32
verilməsin. Bütün bunlar beynəlxalq ticarətdə ixracın könüllü məhdudlaşdırılmasına
səbəb oldu.
Ucuz Yapon avtomobillərinin ixracından dolayı ABŞ və Yaponiya daima
“ticari müharibənin” eşiyində durur. ABŞ iqtisadiyyatında avtomobil sənayesinin
ə
nənəvi olaraq xüsusi rol oynadığını (səbəbsiz deyildir ki, ABŞ folkloruna Genri
Fordun bir statı daxil olmuşdur: “ “Ford” üçün yaxşı olan, “Amerika” üçün də
yaxşıdır”) nəzərə alsaq, onun ətrafında hansı ehtirasların qaynadığını təsəvvür etmək
çətin deyil. Yaponiya hökuməti Yapon avtomobillərinin ABŞ-na ixracının qarşısının
alınacağı qorxusunu dəf etmək üçün, Amerika mallarının idxalına qoyulan
məhdudiyyətləri yumşaltmalı oldu.
Beynəlxalq ticarət sferasında konfliktlərin yüksək dərəcədə mümkünlüyü və o
cümlədən, “ticari müharibələrin” ağır nəticələri XX əsrdə bir çox ölkələri dünya
bazarının təşkilinə dair yeni metodların axtarışına məcbur etdi.
31
Strategiyanın birinci variantı ABŞ, Yaponiya və Qərbi Avropanın beynəlxalq
rəqabət mərkəzləri üçün xarakterikdir. Bütövlükdə hər üç mərkəz üçün liberal sənaye
iqtisadiyyatı xasdır, lakin qlobal konteksdə ölkələrin xarici iqtisadi siyasəti onların
milli iqtisadiyyatları üçün şərait yaradılmasına istiqamətlənib. ABŞ ilə beynəlxalq
ə
məkdaşlığın qurulması təcrübəsində hazırkı strategiya açıq aşkar görünür. Qeyd
etmək lazımdır ki, Amerika tərəfdaşlığı daha zəif ölkələrlə əməkdaşlıq təcrübəsinə
ə
saslanır. ABŞ-ın xarici iqtisadi siyasətində həmin fakt öz əksini tapmamışdır. kinci
dünya müharibəsindən sonra Yaponiya və Almaniya ilə qarşılıqlı fəaliyyətə üstünlük
vermişdi. Müharibədə bu ölkələrə qələbə çalan ABŞ müttəfiqlərin xeyrinə maliyyə
yükləmələrinin yenidən bölüşdürülməsinə başladı. Buna görə də, Amerikan
anlayışına görə siyasətdə bərabər hüquqluluq şərt deyil və asanlıqla qeyd etmək olar
ki, bütün zamanlarda ABŞ qüvvələr balansının köhnə strategiyasını həyata keçirir.
Bir faktıda gizlətmək olmaz ki, 70-ci illərin ortalarında ABŞ Cənub Şərqi Asiya
ölkələrinə münasibətdə ehtiyatlı strateji mövqe seçdi və 20 ildən sonra bu
gözlənilməyən “Asiya çağırışı” nəticəsində Amerika iqtisadiyyatının nüfuz dairəsi
31
Yang Jiechi, “China’s New Foreign Relations for a Complex World” article /
http://www.ciis.org.cn/english/2014-03/11/content_6733146.htm
33
daraldı. Amerika xarici iqtisadi strategiyanın hansı elementindən istifadə etsə də o,
maraqlarını beynəlmiləl problemlərdə ifadə etməyə çalışaraq öz maraqlarını istənilən
qitədə müdafiə edir, beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının müşavirələrində
qərarların qəbuluna liderlik edir və beynəlxalq münasibətlər iyerarxiyasında öz
statusunu qaldırır. ABŞ-ın rəsmi kursunda milli dövlətlərin dünya birliyinə
inteqrasiyasına köməklik göstərmək cəhdi də qeyd olunur. Lakin təcrübədə isə
rəqiblərin maraq sferalarının məhdudlaşdırılması və istənilən ərazi miqyasında
situasiyalarn inkişafına təsir etmək üçün şərait yaratmaq tendensiyası ortaya çıxır.
Oxşar taktika müəyyən ölçüdə ABŞ-ın nüvə üstünlüyü ilə müəyyənləşən qarşılıqlı
fəaliyyət modeli çərçivəsindən çıxmamasına səbəb olur.
32
Strategiyanın ikinci variantı iki ali dövlətin qarşılıqlı fəaliyyəti çərçivəsində
hansısa qüvvələr balansının pozulması ilə müəyyən edilir. ttifaqın süqutu və
həmçinin dövrü gözləmələr böhranı keçmiş SSR , Mərkəzi və Orta Asiyada və o
cümlədən, Cənub Şərqi Asiya ərazisində eksponsiyanın qeyri hərbi metodlarının
aktivləşdirilməsinə və bir sıra ölkələrin yüksək iqtisadi inkişaf tempinə səbəb oldu.
Bu ölkələrin iqtisadiyyatlarının intensiv inkişafı, hər bir ölkənin yüksək tələbatlı
malların ixracını artırmaq üçün hər məkanda əhəmiyyətli ölçüdə tutumlu bazarları
artırmalarındadır. Bu idxala kömək etmiş və stimullaşdırmışdı. Hazırkı situasiya
göstərir ki, ölkələr öz tələbatlarını kifayət qədər yüksək səviyyədə təmin edə
bilmirlərsə, bir o qədər də xarici bazarın xidmətinə yönələcəklər və tərəfdaş ölkələrin
qarşılıqlı iqtisadiyyat əlaqələri baş verəcək.
Müasir dünya belədir ki, öz şüurunun “hüdud səviyyəsində” olan bir çox
dövlətlər dünya arenasında oynaya bildikləri rolu oynayır. Təcrübə göstərir ki,
dövlətin iqtisadi inkişafı təkcə təbii resursların effektiv istifadəsinə səbəb olmur, həm
də iqtisadi inkişaf və təbii resursların zənginliyi anlayışları arasında əks əlaqə yaradır.
Xammal təminatı inkişafın həlledici amili olmasına baxmayaraq, xarici iqtisadi
strategiyada ikinci dərəcəli amildir. Ölkələrin hazırkı qrupu öz strategiyalarında elmi
texniki nəaliyyətlərin milli iqtisadiyyata tətbiqi və rentaların aradan qaldırılmasını
tətbiq edirlər. “Asiya pələnglərinin” xarici iqtisadi strategiyası hər şeydən əvvəl öz
32
“International Economic Policy”, article / http://2001-2009.state.gov/r/pa/ho/pubs/8521.htm
34
sosial iqtisadi inkişafını təmin etmək, eləcə də öz dövlətlərinin yerini və rolunu
proqnozlaşdırmaq, beynəlxalq xarici siyasətin metod, forma və mahiyyətini
müəyyənləşdirmək, müxtəlif prinsipial yanaşmaları əlaqələndirməkdir. Yapon
iqtisadiyyatına “uyğunlaşma” modelinin formalaşması sənaye, ictimai-istehsal və
sosial strukturlarda yenidənqurmadır. 30 il müddətində kapital, texnologiya və digər
maliyyə və əmtəə axınlarının hərəkəti bir neçə dövlət “eşalonu”nu yaratdı.
33
Birinci “eşalon” yeni sənayeləşmiş ölkələr qrupudur, ikinci “eşalon” Cənub
Şə
rqi Asiya ölkələridir. Cənubi Asiyanın bütün ölkələri isə üçüncü “eşalon”
ölkələrinə aiddir. nkişaf modelinin belə piramidası ədəbiyyatda “ucuz qazlar dəstəsi”
adlanır və ya inkişafın gövdəsi sayılır. nkişafın gövdəsi sayılan Yapon iqtisadiyyatı
udan mövqedə durur. Asiya-Sakit Okean regionuna qeyri-qərb inkişaf modeli tətbiq
edilməklə və Amerikan hökumətinin qurduğu maneələr keçilməklə ixrac imkanları
genişləndi. “Asiya drakonları” öz ölkələrindən ABŞ və qərb ərazisinə gizli əmtəə
ixracına başladı.
34
Üçüncü varianta aid strategiya Qazağıstanın müstəqil inkişaf illərini əhatə edir.
Müstəqil inkişaf strategiyası xarici iqtisadi əlaqələrdə qəbul edilən ölçüdə enmələrə
və müəyyən ölçüdə qeyri mütəşəkkilliyə səbəb oldu. Milli dövlətlər dünya birliyinə
inteqrasiyaya kömək edən dövlətlərarası subyektlər statusunu əldə etdi. Təcrübədə isə
rəqiblərin maraq dairələrini məhdudlaşdırmaq və istənilən ərazi miqyasında
vəziyyətin inkişafına təsir etmək üçün şəraitin yaradılma tendensiyası meydana çıxır.
Oxşar taktikanı ABŞ-ın nüvə üstünlüyü ilə müəyyənləşən təsir modelində görmək
olar. Beynəlxalq iqtisadi münasibətlərin subyekti statusunu əldə edən Azərbaycan
Respublikası MDB-nə üzv olan bir çox ölkə kimi ümumdünya təsərrüfatının inkişafı
prosesində qəbul edilən əlaqə normaları ilə silkələndi. Bu normalar tərəfdaşlar
arasında əlaqə imkanlarını müəyyən edir. Mahiyyəti milli iqtisadiyyatın xarici
mühitlə əlaqə konsepsiyasından ibarətdir. Üçüncü tərtib – dünya təsərrüfatının əlaqə
vasitələri ilə manevr etmə imkanıdır. Geoiqtisadiyyatın inkişafı o qədər dinamik və
dəyişkəndir ki, dövlətlər hadisələri əvvəlcədən görməli, dünya geoiqtisadi tarazlığına
33
Линдерт П. Х., «Экономика мирохозяйственных связей», Москва, 199, с. 520
34
Зиядуллаев Н., «Современная экономическая ситуация в СНГ», статья-анализ /
http://institutiones.com/general/1328-sovremennaya-ekonomicheskaya-situaciya.html
Dostları ilə paylaş: |