Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə24/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   20   21   22   23   24   25   26   27   ...   124

 
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları  
63 
XÜLASƏ 
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları 
Dini tolerantlıq hər hansı bir din mənsubunun başqa dindən olanlara və ya hər 
hansı bir dini qəbul etməyənə qarşı dözümlü və xoşgürülü davranmasıdır. Bu eyni 
zamanda dini azlıqların hüquqları ilə bağlı bir məfhumdur. İslam dini bu baxımdan 
kifayət qədər ümumbəşəri dəyərləri əhatə edir. Bu məqalə XX əsrin görkəmli İslam 
alimlərindən olan Fəzlur Rəhmanın dini tolerantlıq və azlıq haqları ilə bağlı görüşlə-
rini araşdırır. Müəllifə görə İslam cəmiyyətlərində dini tolerantlıq və azlıq haqları ilə 
bağlı müəyyən qüsurlar olsa da İslam dini, xüsusilə, Qur`ani-Kərim bu dəyərlərə bö-
yük üstünlük verir. 
 
RESUME 
Religious tolerance and minority rights in Islamic law according to Rahman 
Fəzlur 
Religious tolerance is to be enduring and tolerant to followers of other religions 
or non-believers. This is also a concept related to the rights of religious minorities. 
Islam covers rather universal values in this subject. This article examines religious 
tolerance and minority rights according to Fazlur Rahman who is one of the leading 
Islamic scholars of the twentieth century. According to the author although in 
Muslim societies have some flaws regarding minority rights and religious tolerance 
Islam, especially, Holy Koran gives great importance to these values.  
 
РЕЗЮМЕ 
Религиозная терпимость является длительным и терпимы к последовател-
ям других религий или неверующих. Это также концепция, связанные с права-
ми  религиозных  меньшинств.  Ислам  охватывает  достаточно  универсальные 
ценности  в  этой  теме.  Эта  статья  рассматривает  религиозную  терпимость  и 
права  меньшинств  в  соответствии  с  Фазлур  Рахман,  который  является  одним 
из  ведущих  исламских  ученых  двадцатого  века.  По  мнению  автора,  хотя 
мусульманские  общества  имеют  некоторые  недостатки,  касающиеся  прав 
меньшинств и религиозной терпимости ислама, особенно, Коран придает боль-
шое значение этому значения. 
 
Çapa tövsiyə etdi:  
 
 
 
 i.f.d A.M.Şirinov 



 
Mövzu hədislərin uydurulma səbəbləri 
65 
 
MÖVZU HƏDİSLƏRİN UYDURULMA SƏBƏBLƏRİ 
 
i.f.d. Səlimli Qoşqar 
BDU İlahiyyat fakültəsi 
 
 
Açar sözlər: Mövzu; Hədis; Uydurma; İslam; Məzhəblər. 
Ключевые слова: Мауду; Хадис; Вымысел; Ислам; Секты. 
Key words: Maudu; Hadith; Falsification; İslam; Denominatons. 
 
A. Mövzu Hədisin Tərifi 
Mövzu sözü lüğətdə yerinə qoymaq, bir şəxsi olduğu mərtəbədən aşağı düşür-
mək, borcundan bir miqdar əksiltmək, təhqir etmək və uydurmaq mənalarına gələn 
vada`a felindən  əmələ  gələn bir kəlmədir. Hədis terminalogiyasında isə müxtəlif 
məqsədlərlə uydurularaq Hz. Peyğəmbərə  (ə) iftira və aid edilərək rəvayət olunan 
sözlərə mövzu (uydurma) hədis deyilir.
1
 Bununla birlikdə  səhabələrə  və onlardan 
sonraki bəzi şəxslərə aidmiş kimi göstərilən bir çox sözlər də mövzu kəlməsinin əha-
tə dairəsinə girməkdədir. Bəzi hədis alimləri, mövzu hədisləri zəif hədislərin ən pisi 
olaraq qəbul edən mühəddislərə etiraz etmiş, Hz. Peyğəmbərin adından uydurulan 
sözlərin həqiqi hədislərlə  əlaqəsinin olmadığına görə, onlara hədis demənin doğru 
olmadığını bildirmişdirlər. Bir rəvayətin mövzu olduğu batil və məsnu kəlmələri ilə 
də ifadə edilir, hədis uyduran şəxsə  də  vazza` deyilir.
2
  İslam düşmanlığı, firqə  və 
məzhəb təəssübü, qəbilə, dil, region və ya lider olaraq qəbul edilən insanları öymə 
düşüncəsi, mövqe və dünyavi mənfəətlər və cahillik kimi müxtəlif səbəblərlə Hz. 
Peyğəmbərin (ə) adından hədis uydurulmuşdur.  
İsnadsız hədisin qəbul edilməyəcəyinə görə, Hz. Peyğəmbərin adından uydurulan 
bu sözlərə rəğbət qazandırmaq məqsədilə onlara saxta isnadlar əlavə olunmuş və bun-
lar insanlar arasında yayılmşdır. Bu şəkildə Hz. Peyğəmbərə iftira edilərək, onun adın-
dan uydurulan, sonra isə saxta isnadlarla müsəlmanlar arasında yayılan rəvayətlərə də 
mövzu hədis adı verilmişdir. Mövzu hədislərin Hz. Peyğəmbərlə heç bir əlaqəsi yox-
dur. Buna görə bu rəvayətlərə hədis deyilməsi doğru deyil. Mövzu hədislərin Hz. Pey-
ğəmbərə aid olan hədislərə  bənzəyən tək cəhəti isnad və  mətndən ibarət olmasıdır. 
                                                 
1
 Uğur, Mücteba, Ansiklopedik Hadis Sözlüğü, Ankara, 1992, s. 226. 
2
 Kandemir, M. Yaşar, "Mevzu", DİA,  XXIX, s. 493. 


 Səlimli Qoşqar    
66 
Lakin hədis deyə uydurulmuş sözlərin isnadı da saxtadır və Hz. Peyğəmbərin adından 
uydurulan sözlərin dərəcəsinə yüksəldilmək məqsədilə uydurulmuşdur.
3
 
 
B. Hədis uydurma fəaliyyətinin başlaması  
Mövzu hədislərin nə zaman ortaya çıxdığını demək çətindir. Lakin Hz. Peyğəm-
bərin tərbiyyəsi altında yetişən, varını-yoxunu İslam dini uğrunda fəda edən səhabə-
lərin, bu pis işi ilk dəfə başlatdıqlarını düşünmək yanlışdır. Çünki onların imanı Hz. 
Peyğəmbərin adından hədis uydurub, uydurduqlarını müsəlmanlar arasında yayma-
larına  əngəl təşkil edir. Ayrıca onların hamısı  Rəsulullahın (ə) bu sözlərini bilən 
insanlardır: 
 سﻳﻟ ﻲﻠﻋ ﺎﺑذﻛ نإ
َ َْ َﱠَ ًَِ ﱠ ِ
رﺎﻧﻟا نﻣ ﻩدﻌﻘﻣ أوﺑﺗﻳﻠﻓ ادﻣﻌﺗﻣ ﻲﻠﻋ بذﻛ نﻣ دﺣَأ ﻰﻠﻋ بذﻛﻛ
ِ ﱠ َ ِ
ٍ
ِ
ُ َ
ً
َ
َ
ْ
َ
َ
ُ
َ
ْﱠَ َ
َ َ
َ
َ
َ
َ
ْ ﱢ
ﱠ َ
َ
َ
َ
َ َ
ْ
ٍ
 
"Şübhə yoxdur ki, mənim adımdan yalan söyləmək başqa bir şəxsin adından ya-
lan söyləmək kimi deyildir. Kim mənim adımdan bilə-bilə yalan danışarsa, cəhən-
nəmdəki yerinə hazırlaşsın."
4
 
Bununla birlikdə səhabələrin əksəriyyəti İslam dininin əsasları olan Qurani Kə-
rim və sünnəni yaymaq mövzusunda müstəsna dərəcədə səy göstərmişdirlər. Onların 
hamısı, bu iki əsasın  əmrləri  əsasında yaşamışdırlar. Buna görə  də, səhabələrin 
Quran və sünnəyə zidd hərəkət edərək Hz. Peyğəmbərin adından yalan söyləmələri 
bir o qədər də ağıla batan deyil.
5
 
Hədis uydurma işinin nə vaxt başladığı məsələsi, hədis elmi ilə məşğul olan bə-
zi alimlər arasında da ixtilafa səbəb olmuşdur. Hələ Hz. Peyğəmbər həyatda ikən, 
Mədinə  ətrafındakı bir qəbiləni, Rəsulullah (ə) tərəfindən təyin edilmiş bir məmur 
olduğunu söyləyərək aldatmaq istəyən  şəxslə  əlaqədar rəvayəti  əsas alan və  hədis 
uydurma fəaliyyətinin bu şəkildə başladığını deyən  İbn Xəzm,  Əhməd  Əmin
Siddiqi,  Əbu Zəhv və  Ədləbi  kimi müəlliflər var. Bu fikirdə olan alimlər  "mən 
kəzəbə"  hədisinə  əsaslanaraq, bunun hədisin bəzi rəvayətlərində  də keçdiyi üzrə, 
Rəsulullah (ə) zamanında uydurulan hədis səbəbi ilə söyləndiyini bildirirlər.
6
 
                                                 
3
 Uğur, a. k. ə., s. 226. 
4
 Buhari, Muhammed b. İsmail (v. 256/870), Sahih-i Buhari Muhtasarı Tecrid-i Sarih, (çeviri, 
tahric ve notlar Abdullah Feyzi Kocaer), Hüner yayınları, Konya, 2004, s. 236 Hadis N 665. 
5
 Kandihlevi, M. Yusuf, Muhtasar Hayatü`s-Sahabe, Ravza yayınları, (tercüme: Mustafa 
Kasadar; Osman; Rahmi Eyidenbilir), İstanbul, 2000, s. 44-48. 
6
 İbnu`l-Kayyim el-Cevziyye, Uydurma Hadisleri Tanıma Yolları, (tercüme ve tahric: Hanifi 
Akın), Karınca yayınları,  İstanbul, 2004, s. 49; Yıldırım, Enbiya, Hadis Problemleri
Rağbet yayınları, İstanbul, 2001, s. 15. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə