92
4. Biznes strukturlarının iqtisadi, ticari, nəqliyyat, maliyyə, elm, infоrmasiya və
başqa sazişlərdə kоnkret layihələrə cəlb edilməsi ilə əməkdaşlığın priоritet
istiqamətlərində ixtisaslaşmış оrqanların yaradılması.
92
Müasir dövrdə Azərbaycanın iqtisadi və siyasi strategiyası dünyada baş verən
qlobal iqtisadi proseslərlə bilavasitə bağlıdır. Respublikanın bazar iqtisadiyyatına
keçməsi onun dünya siyasətində və beynəlxalq aləmdə bir subyekt kimi tanınması ilə
yanaşı cəmiyyətin iqtisadi, siyasi və demoqrafik strukturunu bütövlükdə dəyişmişdir.
Respublikada mövcud stabil şəraitin hesabına iqtisadiyyatın əsas prioritetləri
müəyyən edilmiş, bazar iqtisadiyyatında yeniləşməni həyata keçirmək məqsədi ilə
müvafiq maliyyə strukturları və milli iqtisadiyyatın inkişafı, xarici və yerli kapitalın
cəlb olunması üçün şərait yaradılmışdır. Beynəlxalq münasibətlərin müasir sisteminin
ə
sas fərqli cəhəti ümumi iqtisadi, mədəni, sivil, siyasi və hərbi maraqlara malik
möhkəm əməkdaşlığın formalaşması və inkişafından ibarətdir. Bu əməkdaşlıqda
dünya iqtisadiyyatı bir tərəfdən beynəlxalq maliyyə korporasiyaları, digər tərəfdən isə
milli iqtisadi sistemlərin rəqabətinə tabedir.
Dünyada yaranmış “intizam” hər bir ölkədən xüsusi ilə, yeni müstəqillik əldə
etmiş respublikalardan milli təhlükəsizliyin və iqtisadi müstəqilliyin qorunması üçün
xarici və daxili amillərin təsirinin özünəməxsus kombinasiyasını tələb edir. Bu
baxımdan beynəlxalq rəqabət dövlətin qarşısında müəyyən qaydaların yerinə
yetirilməsi zərurətini yaradır. Yəni dövlət, milli iqtisadiyyatın rəqabət aparma
qabiliyyətini təmin etmək üçün təbii sərvətlərin və iqtisadiyyatın mühüm sahələrinə,
ölkə vətəndaşlarının və iş adamlarının mənafelərinin, eləcə də milli nəzarətin
qorunmasına yönəlmiş qaydaları ölkəsinə uyğunlaşdırmalıdır.
qtisadi və siyasi baxımdan aparıcı ölkələr sırasına daxil olduğundan
Azərbaycan apardığı iqtisadi siyasətin ayrılmaz hissəsi kimi bu ölkələrin maraqları ilə
manevr etmək qabiliyyətinə malik olmalıdır. Dünya təsərrüfat əlaqələrinin
qloballaşmasının yüksək səviyyəyə çatdığı bir dövrdə heç bir ölkə öz siyasəti və
iqtisadiyyatını təklikdə inkişaf etdirə bilməz. Ölkənin yaşamasının əsasını təşkil edən
və iqtisadi fəaliyyətinin nisbi azadlığını təmin edən strateji xammal ehtiyatlarına
92
Vahid Ömərov, “Azərbaycan-GUAM əməkdaşlığının perspektivi”, Səs qəzeti, Bakı, 2013
93
malik olan Azərbaycan rəqabətdə üstünlüyündən istifadə edərək, beynəlxalq əmək
bölgüsünü və qlobal rəqabəti öz xeyrinə dəyişmək imkanına malikdir.
Burada respublikanın iqtisadi və siyasi stabilliyinin qarantı kimi çıxış edən
dövlətin rolunun güclənməsi şübhəsiz ki, onun qarşısında da bir nömrəli vəzifə kimi
dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələlərini qoyur. Bu məsələnin həll
olunmamsı halında respublika iqtisadiyyatı qeyri sabit, sıçrayış şəklində inkişaf
edəcək və xüsusən maliyyə sahəsində böhran amillərinə ciddi məruz qalacaqdır. Öz
xüsusiyyətlərinə görə xarici amillərə daha çox məruz qalan neft sənayesi ölkənin
iqtisadi siyasətinə böyük təsir göstərir və bundan sonra da göstərəcəkdir. Bu sahə
xarici sərmayələrdən və xarici-regional coğrafiyadan asılı olduğundan nisbətən
“beynəlmiləl” xarakter daşıyır. Xüsusi ilə qeyd etmək lazımdır ki, ölkənin xarici neft
amilinin rolu uzun müddət hələ mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycan iqtisadi
və eləcə də siyasi istiqamətlərdə Amerika və Qərb ölkələrinin geostrateji maraqları
dairəsindədir. Hal-hazırda o, MDB ölkələrindən başqa Şimali Atlantika bloku ilə
“Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq edir. qtisadiyyatın
təkamüllü inkişafı üçün iki-qarşılıqlı əlaqəli olan amil vacibdir: sabit siyasi vəziyyət
və iqtisadi artıma imkan verən sərmayələr. Bununla əlaqədar, yerli kapitalın cəlb
olunmasının, onun artmasının vacibliyini də qeyd etmək zəruridir. Bu da kapitalın
respublikadan çıxarılmasının qarşısının alınmasına kömək edəcəkdir. Son nəticədə
kapital öz iqtisadi mahiyyətini və istiqamətini tapmalıdır. Bu kimi tendensiyalar
dünyada artıq mövcuddur və “nəzarətsiz bazar” mühitində iqtisadiyyatın
qloballaşması prosesi nəticəsində daha da dərinləşməkdədir.
Azərbaycan dövlətinin inkişafı baxımından geoiqtisadi strategiyanın seçilməsi
sözsüz ən vacib məsələlərdən biridir. Bu baxımdan xarici iqtisadi siyasətdə dövlət
prioritetləri sistemini formalaşdırmaq lazımdır. Onun formalaşması zamanı real
iqtisadi proseslərin təhlilinə istinad etmək, mövcud balanslar arasında dünya
ölkələrinin və ən başlıcası isə Azərbaycan dövlətçiliyi maraqlarından çıxış etmək
lazımdır.
94
Azərbaycanın açıq iqtisadiyyatının formalaşmasının geoiqtisadi səmtlərinin
müəyyən edilməsi müstəqillik əldə olunduqdan sonra dövlətin inkişafının mühüm
məsələlərindən birinə çevrilmişdir.
Qeyd edək ki, Azərbaycan üçün imkanlar dairəsini şərti olaraq potensial dörd
prinsipial zonaya bölmək olar. Bu, Amerika və Avropa daxil olmaqla Qərb dünyası;
Şə
rq yaxud Rusiya yönümlü zona; Ərəb dünyası və Asiya dövlətləri. Fikrimizcə,
burada iqtisadi, siyasi, hərbi, ərazi aspektlərinin nəzərə alınması zəruridir və bizim
dövlətin maraqları nöqteyi nəzərdən proseslərə yanaşmaq lazımdır. Hərçənd ki,
hazırkı mərhələdə bu istiqamətdə konkret həll tapılmayıb. Keçmiş ttifaq
respublikaları üzrə təsir gücünə malik olan dövlətlərin maraqlarını qruplaşdırmaqla
bu məsələnin həllində bizim ölkənin potensial imkanlarından düşünülmüş formada
istifadə etmək lazımdır.
Beləliklə, zəngin ehtiyatlara, elmi potensiala, əlverişli coğrafi şəraitə və başlıca
olaraq stabilliyə malik olan keçmiş ittifaq ölkələri dünya dövlətlərinin maraq
dairəsində olmaqla bərabər, eyni zamanda balanslaşdırılmayan iqtisadiyyata və
ixracdan yüksək asılılıq səviyyəsinə malikdirlər ki, bu da onların dünya sisteminə
cəlb olunması üçün maneə rolunu oynayır. Bir halda ki, dünya dövlətləri keçmiş
respublikaları iqtisadi intervensiya yolu ilə blokadaya almaq imkanlarına malikdirlər,
onda ölkəmiz üçün dövlət maraqları nöqteyi nəzərdən inteqrasiyanın müxtəlif
istiqamətlərinə mərhələ-mərhələ öz şərtlərini müəyyən etmək daha düzgün
olacaqdır.
93
Hazırkı dövrdə Azərbaycan dünya iqtisadi sisteminə kifayət qədər inteqrasiya
etmişdir. Buna aydın misal kimi “Əsrin müqaviləsi” – Bakı-Tbilisi-Ceyhan transmilli
neft kəmərini göstərmək olar. Bu enerji dəhlizi çərçivəsində qlobal əməkdaşlığın
inkişafı üçün güclü impuls rolunu oynayır. Bundan başqa Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinin işlənib hazırlanması və Azərbaycandan Avropaya təbii qazın təchiz
edilməsini də göstərmək olar (regionda 200 milyard barrel neft və 640 trilyon kub.fut
93
Alıyev sa Hüseyn oğlu, “Qloballaşma müstəvisində yeni iqtisadi təfəkkürün formalaşması zəruriliyi və onun nəzəri-
metodoloji əsasları haqqında”, elmi məqalə / http://hieb.science.gov.az/index.php?mod=7&view=item&id=395
Dostları ilə paylaş: |