Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

33 

 

Burada  satışdan  alınan  mənfəət  hesablayan  zaman  məhsul,  mal,  iş  və 



xidmətlər  satışından  gələn  gəlirlərin  hesaba  alınması  nəzərdə  tutulur.  Lakin 

Qanunun  23.2  maddəsinin  ikinci  abzasın  (yuxarıda  şərh  olunub)  tələbinə  görə 

satışdan  alınan  gəliri  hesablayan  zaman  həm  müəssisənin  kassasına,  hesablaşma 

hesabına  daxil  olan  və  həm  də  debitorlarda  olan  -  müəssisəyə  daxil  olmamış 

gəlirlərin  hesablamaya  daxil  edilməsi,  yəni  müəssisənin  pul  gəliri  kimi  hesaba 

alınması nəzərdə tutulur. 

Vergi  məcəlləsinin  tələblərinə  uyğun  olaraq  malın,  məhsulun  malalanların 

ünvanına  yola salan təki,  yaxud  onların  nümayəndəsinin  təhvil  verilən  təki,  iş və 

xidmətlər sifarişçilərə təhvil verilən təki satış anı kimi hesablanması, hesab-faktura 

yazılan anda satışdan gələn gəlirlər kimi hesaba alınması reallaşmış mənfəətə dair 

real göstəricini təyin etməyə imkan vermir. 

Nağdsız  məhsul, iş  və  xidmətlər  satışından  gələn  gəlirin  müəssisənin  hesab-

laşma  və  valyuta  hesabına  daxil  olmasında  beynəlxalq  praktikada  qəbul  edilmiş 

veksellərlə,  hesablaşma  çekləri  ilə,  hesablaşma  kartları  ilə  və  digər  praktikada 

müvəffəqiyyətlə  sınaqdan  çıxmış  mütərəqqi  nağdsız  hesablışma  üsullarından 

istifadə  olunmayan  indiki  şəraitdə  satışdan  gələn  gəlirlərin  müəssisə  gəlirlərinə 

daxil olması uzun bir müddət keçdikdən sonra baş verir, yaxud da heç daxil olmur. 

Hesabat  məlumatlarından  göründüyü  kimi  ölkəmizə  fəaliyyət  göstərən 

təsərrüfat  subyektlərinin  çoxu  kifayət  qədər  maliyyə  resursları  olmayan,  ödəniş 

qabiliyyəti zəif olan müəssisələrdir. Bu səbəbdən də podrat tikinti təşkilatlarrında 

tikinti-quraşdırma  işlərinin  kreditə  satışı  üstünlük  təşkil  edir.  Beləliklə  də  iş  və 

xtdmətlərin satışı miqyasları artdıqca debitor borclar və debitor borclarda malalan, 

reallaşmamış, pula çevrilməmiş mənfəət məbləğləri də çoxalır. 

Bizim fikrimizcə iş və xidmətlər satışında reallaşmış, pula çevrilmiş gəlirlərə 

görə satışdan alınan mənfəəti hesablamaq, uçot registrlərində qeydə almaq və hesa-

batlarda  əks  etdirmək  məqsədəuyğundur.  Bunun  üçün  hesab-faktura  yazıldıqdan 

sonra yox, təhvil verilmiş iş və xilmətlərin dəyəri ödənildiktən sonra onların satış 

qiyməti  ilə  dəyərini  46N°-li  hesabınkreditində  qeydə  almaq  və  hər  ayın  sonunda 

reallaşmış mənfəəti hesablamaqla real mənfəəti təyin etmək daha dəqiq olur. 



34 

 

2.3. Əsas vəsait obyektlərinin satışı və ləğv edilməsindən gəlirlərin 



və mənfəətin formalaşmasınınuçotunun problem məsələləri

 

 



Son  illərdə  bazar  rəqabətinin  dərinləşməsi  ilə  əlaqədar  olaraq  istehsalın 

texniki səviyyəsinin yüksəldilməsi, fəaliyyətdə olan müəssisələrdə bazarın tələbinə 

uyğun  olaraq  istehsal  istiqamətinin  dəyişdirilməsi,  ilə  əlaqədar  olaraq  istehsalın 

texniki səviyyəsinin yüksəldilməsi, milli müəssisələrdə xarici ölkələrin investisiya 

qoyuluşlarının artımı və s. tədbirlərlə əlaqədar olaraq istehsal müəssisələrində əsas 

vəsaitlərin təzələnməsi və təsərrüfatdan xaric olması əməliyyatları xeyli artmışdır 

ki,  bütün  bunlar  təsərrüfat  subyektlərinin  maliyyə  nəticələrinə  böyük  təsir 

göstərməkdədir. 

stehsal  prosesində  iştirakı  xarakterinə  görə  dövriyyədən  kənar  aktivlər 

qrupuna  daxil  edilən  əsas  vəsaitlər  amortizasiya  olunan  aktivlərin  əsas  hissəsini 

təşkil  edir.  Bu  qəbildən  olan  aktivlərin  həm  amortizasiya  edilməsi  və  həm  də 

təsərrüfatdan  çıxması  və  ləğv  edilməsi  və  satışı  ilə  əlaqədar  əməliyyatlar 

müəssisənin  idarə  edilməsində  qəbul  edilən  qərarların  səmərəliliyinə,  təsərrüfat 

fəaliyyətinin nəticələrinə və ümumilikdə müəssisənin maliyyə vəziyyətinə və onun 

sabitliyinə müəyyən dərəcədə təsir göstərir. 

Amortizasiya  olunan  əsas  vəsait  obyektlərinin  aşağıdakı  özünəməxsus 

xüsusiyyətləri vardır: 

onların  istifadə  müddəti  bir  uçot  dövründən  (beynəlxalq  praktikada  bir 



təqvim ili qəbul olunur) çox olmalıdır; 

onların məhdud faydalı xidmət vaxtı olmalıdır; 



istehsalatda  məhsul  istehsalı  və  xidmət  tədarükündə  istifadə  olunmaq, 

başqa  müəssisələrə  icarəyə  vermək  və  ya  inzibati  məqsədlər  üçün 

müəssisənin mülkiyyətində olmalıdır. 

Ə

sas  vəsaitlərin  (amortizasiya  olunan)  faydalı  xidmət  vaxtı  dedikdə,  onların 



müəssisədə  istifadə  olunması  gözlənilən  dövr  və  yaxud  bu  aktivlərin  istifadə 

olunmasından  müəssisənin  gözlədiyi  istehsal  vahidinin  miqdarı  nəzərdə  tutulur. 

Ə

ksər aktivlərin faydalı xidmət vaxtının müddəti, onların istifadə olunan müddətdə 




35 

 

illərlə, yaxud istehsal olunan məhsul vahidinin miqdarı və ya yürüşün miqdarı ilə 



ölçülür. 

Aktivlərin,  o  cümlədən  əsas  vəsaitlərin  istismarı  nəticəsində  köhnəlməsi 

fiziki, yəni texnologiyanın tətbiqi və digər amillər nəticəsində baş verir. 

Amortizasiya  olunan  əsas  vəsaitlərdən  ən  əsaslarının  faydalı  xidmət  vaxtına 

dair  normalara  dövrü  olaraq  yenidən  baxılır  və  ilin  hesablamadan  əhəmiyyətli 

kənarlaşma aşkar edildikdə, cari və gələcək dövrlər üçün amortizasiya normalarına 

düzəlişlər verməlidir. 

Amortizasiya  prosesinin  əsas  vəzifəsi  qəbul  edilən  metodlara  əsaslanaraq 

uzunmüddətli  istifadə  olan  əsas  vəsaitlərin  dəyərinin  ehtimal  olunan  istismar 

dövrləri ərzində hesablanaraq xərclərə daxil etməkdən ibarətdir. Başqa sözlə desək, 

bu  prosesdə  qiymətləndirmə  yox,  bölüşdürmə  funksiyası  həyata  keçirilir  və 

maliyyə nəticələrinin düzgün formalaşması üçün zəruri sayılır. 

Beynəlxalq  praktikada  amortizasiya  hesablanmasınnı  aşağıdakı  konkret 

metodlarından istifadə edilir: 

1. 

Bərabər ölçüdə hesablama metodu; 



2. 

Qalığın azaldılması metodu; 

3. 

Məlumatların məbləği metodu; 



4.  Ə

dədlərin cəmi metodu. 

Bərabər ölçüdə hesablama metodu aktivlərin faydalı xidmət vaxtı müddətində 

sabit  amortizasiya  məbləğini  hesablamaqla  aparılır.  Yəni,  amortizasiya  olunan 

dəyər  aktivlərin  istismar  olduğu  müddət  ərzində  bərabər  ölçüdə  xərclərə  daxil 

edilir. Deməli amortizasiya xərcləri mənfəətin formalaşmasına ilin bütün aylarında 

bərabər səviyyədə təsir göstərir. 

Qalığın  azaldılması  metodu  əsas  vəsaitlərin  faydalı  xidmət  müddətində 

amortizasiya  hesablanılan  məbləğin  azaldılmasını  nəzərdə  tutur.  Başqa  sözlə 

desək,  hər  bir  növbəti  hesabat  dövründə  amortizasiya  dəyəri  əvvəlki  il  üçün 

hesablanmış  amortizasiya  məbləği  qədər  azaldıqdan  sonra  alınan  məbləği  təyin 

olunmuş amortizasiya normasına vurmaqla amortizasiyalaşan yəni məsrəflərə daxil 

edilən  məbləğ  hesablanır.  Bu  halda  toplanmış  amortizasiya  məbləğinin  əsas 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə