89
inteqrasiya prosesini sürətləndirmək üçün tədbirlər görülür. Milli iqtisadi
maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının
tamhüquqlu üzvü olmaq istəyir.
Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq
iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Şərq ilə Qərb arasında körpü olan
Azərbaycan təkcə sivilizasiyaların qovuşuğu deyil, həm də mühüm geosiyasi və
geoiqtisadi amildir. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan
münasibəti müəyyənləşdirir. Nəzərə alsaq ki, iqtisadi və siyasi nüfuz kadrlar hesabına
formalaşır, onda ölkədə peşəkar kadrlara üstünlük verilməsi tamamilə başa
düşüləndir.
Ümumdünya miqyasında transformasiya, həmçinin, regional proseslərin
intensivləşməsi şəraitində qlobal iştirakda dövlətin rolu və yeri dəyişir. Yeni dünya
nizamı təkcə qarşılıqlı münasibətlərin sərhədlərini və formalarını dəyişmir, həm də
fərdlər arasında münasibətlərin yeni mədəniyyətini formalaşdırır. Avropa ttifaqı ilə
ölkəmiz arasında mühüm iqtisadi sazişlər var. Bütün bunlar Azərbaycanın qarşısında
duran böyük perspektivlərdən xəbər verir.
88
Avropanın təbii qaza olan tələbatını ödəyən ən böyük ölkə Rusiyadır. Avropa
ölkələrinə siyasi təzyiqlər göstərmək məqsədi ilə Rusiya zaman-zaman bu
üstünlüyündən istifadə etməkdədir. Siyasi təzyiqin açıq-aşkar nümayişinə bir nümunə
2008-ci ildə Rusiyanın Şərqi Avropaya qaz təchizatını dayandırmasıdır. Təbii olaraq,
bu asılılığı aradan qaldırmaq məqsədilə Avropa alternativ mənbələr axtarışına
çıxmışdır. Azərbaycanın real təbii qaz imkanlarını bu prizmadan dəyərləndirsək
müəyyən edərik ki, ölkə Avropanın 540 milyard m
3
həcmində qaz tələbatının cəmi
5%-ni ödəmək imkanındadır. Ayrılıqda isə Azərbaycan qazının Şərqi Avropa üçün
nəzərəçarpacaq əhəmiyyəti var. Çünki, Şərqi Avropanın 3 milyard m
3
qaz ehtiyacını
Azərbaycan rahatlıqla təmin edə bilər. Bütün bunları nəzərə alaraq belə qənaətə
gəlmək olar ki, Azərbaycanın Avropa ttifaqi ilə olan iqtisadi əlaqələrinin
genişlənməsi heç də Rusiyanın maraqlarına cavab vermir.
88
Rəbiyyət Aslanova, “Azərbaycanın dünyaya inteqrasiyasında yeni mərhələ”, məqalə /
http://jurnal.meclis.gov.az/news.php?id=15
90
Azərbaycanın üzv olmaq istədiyi digər bir iqtisadi birlik Ümumdünya Ticarət
Təşkilatı (World Trade Organization) sayılır. Azərbaycan sözü gedən təşkilata
“inkişaf etməkdə olan ölkə” statusu ilə üzv qəbul olmaq istəyir. ÜTT 1995-ci ildə
Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and
Trade)
varisi kimi yaradılmış beynəlxalq təşkilatdır. ÜTT dövlətlər arasında ticarətin
qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas
funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını
təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır.
89
Azərbaycan Respublikasında ÜDM-un ümumi həcmində neft sektorunun
xüsusi çəkisinin 53,1% olması, ixracın 84%-nin neft və neft məhsullarının payına
düşməsi, milli iqtisadiyyatın “Holland sindromu” xəstəliyinə tutulması ehtimalının
istisna olmaması, torpaqlarımızın 20%-nin işğal altında olması, ölkədə hər səkkiz
nəfərdən birinin qaçqın olması ölkəmizin ÜTT-na EOÖ statusu ilə üzv qəbul
olunmasını əsaslandıran arqumentlər kimi istifadə oluna bilər. ÜTT-yə üzvolma
danışıqları zamanı kənd təsərrüfatının ölkə iqtisadiyyatının aparıcı sahəsi olması,
aqrar sektorun yaxşı ənənələrinin olması, bu sahənin inkişafı üçün əlverişli aqroiqlim
ehtiyatlarının mövcudluğu, ölkə əhalisinin yarıdan çoxunun kənd yerlərində yaşaması
faktları xüsusi vurğulanmalıdır.
ÜTT leksikonunda «kənd təsərrüfatında daxili yardım tədbirləri» dedikdə
dövlət tərəfindən kənd təsərrüfatına və bu sahədə fəaliyyət göstərən təsərrüfat
subyektlərinə subsidiyalar verilməsi və ya dəstək göstərilməsi başa düşülür.
Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesində kənd təsərrüfatı üzrə
aparılacaq gələcək danışıqlarda aşağıdakı prinsiplərin gözlənilməsi məqsədəuyğun
hesab edilir:
• 10%-lik de minimis həddinin əldə olunması mümkün olmadıqda, 5-10%
arasında hər hansı həddin əldə olunmasına səy göstərmək;
• Azərbaycana inkişaf etmiş ölkə kimi yanaşacaq üzv ölkələr presedent kimi
Moldova, Gürcüstan, Ermənistan və s. ölkələri nümunə gətirdikdə əsaslı arqumentlər
irəli sürmək;
89
Vugar Bayramov, “Azerbaijan’s Accession to World Trade Organization (WTO); Pros and Cons”, Baku, 2010
91
• “ nkişaf etməkdə olan ölkə” statusunun əldə edilməsi ehtimalının az olmasını
nəzərə alaraq, danışıqların müəyyən mərhələsində ölkəmizin bütövlüklə deyil, onun
kənd təsərrüfatı sektorunun inkişaf etməkdə olduğu arqumentini irəli sürmək;
• Yaxın gələcəkdə sürətlə artması gözlənilən neft gəlirlərinini əsas gətirməklə,
aqrar sektorun dəstəklənməsi üçün maliyyə vəsaitlərinin mövcud olacağını israrla
bildirmək;
• “Holland sindromu” təhlükəsini əsas gətirməklə, qeyd olunan sindromun
kənd təsərrüfatına göstərə biləcəyi mənfi təsiri neytrallaşdırmağın əsas metodlarından
birinin məhz aqrar sektorun dəstəklənməsi olmasını diqqətə çatdırmaq.
90
“Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında”
Qanunun qəbulu nəticəsində xarici ticarətdə mal dövriyyəsi xeyli artmışdır. Təbii ki,
buna regiоnal təşkilatların üzv dövlətləri ilə ticari əməkdaşlığının təsiri böyükdür.
Ölkəmizin regiоnal iqtisadi əməkdaşlığında əsasən GUAM, Qara dəniz ƏT, slam
Kоnfransı Təşkilatı və s. fərqlənir.
GUAM ölkələri arasında bəzi fikir ayrılıqları, о cumlədən azad ticarət
zоnasının yaradılması, təşkilatın genişlənməsinin predmet və subyektləri movcud idi.
Belə ki, kоnkret оlaraq, GUAM ölkələri arasında iqtisadi əlaqələrin lazımi səviyyədə
о
lmaması üzv dövlətlərin iqtisadi inkişafının aşağı səviyyədə оlması ilə bağlıdır.
Ölkələrin idxal-ixracında əsas yeri xammal, yarımfabrikat və ərzaq məhsulları tutur.
Məhz buna gorə də, GUAM ölkələri arasında əməkdaşlığın dərinləşməsi – ticarətin
mərhələ-mərhələ sərbəstləşdirilməsi, milli iqtisadiyyatların struktur inkişaf
kоnsepsiyalarının razılaşdırılması kimi tədbirlərdən cоx asılıdır.
91
GUAM-ın daha səmərəli regiоnal təşkilata çevrilməsinə zəmin yaradacaq bir
sıra tədbirlərin həyata kecirilməsi zəruridir.
1. GUAM hüdudlarında azad ticarət zоnalarının yaradılması üçün hazırlıq
görülməsi;
2. Bir sıra sahələrdə razılaşdırılmış iqtisadi siyasətin aparılması;
3. Milli valyutaların qarşılıqlı dönərlilik şərtləri haqqında sazişin imzalanması;
90
Vüqar Bayramov, “Azərbaycanın ÜTT-ə üzvlük prosesinin qiymətləndirilməsi üzrə siyasət sənədi”, Bakı, 2010
91
Arif Şəkərəli oğlu Şəkərəliyev, “Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər”, monoqrafiya, Bakı, 2009
Dostları ilə paylaş: |