Mübariz Camalov
60
təşkil edər. Məsələn, əhli-kitab öz dinlərini heç bir qorxu olmadan yaşamalıdırlar.
Buradan çıxış edərək, qərbli qadınların geyim sərbəstliyi hökmünü də əldə etmək
mümkündür. Ancaq qeyri-müsəlmanlar öz dinlərinin icazə verib İslamın qəbul etmə-
diyi həyat tərzini müsəlmanlarla münaqişə yaratmayacaq şəkildə yaşamalıdırlar.
Fəzlur Rəhmana görə məhz belə bir yanaşma mərufun tələbi olub, sağlam ağıl
sahibi
bütün insanların qəbul edəcəyi bir həqiqətdir.
26
Nəzəriyyə ilə praktika arasındakı uçurum. Tomas Mişelə görə İslam qeyri-
müsəlmanların haqları ilə bağlı ədalətli hökmlər gətirmiş və onların hüquqlarını
layiqincə qorumuşdur. Ancaq müsəlmanlar qeyri-müsəlmanların hüquqularını qoru-
yan bu nəzəriyyəni praktikada tam tətbiq etməmişlər. Əslində, Tomas Mişelin bu
tənqidi cavabı da əhatə edir. Belə ki, müəllifin də qeyd etdiyi kimi, İslam şəriətində
qeyri-müsəlmanların hüquqlarını qoruyan ədalətli qanunlar mövcuddur,
hətta bu hü-
quqların tapdalanması İslam şəriətinə ziddir.
27
Müsəlmanların bu qaydaları tam tət-
biq etməmələrinə gəlincə, bunu sadəcə qeyri-müsəlmanların hüquqlarına xas olan
bir problem kimi görməmək lazımdır. İslam şəriətinin bütün sahələrinin mükəmməl
tətbiq olunduğunu kim iddia edə bilər? Fəzlur Rəhman da
bu həqiqəti dilə gətirərək
bu problemin bütün din mənsublarına aid olduğunu qeyd edir və bu kimi məsələlərin
həlli üçün müsəlmanların təkrar Qur`ana qayıtmalı olduqlarını qeyd edir.
28
Ayrıseçkilik. Tomas Mişel İslam cəmiyyətlərində işə qəbul sahəsində və daha
sonra da karyera yüksəlişində qeyri-müsəlmanlara nəzərən müsəlmanlara üstünlük
verildiyini qeyd edir.
29
Mövzu başlığı fərqli olsa da müəllifin
işarə etdiyi bu məsələ də
mahiyyət etibarilə nəzəriyyə ilə praktika arasındakı uyuşmazlığın məhsuludur. Halbu-
ki, İslam dininin bu məsələyə münasibətinin çox həssas olduğu hamıya məlumdur.
Maidə surəsinin 8-ci ayəsində bu mövzuya belə işarə edilir: `
Ey iman gətirənlər! Allah
qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər
hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu,
təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!` Fəzlur
Rəhman bu ayəyə işarə edərək İslamdakı ləyaqət anlayışının, hətta düşmənləri də
əhatə etdiyini qeyd edir.
30
26
Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, s. 278.
27
Mişel T. İslamda Gayrimüslimlerin Hakları, s. 187.
28
Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, s. 279.
29
Mişel T. İslamda Gayrimüslimlerin Hakları, s. 188.
30
Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, s. 279.
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları
61
İbadət azadlığı və din təbliği. İslamın azadlıq anlayışının əsasında inanc azad-
lığının olduğunu demək mümkündür. Qur`ani-Kərimdəki `istəyən inanar, istəyən in-
kar edər`
31
və ya `dini qəbul etmədə məcburiyyət olmaz`
32
şəklindəki
aşkar prinsip-
ləri buna misal kimi qeyd edə bilərik. Başqa din mənsublarının dəyərlərinə hörmət
göstərmə və hətta onları qorumanın belə müsəlmanların vəzifəsi olduğunu yuxarıda
qeyd etmişdik.
Nəticə olaraq demək olar ki, tolerantlıq bir cəmiyyətin sahib olduğu ən ülvi
dəyərdir. Bunun fərqində olan müsəlmanlar Qur`anın açıq bir şəkildə əmr etdiyi,
Peyğəmbərin də öz həyatında bunun necə tətbiq olunacağını göstərdiyi
dini tolerant-
lığı dinin əsaslarından biri kimi qəbul etmiş və bunu diqqətlə tətbiq etmək üçün
əllərindən gələni əsirgəməmişlər.
31
Kəhf, 18/29.
32
Bəqərə, 2/256.
Mübariz Camalov
62
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.
Aslan Ö. Hoşgörü ve Tolerans Kavramlarına Etimolojik Açıdan
Analitik bir
Yaklaşım // Cumhuriyyet Universitesi İlahiyat Fakültesi Dergisi, Sivas: 2001, № 2.
2.
Aydınlı O. Ebu Ubeyde bin el-Cerrah. İstanbul: İFAV, 2015.
3.
Bakuvi M.K. Kəşfül-Həqayiq an-nukəqil-Ayat vəd-Dəqaiq: 3 cilddə, Bakı: Şərq-
Qərb Mətbəəsi, 2014.
4.
Bünyadov Z., Məmmədəliyev V. Qur`ani-Kərim və Azərbaycan dilinə
tərcüməsi, Bakı: Nurlar, 2014.
5.
Elmalılı M.H.Y. Hak dini Kur`an dili: 10 cilddə, İstanbul: Azim Dağıtım.
6.
Esed N. İslamda Azınlıklar // Süleyman Demirel Universitesi İlahiyat Fakültesi
Dergisi, 1997, № 4.
7.
Güner O. Bir Muafiyet Vergisi Olarak Cizye: Tarihsel
ve Kavramsal Bir Okuma
// Ondokuz Mayıs Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2006, № 22.
8.
Hamidullah M. Hudeyibe Antlaşması, TDV İslam Ansiklopedisi: İstanbul.
9.
Mişel T. İslamda Gayrimüslimlerin Hakları, (tərcümə: Öztürk L. – Kamacı F.) //
İstem, Konya: 2003, № 2.
10.
Önkal A. Beytülmidras, TDV İslam Ansiklopedisi.
11.
Özel A. Müste`men, TDV İslam Ansiklopedisi.
12.
Öztürk L. İslam Toplumunda Hristiyanlara Gösterilen Hoşgörü Örnekleri -İlk
Beş Asır- // Sakarya Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2001, № 4.
13.
Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, tərc: Levent Öztürk //
İstem, 2004, № 4.
14.
Sarıçam İ. Həzrət Məhəmməd və ümumbəşəri dəvəti. Bakı: İpəkyolu nəşriyyatı,
2013.
15.
Söylemez M. İlk Dönem İslam Toplumunda Gayrimüslimlerin Yeri:
Haklar ve
Hoşgörü // İstanbul Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2010, № 22.
16.
Şengül İ. Kur`an Kaynaklı Höşgörü ve Hürriyet // Diyanet İlmi Dergisi, 1995, № 1.
17.
Yaman A. Zimmi, TDV İslam Ansiklopedisi.