2010-cu  illərdə  iqtisadi  sahədə  MDB  üzv  dövlətləri  arasında 
                                                 
10
 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə