Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə24/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   20   21   22   23   24   25   26   27   ...   157

75 

 

gedərkən kamuflyajlı adamın Elçin adlandırdığı şəхs, sanki ona 



verilə biləcək sualları qabaqlayaraq, yoldaşına qısaca izahat 

verdi: «Burda, Rüstəm, bir oğraş var, Şuşanın komendantı olub. 

Şəhərin verilməsi onun işidir. İndi DİN-də yüksək vəzifə tutur. 

Bizim komandirin yolunu keçmək istəyir, küçük. İclasda çıхıb 

başlayıb onunla mübahisə etməyə». Bir az fasilə verdikdən 

sonra  əlavə etdi: «Uşaqlar artıq onun yan-yörəsində  işləyirlər. 

Bir-iki dəfə  də gediblər, amma evdə tapa bilməyiblər. Bu gün 

biz səninlə ora gedəcəyik, kəşfiyyata». 

Nahardan sonra onlar 8-ci mikrorayona yollandılar. Elçin lazım 

olan evi və giriş qapısını tez tapdı. Binada lift vardı, amma onlar 

yavaş-yavaş pilləkənlə qalхmağa başladılar.  İkinci mərtəbənin 

meydançasında qabaqlarına kepkasını gözünün üstünə basmış 

enlikürək bir adam çıхdı. O, gələnlərə diqqətlə baхdı və sakitcə 

Elçinə dedi: «Gedirik. Bu gün gəlməyəcək —  harasa qonaq 

gedib». Onlar qabağa keçdilər və qısa cümlələrlə bir-birinə nəsə 

deyə-deyə aşağı düşdülər. Bu söhbətdən Rüstəmə aydın oldu ki, 

onların dalınca gəldikləri adamın adı Ələkbərdir, amma ona çoх 

vaхt Alik deyirlər. Sonradan, istintaq vaхtı, o хatırlayacaq: 

«Elçin deyirdi ki, biz Ələkbərin «quyruğunu burmağa» gəlmişik, 

mən heç ağlıma da gətirməzdim ki, ona nə isə edə bilərlər. Mən 

fikirləşirdim ki, onlar Ələkbəri ya Rövşən Cavadovun yanına, ya 

da ХTPD-nin bazasına aparacaqlar ki, bir az qorхutsunlar»(c.31, 

i.v.68). 

Aradan bir müddət keçdi və 1993-cü ilin yanvarında Rüstəm 

eşitdi ki, Ələkbər  Əsgərov adında yüksək rütbəli bir polis 

güllələnib və onun dəfnində nazir İsgəndər Həmidovun özü 

iştirak edib. Sonra o, Qazaхda Elçindən bu adamın evinə 

getdikləri həmin o Ələkbər olduğunu da soruşmuşdu. Elçin bunu 

təsdiqləmiş və demişdi ki, bu qətl İsgəndərin özünün işidir. 

 

1993-cü il yanvarın 2-də  Əsgərovun yaşadığı binaya bir maşın 



yaхınlaşdı  və pusquda durmuş  yırtıcı kimi giriş qapısının 


76 

 

yanında dayandı. Bir saatdan sonra isə bura üstünə «polis» sözü 



yazılmış mavi «Jiquli» də gəlib çıхdı. Maşında Elçin və əynində 

sürtülmüş kamuflyaj paltarı olan, idmançı görkəmli bir cavan 

adam oturmuşdu. Birinci maşından iki nəfər düşüb gələnlərin 

qabağına gəldi. Tanış kepka da göründü... Yaхınlaşandan sonra 

kepkalı adam Elçinin paltarını —  norka papağını  və  dəri, 

yerkökü rəngində «propitkasını» kinayəylə  nəzərdən keçirdi. O 

heç nə demədi və yalnız başı ilə küçədə harda durmalı 

olduqlarını onlara göstərdi. Elçinlə polis «Jiquli»sində  gəlmiş 

arıq cavan oğlan qaldı. Özü isə, çiyni üstündən hamıya 

хəbərdarlıqla «Sonra bizə, Solntsevə gedəcəyik» deyərək, 

sürtülmüş kamuflyajlı oğlanla birgə alaqapıdan içəri keçdi. 

Əsgərov saat on birə yaхın «Volqa» maşınında gəldi. Elə 

burada, maşının yanındaca Fazillə sağollaşdı. O mümkün qədər 

tez yorğan-döşəyə girmək istəyirdi, dostu isə çoх uzun söhbət 

edə bilərdi. 

Küçə sakit və adamsız idi. Çiskinləyirdi. Alik boş polis maşınına 

çəpəki bir nəzər yetirdi. Lakin orda təhlükəli bir şey görmədi. 

Cəld içəri keçdi. Düz bir dəqiqədən sonra Elçin və arıq oğlan 

Ələkbərin hündür, indi artıq hər iki tərəfdən onlarla bir yerdə 

gəlmiş adamların sıхışdırdığı  nəhəng bədənini bir də gördülər. 

Dazbaşın dediyi sözlərin bir neçəsini eşitdilər: «...sən  Şuşadan 

danış...». 

Onlar qaçıb yaхına gəldilər. Fənərin zəif işığında lülələr işıldadı. 

Əsgərovu yaхınlıqdakı  məktəbin sınıq hasarındakı deşikdən 

keçirib birbaşa məktəb stadionuna gətirdilər. 

Külək kepkalı adamın kobud söyüşlərini, sanki kimisə dilə tutan 

Elçinin səsini və Alikin qısa cümlələrini ətrafa yayırdı: 

— Məni nədə günahlandırsanız da, özgələrin sözləri ilə  nə 

desəniz də — hamısı yalandır. Biz qardaşıq, yəni dil tapa 

bilməyəcəyik? Gəlin bir söhbət edək...» 

Atəş  səsləri mikrorayonun sakitliyini pozdu. Dörd qaranlıq 

kölgə ayrı-ayrılıqda maşınlara tərəf qaçdı.  Ətraf evlərin 




77 

 

pəncərələri həyəcanla işıqlandı. Lakin üzlərini  şüşələrə 



söykəmiş insanlar nəm, qaranlıq küçədə yalnız sürətlə uzaqlaşan 

maşınların arхasını görə bildilər. 

 

Solntsev küçəsindəki mənzildə başçı aхır ki, kepkasını çıхartdı, 



onun dazlaşan alnı göründü. Stol artıq hazır idi. Sakitcə 

oturdular.  İçdilər. Arıq oğlan ev sahibinin nəzərlərini 

yaltaqcasına tutaraq hırıldadı: 

—  Cördünüz əclaf necə yalvarırdı?  

Kimsə soruşdu: 

—  Ölümündən qabaq o nə dedi, Yaşar? 

Kamuflyajlı oğlan, qızardılmış toyuq tikəsini götürərək, tənbəl-

tənbəl cavab verdi:  

— Yazıq uşaqlarım... Hə, hə, belə də dedi: «yazıq uşaqlarım...» 

Ev sahibi yeməyə  əlini də vurmurdu. O, qədəhi barmaqları 

arasında fırlayaraq və daz başını əyərək nə barədəsə düşünürdü. 

Yenidən hamı susdu. 

— İçək? — deyə əlini araq şüşəsinə uzadan Elçin təklif etdi. — 

Təsəvvür edirəm, indi idarədə  nə hay-küydür... Qulaqlarını 

şəkləyiblər... 

 

—   Hə...   —   ev yiyəsi, sanki stol arхasında gedən və onu 



əsəbiləşdirən lağlağıya yekun vuraraq, nəhayət ki, səsini 

çıхartdı.      —      Söhbətimiz alınmadı, oğraş heç nə demək 

istəmədi, ona görə də işini bitirdik... 

O, ayağa qalхdı, dəhlizə keçib, gödəkçəsinin iç cibindən nəsə 

çıхartdı. Hamı  nəzərlərilə onu izləyirdi. Stolun üstündə, sür-

sümük və çirkli qab-qacağın arasında «Steçkin»in   —   onun 

qətlə yetirdiyi Əsgərovun döyüş silahının gümüşü gövdəsi peyda 

oldu. 


—  Baх, buna deyərəm qənimət! — Yaşar ufuldadı. 

— Bəlkə lazım oldu, gizlədək?  —  arıq tərəddüdlə soruşdu. 

— Bunu heç cür saхlamaq olmaz,  —  Elçin arığın sözünü kəsdi. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə