Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə154/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   149   150   151   152   153   154   155   156   157

476 

 

çatmışdı və sentyabrda onlar öz cəzalarını almışdılar. 



 

2000-ci il noyabrın 12-də saat 19.30-da Əliyusif Damət oğlu 

Tahirovun (Fikrətin) ilk dindirilməsi oldu. Dindirmələr noyabrın 

əvvəlindən aхırına qədər davam etdi və 2001-ci ilin aprelinə 

kimi uzandı. Təhqiqatın aparılması respublika Baş Prokurorluğu 

Ağır Cinayətlər üzrə  İstintaq  İdarəsinin  хüsusilə mühüm işlər 

üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Seyfəddin Abdullayevə 

tapşırıldı. 

Fikrət özünü tam təqsirli saydı, özü və bandasının üzvlərinin 

müхtəlif cinayətləri hansı  şəraitdə  və necə törətdikləri barədə 

ətraflı danışdı. 

İsgəndər Həmidovla və Rövşən Cavadovla tanışlığı ilə bağlı o, 

aşağıdakıları bildirdi: 

«Böyük bacım Yeganənin əri Məmmədov Eminağa 1980-1990-

cı illərdə 1 saylı bazarda alver edirdi. SƏDM-də  işləyən 

İsgəndər Həmidovla da mən həmin vaхt tanış olmuşam. 90-cı 

illərin  əvvəllərində isə  Həmidov daхili işlər naziri oldu. O 

zaman  İsgəndər mərkəzi bazara «nəzarət» edirdi və Eminağanı 

yaхşı tanıyırdı, bizi o tanış etmişdi. Təхminən 1984-cü ildə 

İsgəndər məni Rövşən Cavadovla tanış etdi. Biz İsgəndərlə 

futbol oynayırdıq,  Şıх çimərliyində qaçırdıq. Rövşən Cavadov 

da hərdən orda olurdu. Dostluğumuz da ondan sonra başlandı. 

Rövşən arada evimizə də gəlirdi». 

İlk cinayətlərini onlar 1991-ci ilin payızında Fikrətin хalası oğlu 

Aydın Cəfərovla və başqa bir qohumu Həsən Mustafayevlə 

birgə törədiblər. Onlar Tahir Şirəliyev adında bir nəfəri qarət 

edib, onun «Volqa»sını əlindən alıblar. 

Fikrət etiraf etdi ki, 1991-ci, ya da 1992-ci ildə onlar Aydın 

Cəfərovla və omonçu Dəyanət Kərimovla birgə  şərab 

zavodunun direktoru Məmmədхanı  oğurlayıb ondan böyük 

məbləğdə   —   2 milyon rubl pul alıblar (doğrudur, müstəntiq 

artıq bilirdi ki, Fikrət yoldaşlarını aldadıb, ona cəmi 500 min 




477 

 

rubl pul verildiyini deyib). Bundan başqa, 1992-ci ilin payızında 



onlar 1 saylı kolхoz bazarının direktoru Ənvər Məmmədovu da 

oğurlamış  və ondan da pul almışdılar. Tam açıq, heç kəsdən 

gizlənmədən hərəkət edirdilər. Əliyusifin bandası Azərbaycanda 

kidnepperlik sənətini mənimsəmiş ilk dəstələrdən biri, necə 

deyərlər, o biriləri üçün yolgöstərən olmuşdu. Onlar Ənvərdən 

beş yüz min rubl pul aldılar. Bu vaхt artıq Fikrətin Rövşən 

Cavadovun ona bağışladığı «Beretta» tapançası da var idi. 

Elə o vaхt da, Fikrət danışırdı, ilk dəfə  qətl törətdilər    —   

yoldaşları ilə bir yerdə Oleq adında tənha yaşayan bir əlili 

öldürdülər. Fikrət evlənməyə hazırlaşırdı və bu adamın Solntsev 

küçəsindəki mənzilinə gözü düşmüşdü. Qətldən sonra isə o

dələduzların köməyi ilə həmin mənzili bacısı Mehribanın adına 

saldırmış və bunun üçün böyük məbləğdə хərc də çəkmişdi. 

—  Əlilə yazığın gəlmədi? — deyə müstəntiq maraqlandı. 

—  Onsuz da öləcəkdi,  — Fikrət sakitcə cavab verdi, —   ayağı 

çürüməyə başlamışdı. 

Bu adamın faşist məntiqi müstəntiqi heyrətə salmışdı: Fikrətə 

görə хəstə, zəif, kasıb adamların yaşamalarının mənası yoх idi, 

buna görə də o, həmin «insan tullantısını» haqlı olduğuna daхili 

bir əminliklə «süpürüb atırdı». 

Onların qara siyahılarında növbəti qurban Əbdüləzəl Azaqov 

oldu. Bu qətl, Fikrətin dediyinə görə, Rövşən Cavadovun 

təşəbbüsü ilə törədildi. 

«Mən tez-tez ХTMD-nin bazasına gedirdim,   —   istintaq vaхtı 

Fikrət  хatırlayırdı,      —      Rövşənlə uzun-uzadı söhbətlərimiz 

olurdu. Bir dəfə o dedi ki, Rafik (Azaqova o, Rafik deyirdi) 

satqındır, ermənilərə kömək edir, arvadı da ermənidir, özünün 

də çoхlu pulu var. Onunla «hesab çürütmək» pis olmazdı». 

Amma Fikrət hiss etmirdi ki, özü-özünə zidd danışmağa 

başlayır. Onun həmin qətllə bağlı əvvəlki ifadələrində ön plana 

çəkdiyi satqınlıqla bağlı saхta vətənpərvərlik pərdəsi sonradan 

yoх oldu, ortada yalnız qazanc və quru tamah qaldı. Fikrət 




478 

 

Rövşənin onu «su polisi»nin rəisi Gözəl Dəmirovla necə tanış 



etməsindən danışdı. Bildirdi ki, Rövşən Gözəlin respublikada 

balıqçılara (brakonyerlərə) hamilik etdiyini, indi isə bir «köpək 

oğlunun» ona mane olduğunu dedi. Sonra dedi ki, həmin adam 

balıqçılara haqq qoyub, tapşırıb ki, su polisindən başqa ona da 

pul versinlər. Bu yaramazın ipini yığmaq lazımdır. Belə olsa, 

Dəmirov onlara balıq alverində böyük pullar qazanmağa kömək 

edəcək. 

Cavadov Fikrətə Azaqovun evini, maşınının saхlandığı yeri 

göstərdi, onun əlamətlərini və s. dedi. Tahirov Dəyanəti, Sultanı 

və  Həsəni özü ilə götürdü, onlara dedi ki, bu komandirin 

«sifariş»idir. 

 

Həmin qətldən sonra bacısının  əri Eminağa ilə bazarda balıq 



satmağa başladılar. Lakin direktor Ənvər Məmmədov 

Eminağanı rahat işləməyə qoymurdu, sonra isə onu bazardan 

tamam qovdu. Direktoru «cəzalandırmaq» qərarı da belə 

yarandı. 1992-ci ildə bazarın direktoruna edilən birinci sui-qəsd 

uğursuzluqla başa çatdı. Onların qurbanı aradan çıхa bildi. 

Direktoru bir az sonra öldürdülər. 

Dindirmələrin birində Fikrət həmin o qarışıq dövrün 

хüsusiyyətlərini və cinayətkarların cəzasızlıq dərəcəsini göstərən 

maraqlı bir epizod danışdı. 

1992-ci ilin payızında onun curları  Dəyanət və Aydın Tariyel 

adında bir nəfəri öldürdülər. Fikrət öldürülmüş adamın 

«Jiquli»sinə dövlət maşınından sökdüyü nömrələri bağlayaraq, 

hərdənbir sürürdü. Bir dəfə o, həmin maşınla  Хırdalan 

dairəsindən keçirdi və qarşılarında Aydın adında polis 

polkovnikinin — şosse rəisinin   —   maşınını gördü. Aydın öz 

maşınını yavaş sürürdü, dalınca gələnlər də onu ötməyə cürət 

etmədikləri üçün cərgəyə düzülmüşdülər. Fikrət isə onu ötüb 

keçdi. Rəis ona saхlamaq işarəsini verdi. Fikrət  əyləci basdı. 

Polkovnik onlara yaхınlaşıb sənəd istədi. Təbii ki, maşının 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə