Mübariz Camalov
58
əhd bağladıqları halda, ona xəyanət ediblər. Əgər xəyanət etsələr, zəlil olaraq cizyə
verməyə razı olub, cizyə verənə qədər, gərək, onlarla savaşasınız`.
21
Osman Güner `Bir muafiyet vergisi olarak cizye: tarihsel ve kavramsal bir oku-
ma` adlı məqaləsində qeyri-müsəlmanlardan alınan cizyənin nəyin qarşılığında alın-
dığını tədqiq edərkən məzhəblərin bu mövzudakı fərqli görüşlərini belə xülasə edir:
Maliki fəqihlər cizyəni qeyri-müsəlmanların öldürülməmələrinin əvəzi kimi
gördükləri halda şafii ve hənbəlilər həm öldürülməmələrinin həm də İslam
torpaqlarında yaşamalarının əvəzi hesab edirlər. Hənəfilərə görə isə qeyri-
müsəlmanlar cizyəni həm canlarının və mallarının qorunması, həm də vətəndaş
olaraq yaşadıqları İslam ölkəsinə ‘yardım etmə’ məsuliyyətinin bir nəticəsi kimi
qiymətləndirirlər.
22
Cizyə almağın səbəbinin bu vergini verənlərin qorunub himayə edilməsi oldu-
ğunu həzrət Peyğəmbərin tətbiqlərində görmək mümkündür. Həzrət Peyğəmbər
Teyma yəhudiləri ilə bağladığı müqavilədə cizyənin qarşılığının
himayə olduğunu
bildirmişdir: `
Onlara himayədarlıq etmək bizim vəzifəmiz, cizyə vermək isə onların
vəzifələridir`. Bu hədisdə qeyri-müsəlmanlardan alınan cizyə vergisinin onların dini
azadlıqları ilə əlaqəli olmadığını görmək mümkündür. Yərmuk döyüşü ərəfəsində
baş verən hadisə isə məsələni daha da aydınlaşdırır. Əvvəlcə Xalid ibn Vəlidin Şam
vilayətinin fəthi əsnasında Dəməşq əhalisinə yazdığı əhdnaməyə baxmaq lazımdır:
`Rəhman və Rəhim olan Allahın adıyla! Bu, Xalid ibn Vəlidin şəhərə girdiyi zaman
Dəməşq əhalisinə verdiyi əhdnamədir. O, canlarına və mallarına toxunulmayacağı,
kilsələri, qala divarları və evlərinin dağıdılmayacağı və evlərininin əllərindən alın-
mayacağına dair onlara əman vermişdir. Onlar bu şərtlərlə Allahın əhdi və Onun
Peyğəmbərinin xəlifələrinin və möminlərin zimmətindədirlər. Əgər cizyələrini verər-
lərsə, onlara sadəcə xoş rəftar göstəriləcək`.
23
Məktubda diqqəti cəlb edən ilk mə-
qam əhalinin can, mal və din kimi əsas hüquqlarına hörmətlə yanaşmadır. İkinci
nöqtə isə bütün bunların əvəzində qeyri-müsəlman əhalinin cizyə verməsidir. Cizyə
qarşılığında müsəlmanların onları qoruyacağının sübutu isə bir neçə ay sonra
baş ve-
rən hadisədə özünü göstərmişdir. Müsəlmanlar Yərmuk döyüşünə getmək üçün bö-
yük bir ordu hazırlayırdılar. Buna görə də bütün əsgərlərini bir yerə toplama zərurəti
yaranmışdı.
Beləliklə, Ubeydə ibn Cərrah Dəməşq və ətrafında
fəth olunan torpaq-
21
Bakuvi M.K. Kəşfül-Həqayiq an-nukəqil-Ayat vəd-Dəqaiq: 3 cilddə, I c., Bakı: Şərq-Qərb
Mətbəəsi, 2014, s. 512.
22
Güner O. Bir Muafiyet Vergisi Olarak Cizye: Tarihsel ve Kavramsal Bir Okuma, s. 67.
23
Aydınlı O. Ebu Ubeyde bin el-Cerrah. İstanbul: İFAV, 2015, s. 149.
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları
59
lardakı ordu komandirlərini döyüşə çağırdığı və buradakı qeyri-müsəlmanlardan alı-
nan cizyənin, onları qoruma imkanları olmadığı üçün geri qaytarılmasını əmr
etdiyi
məktubunda belə yazırdı:
`Bu döyüşə görə sizə kömək edə bilməyəcək və sizi qoruya
bilməyəcəyik. Bu səbəblə sizdən aldığımız malları da geri veririk`. Bundan sonra
qeyri-müsəlman əhalidən yığılan vergilər geri qaytarılmışdır. Müsəlmanların bu hə-
rəkəti yerli əhalini böyük rəğbətinə səbəb olmuşdur.
24
Cizyə haqqında son olaraq bunu demək mümkündür: Müsəlmanların idarəsi altında
yaşayan qeyri-müsəlmanların cizyə vergisi məsuliyyəti olmuşdur. Qur`andakı əlaqədar
ayədə də qeyd edildiyi kimi, cizyə vergisi İslam hakimiyyətini qəbul etmə və bu ha-
kimiyyətə boyun əymə xüsusiyyəti daşıyır. Bunun əvəzində isə müsəlmanlar qeyri-
müsəlmanların haqlarına hörmətlə yanaşmalı, hətta onları qorumalıdırlar. Digər tərəf-
dən, İslam dövlətinə qarşı vergi məsuliyyəti sadəcə qeyri-müsəlmanlara aid olmayıb,
müsəlmanlar vergi verməklə məsuldurlar. Üstəlik müsəlmanların məsul olduğu zəkatın
cizyədən qat-qat çox olduğu da unudulmamalıdır. Müasir dövrdə də bütün ölkələr müx-
təlif adlar altından insanlardan vergi alırlar. Məsələn, bir ölkədə vətəndaşlığı olmayan in-
sanlar burada yaşamaq üçün müəyyən məbləğ ödəmək məcburiyyətindədirlər. Beləliklə,
cizyə vergisi, əsla, insan hüquqları pozuntusu kimi qiymətləndirilə bilməz.
Dini qayda-qanunların tətbiq olunması. Tomas Mişelin işarə etdiyi ikinci
məsələ İslam şəriətinin hansı hökmlərinin qeyri-müsəlmanlara aid olmasının namə-
lum olmasıdır. Müəllifin iddia etdiyinə görə bu qarışıqlıq müsəlman cəmiyyətlərində
yaşayan qeyri-müsəlmanların özlərini narahat və əndişəli hiss etmələrinə səbəb olur.
Məsələn, Ramazan ayında qida alqı-satqısı və istehlakı kimi mövzularla bağlı dini
qayda-qanunların qeyri-müsəlmanları narahat etdiyi iddia olunur.
25
Burada onu qeyd
etmək lazımdır ki, bu məsələlərin bir çoxu İslam dini ilə bağlı deyil, İslam dünyası-
nın müxtəlif yerlərindəki ənənələrlə bağlıdır. Məsələn, Ramazan ayında qida alqı-
satqısı və oruc tutmayanların yeyib-içməsi ilə bağlı qadağanedici
hüquqi bir hökm
yoxdur. Sadəcə, Ramazan ayında oruc tutanlara hörmət əlaməti olaraq oruc tutma-
yanların açıq-aşkar yeyib-icməməsi ənənəsi mövcuddur. Bu isə əxlaqi bir məsələdir.
Fəzlur Rəhman isə bu məsələni başqa zəminə daşıyaraq hüquqi hökmlərin üstündə
əxlaqi dəyərlərin əhəmiyyətini vurğulayır. O, bunun üçün iki Qur`an termininə,
məruf və
münkər terminlərinə diqqət çəkir. İnsanlararası münasibətlərin
bu terminlər
əsasında tənzimlənməsi Qur`anın hədəfi olan cəmiyyətin meydana gəlməsinə əsas
24
Güner O. Bir Muafiyet Vergisi Olarak Cizye: Tarihsel ve Kavramsal Bir Okuma, s. 69.
25
Mişel T. İslamda Gayrimüslimlerin Hakları, s. 187.