95
qaz ehtiyatı qiymətləndirilmişdir, bu da dünya ehtiyatlarının 15%-ni təşkil edir, yəni
ABŞ və Şimal dənizinin neftqaz ehtiyatlarından yüksəkdir).
Milli iqtisadiyyat kiçik və orta biznesin inkişafı üzrə xarici ölkələr ilə birgə
proqramlar reallaşdırır. Özəlləşdirmədə, xüsusilə maşınqayırma, qara və rəngli
metallurgiya, kimya və yüngül sənaye, kənd təsərrüfatı məhsullarının istehsal və
emalı, birgə müəssisələrin yaradılması, turizm obyektlərinin tikintisi və
rekonstruksiyası sahələrində birgə iştirak üçün xarici müəssisələrə şərait yaradılır.
Dünyanın 60 ölkəsində təmsilçiləri olan yerli və xarici müəssisələrin sayı
1994-cü ildən başlayaraq 1500-ə çatmışdır. Çin ilə ticarət münasibətləri daha intensiv
inkişaf etməyə başlamış və mübadilə dövriyyəsi 240 milyon dollara çatmışdır.
Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı hal-hazırda 4% təşkil edir, lakin
etiraf etmək lazımdır ki, bu göstəriciləri bir neçə dəfə artırmaq üçün kifayət qədər
imkan vardır. Hal-hazırda Azərbaycan xarici ticarət dövriyyəsində dünyanın 125
dövləti ilə əməkdaşlıq edir.
qtisadi araşdırmalara görə, hazırkı dövrə qədər planetimizdə qlobal bazar
şə
raitinin əmələ gəlməsinin başlıca səbəbi beynəlxalq siyasi, iqtisadi və maliyyə
təşkilatları, 50-60 əsas transmilli maliyyə-sənaye qrupları və eləcə də, özəl sektorda
və sənayedə ticarətin təxminən üçdə birinə nəzarət edən 40 min TMK-lar sayılır.
Qlobal bazarın fəaliyyət prosesində milli dövlətin rolu tədricən azalır və çox
istiqamətli qaydada tənzim olunan, dünya miqyasında əməyin paylanmasına
ə
saslanan beynəlmiləl istehsalat-maliyyə kompleksi yaranır.
Azərbaycanın açıq iqtisadiyyatının səmərəli işləyən modeli özündə iki dialektik
və ziddiyyətli, lakin bir-birini qarşılıqlı şərtləndirən cəhəti birləşdirir. Bunlar strateji
istiqamətlərdir ki, uzunmuddətli prioritetləri və milli inkişafın məqsədini əks etdirir.
Eyni zamanda burada bir faktı da nəzərə almaq lazımdır ki, milli inkişaf heç də
ə
məyin beynəlxalq bölgüsünün inkişaf tendensiyalarına, dünya təsərrüfat sisteminin
təkamülünə və eləcə də, ölkə regionlarının dominant inkişaf meyllərinə cavab verə
bilmir. Qeyd olunan istiqamətlər mütləq ölkəmizdə olan islahatların və ehtiyat
potensialının milli xüsusiyyətini və reallığını əks etdirməlidir.
96
Qeyd olunmalıdır ki, nəzərdən keçirdiyimiz planda iqtisadiyyatın strukturu heç
də dəyişməz deyil. Praktiki olaraq bütün, o cümlədən inkişaf etmiş bazar
iqtisadiyyatılı ölkələrdə belə hazırkı dövrdə müəyyən dövlət müəssisələrinin
özəlləşdirilməsi prosesi baş verməkdədir (bunu ngiltərə və Fransada görmək
mümkündür). Mülkiyyətin strukturunda dəyişilmə dinamik proseslərin effektivliyinin
artırılması zərurətindən irəli gəlir.
Müasir beynəlxalq münasibətlər sisteminin əsas fərqləndirici cəhəti ondan
ibarətdir ki, o, ümumi iqtisadi, mədəni-sivilizasiyalı, siyasi və hərbi maraqları olan
güclü koalisiyalar formalaşdırır və inkişaf etdirir. qtisadi, siyasi və sosial problemlər
dünyanı mərkəzdənqaçma təmayüllərinə sövq edir. Dünyanın birləşməsinin müasir
mərhələsi iqtisadi regionların birləşməsi vasitəsilə həyata keçirilir. Misal olaraq,
Avropa ölkələri (EU), Şimal Amerika ölkələri (NAFTA), Asiya-Sakit Okean ölkələri
(APEC), neft ixrac edən ölkələr (OPEC), ASEAN ölkələri və Cənubi Koreya, Avropa
və Asiya ölkələri (ASEM) göstərmək olar. Dünya ÜDM-nun təxminən 80%-i, dövlət
büdcələrinin 82%-i və ixracın 85%-i NAFTA, EU və APEC kimi təşkilatların payına
düşür.
Dünyanın ən iri dövlətləri ABŞ, Çin və Yaponiyanın iqtisadi birlikdə
birləşməsi üçün real şərait mövcuddur və əgər onlar birləşsələr dünya ÜDM-nun
60%-i, bütün məhsulun 33 %-i və sərmayələrin 42,5%-i onların əlində cəmləşəcək.
Təəssüf ki, müasir dünyanın üç əsas iqtisadi birliyinin heç birindən ehtiyat
potensialına görə geridə qalmayan MDB beynəlxalq arenada üçüncü rol oynayır.
Ə
sas göstəricilərə görə MDB nəinki deyilən bloklardan, hətta bəzi iqtisadi
birliklərdən (ASEAN-Cənub-Şərq Asiya; MERCOSUR-Braziliya, Argentina,
Uruqvay və Paraqvay) də geridə qalır. MDB-nin dövlətlərarası iqtisadi komitəsinin
qiymətləndirməsinə görə bu birliyin ümumi məhsulu dünya məhsulunun təxminən
10%-ni, təbii sərvətlərin əsas növlərinin 25,5%-ni, ixrac potensialında isə 4,5%-ni
təşkil edir.
Qərbin hesablamalarına görə təbii qaz üzrə dünya ehtiyatlarının 40%-i MDB-
nin payına düşür və neft ehtiyatlarına görə yalnız Səudiyyə Ərəbistanından geridə
qalır. Lakin nə vaxtsa inteqrasiya olunmuş iqtisadiyyatda güclü dezinteqrasiya
97
prosesləri baş verə bilər. Bizim fikrimizəcə, suveren dövlətlərin inkişaf mərhələsində
inteqrasiya prosesləri keçmişdə mövcud olan Q YŞ-Qarşılıqlı qtisadi Yardım
Ş
urasının prinsipinə görə qurulmalıdır və yalnız bu halda biz Avropa ttifaqı kimi
regional iqtisadi birləşmələrə konsolidasiya oluna bilərik.
Dünya təsərrüfat əlaqələrində qloballaşmanın yüksək səviyyəyə gəlib çatdığı
bir dövrdə heç bir ölkə öz siyasətini və yaxud iqtisadiyyatını təklikdə inkişaf etdirə
bilməz. Həmçinin iqtisadi və siyasi ierarxiyada öz yerini tuta bilməsi üçün,
qloballaşan dünya iqtisadiyyatının fenomeni sayılan vahid sosial-iqtisadi
qanunvericilik bazası olmalıdır.
Dövlət siyasətinin vacib istiqamətlərindən biri də regionlarda yeni iş yerlərinin
açılması və əhali miqrasiyasının qarşısını almaq məqsədilə sahibkarlıq fəaliyyətinin
aktivləşdirilməsidir. Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı üzrə yardım
fondu Azərbaycanda analoqu olmayan möhtəşəm bir layihə prezintasiya etmişdir. O,
işləməyən müəssisələrin əsasında biznes-poliqonun yaradılması layihəsidir. Biznes-
poliqonun məqsədi hökumət, E B və sahibkarlar arasında üçlü əməkdaşlıq modelini
həyata keçirməkdir. Bu da respublikada qeyri-neft sektorunun inkişafı üçün zəmin
yaradır. Biznes-poliqonu çərçivəsində sərmayəçilər üçün xüsusi imtiyazlar
yaradılacaq.
Dünyanın bir çox ölkələrində prinsiplərinə görə müxtəlif “biznes-poliqon”lar –
iqtisadi zonalar, sənaye şəhərcikləri, çoxfunksiyalı ofis mərkəzləri yaradılmışdır ki,
bunlar da kiçik və orta sahibkarlığın mövcud problemlərinin həllinə xeyli kömək edə
bilər.
qtisadi münasibətlərin demokratikləşməsi üçün bazar münasibətlərində sosial
istiqamətin gücləndirilməsi zəruridir. Bu da əhalinin iqtisadi və sosial maraqlarının
balanslaşdırılmasına gətirib çıxaracaqdır. Respublikanın iqtisadi və siyasi
stabilliyinin qarantı kimi sosial məsələlərdə dövlətin rolunun gücləndirilməsi
vacibdir. Bu dövlətlərarası münasibətlərin tənzimlənməsində dövlətin qarşısında
duran birinci növbəli məsələdir.
Ölkə üçün növbəti vacib amil, Bakı-Tibilisi-Ərzurum qaz boru kəmərinin emalı
və təbii qazın Azərbaycandan Avropaya nəqli hesab olunur. Avropanın enerji
Dostları ilə paylaş: |