Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

39 

 

Deyilənlərdən aydın olur ki, amortizasiyanın hesablanmasında bu və ya digər 



metodunun tətbiqi son nəticədə müəssisənin maliyyə nəticələrinə (mənfəətə) təsir 

göstərir. 

Qərb ölkələrin çoxunda 4-cü metod ən çox yayılmış metod sayılır. Ədədlərin 

cəmi  metodunda  istifadə  olunan  göstəricini  tez  hesablamaq  üçün  aşağıdakı 

düstürdan istifadə edilir: 

S = Nx (N+1): 2 

Burada, S - ədədlərin cəmini; 

N - nəzərdə tutulan xidmət müddətini ifadə edir. 

Beynəlxalq  praktikada  ədədlərin  cəmi  və  qalığın  azaldılması  metodu  sürətli 

amortizasiya  metodlarına  aid  edilir.  Sürətli  metodun  mahiyyəti  əsas  vəsaitlərin 

istismarının  ilk  dövrlərində  hesablanmış  amortizasiya  məbləğinin  onların  xidmət 

dövrünün sonunda hesablanan məbləğdən xeyli çox olmasından ibarətdir. Elm və 

texnikanın  sürətli  inkişafı  ilə  əlaqədar  texnologiyalar  yeniləşdiyindən  mənəvi 

cəhətdən köhnələn avadanlıqlar üçün bu metodun tətbiqi daha məqsədəuyğundur. 

stehsal  təyinatlı  əsas  vəsaitərin  əksəriyyət  növlərinin  təzə  olduğu  dövrlərdə 

daha çox səmərəli istifadəsi və yüksək məhsuldarlıq fəaliyyətinə malik olması bu 

metodun  tətbiqini  zəruri  edir.  Əsas  vəsaitin  yararlılığı  və  məhsuldarlığının  ilk 

illərində  sonrakı  illərlə  müqayisədə  çox  olduğundan  köhnəlmənin  çox  hissəsi 

həmin illərdə silinir və bu mühasibat uçotunun uyğunluq (mütənasiblik) prinsipinə 

tamamilə cavab verir. 

stehsal müəssisələrinin təcrübəsində əsas vəsaitlərin alınması, satılması, ləğv 

edilməsi,  silinməsi  və  digər  zəruri  əməliyyatları  hesabat  ilinin  müxtəlif  aylarında 

baş  verdiyindən  və  həmin  dövrlərdə  amortizasiya  ayırmalarının  hesablanması 

lazım  gəldiyindən  istifadə  olunan  illik  amortizasiya  ayırmaları  məbləğini  dövri 

amortizasiya  hesablanması  əmsalına  vürmaq  tələb  olunur.  Dövri  amortizasiya 

hesablanması əmsalını müəyyənləşdirmək üçün əsas vəsaitlərin istismarda olduğu 

dövrü 12-yə bölmək lazımdır. 

Dövriyyədən  kənar  aktivlər  qrupuna  aid  edilən  digər  qeyri-maddi  aktivlərin 

köhnəlməsi  məbləğləri  də  müxtəlif  illərdə  kəskin  sürətdə  fərqləndiyini  nəzərə 



40 

 

almaq  onların  köhnəlməsinin  hesablanması  ilə  əlaqədar  əməliyyatlar  da  istehsal 



məsrəflərinə, son nəticədə isə mənfəətin formalaşmasına təsir göstərir. 

Beynəlxalq  təcrübədə  müəssisə  aktivlərinin,  o  cümlədən  əsas  vəsaitlərin 

amortizasiyasının 

müxtəlif 

metodlarının 

olmasına 

baxmayaraq, 

ölkə 


iqtisadiyyatında  amortizasiya  prosesi  konkret  normativ  aktlarla  tənzimlənir.  Belə 

ki,  əsas  vəsaitlərə  amortizasiya  hesablanması  metodu  Azərbaycan  Respublikası 

Nazirlər  Kabitetinin  3  iyul  1997-ci  il  tarixli,  71  saylı  qərarına  uyğun  həyata 

keçirilirdisə,  vergi  məcəlləsi  qüvvəyə  mindikdən  sonra  qeyd  olunan  qərar  ləğv 

edildi  və  amortizasiyanın  hesablanması  proseslbu  məcəllənin  114-cü  maddəsinin 

tələblərinə uyğun aparılır. 

AR Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumta görə tikinti işlərinin 

yerinə  yetirilməsinə  çəkilən  xərclərin  maddələr  üzrə  tərkibində  əsasvəsaitəlrin 

amortizasiyasla  çəkilən  xərclər  2009-cu  ildə  7,4%,  2010-cu  ildə7,0%  və  2011-ci 

ildə  5,3%  miqdarında  olmuşdur.  Yaxın  gələcəkdə  istehsalın  texniki  səviyyəsinin 

yüksəlməsi,  yeni  texnologiyaların  tətbiqi  ilə  əlaqədar  olaraq  amortizasiya 

məbləğlərinin  və  tikintiyə  məsrəflərin  və  tikinti  məhsulu  maya  dəyərinin  ümumi 

həcmində amortizasiya ayırmalarının payının artması gözlənilir. 

Belə  bir  şəraitdə  tikintiyə  məsrəflərin,  tikinti  məhsulunun  maya  dəyəri  və 

mənfəətin formalaşmasında böyük rol oynayan amortizasiya ayırmalarının istismar 

müddətinə və şəraitinə, davamlılığına, istifadə dövrünə və i.a. görə fərqlənən çoxlu 

sayda əsas vəsait obyektlərini özündə birləşdirən iriləşdirilmiş əsas vəsait qrupları 

üzr  təyin  edildməsini,  ümumiyyətlə  «Mühasibat  uçotu»  haqqında  AR  Qanunu 

mövcud  olan  şəraitdə  amortizasiya  ayırmaların  hesablanmasına  dair  mühasibat 

uçotu  qaydasının  vergi  qanunvericiliyinə  tabe  edilməsinə  heç  cür  haqq 

qazandırmaq  olmaz.  Vergi  qanunvericiliyi  ancaq  dövlətin  mənafeyini  güdür. 

«Mühasibat uçotu haqqında» Qanun isə dövlətin mənafeyi ilə yanaşı sahibkarların, 

investorların, təsisçilərin, müəssisə kollektivinin mənafeyinigüdür. 

Bizim  fikrimizcə  sadaladığımız  icra  orqanları  ölkənin  təsərrüfat 

subyektlərində 

məsrəflərin, 

məhsulun 

maya 


dəyərinin 

və 


mənfəətin 

formalaşmasında onlara aid real göstəricilərin əldə edilməsində böyük rol oynayan 




41 

 

amortizasiya  ayırmalarının  hesablanması  metodikasını  təyin  edən  zaman 



beynəlxalq  praktikada  sınaqdan  çıxmış  köhnəlmənin  (amortizasiyanın) 

hesablanması metodlarına istinad etməlidir. 

Qüvvədə  olan  normativ  sənədlərə  görə  amortizasiya  ilə  yanaşı  əsas  vəsait 

obyektlərinin  təsərrüfatdan  çıxması  ilə  əlaqədar  əməliyyatlar  da  mənfəətin 

formalaşmasında  az  rol  oynamır.  Əsas  vəsait  obyektləri  aşağıdakı  hallarda 

təsərrüfatdan xaric olur: 

kənar hüquqi və fiziki şəxslərə satış; 



mənəvi və fiziki köhnəlmə səbəblərinə görə silinmə; 

obyektlərin  nizamnamə  kapitalına  qoyuluş  kimi  başqa  təşkilatlara 



verilməsi; 

qəza, təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar olaraq obyektlərin 



ləbv edilməsi; 

obyektlərin  dəyişdirmə,  bağışlama  qaydasında  başqa  təşkilatlara 



verilməsi; 

birgə fəaliyyətdə olan təşkilatlara müqavilə əsasında verilmə; 



sonradan  almaq  şərtilə  əvvəllər  icarəyə  verilmiş  əsas  vəsait  obyektlərinə 

mülkiyyət hüqüqünun icaradura keçməsi ilə əlaqədar olaraq oybektlərin silinməsi; 

ə



sas vəsait obyektlərinin oğurlanması və xarab olması; 

sair səbəblərdən. 



Ə

sas  vəsait  obyektlərinin  satışı  və  xaric  olması  ilə  əlaqədar  bütün 

sadaladığımız amillər mənfəətin (zərərin) formalaşmasına təsir göstərir. 

Ə

sas  vəsait  obyektlərinin  satışı  və  xaric  olmalardan  maliyyə  nəticə 



obyektlərin  xaric  olmasından  təşkilatın  aldığı  mənfəət  yaxud  zərərin  həcmi  ilə 

ölçülür. 

Ə

sas  vəsait  obyektlərinin  satışından  mənfəət  obyektin  satışından  alınan 



məbləğlə onun qalıq dəyəri və satışla əlaqədar xərclərin cəmiarasındakı fərq kimi 

hesablanır. Əks halda vəsait obyektlərinin satışından alınan zərər göstərilir. 

Ə

sas  vəsait  obyektinin  əvəzsiz  verilməsinin  maliyyə  nəticəsi  kimi  obyektin 



qalıq  dəyəri  kimi  hesablanır.  Mənəvi  və  fiziki  köhnəlmə  ilə  əlaqədar  olaraq  əsas 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə