38
məntiqi D. Rikardonun müqaisəli xərclər konsepsiyası ilə eynidir. Müqaisəli
üstünlüklər konsepsiyasının müqaisəli xərclər konsepsiyasından fərqi ondan ibarətdir
ki, burada anlayış dəqiqləşdirilmişdir. Müqaisəli üstünlüklərin reallaşdırılması yalnız
büsbütün rəqabət şəraitində mümkündür. Müqaisəli xərclər konsepsiyası bütöv olaraq
iqtisadi liberalizasiya şəraitində tətbiq edilir. Neoklassiklər dünya bazarında tələb və
təklifin nisbətini gözdən keçirirlər. Bu onlar tərəfindən beynəlxalq mübadilə əmsalı
kimi qəbul edlir. Sahibkarların xarici iqtisadi fəaliyyətdən əldə etdikləri mənfəət
ölkələr arasında bölüşdürülür.
40
Müasir şəraitdə klassiklərin dövründə mövcud olmayan çox saylı faktorların
təsiri nəticəsində xarici iqtisadi fəaliyyət mürəkkəbləşmişdir: monopoliya və
oliqopoliyanın bazar hökmranlığı, inflyasiya, dövlətin iqtisadiyyatda rolunun
gücləndirilməsi və s. Neoklassik məktəbin nümayəndələri olan E. Heckscher və
Bertil Gotthard Ohlin, D. Rikardonun müqaisəli xərclər modelinin şəklini
dəyişdirərək və John Bates Clarkın son hədd səmərəlilik nəzəriyyəsindən istifadə
edərək onların təsirini öyrənmişlər. Onlar ehtimal edirdilər ki, iş qüvvəsi və kapitalla
təmin olunma səviyyəsi eyni olmayan və beynəlxalq əmək bölgüsündə iştirak edən
iki ölkədən nisbətən çox iş qüvvəsinə və nisbətən az kapitala sahib olan ölkədə
ə
məyin qiyməti ucuz, ancaq kapitalın qiyməti isə yüksək olacaq. stehsal faktorlarının
bu şəkildə qeyri-bərabər bölgüsü nəticəsində qeyd olunan ölkələr arasında xarici
ticarət qarşılıqlı əlverişli olacaq. Əgər birinci ölkə əmək tutumlu əmtəələrin
istehsalında ixtisaslaşacaqsa, ikinci ölkə isə kapital tutumlu əmtəələrin istehsalında
ixtisaslaşacaqdır. Bu model texnologiya əsasında beynəlxalq əmək bölgüsünü
tərənnüm edir.
Sahibkarların xarici iqtisadi fəaliyyətinin effektivliyini müəyyən edən və
abstrakt prinsip sayılan müqaisəli xərclər nəzəriyyəsi və onların sonrakı
modifikasiyası, beynəlxalq ticarəti və xarici iqtisadi münasibətləri, bütün olaraq
ölkənin istehsal imkanlarının sərhədlərini genişlətməyə imkan verən istehsalın daha
bir faktoru olduğunu qeyd edir.
40
Д. Рикардо, «Сочинения», В 5 т, Государственное издательство политической литературы, Москва, 1955, Т1
39
Neoklassik iqtisadi təlimin xüsusiyyəti dövlətin təsərrüfat fəaliyyətində
minimum iştirakından ibarətdir. Buna görə də, milli hökumətin proteksionist
tədbirləri neoklassiklər tərəfindən dünya bazarına çıxışı məhdudlaşdıran baryerlər
kimi qeyd olunur. Dövlətlər müqaisəli xərcləri yüksək olan, ancaq müqaisəli
üstünlükləri aşağı olan istehsal sahələrini dəstəkləyirlər. Dövlətlərin proteksionist
siyasəti idxal olunan əmtəələrə rüsumların tətbiq edilməsindən ibarətdir. Bu isə milli
iqtisadiyyatın effektiv sahələrinin inkişafını çətinləşdirir və kifayət qədər effektiv
olmayan sahələrdə isə durğunluğa gətirib çıxarır. Bu formada dövlətlərin
proteksionist siyasəti sərbəst ticarət prinsiplərinin və müqaisəli üstünlüklər
prinsiplərinin reallaşdırılmasına imkan vermir.
41
XX əsrdə sərbəst ticarət nəzəri mücərrədliyə, azad ticarət prinsipi ideoloji
quruluşa çevrildi. Ancaq dünya bazarında müxtəlif proteksionist formalar üstünlük
təşkil edir. Xarici iqtisadi münasibətlərdə dəyişən dominant alternativ neoklassik
konsepsiyalarda vətənpərvərliyi meydana gətirdi. Bu cür konsepsiyalar xarici iqtisadi
münasibətlərin analizinə dair digər yanaşmalardan törəyən institusional və keynsçi
konsepsiyalardır.
John Maynard Keynesin fəaliyyəti XX əsrin 30-cu illərinə təsadüf edir. O,
iqtisadi liberalizmi tənqid etmiş və dövlətlər tərəfindən “gecə gözətçisi” rolunun icra
edilməsini bazar sistemi üçün bütövlükdə təhlükəli hesab etmişdir. Keyns dövlətin
milli iqtisadiyyata təsiri ilə bağlı tədbirlər sistemini işləyib hazırlamışdır. O
cümlədən, xarici ticari fəaliyyətdə idxalın məhdudlaşdırılmasını və ixracın isə
subsidiyalaşdırılmasını tövsiyyə etmişdir. Belə ki, ucuz qiymətlərlə əmtəələrin ixracı
dünya bazar seqmentinin ələ keçirilməsinə imkan yaradır. Bu cür dempinq siyasəti
istehsalın genişləndirilməsini və işsizliyin azaldılmasını təmin edir.
Keynsin ideyaları sonrakı iqtisadi araşdırmalar üçün istiqamətləndirici oldu.
qtisadi təlimlərdə xarici iqtisadi fəaliyyətin analizinin Postkeynsçi istiqaməti
neoklassik məktəb ilə zidiyyət təşkil edir. Tətbiq edilmə nəzər nöqtəsindən daha çox
maraq doğuran neqativ və pozitiv inteqrasiya konsepsiyalarıdır. Neqativ inteqrasiya
konsepsiyası, istehsal faktorlarının bir ölkədən digərinə axınına mane olan
41
К. Р. Макконнел, С. Л. Брю, «Экономикс: принципы, проблемы, политика», В 2 т, Республика, Москва, 1992
40
monopolist və administrativ baryerlərin tədricən ləğvini təklif edir. Pozitiv
inteqrasiya konsepsiyası isə, iqtisadiyyat sahəsində problemlərin həllinə
istiqamətlənmiş vahid koordinasiyalı siyasətin müxtəlif dövlətlər tərəfindən işlənib
hazırlanmasını və qəbul edilməsini təklif edir. Koordinasiyalı siyasət növbəti
tədbirləri özündə cəmləşdirir: ölkə daxilində makroiqtisadi tarazlığın qorunub
saxlanılması; qiymətlərin dövlət tənzimlənməsi; kənd təsərrüfatı istehsalı sferasında
proteksionizm; iqtisadiyyatın planlaşdırılması; ardıcıl maliyyə siyasəti; tədiyyə
balansında stabilliyin qorunub saxlanılması; gömrük ittifaqının yaradılması və s.
Milli dövlətlərin yuxarıda qeyd olunan funksiyalarının milli orqanların yurisdiksiyası
altına ötürülməsi şərti ilə inteqrasiya prosesləri pozitiv olur. Bu ideyaya əsaslanaraq
Jan Tinbergen işçi qüvvəsinin məşğulluq səviyyəsinə və miqrasiyasına nəzarət edən,
beynəlxalq ticarəti və valyuta konvertasiyasını tənzimləyən dünya hökumətinin
yaradılması ideyasını irəli sürmüşdür.
42
1980-ci illərdə Kembridjdə iqtisadi siyasətin Kembridj qrupu adlanan elmi
istiqaməti formalaşdı. Qurucusu Nicholas Kaldor sayılır. O, “ixrac yönümlü iqtisadi
artım” modelini təklif etmişdir. Bu modeldə Kaldor, investiya qoyuluşları üzərində
artıq qənaətləri qeyri-bərabər situasiyaların əsas səbəbi hesab edərək Keynsin
mövqeyindən uzaqlaşmışdı. qtisadiyyatları yüksək dərəcədə qapalı olan bölgələrdə
investisiya qoyuluşları və əmanətlərin uyğunsuzluğu aktual problemdir.
qtisadiyyatları xarici ticarət yönümlü olan və aktiv ticarət balansı olan ölkələrdə
məşğulluq səviyyəsi əhəmiyyətli ölçüdə xarici iqtisadi faktorlardan asılıdır. Buna
görədə bu ölkələrdə ixracın stimullaşdırılması mütləqdir. O qeyd etmişdir ki, “bütün
tez inkişaf etmiş ölkələrin artım tempi ixrac sayəsində mümkün olur”. qtisadiyyatın
ixrac yönümlü olması iqtisadi artım üçün ölkələrin resurs potensialının istifadəsinə
imkan verir.
Kaldor konsepsiyası şərq regionlarda (Yaponiya, Cənubi Koreya, Tayvan, Çin)
reallaşdırılmışdır.
Kaldorun ideyalarına əsaslanaraq “yeni Kembridj məktəbi” fəaliyyətə başladı.
Onun nümayəndələri Jean-Baptiste Sayin klassik qanunundan istifadə etdilər: təklif
42
Дж. М. Кейнс, «Общая теория занятости, процента и денег», Гелиос АРВ, Москва, 2002
Dostları ilə paylaş: |