29
2. Proteksionizm strategiyası (latınca “protectio” – müdafiə, himayədarlıq
deməkdir) – daxili bazarın xarici rəqabətdən müdafiə strategiyasıdır. O əsasən ixrac
yönümlü istehsalı stimullaşdırma və bu və ya digər dərəcədə idxal əvəzləyiciləri ilə
ə
laqədardır. Əgər milli istehsal rəqabətqabiliyyətli deyilsə, sahibkarlar strukturunun
təzyiqi ilə hökumətlər tərəfindən bu strategiya yürüdülür. Proteksionizm strategiyası
inkişaf etməkdə olan ölkələrdə xüsusi tətbiq olunur. nkişaf etməkdə olan ölkələr bu
strategiyanı struktur dəyişikliklərin gerçəkləşdirilməsi və milli sənaye sahələrinin
idxal əvəzlənməsi məqsədi ilə dəstəklənməsi üçün tətbiq edirlər;
26
3. Azad ticarət strategiyası – xarici ticarət məhdudlaşdırmalarının minimuma
endirilməsidir. Əsasən bu strategiya xarici bazarda lider mövqeyə sahib, yerli
ə
mtəələrinin rəqabətqabiliyyətliliyinin zədələnməsindən ehtiyat etməyən ölkələr
tərəfindən tətbiq olunur. dxal edilən məhsulların daxili istehsal ilə rəqabət
aparmadığı və ya mühüm istehsal sahələri üçün xammal olduğu ölkələrdə strategiya
daha çox azad ticarətə yönəldilir;
4. Defisitli bazarın doldurulması strategiyası – “proteksionizmin əksi”. Yalnız
milli bazarın böyük defisiti zamanı effektlidir. Bu strategiya zamanı yerli bazarda hər
kəs üçün yer olur.
27
Ə
nənəvi olaraq hesab olunurdu ki, ölkə maraqlarına ən çox cavab verən azad
ticarətdir. Azad ticarətin həyata keçirilməsi ilə dövlət xarici ticarətə birbaşa təsirini
məhdudlaşdırmış olur və ticarətin sərbəst faktorlar – tələb və təklif əsasında inkişaf
etməsinə imkan yaradır. Məhz azad ticarət, ticarət edən ölkələrdən hər birinə məhsul
buraxılışı miqdarını artırmağa imkan verir.
Beləki, təcrübədə tamamilə azad ticarətə
heç vaxt rast gəlinmir. Bütün ölkələrin hökumətləri əmtəə və xidmətlərin beynəlxalq
axınına bu və ya digər formada məhdudiyyətlər qoyurlar.
Proteksionizm siyasəti isə milli bazarın xarici rəqiblərin təsirindən tarif və
tarifsiz tənzimləmə metodlarının köməyi ilə müdafiə olunmasıdır. Proteksionizm
siyasətinin konkret formaları müxtəlifdir. Onlar, milli səviyyədə idxal və ixrac
26
Prof. Dr. Karluk Rıdvan, “Uluslararası Ekonomi”, stanbul, 1996
27
Halil Seyidoğlu, “Uluslararası ktisat”, Kurtiş Matbaası, stanbul, 1999
30
rejimini, nəzarət qaydalarını, qarşılıqlı gömrük vergi və rüsumlarını və s. əhatə edən
iki və çoxtərəfli razılaşmaların bağlanması yolu ilə reallaşdırılır.
28
qtisadiyyat elmi bütün olaraq proteksionizmə mənfi yanaşır. Proteksionizmin
tərəfdarları bəzi ölkələrin işgüzar və siyasi çevrələrində hələ də mövcuddurlar. Çox
ölkələrin hökumətləri xarici iqtisadi siyasətlərini müəyyən edərkən bir tərəfdən, hər
necə olursa olsun milli məhsullarının dünya bazarında rəqabətqabiliyyətliliyini
artıraraq ixrac miqdarını çoxaltmağa çalışırlar, digər tərəfdən isə xarici malların
daxili bazarda rəqabətqabiliyyətliliyini aşağı salaraq idxalı məhdudlaşdrımağa
çalışırlar.
Müasir proteksionizm – əsasən çoxşəkilli və gizli təzahürlüdür. Gömrük
tarifləri əvəzinə tarifsiz müdafiə metodları geniş tətbiq olunur. Proteksionist hərakat
çox vaxt seçici xarakter daşıyır, daha doğrusu ayrı-ayrı sahələrin konkret mal və
ə
mtəələrinə qarşı və o cümlədən, bəzi ölkələr əleyhinə istifadə olunur. Proteksionizm
mövqeyi sənaye cəhətdən inkişaf etmiş ölkələrə nisbətən, inkişaf etməkdə olan və
keçid iqtisadiyyatlı ölkələrdə daha güclüdür.
29
Faktiki olaraq bu gün çoxəsrli dilemma mövcuddur: nə yaxşıdır – azad ticarət
yoxsa proteksionizm – sona qədər həll olmamış qalır. Beynəlxalq ticarət tarixində
müxtəlif dönəmlər olmuşdur ki, bəzən tərəzinin gözü bir tərəfə, bəzən isə digər tərəfə
meyl etmişdir. Ancaq xarici ticarət təcrübəsi bir qayda olaraq son ekstremal formanı
almamışdır.
30
Dövlətlər tərəfindən bu və ya digər strategiyaların həyata keçirilmə şərtləri
bütün əmtəələrə və bazarlara tətbiq edildiyi zaman sərt sayılır. Şərtlər ayrı-ayrı
ə
mtəələrə və bazarlara tətbiq edildiyi zaman yumşaq olur. Yumuşaqlıq çox ölkələrə
öz fəaliyyətlərində bir neçə xarici iqtisadi strategiyanı birləşdirməyə imkan verir.
Məsələn: “Ümumi bazar” ölkələri bir-birləri ilə kənd təsərrüfatı məhsullarının ticarəti
zamanı proteksionizmə üstünlük verirlər. Bununla birgə digər tərəfdən azad ticarət
strategiyasına üstünlük verilir. ABŞ və Yaponiya bir çox əmtəələr üçün azad ticarət
28
«Внешняя политика, ее цели и задачи», статья /
http://www.telenir.net/gosudarstvo_i_pravo/politologija_shpargalka/p43.php
29
«Современная политика протекционизма», статья /
http://www.grandars.ru/student/nac-ekonomika/protekcionizm.html
30
«Внешнеэкономическая политика государства», статья / http://extremo-norte.diary.ru/p148212350.htm?oam
31
prinsiplərini dəstəkləyirlər, ancaq avtomobil istehsalı sahəsində bu ölkələr arasında
qarşılıqlı proteksionizm mövcuddur. Bu isə çox hallarda “ticari müharibələrə” gətirib
çıxarır.
“Ticari müharibə” – beynəlxalq ticarət yolunda ifrat məhdudlaşdırma
formasıdır. O, özündə iki ölkə hökumətləri tərəfindən öz daxili bazarlarına idxal
məhsullarının daxil olmasına məhdudiyyət qoyulmasının qarşılıqlı qəbul edilməsini
ifadə edir. Əlbəttə bu cür “müharibələrdə” bu gün atışma eşidilmir və qan tökülmür,
ancaq bunlar olmadan da təhditin mövcud olduğu bir gerçəkdir.
Məsələn, 1992-ci ildə ABŞ və Çin bu cür müharibənin eşiyində idi. Səbəbi,
Çin Xalq Respublikasının ABŞ-dan idxal olunan məhsulların yoluna birbaşa qadağa,
kvota, lisenziya və keyfiyyət standartlarına riayət olunması ilə bağlı artırılmış tələblər
formasında qoyduğu baryerləri ləğv etməkdən imtina etməsi olmuşdur. Çin
hökumətinin bu cür davranışına reaksiya çox sərt olmayacaqdı əgər, sonuncular ABŞ
ilə ticarətdə əhəmiyyətli ölçüdə üstünlük əldə etməyə müvəffəq olmasaydılar. 1991-ci
ildə onlar Amerikadan aldıqlarından daha çox yəni, 12,7 miyard dollar dəyərindən
çox onlara mal satdılar. Məhz bu hadisə ABŞ hökumət nümayəndələrindən birini
aşağıdakıları bəyan etməyə vadar etdi: “Çin tez bir zamanda beynəlxalq ticarət
sistemində əhəmiyyətli fiqura çevriləcək. Biz bu həcmdə ticarətə malik olan ölkəyə
öz qaydalarını diktə etməyə imkan verə bilmərik. Əgər onlar ixracdan gəlir əldə
etmək istəyirlərsə, eyni zamanda idxala da icazə verməlidirlər”.
ABŞ hökuməti müvafiq olaraq, Çindən idxal olunan geniş çeşiddə əmtəələrə
yüksək gömrük rüsumları (illik 4 milyard dollar həcmində) tətbiq edəcəyi ilə bağlı
Çini hədələdi. Bununla da ABŞ bazarlarında Çin mallarının qiyməti iki dəfə artdı.
Cavab olaraq Çin hökuməti bəyan etdi ki, onlar bu təqdirdə Amerikan mallarına və o
cümlədən, Amerikadan idxal olunan kompüter, təyyarə, avtomobil və s. əmtəələrə
cəzalandırıcı gömrük tarifləri tətbiq edəcəklər. Həm də eyni həcmdə yəni, 4 milyard
dollar həcmində.
“Ticari müharibələrin” təcrübəsi daha çox inkişaf etmiş ölkələrə göstərdi ki,
burada hər iki tərəf uduzacaq və yaxşı olardı ki, “hərbi hərakatın” başlanmasına yol
Dostları ilə paylaş: |