44
tənzimlənən və koordinasiya olunan mərkəzə sahib ölkələr arasında səmərələşdirilmiş
ə
mək bölgüsünə əsaslanmış, yeni beynəlxalq qayda ilə bağlı konsepsiyasını işləyib
hazırlamışdı. Galbraith isə öz fəaliyyətində planlı və bazar iqtisadiyyatının
uyğunsuzluğu ilə bağlı tezisi inkişaf etdirmişdi. Onun fikirlərinə görə, bazarın
ə
həmiyyəti adi texnologiyaya sahib sahələrdə müşahidə olunur, yüksək
texnologiyalar tətbiq olunan sahələrdə planlı iqtisadiyyat bazarı sıxışdırıb çıxarır.
Planlaşdırma sferası öz növbəsində istər-istəməz milli sərhədləri aşacaq və
beynəlxalq münasibətlərə yayılacaq. O hesab edirdi ki, inkişaf nəticəsində tez və ya
gec dünya planlı hökumət tərəfindən idarə olunacaq.
Sülh yolu ilə və ya məcburi qaydada təsis edilən mərkəzi hökumət institutu
kimi dünya hakimiyyəti modelini məşhur Amerika futuroloqu Alvin Toffler təklif
etmişdir. O hesab edir ki, sənayeləşmə prosesi inkişaf nəticəsində yüksək-
sənayeləşməyə doğru dəyişir. Bu isə ona gətirib çıxarır ki, milli hökumətlər yüksək-
sənayeləşməyə doğru irəliləyişdə yaranan əsas problemlərlə mübarizə apara bilmir.
O, yüksək-sənayeləşməni beynəlxalq əmək bölgüsünün müasir inkişaf səviyyəsi
adlandırır.
47
Xarici iqtisadi fəaliyyət konsepsiyasının analizi göstərdi ki, nəzəri səviyyədə
iqtisadi liberalizmin və institusionalizmin ilkin mövqeyi alternativ xarakter daşıyır və
bir-birinə zidiyyət təşkil edir. Əslində bu istiqamətlər tərəfindən təklif olunan
tədbirlər sistemi uyğunluq təşkil edir, birindəki üstünlüklər digəri hesabına baş verir.
Məsələn, ölkəmizdə bazar iqtisadiyyatı yalnız institusional transformasiyadan sonra
mümükün olmuşdu.
Daha bir nəzəri yanaşma monetarizmdir. 1980-ci illərdə iqtisadi münasibətlər
təcrübəsində əhəmiyyətli təsirə malik olmuşdur. Monetarizm nəzəriyyəsinin əsas
prinsipləri milli və həm də beynəlxalq sferada neoklassiklərin mövqeyinə uyğun
gəlir. Burada biz Milton Friedmanın mülahizələrinə əsaslanırıq. O, transmilli
korporasiyaların fəaliyyətini qiymətləndirərək qeyd etmişdir ki, onların fəaliyyətinin
“özünütənzimləmə” mexanizmi, hər hansı dövlət və ya beynəlxalq institutlardan daha
tez və yaxşı insan cəmiyyətinə transformasiya etmək iqtidarındadır.
47
Дж. К. Гэлбрэйт, «Экономические теории и цели общества», Москва, 1976
45
XX əsrin 30-cu illərində sveç iqtisadçıları Eli Filip Heckscher və Bertil Ohlin
özlərinə məxsus beynəlxalq ticarət modeli yaratmışlar. Bu müddətə qədər beynəlxalq
ə
mək bölgüsü və beynəlxalq ticarət sistemində böyük dəyişikliklər baş vermişdir.
Beynəlxalq ixtisaslaşma faktoru kimi təbii fərqlərin rolu nəzərə çarpacaq dərəcədə
azalmışdır. nkişaf etmiş ölkələrin ixracında isə sənaye məhsuları üstünlük təşkil
etməyə başlamışdır. Heckscher-Ohlin modeli sənaye məhsullarının beynəlxalq
ticarətinin səbəblərini izah etmək üçün nəzərdə tutulmuşdur.
Müəlliflərin düşüncələrinə görə, nisbi xərclər baxımından ölkələrarası fərqlər
aşağıdakılarla izah olunur:
1) Müxtəlif əmtəələrin istehsalında amillər müxtəlif nisbətlərdə istifadə olunur;
2) Ölkələrin istehsal faktorları ilə nisbi təmin olunma səviyyəsi eyni deyil.
Burada amillərin mütənasibliyi qanunu tələb olunur: açıq iqtisadiyyatlarda hər
bir ölkə, əmtəələrin istehsalında nisbətən daha yaxşı amillər tələb olunan sahələr üzrə
ixtisaslaşmağa cəhd edir. Beynəlxalq mübadilə - bu bol amillərin mübadiləsinin
azlığıdır.
Beləki, bol istehsal amilləri gizli formada ixrac olunur və defisit amillər isə
idxal olunur. Daha doğrusu əmtəələrin bir ölkədən digər ölkəyə hərəkəti dünya
iqtisadiyyatı miqyasında istehsal amillərinin aşağı mobilliyini kompensasiya edir.
Beynəlxalq
ticarət
prosesində
istehsal
amillərinin
qiymətlərinin
bərabərləşdirilməsi baş verir. Həddindən artıq olan amillərin ilkin qiymətləri nisbi
aşağı olacaq. Kapital artıqlığı kapitaltutumlu əmtəələrin istehsalında ixtisaslaşmaya
və ixrac sektorunda kapital transferinə gətirib çıxarır. Kapital tələbi artır, uyğun
olaraq kapitalın qiyməti də artır.
Ə
gər ölkədə əmək artıqlığı mövcudsa, o zaman əməktutumlu əmtəələr ixrac
olunacaq. Əməyin qiyməti də (əmək haqqı) artacaq.
Hazırkı nəzəriyyəyə müvafiq olaraq, ölkələr istehsalında nisbətən daha çox
istehsal amillərinin istifadə olunduğu əmtələri ixrac edir və istehsalında nisbətən
defisit amillərin istifadə olunduğu əmtəələri idxal edir.
Müvafiq lazımi şərtlər:
46
•
Beynəlxalq mübadilə iştirakçısı ölkələrdə üstünlük təşkil edən istehsal
amilləri ilə istehsal olunan əmtəə və xidmətlərin ixrac tendensiyaları inkişaf edir və
ə
ksinə ölkə defisit amillərdən istehsal olunan əmtəələri idxal edir;
•
Beynəlxalq ticarətin inkişafı amillərin qiymətlərinin, daha doğrusu qeyd
olunan amillərin sahiblərinin əldə etdikləri gəlirlərin bərabərləşməsinə gətirib çıxarır.
•
stehsal amillərinin beynəlxalq mobilliyini kifayət qədər olduqda, ölkələr
arasında amillərin özlərinin hərəkəti ilə ixrac əmtəələrinin əvəzləşdirilməsi imkanları
mövcud olur.
48
Xarici ticarət nəzəriyyəsi Amerika iqtisadçısı Leontyev Vasili Vasilyeviç
tərəfindən inkşaf etdirilmiş və “Leontyev paradoksu” adlandırılmışdır. Leontyev qeyd
olunan paradoksda Heckscher-Ohlin nəzəriyyəsindən istifadə edərək qeyd etmişdir
ki, Amerika iqtisadiyyatı hərbi dövrdən sonra kapitaldan daha çox əmək sərf olunan
istehsal sahələri üzrə ixtisaslaşmışdır. Amerika ixracı idxal ilə müqaisədə daha çox
ə
məktutumlu və daha az kapitaltutumlu idi. Bu nəticə, ABŞ iqtisadiyyatı ilə bağlı
daha əvvəllər mövcud olan bütün təsəvvürlərlə zidiyyət təşkil edirdi. Ümumi fikirlərə
görə, bu Heckscher-Ohlin nəzəriyyəsinə uyğun olaraq həmişə kapital artıqlığı ilə
xarakterizə olunur. ABŞ yüksək kapitaltutumlu əmtəələri ixrac edir, ancaq idxal
etmir.
Leontyev paradoksunun mahiyyəti ondan ibarətdir ki, ixracatda kapitaltutumlu
ə
mtəələrin payı artmalı, əməktutumlu əmtəələrin isə azalmalıdır.
49
Michael Everett Porterin nəzəriyyəsi ölkənin rəqabət qabiliyyətlilik anlayışına
gətirib çıxarır. Porterin nəzər nöqtəsinə görə milli rəqabət qabiliyyətlilik konkret
istehsalat sahələrində uğur və ya uğursuzluğu və ölkənin dünya iqtisadiyyatında
tutduğu yeri müəyyən edir. Milli rəqabət qabiliyyətlilik sənayenin imkanları ilə
müəyyən edilir. Ölkənin rəqabətdə üstünlüyü yeniliklərin və təkmilləşdirmələrin
stimullaşdırılması əsasında izah olunur (daha dəqiq desək istehsalda innovasiyaların
48
Т. А. Фролова, «Теории международной торговли», Таганрог: ТРТУ, 2005 /
http://www.aup.ru/books/m175/1_3.htm
Эклунд К., «Эффективная экономика: Шведская модель», Москва, Экономика, 1991, Гл. 7.
49
«Парадокс Леонтьева», статья / http://mirovaja-ekonomika.ru/paradoks-leonteva/
Dostları ilə paylaş: |