Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

50 
 
imzalanmış,  lakin  ratifikasiya  edilməmişdir.  Təşkilat  çərçivəsində  Bakıda  bir  sıra 
mühüm  tədbirlər,  o  cümlədən  5  may  2006-cı  ildə  Bakıda  ƏT  Dövlət  və  Hökumət 
Başçılarının  9-cu  Sammiti  keçirilmişdir.  2008-ci  il  14-16  dekabr  tarixlərində 
Tehranda  ƏT  üzv  dövlətlərinin  Maliyyə  və  qtisadiyyat  nazirlərinin  3-cü  iclası  və 
2009-cu  ilin  18-19  yanvar  tarixlərində  Tehranda  ƏT  üzv  dövlətlərinin  Ticarətin 
Təşviqi üzrə  Təşkilatlarının 1-ci iclası  keçirilmişdir.  Hazırda  ƏT  çərçivəsində 4-cü 
biznes  forumun  və  ƏT  üzv  ölkələrinin  Ticarət  Təşviqi  üzrə  Təşkilatlarının 
rəhbərlərinin  2-ci  iclasının  2011-ci  ildə  Azərbaycan  Respublikasında  keçirilməsi 
istiqamətində işlər aparılır. 
Azərbaycan  slam  aləminin  tərkib  hissəsi  olaraq,  slam  Konfransı  Təşkilatı 
( KT) ilə sıx əməkdaşlığı inkişaf etdirməkdə davam etmiş, bu təşkilatın regional və 
qlobal  məsələlərin  həllində  siyasi  çəkisinin  və  nüfuzunun  artırılmasına  yardım 
etmişdir.  Müxtəlif  mədəniyyət  və  sivilizasiyaların  qovşağında  unikal  coğrafi 
mövqeyi,  dözümlülük  və  icmalararası  sülh  ənənələri,  mədəni  və  etnik  rəngarənglik 
Azərbaycanın  sivilizasiyalar  arasında  körpü  rolunun  oynamasının  etiraf  edilməsinə 
imkan  yaratmışdır.  KT-yə  üzv  dövlətlərin  Mədəniyyət  nazirlərinin  Tripolidə 
keçirilmiş  beşinci  konfransının  nəticələrinə  görə,  Bakı  2009-cu  ildə  slam 
mədəniyyətinin paytaxtı elan edilmişdir. 
Azərbaycan  Respublikası  KT  çərçivəsində  keçirilən  bütün  toplantı  və 
görüşlərdə fəal iştirak edir.  KT Azərbaycan Respublikasını siyasi arenada ən yüksək 
səviyyədə  dəstəkləyir.  Azərbaycanın  ərazi  bütövlüyü  məsələsi  təşkilatın  bir  sıra 
qətnamələrində öz əksini tapmışdır. 
Ölkəmizə  zəruri  yardımın  göstərilməsi  məqsədilə 
KT  çərçivəsində 
Azərbaycan  Respublikasına  qtisadi  Yardım  haqqında  bir  neçə  Qətnamə  qəbul 
edilmişdir.  Bu  sənədlərdə  üzv  dövlətlər  və  islam  qurumları  tərəfindən  Azərbaycan 
hökumətinə lazımi iqtisadi və humanitar yardımın göstərilməsi, beynəlxalq təşkilatlar 
tərəfindən  Azərbaycana  təcili  maliyyə  və  humanitar  yardımın  təmin  edilməsi  üçün 
tədbirlərin görülməsi kimi əməkdaşlığın prioritet istiqamətləri qeyd olunmuşdur. 
2010-cu  ilin  oktyabr  ayında  stanbulda  KT-nin  qtisadi  və  Ticarət 
Ə
məkdaşlığı  üzrə  Daimi  Komitəsinin  (COMSEC)  26-ci  toplantısı  keçirilmişdir. 


51 
 
Toplantı çərçivəsində, 14-cü Beynəlxalq Biznes Forum keçirilmişdir. 
 Qloballaşmanın  gətirdiyi  yeni  hərəkətlər,  əsrlər  boyunca  tarixi  çətinliklərin 
təsiriylə  parçalanmış,  bir-birindən  ayrı  salınmış  türk  dünyası  qarşısında  da  yeni 
imkanlar  meydana  çıxarmışdır.  Qloballaşmanın  daha  əhəmiyyətli  istiqaməti 
regionallaşmadır. Türk dünyasının regionallaşmağını yeni mərhələyə ucaltmaq üçün 
böyük  imkanlar  yaranmışdır.  Sovet  dövlətinin  dağılması  dünyanın  1/6  tutan 
respublikaların yerləşdiyi böyük sahədə geopolitik vəziyyəti kökündən dəyişdirdi. Bu 
dövlətin tərkibindəki digər cümhuriyyətlər kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, 
Özbəkistan  və  Türkmənistandan  ibarət  olan  türk  respublikaları  da  müstəqilliklərinə 
qovuşaraq dünya istehsal sisteminin azad və bərabər tərəfdaşlarına çevrildilər. Bazar 
iqtisadiyyatının  formalaşdırılması  strategiyasını  mənimsəyən  bu  cümhuriyyətlərin 
ictimai  və  iqtisadi  həyatları  dərin  dəyişikliyə  məruz  qalmışdır.  Bu  ölkələrin 
hamısında  sovetdən  sonrakı  dövrdə  bütün  iqtisadi  əlaqələrin  köklü  şəkildə  yenidən 
qurulması  prosesi  başlamışdır.  Suverenlik  bu  cümhuriyyətlərə  dünya  bazarına 
müstəqil çıxış və öz xarici iqtisadi əlaqələrini yeni prinsiplər üzərində qurmaq imkanı 
vermişdir.  Ancaq  qarışıq  və  sərt  qanunlara  sahib  olan  dünya  bazarı  ilə  ilk  əlaqələr 
dünya  istehsal  əlaqələri  sistemində  nə  qədər  ciddi  problemlərlə  üzləşdiyini  ortaya 
qoymuşdur.  Sovetdaxili  planlı,  bölgə  sistemi  və  ənənəvi  bazarların  itkisi,  ortaq  pul 
sahəsinin  ortadan  qalxması,  dünya  bazarına  xammaldan  başqa  rəqabət  edə  biləcək 
məhsul  çıxarılmaması  bu  ölkələri  dərin  ictimai,  iqtisadi  böhran  vəziyyətinə 
soxmuşdur.  Sovetdən  sonrakı  dövrdə  Azərbaycan  kimi  digər  türk  respublikaları  da 
həyati  əhəmiyyət  daşıyan  bir  çox  iqtisadi  məsələlərə  görə  dünyanın  yaxın  və  uzaq, 
böyük  və  kiçik  dövlətlərinin,  beynəlxalq  və  regional  təşkilatlarının  marağını  cəlb 
edən təbii bir mərkəzə çevrilmişdilər. Enerji ehtiyatları ilə zəngin olan bu geopolitik 
coğrafiyada  dünyanın  bir  çox  böyük  dövlətinin  mənfəətləri  toqquşmaqda  və  belə 
dövlətlər  üzərində  nüfuz  sahəsi  uğrunda  ciddi  mübarizələr  yaşanmaqdadır.  XIX 
yüzilin sonu və XX yüzilin əvvəllərində böyük dövlətlərin burada həyata keçirdikləri 
“böyük oyun”, indi başqa üsullarla həyata keçirilməkdədir. Bu nüfuz mübarizəsinə az 
qala  dünyanın  bütün  böyük  dövlətləri  bu  və  ya  digər  şəkildə  qatılmaqdadırlar. 
Sovetdən  sonrakı  türk  cümhuriyyətlərinin  zəngin  bazarı  uğrunda  mübarizə  bölgədə 


52 
 
mövcud  üç  güc  mərkəzinin  –  Rusiya,  Türkiyə  və  ran  arasında  davam  etməkdədir. 
Dünyanın  geopolitik  araşdırmalarında  sovetdən  sonrakı  türk  respublikalarından 
Azərbaycan,  Qazaxıstan  və  Özbəkistan  da  geopelitik  mərkəz  kimi  qeyd 
olunmaqdadır.  Bilindiyi  kimi  geopolitik  mərkəzlərə  dövlətlər  sahib  olduqları  gücə 
görə  deyil,  onların  yerləşdiyi  məkanın  zərurililiyi  və  fəal  güc  mərkəzlərinin 
mənfəətlərinin  ağırlığı  baxımından  aid  edilməkdədirlər.  Müstəqillik  elan  olunan  ilk 
günlərdən  etibarən  həyata  keçirilən  tədbirlər  bu  ölkələrin  hamısının  xarici  iqtisadi 
ə
laqələr  sahəsində  bu  və  ya  digər  səviyyədə  “açıq  qapı”  siyasəti  həyata  keçirərək 
dünya  bazarı  ilə  inteqrasiyaya  çalışdıqlarını  göstərməkdədir.  Bu  müddət  iki  təməl 
üzərində  ortaya  çıxmaqdadır:  qloballaşma  və  bunun  bir  parçası  olan  regionallaşma. 
Rusiya  tərəfindən  həyata  keçirilən  siyasi,  iqtisadi  və  hərbi  təzyiqlərə  baxmayaraq 
inkişaf  etmiş  sənaye  ölkələriylə,  böyük  şirkətlərlə  zəngin  enerji  və  digər  təbii 
qaynaqlar  sahəsində  artan  işbirliyi,  TRACECA  proqramının  işlənib  həyata 
keçirilməyə  başlanması  bu  dövlətlərin  qlobal  istehsal  sisteminin  ayrılmaz  parçasına 
çevrildiyini göstərməkdədir.  
 
Cədvəl 2.5. 
Azərbaycanın türk respublikları ilə ticarət əlaqələri 
(milyon dollarla) 
 
Dövriyyə cəmi 
o cümlədən 
Saldo 
dxal 
xrac 
2010 
2014 
2010 
2014 
2010 
2014 
2010 
2014 
Özbəkistan 
18,1 
18,05 
7,1 
10,8 
11,0 
10,7 
3,9 
-
0,1 
Türkmənistan  204,7 
204,74 
10,0 
48,3 
194,7 
39,9 
184,7 
-
8,4 
Qazaxıstan 
221,3 
250,9 
191,7 
221,1 
29,4 
29,9 
-
162,3 
-
191,2 
Qırğızıstan 
37,9 
37,88 
0,7 
1,8 
37,2 
14,7 
36,4 
12,9 
Türkiyə 
Cümhuriyyəti 
1232,0 
1789,1 
460,8 
1286,6 
771,2 
502,5 
310,4 
-
784,2 
 
Türk  respublikaları  eyni  zamanda  bölgədəki  dövlətlərlə  əməkdaşlığa  böyük 
ə
həmiyyət  verməkdədirlər.  Müstəqillik  qazanıldıqdan  sonra,  bu  dövlətlərin  bu 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə