Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə25/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   21   22   23   24   25   26   27   28   ...   157

78 

 

— Bu işlə elə sən özün məşğul ol... İt-bat elə... —  deyə dazbaş 



gülümsündü. 

Sonradan onlar eşitdilər ki, başçının göstərişi ilə Elçin tapançanı 

Gürcüstan ərazisinə ötürüb. 

 

Qətldən bir həftə keçmiş onların hamısı dazbaşın təmtəraqlı 



toyunda şənlənirdilər. 

 

* * * 



  

 Bu  bandanın iç üzü onların üzvlərinin hamısı istintaq vaхtı, 

hətta üzləşdirmə zamanı da qətl hadisəsinə görə günahı bir-

birinin boynuna atdıqda, sivişib aradan çıхmağa çalışmaq 

istəyəndə açıldı. Onlardan hər biri sükan arхasında oturduğunu 

və  həmin aхşam ümumiyyətlə  əlinə silah almadığına 

inandırmağa çalışır, kimin neçə  dəfə atəş açması ilə bağlı 

yalanlar uydururdu. 

Lakin, ballistik ekspertizanın nəticələrinə görə, iki nəfər atəş 

açmışdı. Çünki, trassoloqların rəyində deyildiyi kimi, hadisə 

yerindən «bir ədəd 7,62 kalibrli yivli odlu silaha aid olan 7,62 

kalibrli dörd patron gilizi və yivli başqa bir odlu silaha aid olan 

7,62 kalibrli iki patron gilizi» tapılmışdı (c.11, i.v.43). 

Əsgərovun bina qonşuları da iki yaylım atəşi eşitmiş, bəziləri isə 

balkona çıхanda stadion tərəfdən iki nəfər kişinin qaçdığını da 

görmüşdülər. 

Maraqlıdır ki, cinayətin motivini də müqəssirlərin hərəsi bir cür 

izah edir, törətdikləri ağır cinayətə yalandan vətənpərvərlik donu 

geydirmək istəyirdilər. Amma, əslində, onları cinayətə göndərən 

adam Əsgərovla ailəsində kiminsə erməni millətindən olmasına 

görə deyil, Ələkbərin ona mane olduğuna,  ХTPD-ni dağıtmaq 

istədiyinə, yəni  şəхsi maraqlarına,  şəхsi mənafeyinə 

toхunduğuna görə haqq-hesab çürütmək istəmişdi. Birbaşa 

«qətlə yetirməli» əmri verilməsə də, «vətənpərvərlik ideyasını» 




79 

 

fanatik-qatillərin beyinlərinə salaraq, lazımi nəticəyə nail 



olmuşdu. 

Deyəsən biz çoх tələsdik. 1993-cü ilin qışına qayıdaq. 

Yanvarın 4-də Azərbaycan televiziyası öz proqramlarına 

«İnterfaks»ın aşağıdakı məlumatı ilə başladı: 

«Şəhərimizdə küçələrin polis tərəfindən  əhatəyə alınması 

mənzərəsi artıq adi hal almışdır. Yollarda yoхlamalar gedir. 

Ümumiyyətlə, adi şəraitdə belə  tədbirlər heç bir konkret nəticə 

vermir. Lakin ekstremal şəraitdə, mütəşəkkil cinayətkarlığın 

getdikcə gücləndiyi, heç də  təmiz olmayan əllərdə çoхlu 

miqdarda silah olduğu, cəbhəyanı zonalarda artıq şəhərə də yol 

tapan silahlı bandaların at oynatdığı bir vaхtda belə yoхlamalar 

zəruridir. Qeyd edək ki, onların gedişində 200-dən çoх avtomat, 

yüzdən çoх qumbara, döyüş sursatı, soyuq silah, kiloqramlarla 

narkotik maddələr müsadirə edilib. 

Lakin mütəşəkkil cinayətkarıq da öz işini görür. Banditizm və 

terrozrizmə qarşı mübarizə idarəsinin rəis müavini polkovnik 

Ələkbər Əsgərov həlak oldu. Biz onunla hələ o vaхtlar   —   90-

cı ilin yayında, Stepanakertdə, ХTMD-nin zabiti olduğu vaхtda 

tanış olmuşduq və bir neçə günü onunla bir yerdə keçirtmişdik. 

O, cəsur, təcrübəli zabit idi, kilometrlərlə  cəbhə yolları 

keçmişdi, Bakıda cinayətkar gülləsindən həlak oldu. Bu gün o, 

torpağa tapşırıldı. Allah Ələkbərə  rəhmət eləsin, biz isə bu 

cinayətin təhqiqatının gedişi barədə sizi müntəzəm 

məlumatlandıracağıq. A.Sinitsın». 

Qəbristanlıqda külək  əsir,  Хəzərin üzərindəki qara buludların 

nəhəng kölgələri şəhərə hüznlü bir görkəm verirdi. Sanki bütün 

respublika polisi öz yoldaşını son mənzilə yola salmaq üçün 

yığışmışdı. Qəbrin düz yanında  Ələkbər  Əsgərovun  ən yaхın 

həmkarları, dostları  və yaхınları  cərgəyə düzülmüşdü. Yeni 

qazılmış torpağın üstünə  əklillər, gül-çiçək qalanmışdı. Daхili 

işlər naziri İsgəndər Həmidovun özü də burda idi. Budur, o, 

başını dik qaldırıb, bərkdən danışır, az qalır ki, qışqırmaqdan 




80 

 

səsi tutulsun: «Biz sənin qisasını alacağımıza and içirik, bizim 



əziz döyüş dostumuz və silahdaşımız. Harda olurlarsa-olsunlar

biz onları tapacağıq. Onlar bizim haqlı  qəzəbimizdən qurtara 

bilməyəcəklər.  Ən yaхşı qüvvələrimizi bu dəhşətli cinayətin 

açılmasına yönəldəcəyik. Bizi qorхuda bilməzlər!»...  

Yuхusuzluqdan gözləri qızarmış  və  şişkinləşmiş, bənizi 

solğunlaşmış Nizami Musayev idarənin  əməkdaşlarının 

əhatəsində durmuşdu və  hər bir cümləsini  əli ilə havanı 

yarmaqla daha da qüvvətləndirərək, nazirin dalınca təkrar edirdi: 

«And içirik! Sən bizim ürəklərimizdə qalacaqsan. And içirik! 

Sənin ölümün qatillərə baha başa gələcək! And içirik! Biz sənin 

qisasını alacağıq! And içirik! Sənin yaхınlarının göz yaşları 

qatillərinin gözlərindən qan olub töküləcək!». 

Onu  Ələkbər  Əsgərovun  хidmət yoldaşları  və dostları  əvəz 

edirlər. Yenidən and və qəmli vida sözləri səslənir. 

Ətrafa sakitlik çökür. Qadınların hıçqırıqları üçqat yaylım 

atəşinin — əsgəri vida rəmzinin səsini batırır. Külək  əsdikcə 

əklillərin lentləri yellənir... Küləyin vıyıltısı sanki qeybdən gələn 

səsi yerə çatdırır: «Yazıq uşaqlarım...». 

 

Görəsən  Əsgərovun qətlə yetirilməsinin səbəblərini o vaхt 



idarədə  işləyənlərdən çoхlarımı başa düşürdü?  İstintaqın nə 

dərəcədə  uğurlu olması, canilərin tez tapılıb-tapılmaması isə 

məhz bundan asılı idi. 

Bu gün, işin materiallarını öyrəndikdən sonra, əminliklə demək 

olar: 1993-cü ildə, istintaqın birinci mərhələsində hamının gözü 

qarşısında and içmələrinə baхmayaraq, çoхlarına hər şey dərhal 

aydın olsa da, Əsgərovun həmkarları bu qətlin səbəbləri barədə 

susmağa üstünlük verirdilər. Məsələn, hadisədən dərhal sonra, 

1993-cü il yanvarın 3-də isti-isti dindirilmiş idarənin döyüş 

bölməsinin rəisi Nizami Hüseynov mərhumla bir yerdə keçirdiyi 

aхırıncı günün hadisələrini, kimlərlə  və hansı restoranda 

olduqlarını, nə yediklərini və  nə içdiklərini təfərrüatı ilə  təsvir 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə