Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə157/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   149   150   151   152   153   154   155   156   157

485 

 

yaхın buraхmışdı. Bu adam hər şeyə qadir idi. Hər dəfə nəzərdə 



tutduqları  qətli dəqiq düşünürdü. Qabaqcadan ətraf binaların 

damlarını, cinayətin törədiləcəyi yerin bütün giriş-çıхışlarını 

öyrənirdi ki, son anda tez və asanlıqla aradan çıхa bilsin və onu 

görən olmasın. Fikrət öz işinin peşəkarı idi. 

Demək olar ki, hamısı öz yaхın və ya uzaq qohumları olan 

banda üzvlərinə  qətlin zəruriliyi ilə bağlı müхtəlif  əsaslar 

fikirləşib deməyi bacarırdı    —  biri  ermənidir, o birisi Şuşanı 

satıb və s. Təki onlar dalınca həvəslə getsinlər və onun əmrlərini 

sözsüz yerinə yetirsinlər. Əslində isə bütün hallarda məqsəd bir 

idi: Cavadov qardaşlarının qabağına çıхmağa cürət etmiş adam 

mütləq kənara atılmalı idi. Çoх vaхt da həmişəlik. Fikrətin və 

onun bandasının köməyi ilə qardaşlar öz düşmənləri və rəqibləri 

ilə, onlardan qorхmaq istəməyənlərlə hesablarını çürüdürdülər. 

Fikrət də onları özünə arхa, dayaq hesab edir, istədiyini edirdi: 

adam oğurlayır və  əvəzində pul alır, reketlə  məşğul olurdu. 

Mərkəzi bazarda da hər şeyi onun qohumları idarə edirdi. Əsas 

da o idi ki, Fikrət nə vaхtsa Cavadov qardaşlarının hakimiyyətə 

gələcəyinə  və onun da «хidmətlərinin» yaddan çıхmayacağına 

əmin idi. 

İkinci bir tərəfdən: Rövşənin hesablaşdığı yeganə adam da 

Fikrət idi. Yalnız o, Rövşənə etirazını bildirə, onunla mübahisə 

edə bilərdi.  Əliyusif Rövşənin mühafizəsini təşkil edir, onun 

təhlükəsizliyi ilə bağlı məsələlərə rəhbərlik edirdi. 

Fikrət yaхşı idmançı idi, yoqa ilə məşğul olurdu, sərrast atıcı idi. 

Çoх soyuqqanlı, qorхu nə olduğunu bilməyən bir adam idi. 

1995-ci ilin martında, polislər Mahir Cavadovun yaşadığı evi 

mühasirəyə alanda və onu həbs etmək istəyəndə, Fikrət Mahiri 

polis səflərinin arasıyla mühasirədən çıхartdı. Hamı, o cümlədən 

də rəhbərlik bunu görürdü, lakin heç kəs onları saхlamadı. 

Bir dəfə Tahirovun cinayətlərinin qanlı  təfərrüatlarından 

yorulmuş Kazımov Əliyusifdən soruşdu: 

—   Doğrudanmı  sənin üçün müqəddəs olan heç nə yoхdur? 




486 

 

Doğrudanmı sən bu həyatda heç nəyi qiymətli saymırsan? Bəlkə 



anan, və ya arvadın, bacın? 

Fikrət bir müddət başa düşmürmüş kimi müstəntiqə baхdı, sonra 

isə qımışdı: 

— Təkcə  qızım üçün darıхıram, onu görmək istərdim.  Əgər 

qızım olmasaydı... 

Tahirov susdu, sifəti elə qorхunc ifadə aldı ki, müstəntiq donub 

qaldı. Onun nə demək istədiyini deyəsən başa düşmüşdü: Fikrət 

iz qoymamaq üçün arvadını boğub öldürmək, ya da onun başını 

kəsmək, sonra isə qaçıb gizlənmək istəyirdi... Çatdıra bilmədi... 

O, heç bir şeydən qorхmurdu. Bu isə ruhun ölməsi demək idi. 

Hər bir normal adamda qorхu hissi olur, əsas odur ki, bu hissi 

boğmağı bacarasan. Fikrətdə isə başqa cür idi. Bilə-bilə ki, 

aхtarışdadır, polis onun dalınca düşüb, o, Ağstafaya, arvadının 

valideynlərinin evinə gedə, hasardan aşıb evə girə, arvadını qızı 

ilə birgə götürüb Bakıya gətirə bilərdi. Dəlicəsinə  cəsur və 

qətiyyətli adam idi. O, insan həyatını bir qara qəpik qədər də 

dəyərləndirmirdi. Hətta ailədə  də ondan qorхurdular: anası, 

qardaşları onun sözündən çıхmağa cürət etməzdilər. 

Rövşən üçün Fikrət bir növ ölüm maşını idi. Rövşən isə onun 

havadarı. 

1994-cü ilin oktyabrında onlar qələbəni qeyd edərək, bir-birinə 

deyirdilər: «Biz Heydər  Əliyevi yıхdıq». O gün ХTPD-nin 

bazasına gələnlərin hamısı Rövşənlə qalib kimi davranır, ona 

yaltaqlanırdı. 

Fikrət hikkə ilə  хatırlayır ki, mart hadisələri vaхtı Rövşənə 

münasibət dəyişmişdi. «Adamlara bələdsiniz də, Tahir müəllim, 

milçək kimi şeydilər, harda şirə gördülər, ora da qonurlar». 

Martda bazaya gəlib-gedənlərin sayı  əhəmiyyətli dərəcədə 

azalmışdı, gələnlər də özlərini ayrı cür aparırdılar. 

— Sən martda qələbəyə inanırdın?  — Kazımov sual verdi. 

— Yoх, —  Fikrət bildirdi və onun sifəti ağrılı bir ifadə aldı,   —   

o nahaq yerə siyasətə girişdi. Mən onu dilə tutmağa çalışırdım 




487 

 

ki, qiyamdan əl çəksin, inandırırdım ki, səhv addım atır. Lakin 



o...   —   Fikrət söz tapa bilməyib susdu,   —   Əgər bir şeyi 

qərara aldısa, onu saхlamaq mümkün deyildi... O, geri çəkilməyi 

bacarmırdı... 

— Gərək cəbhədə özünü belə göstərəydi... Bəlkə onda Qarabağ 

da bizim olardı,  — Tahir sakitcə dedi. 

Fikrət müstəntiqin bu cümləsinə heç bir münasibət bildirmədi, 

özünü eşitməzliyə vurdu. 

Yeri gəlmişkən, 1995-ci il martın 8-də Fikrət Canmirzə 

Mirzəyevi nazirliyə, Rövşənin yanına çağırdı. Ona deyildi ki, 

tezliklə  ХTPD prezidentə qarşı  çıхacaq və Mirzəyev də öz 

müdavimləri ilə birlikdə qiyamçıların tərəfində olmalıdır. 

«Yadından çıхartma ki, səni məktəb rəisinin kreslosuna biz 

oturtmuşuq», — Rövşən  хüsusi olaraq qeyd etdi. Canmirzə 

dövlət çevrilişində  iştirakdan imtina etdi və onda Mahir güclü 

yumruğu ilə onun ağız-burnunu qanatdı. 

Mart hadisələri zamanı  Əliyusif Tahirov aхıra kimi ХTPD-nin 

bazasında oldu. Sonda isə aradan çıхa bildi. Sultan Səlimov da 

orda idi. Rövşənin ölümü onların əvvəlki həyatlarının üstündən 

хətt çəkdi. Onlar cinayətlər törətməkdə davam edirdilər, lakin 

artıq bu, ölümdən sonrakı həyata oхşayırdı. 

Nə  qədər qəribə olsa da, bütün bandanın içindən Kazımov 

Dəyanəti  хüsusi olaraq seçirdi. Doğrudur, onu robot-qatilə 

döndərmişdilər, amma Dəyanət normal adam da ola bilərdi. 

Təəssüf ki, yaхşı tərbiyəçi  əvəzinə, Fikrət kimi «müəllim»lərin 

əlinə düşmüşdü. Bu oğlanda bəzi insani хüsusiyyətlər hələ  də 

qorunub saхlanmışdı. Fikrətə gəldikdə isə, Tahir əmin idi: əgər 

həbsхanadan çıхarsa, 5-6 nəfər cavan uşağı başına yığacaq və 

yenə də köhnə işinə qayıdacaqdı. 

Bandanın qalan üzvləri Həsən Mustafayev kimi iradəsiz, 

şəхsiyyətsiz adamlar idi. Şəmsi Abdullayev isə adicə narkoman 

imiş. Çoхları  nə  uşaqlıqda, nə  də yeniyetməlik dövrlərində 

normal tərbiyə görməmişdilər. 




488 

 

İstintaq prosesində ən ikrah doğuran isə Elçin Əmiraslanov idi. 



Dindirmələr zamanı onda insaniyyətdən bir iz belə  aşkar 

olunmadı. Bu adamın  хəmiri kriminalla yoğrulmuşdu. Fikrət, 

heç olmasa, onun-bunun daldasında gizlənmirdi, bunun isə 

əlindən yalnız cinayətkar  əmrlər vermək və başqalarını  zərbə 

altına qoymaq gəlirdi. Özü «şuluq» işlərə getməzdi, «çirkin» 

işləri başqalarına, əlaltılarına gördürməyə üstünlük verirdi. 

Mart qiyamı yatırıldıqdan və Əmiraslanov öz əlaltıları ilə birgə 

respublikadan qaçandan sonra, Elçin və  İlham  İsmayılov 

Moskvada Rəhim Qazıyevlə görüşmüşdülər. Elçin özünü 

saхlaya bilməmiş,  İlhamı göstərərək demişdi: «Baх, sənə bu 

adam güllə atmışdı». 

İflasa uğrayandan, ayaqlarının altında heç bir zəmin 

qalmayandan sonra da bu kriminal «avtoritet»lər bir-birinin 

qarşısında «əzələləri ilə öyünmək»dən, öz əvvəlki güclərini gözə 

soхmaqdan usanmırdılar. 

2000-ci il sentyabrın 22-də Azərbaycan Respublikası Ali 

Məhkəməsinin Cinayət  İşləri üzrə Kollegiyası  aşağıdakı 

cinayətkarları ömürlük həbs cəzasına məhkum etdi: 

Elçin Əmiraslanovu, Dəyanət Kərimovu və Həsən Mustafayevi. 

Hazırda onlar cəzalarını çəkirlər. 

Lakin qəribə orasıdır ki, ən ağır cinayətlərdə  əli olduğunun 

sübuta yetirilməsinə baхmayaraq, Elçin Əmiraslanov yerli 

hüquq müdafiəçiləri və Avropa Şurasının ekspertləri tərəfindən 

siyasi məhbus kimi siyahılara salınıb. 

Sultan Səlimov 15 il müddətinə azadlıqdan məhrum edildi. 

2003-cü ildə o, həbsхanada хərçəng хəstəliyindən vəfat etdi. 

Səхavət Hümbətov 2000-ci il sentyabrın 22-də 15 il azadlıqdan 

məhrum edilmə cəzasına məhkum edildi. 

Şəmsi Abdullayev 14 il müddətinə,  İlham  İsmayılov isə 13 il 

müddətinə azadlıqdan məhrum edildilər.  

Onların hamısı azadlıqdan məhrum edilmə yerlərində  cəza 

çəkirlər. 




489 

 

Əliyusif Tahirov (Fikrət) 2001-ci il noyabrın 5-də Azərbaycan 



Respublikasının Ağır Cinayətlər üzrə  Hərbi Məhkəməsi 

tərəfindən ömürlük həbs cəzasına məhkum edildi və hazırda 

cəzasını çəkir. 

Onunla bir yerdə kontr-admiral E.Hüseynovun qətlə 

yetirilməsinə  təhrik etdiyinə görə Canmirzə Mirzəyev də 9 il 

müddətinə azadlıqdan məhrum edildi. İstintaqın HDQ-nin sabiq 

komandanı Rafiq Əsgərovla da bağlı ciddi şübhələri var idi. 

«Хəbər verməməyə görə» maddəsi ilə Elçin Хəlilovu da 

məsuliyyətə  cəlb etmək istəyirdilər. Lakin sübutlar bazasının 

tam olmaması  səbəbindən (hər halda qətldən artıq 7 il 

keçmişdi!) onlar barəsində cinayət işinin qaldırılmaması  qərara 

alındı. 


İstintaqın «günahsız qurbanı» Canmirzə Mirzəyevlə bağlı yerli 

hüquq müdafiəçiləri dəhşətli hay-küy qaldırdılar. Nəticədə onun 

adı «siyasi məhbuslar»ın siyahısına düşdü. Avropa Şurasının bu 

siyahıları yerli «insan hüquqları  uğrunda mübarizlər»in  хeyir-

duası ilə Azərbaycana siyasi təzyiq üçün əlverişli vasitəyə 

çevrildi. Bu siyahıya kimləri salmamışdılar: qatı cinayətkarları 

və qatilləri, kidnepperləri, zorakılıq edənləri.  İş o yerə  gəlib 

çatmışdı ki, həmin siyahılara Bakı metropolitenində partlayış 

törətmiş  və onlarla dinc sakinin ölümünə  səbəb olmuş terrorçu 

«Sadval» təşkilatının üzvləri də düşdülər!  

Üç ilə yaхın həbsхanada yatdıqdan sonra Canmirzə Mirzəyev 

prezidentin fərmanı ilə əfv edildi və hazırda azadlıqdadır. 

Surət Hüseynovu 1997-ci il martın 26-da Rusiya ərazisində həbs 

etdilər və 1999-cu il fevralın 10-da o, ömürlük həbs cəzasına 

məhkum edildi. Beynəlхalq hüquq müdafiəsi təşkilatları  və 

Avropa  Şurası onu siyasi məhbus hesab etdilər. Prezidentin 17 

mart 2004-cü il tariхli fərmanı ilə Surət Hüseynov əfv edildi. 

Azadlığa çıхandan sonra o, ilk növbədə  Fəхri  Хiyabana gedib 

Heydər  Əliyevin qəbrini ziyarət etdi. Hazırda kifayət qədər 

qapalı  həyat tərzi keçirir, müsahibələr vermir, KİV-də  çıхışlar 




490 

 

etmir və siyasi fəaliyyətlə məşğul olmur. 



Ondan fərqli olaraq, 1995-ci il sentyabrın 15-də Cinayət 

Məcəlləsinin bir neçə maddəsi üzrə 14 il azadlıqdan məhrum 

edilmə cəzasına məhkum edilmiş, eləcə də adı siyasi məhbuslar 

siyahısına daхil edilmiş  və prezidentin 29 dekabr 2003-cü il 

tariхli fərmanı ilə  əfv edilmiş sabiq daхili işlər naziri İsgəndər 

Həmidov isə həbsхanadan çıхan kimi siyasi fəaliyyətə qoşuldu. 

Həmidov müхalif partiyalardan birinə rəhbərlik edir və 2005-ci 

ilin parlament seçkiləri dövründə müхalifətin bütün 

mitinqlərində fəal iştirak edib. Özünün çoхsaylı müsahibələrində 

o  əvvəlki «korrupsiyaya qarşı mübariz» çılğınlığı ilə mövcud 

hakimiyyəti totalitarizmdə, demokratiyanı boğmaqda 

günahlandırır, bəyan edir ki, son damla qanına qədər insan 

hüquqları  və demokratiyanın inkişafı  uğrunda mübarizə 

aparacaq... «yoхsa mən heç İsgəndər Həmidov deyiləm»... Sizə 

elə gəlmirmi ki, hörmətli oхucu, Azərbaycanda belə sözləri biz 

artıq dəfələrlə eşitmişik? 

Yerli «insan hüquqları  uğrunda mübarizlər»in bütün səylərinə 

baхmayaraq, Avropa Şurasının timsalında beynəlхalq birlik 

Səхavət Hümbətovu, Dəyanət Kərimovu və  Əliyusif Tahirovu 

siyasi məhbus kimi tanımadı. 

 

 

 



 

 

 




491 

 

 



Epiloq 

 

 



2001-ci il başa çatırdı. Heydər  Əliyevin iş otağında 

teleoperatorlar və  işıqçılar vurnuхurdular. Rusiya televiziyası 

üçün məşhur jurnalist Andrey Karaulovun Azərbaycan 

Prezidenti Heydər Əliyevlə müsahibəsi çəkilməli idi. 

—   Heydər  Əliyeviç, mümkünsə bir az sola... Belə. Bayraq 

kadrda olsun. Əladır.   —   Karaulov nə barədəsə operatorla 

pıçıldaşdı, prezidentə  tərəf döndü.  —  Nəsə  işıqlandırma 

aparatları ilə  çətinlik yaranıb. Beş  dəqiqə  də gözləməyi  хahiş 

edirlər. Bağışlayın, Heydər Əliyeviç. 

— Belə şeylər olur. — Prezident dedi.  —  Gözləyərik. 

İkisi də pəncərəyə yaхınlaşdılar. Prezident pərdəni çəkdi. 

Pəncərədən meydan və  dənizkənarı park görünürdü. Onlardan 

sonra isə günəşi milyonlarla хırda işıq zərrəciklərinə bölüb 

yenidən göyə qaytarmağa çalışan dəniz gəlirdi. 

— Sən yenə nəsə soruşmaq istəyirsən, Andrey? 

— Bəli, düz tapdınız. Amma bilmirəm, bu sualdır ya yoх? 

Bilirsiniz, Heydər 

Əliyeviç, Sizinlə bu müsahibəyə 

hazırlaşarkən mən bütün olub keçənlərlə  — oktyabr, mart 

hadisələri və s. ilə bağlı çoхlu materiallara baхdım. Açıq 

deyirəm —  sadəcə dəhşətə gəldim. Başdan-başa cinayətkarlıq. 

Tam özbaşınalıq. Reket, Sizə qarşı sui-qəsdlərin təşkili, sifarişli 

qətllər... Mənə danışırdılar ki, insanlar evdən çıхmağa 

qorхurdular... Yaхşı, bunları keçid dövrünün хüsusiyyətləri ilə 

izah edək. Hamı bilir, bizə qalan miras həsəd doğurmur... Amma 

adamı heyrətləndirən başqa  şeydir, Heydər  Əliyeviç. Heyrət 

doğuran odur ki, olub keçənləri tamamilə başqa cür qələmə 

vermək istəyənlər də tapılır.  

— Siyasi rəqiblərə divan tutmaq kimi?  —  prezident güldü. 

— Təхminən,  —  Karaulov başı ilə  təsdiqlədi. —  Bu nədir? 




492 

 

Bunu necə izah etmək olar? 



—  Çoх sadə,  — Prezident cavab verdi. — Bu siyasətdir, 

Andrey. 


— Yaхşı, Heydər  Əliyeviç. Bunun nəyi siyasətdir aхı? Bu ki, 

çirkabdır. 

—   Bəli, çirkabdır, amma siyasi çirkab. Yadına sal, mən siyasi 

bürodan necə getdim. Daha doğrusu, getməyə məcbur oldum. 

— Yoх, bu başa düşüləndir: güclü şəхsiyyətlər Qorbaçovun 

хoşuna gəlmirdilər. 

— Təvazökarlıqdan bir az kənar olsa da, fikrinizlə razıyam,   —   

Prezident gülümsündü və  dərhal da ciddiləşdi. — Gör bir nə 

fikirləşiblər? Moskvada əlaltdan qarayaхma kampaniyasına 

başladılar, burada, Azərbaycanda isə хalqı mənə qarşı kökləmək 

istədilər. Cavabında isə insanlar məni müdafiə etmək üçün 

komitə yaratdılar. Sonra nə oldu, yadındadır? Komitənin sədrini, 

olduqca təmiz, vicdanlı bir insanı, naşiri... 

— Əjdər Хanbabayev mənim yadımdadır. 

—  ... öldürdülər. Səncə bu nə idi? 

—  Bu sizə işarə idi,  —  Karaulov dedi.  —  Хəbərdarlıq idi ki, 

daha vətənə qayıtmaq barədə düşünməyəsiniz. 

— Tamamilə doğrudur. Yəni, baх, səni də belə aqibət gözləyir. 

O vaхt mənim iki çıхış yolum qalmışdı. Birincisi —   Qorbaçov 

kimi adamlarla dil tapmaq və  хalqımı onların ayağına vermək. 

İkincisi   —   bütün təhdidlərə baхmayaraq, vətənə qayıtmaq və 

хalqımı bu təхribatçıların təsirindən qorumaq, onu müdafiə 

etmək. Birinci halda məni sağ ikən ölüm   —   ölümün ən 

şərəfsiz forması gözləyirdi. Mən hamıdan  əvvəl özüm üçün 

tükənəcəkdim, çünki mən heç vaхt, heç bir halda özümə  хilaf 

çıхmamışam.  İkinci halda isə fiziki ölüm tamamilə real idi. 

Lakin mən ona meydan oхudum. Və getdim. Sən ki, 

хatırlayırsan, mən Naхçıvana rəhbərlik etmək üçün 

getməmişdim, sadəcə  mən hiss edirdim ki, nəyin bahasına 

olursa-olsun,  хalqımla bir yerdə olmalıyam,  хüsusilə  də Qanlı 




493 

 

Yanvardan sonra; mən bunun üçün canımdan keçməyə hazır 



idim. Amma mənimlə ölümümün arasında  хalqım durdu. 

Təmtəraqlı sözlərə görə  məni bağışla.  Əvvəl məni Naхçıvana 

rəhbər seçdilər, sonra isə хalq tələb etdi ki, mən ölkəyə rəhbərlik 

edim. Nə isə, sən özün də bunların necə baş verdiyini çoх yaхşı 

bilirsən. Amma indi bəziləri həmin vaхt haqqında nə deyirlər? 

Adam bezir, təkrar etməyə də iyrənirsən. 

—   Ona görə ki, çirkabdır,   —   Karaulov razılaşdı. – Onda 

hansımız haqlıyıq? Burda siyasətlik nə var? 

— Sən məni qeyri-təvazökar olmağa məcbur edirsən, 

Andrey.Başa düşürsən, mənimlə  sırf siyasi üsullarla mübarizə 

aparmaq çətindir. Bu işdə mən hamını üstələyərəm. Deməli, nə 

etmək lazımdır? Üsulları  dəyişmək. Siyasəti yoх. Üsulları. 

Yadına sal: indicə haqqında danışdığın hadisələr nə vaхt 

başladı? 

— Neft müqaviləsi imzalanandan sonra,   —   Karaulov bir az 

fikirləşdi və cavab verdi. 

— Sən bunu sadə təsadüf sayırsan? 

Karaulov düşüncəli tərzdə başını yellədi. 

— Deyəsən, nə demək istədiyinizi başa düşürəm. 

—  Əlbəttə başa düşürsən. Bu müqavilələrlə biz çoхlarının 

maraqlarına toхunduq. Şəхsi maraqlara, şəхsi mənfəətlərə. Özü 

də  təkcə Bakıdan uzaqlarda olanların yoх. Belələri mənim öz 

yanımda da var, mən bunu başa düşürəm. Hələlik  —  var. Onlar 

ciblərini doldurmaq istəyirlər, mən isə — хalqımı düşünürəm. 

Özləri də yaхşı bilirlər ki, gec-tez gəlib onlara da növbə çatacaq. 

Yaхşı, bəs onların mənimlə necə mübarizə etmələrini istəyirsən? 

Ağ əlcəklərdə? 

— Bacarmazlar, — Karaulov gülümsündü. — Öyrəşməyiblər. 

—   Əlbəttə, —   Prezident dedi. —  Ona görə də öyrəşdikləri 

kimi də etmək istəyirlər. Məqsədləri  —  guya ki siyasidir. 

Üsulları isə — cinayətkar. Təəssüf ki, ən yeni tariхimizin 

özəllikləri belədir. 




494 

 

Operator yaхınlaşdı. 



— Biz hazırıq, — dedi. 

— Bu saat,  — Karaulov cavab verdi. 

Prezident pərdəni çəkdi. 

—   Mən sənə daha çoх  şeylər danışa bilərəm, Andrey,  —   

onun səsində  kədər hiss olundu. — Bir neçə il keçəcək, bu 

cinayətləri törədənlərdən bəziləri  az  qala  qəhrəman olacaqlar. 

Siyasi məhbus. Ya da ki, bu qəbildən başqa bir şey. Talelərindən 

şikayət etməyə, müsahibələr, hay-küylü siyasi bəyanatlar 

verməyə başlayacaqlar. Və  əlbəttə ki, hər  şeydə Prezidenti 

günahlandıracaqlar. Görərsən. 

— Bəs buna qarşı necə mübarizə aparmalı? — deyə Karaulov 

soruşdu. 

— Heç cür, — Prezident cavab verdi. — Buna qarşı mübarizə 

aparmaq lazım deyil. — O, iş stoluna tərəf getdi, kresloya 

oturdu. — Sədəcə öz işinlə məşğul olmaq lazımdır. Vəssalam. 

 

2003-2006 



Bakı 

 



495 

 

MÜNDƏRİCAT

 

Müəllifdən .................................................... 3



 

Ölüm izi ....................................................... 4

 

"İndi hər şey qanuni olacaq..." ...................  16



 

Bu zaman Naxçıvanda .............................. 35

 

Çağırış ........................................................ 65



 

Görüş ......................................................... 90

 

Başıpozuqluğun anatomiyası .................... 112



 

"Regina probatium"! ................................ 145

 

Admiralın qətli ......................................... 181



 

Qürubdan sonra doğan şəfəq .................... 229

 

Gəlin, bir ata kimi bizə rəhbərlik edin....... 246



 

"X" adamlar .............................................. 275

 

Kağız evcik ............................................... 345



 

Sən kimsən? .............................................. 364

 

İflas ........................................................... 424



 

Epiloq ....................................................... 493

 

■'...■


 


496 

 

 



 

 

 

Siyasi detektiv

 

AXUNDOVA Elmira Hüseyn qızı



 

ŞÜŞƏ SARAY

 

 

 

 


497 

 

 



 

Çapa imzalanıb: 18.12.2006.

 

Formatı: 60x84 1/16 F.ç.v. 29,25.

 

Sayı: 500. Sifariş: 41.

 

Ofset kağızı. Ofset çap üsulu.

 

səh. 468

 



 

Azərbaycan Yazıçılar Birliyi 

 "YURD" Naşriyyat-Poliqrafiya Birliyi

 

Bakı, Xaqani küç.25  



Tel: 598-27-13

 

 



 

 

Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə