86
Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya,
qloballaşma və regional əməkdaşlıq formalarının Azərbaycan üçün ən optimal
modellərini müəyyənləşdirən ümummilli liderin siyasi irsinin geniş tədqiqi daim
dəyişən dünyada inteqrasiyanın yeni istiqamətləri, formaları kontekstində xüsusi
aktuallıq kəsb edir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə
inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən Heydər Əliyevin
məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi
ə
həmiyyətə malikdir.
86
Müasir beynəlxalq münasibətlərin subyektləri, faktorları qismində yeni
çoxsaylı qurumların meydana gəlməsi “suveren milli dövlət və inteqrasiya
proseslərinin siyasi aspekti” problemini həddən çox aktual etmişdir. nteqrasiya
prosesində dövlət, onun rolu, funksiyaları və vəzifələrinin dəyişməsinə dair fikir
müxtəlifliyi çeşidli mövqelər, nəzəri yanaşma və baxışlar doğurmuşdur.
Avropada inteqrasiya məsələsinin dünya dövlətləri arasında çoxtərəfli
ə
məkdaşlığın optimal forması olduğunu ildən-ilə bu quruma üzv olmaq istəyənlərin
sayının durmadan artması da sübut edir. Bütün dünyada siyasi inteqrasiyanın Avropa
modelinə müşahidə olunan maraq, bu proseslərin nəinki sadəcə şərhini, həm də dərin
elmi-konseptual əsaslarının tədqiqini gündəmə gətirir. Əvvəla ona görə ki, kinci
Dünya müharibəsindən sonra Qərbi Avropada meydana gələn inteqrasiya prosesləri
XX əsrin sonlarına doğru müasir dünyanın əksər bölgələrinə yayılmağa başlamışdır
və hazırda dünya inkişafının səciyyəvi cəhətlərindən biridir. Bu proseslərin tədqiqi
dünya
birliyi
ölkələrinin
XX
ə
srdə
təkamül
proseslərinin
ümumi
qanunauyğunluqlarını anlamağa kömək edir.
kincisi, bu gün Azərbaycan dövləti dünya birliyinə, xüsusən Avropaya
inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir və yeni dünya
düzənində öz yerini tutmağa çalışır.
86
Suraxanım Ağaverdiyeva, Aygül Cəfərova, “Azərbaycanın Avropa yolu gənclərin gözü ilə”, məqalə, Qanun
Nəşriyyatı, Bakı, 2013 / http://www.kas.de/wf/doc/kas_35287-1522-1-30.pdf?130902131300
87
Üçüncüsü, Azərbaycan həm qlobal, həm də regional inteqrasiyada yaxından
iştirak etməyə səy göstərir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə
də Avropa modeli öz zənginliyi və maraqlı xüsusiyyəti ilə diqqəti cəlb edir.
nteqrasiya prosesləri ən müxtəlif səpkilərdə - siyasi, iqtisadi, mədəni və s.
cəhətlərdən tədqiqatçılar tərəfindən öyrənilir. Keçən onilliklər ərzində inteqrasiyaya
dair çoxlu baxışlar, mövqelər formalaşmışdır. Digər tərəfdən bu illər ərzində
inteqrasiyanın dinamik inkişafı ilə əlaqədar onun praktiki, real tərəfinə dair faktiki
materiallarla nəzəri təhlili arasında bir növ uçurum yaranmışdır.
Qlobal, regional, lokal inteqrasiya proseslərinin təhlili göstərir ki, ortaya çıxan
problemlərin beynəlxalq hüquq çərçivəsində həlli üçün bu üç səviyyənin
konsepsiyasının və mexanizminin müəyyənləşdirilməsi vacibdir.
Avropadaxili inteqrasiya ilə Avropa məkanına inteqrasiya səviyyələri arasında
fərqlər, problemlər təbii ki, olmamış deyil. Məhz bu məqamda inteqrasiyanın
konseptual əsası ola biləcək müddəaların müəyyənləşdirilməsi önəmlidir.
Yalnız iqtisadi amilə, iqtisadi fayda və marağa üstünlük verilməsi
inteqrasiyadan irəli gələn obyektiv və subyektiv meyillərin beynəlxalq miqyasla
tənzimlənməsinin arxa plana keçməsinə, qlobal sabitliyi pozan vəziyyətin
yaranmasına səbəb ola bilər.
nteqrasiya prosesinə qoşulan hər hansı bir dünya dövləti ilk növbədə təbii ki,
müstəqil, suveren respublika olmalıdır. Azərbaycanın məhz bu cür başa düşülən
inteqrasiya münasibətlərinə qoşulması, dünyanın xəritəsində müstəqil dövlət kimi öz
adını həkk etməsi sayəsində qlobal cəmiyyətin bərabərhüquqlu subyekti statusunu
aldıqdan sonra mümkün olmuşdur.
Qloballaşma dövründə biz inteqrasiyanın əlverişli meyillərindən istifadə
etməli, ardıcıl siyasət yeritməliyik. Dövlətlərarası inteqrasiya məkanına ölkəmizin
inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının
təkmilləşməsinə kömək edən bütün qüvvələri səfərbər etməklə daxil olmalıyıq. Bu
gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq
qurumlarının diqqətini bizə yönəltmişdir.
87
87
R. Mehdiyev, “Azərbaycan: qloballaşmanın tələbləri”, Bakı, 2005, s. 335
88
Azərbaycan hazırkı transformasiya və inteqrasiya mərhələsində öz iqtisadi
yüksəlişini təmin etmək üçün, təbii xammal ehtiyatlarından geniş istifadə etdiyi üçün
birinci mərhələdədir, lakin iqtisadiyyatımızın perspektivləri baxımından sadalanan
mərhələlərin mürəkkəb çulğaşmasını təmin edən, bütün imkanları minimal zaman
ə
rzində istifadə etməyə imkan verən dövlət siyasəti yeridir.
Tarixi inkişafın hər bir mərhələsində inteqrasiyanın potensial hesab olunan
resurslarının diaqnozu aparılarkən məlum olur ki, bu resurslar da dinamikaya uğrayır.
Belə ki, inkişafın əvvəlki mərhələləri üçün hərbi, maddi təsir və təzyiq vasitələri
mühüm resurs sayılırdı. Bu gün isə elmi-texniki, iqtisadi, siyasi, intellektual - insan,
informasiya, nəqliyyat kommunikasiyaları, enerji resursları ön cərgəyə çıxmışdır.
Öz coğrafi mövqeyinə görə, dünyəvi dəyərlərə malik olan tarixi-mədəni
ə
nənələrinə görə Azərbaycan Avropanın strateji tərəfdaşıdır. Müasir dünyanın qlobal
enerji təhlükəsizliyinin təmini üçün Azərbaycan Avropaya lazımdır. Digər tərəfdən
bölgədə və ümumiyyətlə, Yaxın Şərqdə demokratik Avropa dəyərlərinin ilk
davamçısı, yüksək sivilizasiya və mədəniyyətə malik olması Avropanı ölkəmizlə
çoxşaxəli əməkdaşlıqda maraqlı edir. Qarşılıqlı-faydalı əməkdaşlıq baxımından
Avropa Birliyi həyati vacib bütün sahələrdə - xarici siyasətdə, sülhün və
təhlükəsizliyin təmin olunmasında, iqtisadiyyat və mədəniyyətdə, bəşəriyyətin qlobal
problemlərinin həll olunmasında, insan hüquq və azadlıqları təminatının
təkmilləşməsində və s.-də strateji tərəfdaş qismində çıxış edir. Bir məsələ diqqət
mərkəzində saxlanılmalıdır və qarşılıqlı inteqrasiyanın perspektivləri hər iki tərəfin
ə
zmindən asılıdır.
Bu gün Azərbaycan formalaşan yeni geosiyasi nizama uyğunlaşmaq, dünya
iqtisadiyyatında özünəməxsus mövqeyi olan dövlətə çevrilmək istiqamətində
səylərini artırır, tarixi inkişafında dünyaya inteqrasiyanın növbəti mərhələsini, yeni
dövrünü yaşayır. Ölkənin qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız
siyasi deyil, həm də iqtisadi, elmi, informasiya məkanlarına inteqrasiya amillərini də
ə
hatə edir. Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq, hərtərəfli iqtisadi və sosial
inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar,
regional birliklərlə əməkdaşlıq genişləndirilir. Bütövlükdə dünya iqtisadiyyatına
Dostları ilə paylaş: |