50
II FƏS L. AZƏRBAYCAN RESPUBL KASININ XAR C QT SAD
S YASƏT STRATEG YASININ FORMALAŞMASINA TƏS R GÖSTƏRƏN
FAKTORLAR VƏ DÜNYA TƏSƏRRÜFATINA NTEQRAS YANIN
TENDENS YALARI
2.1. Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının formalaşmasında
mövcud xarici iqtisadi əlaqələrin rolu
Müasir dövrün başlıca qanunauyğunluqlarından biri dünya ölkələrinin
inkişafının günü-gündən tamlaşan və özü-özünə inkişaf edən sistem kimi formalaşan
dünya iqtisadiyyatından asılılığının artmasıdır. Bu proses ictimai istehsalın
inkişafının daha yüksək səviyyəsi olan çox tərəfli və mürəkkəb iqtisadi
münasibətlərdən ibarət olan dünya iqtisadiyatının yaranmasına gətirib çıxarmışdır.
Dünya iqtisadiyatının inkişafında iştirak edən ölkələr bu prosesdə təbii olaraq
müxtəlif rollar yerinə yetirməklə yanaşı, eyni zamanda müxtəlif vəzifələri həll
edirlər. Qeyd etmək lazımdır ki, bu ölkələrin hər birinin ən başlıca məqsədi
bəşəriyyətin malik olduğu məcmu iqtisadi potensialdan maksimum üstün istifadə
etməkdir. Bununla yanaşı hər bir ölkənin beynəlxalq əhəmiyyəti o ölkənin iqtisadi
potensialı, dünya əmtəə və xidmətlər istehsalında rolu, texnologiyasının, maliyyəsinin
dünya iqtisadi sistemində payı ilə müəyyənləşir.
Dünyada
iqtisadi
proseslərin
getdikcə
daha
yüksək
səviyyədə
beynəlmiləlləşməsi və iqtisadi inteqrasiyanın daha da artdığı müasir şəraitdə bu
proseslərin məzmununu təşkil edən beynəlxalq iqtisadi münasibətlərin araşdırılması,
onun inkişaf meyllərinin müəyənləşdirilməsi hər bir ölkə üçün mühüm aktuallıq kəsb
etdiyini nəzərə alsaq, yeni müstəqillik əldə etmiş və dünya təsərrüfatına inteqrasiya
olunmaq xətti götürmüş Azərbaycan Respublikası üşün xüsusilə aktual olduğunu
qeyd etməliyik.
Beynəlxalq iqtisadi münasibətlər beynəlxalq əmək bölgüsünə əsaslanan
müxtəlif dünya ölkələrinin milli iqtisadiyyatları arasında yaranan elmi-texniki,
istehsal, ticarət, maliyyə-valyuta, pul-kredit və informasiya münasibətlərindən ibarət
olan müxtəlif təsərrüfatçılıq münasibətləri sistemi kimi özünü göstərir. Beynəlxalq
51
iqtisadi münasibətlər təsərrüfatçılıq həyatının inkişafının ümumi qanunauyğunluqları
ə
sasında inkişaf etsə də, özünə məxsus əsaslı xüsusiyyətlərə malikdir:
- təsərrüfatçılıq münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır və
daha geniş əraziləri əhatə edir;
- tərkibinə və həcminə görə yeni əlavə ehtiyatlar iqtisadi dövriyyəyə cəlb edilir;
- beynəlxalq miqyasda ayrı-ayrı ölkələr tərəfindən xaricə istehsal amillərinin və
onların nəticələrinin yerləşdirilməsi baş verir;
- belə dünya təsərrüfatçılıq əlaqələrini təmin edən xüsusi (maliyyə, valyuta,
gömrük və s.) alətlər və mexanizmlər fəaliyyət göstərir;
- yaradılan beynəlxalq və milli xüsusi təşkilati strukturların iştirakı və
köməkliyi ilə bu ölkələr arasında iqtisadi əlaqələr həyata keçirilir və tənzimlənir.
Belilklə, müasir şəraitdə hər hansı ölkə ümumbəşəri nailiyyətlərə əsaslanaraq
özünün milli iqtisadiyyatını sürətlə inkişaf etdirmək, ölkə əhalisinin maddi rifah
halını yüksəltmək istəyirsə, onda beynəlxalq iqtisadi münasibətlərin iştirakçısına
çevrilməli və xalqın milli mənafelərini daha yüksək səviyyədə əks etdirən mövqe
tutmalıdır. Bu məqsədə nail olunması isə beynəlxalq itisadi münasibətlərin daha
dərindən və inkişafda öyrənilməsini tələb edir.
54
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici
iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və
iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər
iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o
cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa
Yenidənqurma və nkişaf Bankına, slam nkişaf Bankına, 1999-cu ildə Asiya nkişaf
Bankına üzv qəbul edilmişdir.
1920-ci ildə ADR müstəqilliyini itirdikdən sonra xarici iqtisadi əlaqələr SSR -
nin dövlət inhisarı altında cəmləşmişdi. Azərbaycanın xarici iqtisadi əlaqələrinin
Moskva tərəfindən müəyyən olunduğu bir şəraitdə respublikada bu sahənin idarə
olunması üçün hər hansı quruma ehtiyac duyulmurdu. Azərbaycanın iqtisadi əlaqələri
şə
rti olaraq SSR -nin tərkibində baş verirdi. 1991-ci ildə Azərbaycan iqtisadiyyatının
54
Kərimov Ə. ., Kərimov C. Ə., “Beynəlxalq iqtisadi münasibətlər”, Bakı, 2006
52
sahələri üzrə məhsul göndərilməsi (daxili qiymətlərlə) cəmi – 12,2 mln. rubul
olmuşdursa, ondan xaricə ixracat cəmi 744 min manat idi. Azərbaycanın xarici
iqtisadi əlaqələri SSR -nin tərkibində mübadilə əlaqələrindən 16,7 dəfə az idi. Qeyd
olunan bu əlaqələr də Moskva inhisarı altında həyata keçirilirdi. Texnologiyanın, işçi
qüvvəsinin hərəkəti isə daha çox qapalı və birtərəfli xarakter daşıyırdı.
Siyasi istiqlaliyyət əldə edildikdən sonra Azərbaycanın iqtisadi inkişafının əsas
məsələlərindən biri xarici iqtisadi əlaqələrin düzgün istiqamətdə qurulması zərurəti
olmuşdur. Azərbaycan hazırda dünyanın 84 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət
ə
laqələrinə malikdir. Ölkənin iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla
zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əməkdaşlıq imkanlarını
artırır.
Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur
və keyfiyyət dəyişikliklərinə əyani sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin
beynəlxalq iqtisadi inteqrasiya əlaqələrinə qoşulmasının nümunəsidir.
Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının
çoxşaxəli inkişafını təmin etmək üçün böyük üstünlüklər verir. Məhz buna görə
Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı
iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir.
55
Azərbaycan dövləti son illər ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına
xüsusi əhəmiyyət verir. Artıq bu sahədə müsbət nəticələr əldə edilmiş, qarşılıqlı
faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir.
Prezident lham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və
tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı görüşləri
hazırda bu işə güclü təkan vermişdir. Elə bunun nəticəsidir ki, Azərbaycanın
beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Ölkəmizin ikitərəfli
ə
məkdaşlıqda qonşu dövlətlərlə əlaqələri mühüm əhəmiyyət daşıyır. Azərbaycan
dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı bu məqama xüsusi diqqət yetirmiş,
mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməmişdir.
55
Ayxan Nəsibli, “Tədqiqat: Azərbaycanda ticarət dinamikası və ticarət məhdudiyyətlərinin adambaşına düşən
xərcləri”, Azad Düşüncələr Assosiasiyası, Bakı, 2011
Dostları ilə paylaş: |