35
nail olmalı və ticarət, valyuta-maliyyə, texniki, texnoloji və s. sahələrdə zəiflikləri
aradan qaldırmaqla dünya təsərrüfatının əlavəsi statusundan xilas olmalıdır.
35
Xarici iqtisadi strategiyaların öyrənilməsində dünya təcrübəsi göstərdi ki,
xarici determinasiya gücündə olan və iqtisadiyyatı yüksək inkişaf tempinə malik
dünya ölkələrinin mühüm hissəsi üçün tənzimləmə vasitə və metodlarının
“kompleks” istifadəsi xarakterikdir. Bu ölkələrin çoxunda fəaliyyətlər kompleksi
standartdır. Təfərrüatı ilə nəzərdən keçirsək fərq, yerinə yetirmənin keyfiyyət və
tempində, xərclərin həcmində, islahatları həyata keçirmə vasitəçiliyində, islahatların
müvəffəqiyyət dərəcəsində, iqtisadiyyatın bu və ya digər bölməsini əhatə etməsində
özünü büruzə verir. Onların əksəriyyəti makroiqtisadi sabitliyə nail olmaq məqsədilə
vergi rüsumlarının artırılmasına və eləcə də dövlət xərclərinin birdən azaldılmasına
yönəlmiş islahatlar həyata keçirirlər. Bundan başqa özəlləşdirmədən əldə edilən gəlir
büdcə kəsirini azaltmağa və müsbət saldonu təmin etməyə imkan verir. Təbii ki,
bütün bunlar qiymət artımının qarşısının alınmasını təmin etdi və müəyyən
makroiqtisadi sabitliyə nail olundu, struktur və institusional mühitdə islahatlara səbəb
oldu. Məqsəd nizamlayıcı və tənzimləyici funksiyaları gücləndirməklə eyni zamanda,
birbaşa dövlət müdaxiləsinin məhdudlaşdırılmasıdır.
36
1.3. Dövlətin xarici iqtisadi siyasət strategiyası
ilə bağlı nəzəri yanaşmalar
qtisad elmində xarici iqtisadi əlaqələrin təhlilinə iqtisadi təlimlərin müxtəlif
istiqamətlərini təmsil edən nümayəndələr diqqət yetirmişlər. Buraya neoklassikləri,
neokeynsçiləri və institualizm nümayəndələrini və s. aid etmək olar.
Merkantilizm – XV-XVII əsrlərin iqtisadçılarının baxış sistemidir, dövlətlərin
aktiv formada iqtisadi fəaliyyətə müdaxiləsinə istiqamətlənmişdir. Bu istiqamətin
nümayəndələri arasında Tomas Men, Antuan De Monkretyen, Uilyam Stafford var.
stiqamətin əsas mövqeləri aşağıdakılardır:
35
Дергачев В. А., «Глобальная геоэкономика» (Трансформация мирового экономического пространства),
научная
монография, Одесса: ИПРЭЭИ НАНУ, 2003, с. 238
36
Кретова Наталья Викторовна, «Концепция моделей экспортной ориентации и импортозамещения во внешней
торговле
стран с реформируемой экономикой», диссертация на соискание ученой степени кандидата
экономических
наук, Иркутск, 1999
36
•
Dövlətin aktiv ticarət balansının mütləq qorunub saxlanılması (ixracın
idxal üzərində üstünlüyü);
•
Dövlətin rifah halının yüksəldilməsi məqsədilə ölkəyə qızıl və digər
qiymətli metalların cəlb edilməsi;
•
Pul – ticarətin stimuludur, pul kütləsinin artması əmtəə kütləsinin
həcminin də artmasına səbəb olduğu düşünülür;
•
Xammalın və yarımfabrikatların idxalına, hazır məhsulların isə ixracına
yönəldilmiş proteksionizm xoş qarşılanır;
•
Lüks malların ixracının məhdudlaşdırılması, belə ki bu cür malların
ixracı qızılın ölkədən xaricə axmasına səbəb olur.
37
Xarici iqtisadi münasibətləri ilk olaraq siyasi iqtisad elminin klassikləri sayılan
A. Smit və D. Rikardo təhlil etmişlər. Onlar özlərinin sələfləri olan merkantilistləri,
beynəlxalq ticarətdə dövlətlərin zənginləşmə mənbəyinin əmtəələrin qeyri-bərabər
mübadiləsi olduğu ilə bağlı fikirlərindən və o cümlədən, beynəlxalq əmək bölgüsünə
ölkə daxili əmək bölgüsünün təbii inkişafı kimi baxdıqlarından dolayı tənqid
edirdilər. A. Smit ölkələr arasında əmək bölgüsünün xarici ticari mübadilənin
obyektiv əsası olduğunu hesab edirdi. O, milli iqtisadiyyatın ixtisaslaşdırılması
prinsipini işləyib hazırlamış və bunun əsasında istehsal olunmuş əmtəələrin
mübadiləsinin milli iqtisadiyyatda ümumi əmtəə istehsalının artmasına təkan
verdiyini bildirmişdir. A. Smit əməyin ixtisaslaşdırılmasını millətin zənginləşməsinin
ə
sası hesab edir. Dövlətlər ixtisaslaşma nəticəsində əlavə əldə olunan əmtəələri
mübadilə edir və hər bir digər ölkələrdəki istehlakçıların sayının artması sayəsində
bundan gəlir əldə edirlər.
A. Smitin ixtisaslaşmanın faydaları (mütləq xərclər) konsepsiyasını D. Rikardo
müqaisəli xərclər konsepsiyası ilə inkişaf etdirmişdi. O, ölkələrin həyata keçirdikləri
beynəlxalq ticarətə əməyin səmərəliliyi nəzər nöqtəsindən yanaşırdı. Hesab edirdi ki,
ölkələr hər-hansı əmtəənin istehsalında mütləq üstünlüyə malik deyillər və xarici
37
Николаев Артем Георгиевич, «Современные тенденции экономического сотрудничества стран Азиатско-
тихоокеанского
региона», диссертация на соискание ученой степени кандидата экономических наук, Москва,
1999
37
ticarətin səmərəliliyi hər bir ölkədəki istehsal xərclərinin müqaisəsi nəticəsində
müəyyən olunur. Rikardo göstərdi ki, əgər iki ölkədən biri müəyyən əmtəələri digər
ölkədən daha ucuz (iş vaxtı və ya digər resurslar nəzərə alınmaqla) istehsal edirsə,
artıq iki ölkə arasında xarici ticarətdən xeyir əldə edəcək olanı məlumdur. Müqaisəli
üstünlüklər konsepsiyası ona əsaslanır ki, iki öklə arasında müxtəlif əmtəələrin
istehsalında nisbi səmərəliliklə bağlı fərqlər mövcud olduqca, hətta məhdud istehsal
imkanlarına malik olan ölkə belə müəyyən əmtəələrin istehsalı zamanı müqaisəli
üstünlük əldə edə biləcəkdir. Eyni zamanda yüksək istehsal iqtisadiyyatına malik olan
ölkələr isə müqaisəli üstünlüyə malik olduqları həmin istehsal sahələrini
ixtisaslaşdırmalıdırlar. Müqaisəli üstünlüyə malik olmadıqları istehsal sahələrinə
məxsus əmtəələri isə xarici bazardan idxal etməlidirlər. Rikardo milli iqtisadiyyatın
beynəlxalq əmək bölgüsü sistemində iştirakı modelini işləyib hazırlamışdır. Dünya
ticarətində iştirak edən hər bir ölkə, mütləq xərcləri digər ölkələrdəkindən yüksək
olan, ancaq nisbi xərcləri isə aşağı olan əmtəə istehsalında ixtisaslaşmalıdır.
38
Dövlətlər arasında əmək bölgüsünə əsaslanmış xarici iqtisadi münasibətlərin
faydalılığını və labüdlüyünü klassiklər təbii resurs faktorları ilə əsaslandırmışlar. Son
neoklassik variantlarda müqaisəli xərclər nəzəriyyəsi və beynəlxalq əmək bölgüsü
modeli, istehsal faktorlarının differensiasiyası hesabı ilə işlənib hazırlanmışdır.
stehsal faktorlarının ölkə daxilində qeyri-bərabər bölgüsü, bu ölkələrdə mütləq və
müqaisəli istehsal xərclərinin qeyri-bərabərliyinə səbəb olur. Beynəlxalq əmək
bölgüsü sisteminə daxil olan ölkələrin müqaisəli istehsal xərclərindəki fərqlər çox
olduqca, beynəlxalq mübadilədə iştirakdan bir o qədər çox fayda əldə edəcəklər.
Müqaisəli xərclər modeli onu göstərir ki, beynəlxalq ticarət hər bir iştirakçı ölkə üçün
gəlirli sayıla bilər.
39
Mütləq və nisbi xərclər konsepsiyası daha sonralar inkişaf etdirilərək müqaisəli
üstünlüklər prinsipinə çevrilmişdir. Prinsip aşağıda qeyd olunanlardan ibarətdir:
istehsal olunmuş əmtəələrin müştərək mübadiləsi, hər bir əmtəə xərcləri (alternativ)
daha aşağı olan ölkələr tərəfindən istehsal olunduqda daha çox olacaq. Tədqiqatın
38
А. Смит, «Исследование о природе и причинах богатства народов», Соцэкгиз, Москва, 1962
39
Дж. Б. Кларк, «Распределение богатства», Москва, 1992
Dostları ilə paylaş: |