Səlimli Qoşqar
70
Görüldüyü kimi, Allah rizası üçün hədis uydurduqlarını və bunun mükafatını göz-
lədiklərini deyəcək qədər şüursuz olan bu qafil müsəlmanlar,
gözəl niyyətlə istifadə
etdikləri yalanın, pis niyyətlə də istifadə ediləcəyini və nəticə etibarı ilə bu işin xeyrin-
dən çox şərə səbəb olacağını düşünmürdülər. Hətta bu əməlin çox çirkin bir iş olduğunu,
Hz. Peyğəmbərin buna təşəbbüs edəni cəhənnəmlə təhdid etdiyini söyləyənlərə də bu
cavabı verirdilər: "bu təhdid onun əleyhində yalan deyənləri nəzərdə tutur; biz isə onun
lehində yalan deyir və dini gücləndiririk. Haqqa zidd olan bir sözümüz yoxdur."
13
4. Şəxsi mənfəət arzusu
Məsciddə vəz edənlərin, öz moizələrini daha təsirli etmək üçün müraciət etdik-
ləri yollardan birisi insanları həyəcanlandıran hədisləri uydurmaqdır.
Belələri cama-
ata xitablarında, onların dini duyğularını və həyəcanlarını qabardaraq dinə maraqla-
rını artırmaq məqsədini güdürdülər. İçlərində bu yolla məşhur olub şöhrət və sərvət
əldə etmək istəyənlər də vardır. Bunlara qissə danışan mənasında
qassas deyilir. Bu
sözün cəmi
qəssasdır.
14
5. Xəlifə və əmirlərə yaxınlaşma istəyi
Bir mənfəət təmin etmə ümidi ilə məşhur və varlı adamlara yaxınlaşan, onların arzu-
ları istiqamətində hərəkət edənlər hər dövrdə olmuşlar. Hədis uydurma hərəkatının baş-
lamasından etibarən, müsəlmanlar arasında da belələri ortaya çıxmışdır. Xəlifə və ya əmir-
lərin istəklərinə görə fitva verənlər, lazım gəldiyində hədis uydurmaqdan da çəkinmə-
mişlər. Bu mövzuda Qiyas b. İbrahimin saxtakarlığı çox məşhurdur. Qiyas
bir gün xəlifə
Mehdinin yanına gəlir, onun göyərçin yarışdırdığını görüncə, dərhal Hz. Peyğəmbərə
qədər gedib çatan bir sənəd deyir, sonra da Peyğəmbərimizin (s.ə.s.) "Ox, dəvə, at və quş
yarışdıranlardan başqası üçün mükafat almaq halal deyildir." dediyini rəvayət edir. Mehdi
o dəqiqə Qiyasa on min dirhəm verir. Fəqət hədisin əslində olmayan "quş" hissəsini
Qiyasın uydurduğunu anladığında "Sənin bu başın var ha? O bir yalançı başıdır!" deyərək
hüzurundan qovur. Hədis uydurmağa səbəb olduqlarına görə də göyərçinləri kəsdirir.
15
6. Milliyyətçilik duyğularının təsirləri
Əməvilərin dövründə bir çox ölkələrin qısa bir zaman ərzində fəth olunduğunu
və müxtəlif millətlərin İslam dini ətrafında birləşdiyini görürük. Böyük bir
13
Kandemir, M. Yaşar,
Mevzu hadisler (Menşei, tanıma yolları, Tenkidi), Ankara, 1991, s. 58.
14
Uğur, a. k. ə., s. 228.
15
a. k. ə., s. 228.
Mövzu hədislərin uydurulma səbəbləri
71
imperiyanı itirən farslar köhnə səltənətlərini unuda bilmir, itirdikləri hökmranlığı
yenidən əldə etmək üçün çarələr axtarırdılar.
Əməvilərin bu sahədəki yanlış siyasəti,
farslarda olduğu qədər, İslamı hələ təzə
qəbul edən digər bəzi millətlərdə də milliyyətçilik duyğusunun inkişaf etməsinə sə-
bəb olmuşdur. Çünki Əməvilər, böyük bir imperiyanı meydana gətirən digər ünsür-
ləri -İslamın bunu qəti şəkildə qadağan etməsinə baxmayaraq- ərəblərdən daha aşağı
səviyyədə qəbul edirdilər. Məhz bu faktordan istifadə edən Abbasilər, ərəb olmayan
ünsürlərin köməyi ilə hakimiyyəti əldə etmişdilər. Müxtəlif
ünsürlərə əsaslanan yeni
dövlət, canları bahasına iqtidar imkanını onlara verən millətlərə son dərəcə tolerantlı
davranmalı idi. Abbasilərin bu münasibəti Əməvilər dövründəki ərəblik təəssübünü
və ərəblərin siyasi nüfuzunu aradan qaldırmışdı. Bu sərbəst şəraitə bağlı olaraq, baş-
qa millətlərə mənsub olan adamlar, ərəblərə qarşı öz milli ənənələrini, tarixi şərəflə-
rini və dillərini açıq bir şəkildə müdafiəyə qalxdılar. Bu zəmində meydana gələn
münaqişələr hər iki tərəfin bir-birini təhqir edərək alçaltmasına gətirib çıxardı. Hər
iki tərəf öz fikirlərinin müdafiəsi naminə hədislər uydurmağa başladı.
İstər ərəblərin digər millətlərdən üstün sayıldığı dövrlərdə, istərsə ərəblərlə digər
ünsürlər arasında hər hansı bir fərq olmadığı zamanlarda, ərəblik məfkurəsi tərəftarla-
rının uydurduğu hədislər vardır.
Misal üçün "ərəblərin insanların ən xeyirlisi oldu-
ğu"nu bəyan edən və
"Hz. Peyğəmbərin ərəb, Qur`ani-Kərimin və cənnət dilinin də
ərəbcə olması səbəbi ilə ərəblərin sevilməsini" əmr edən hədislər bu qəbildəndir.
Ərəb dilini tərifləyən mövzu hədisləri uyduranlar, bununla birlikdə digər dilləri
tənqid edən "hədisləri" uyrumağı da unutmamışdılar. Bunlardan birinə görə:
"Allah-
Taala, dillərin içində ən çox farscadan nifrət edir; şeytanlar Xuzistanlıların
dilində, cəhənnəmliklər Buxaralıların dilində, cənnətliklər də ərəblərin dilində
danışarlar."
16
Farslar da buna dərhal cavab verməkdən geri qalmamışdırlar. Belə ki, bu hədis
onun qarşılığıdır:
"Ərşin ətrafındakı mələklər farsca danışırlar. Uca Allah içərisində
mülayimlik olan bir şeyi vəhy edəcəyi zaman, onu farsca olaraq vəhy edər. İçəri-
sində şiddət (qəzəb) olan bir şey vəhy edəcəyi zaman da onu ərəbcə nazil edər."
Lakin qeyd etmək lazımdır ki, bunu demək olar ki, müxtəlif ölkələr və qəbilələr
haqqında uydurulmuş sayısız-hesabsız
uydurma rəvayətlərlə bərabər, Hz. Peyğəm-
bərin tərifinə layiq olmuş şəhərlərə dair hədislər də vardır.
17
16
İbn Kayyim, a. k. ə., s. 58.
17
Kandemir,
Mevzu hadisler, s. 48-51.