Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə23/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   19   20   21   22   23   24   25   26   ...   124

                                 Mübariz Camalov    
60 
təşkil edər. Məsələn,  əhli-kitab öz dinlərini heç bir qorxu olmadan yaşamalıdırlar. 
Buradan çıxış edərək, qərbli qadınların geyim sərbəstliyi hökmünü də  əldə etmək 
mümkündür. Ancaq qeyri-müsəlmanlar öz dinlərinin icazə verib İslamın qəbul etmə-
diyi həyat tərzini müsəlmanlarla münaqişə yaratmayacaq şəkildə yaşamalıdırlar. 
Fəzlur Rəhmana görə məhz belə bir yanaşma mərufun tələbi olub, sağlam ağıl sahibi 
bütün insanların qəbul edəcəyi bir həqiqətdir.
26
  
Nəzəriyyə ilə praktika arasındakı uçurum. Tomas Mişelə görə  İslam qeyri-
müsəlmanların haqları ilə bağlı  ədalətli hökmlər gətirmiş  və onların hüquqlarını 
layiqincə qorumuşdur. Ancaq müsəlmanlar qeyri-müsəlmanların hüquqularını qoru-
yan bu nəzəriyyəni praktikada tam tətbiq etməmişlər.  Əslində, Tomas Mişelin bu 
tənqidi cavabı da əhatə edir. Belə ki, müəllifin də qeyd etdiyi kimi, İslam şəriətində 
qeyri-müsəlmanların hüquqlarını qoruyan ədalətli qanunlar mövcuddur, hətta bu hü-
quqların tapdalanması İslam şəriətinə ziddir.
27
 Müsəlmanların bu qaydaları tam tət-
biq etməmələrinə  gəlincə, bunu sadəcə qeyri-müsəlmanların hüquqlarına xas olan 
bir problem kimi görməmək lazımdır. İslam şəriətinin bütün sahələrinin mükəmməl 
tətbiq olunduğunu kim iddia edə bilər? Fəzlur Rəhman da bu həqiqəti dilə gətirərək 
bu problemin bütün din mənsublarına aid olduğunu qeyd edir və bu kimi məsələlərin 
həlli üçün müsəlmanların təkrar Qur`ana qayıtmalı olduqlarını qeyd edir.
28
 
Ayrıseçkilik. Tomas Mişel  İslam cəmiyyətlərində  işə  qəbul sahəsində  və daha 
sonra da karyera yüksəlişində qeyri-müsəlmanlara nəzərən müsəlmanlara üstünlük 
verildiyini qeyd edir.
29
 Mövzu başlığı fərqli olsa da müəllifin işarə etdiyi bu məsələ də 
mahiyyət etibarilə nəzəriyyə ilə praktika arasındakı uyuşmazlığın məhsuludur. Halbu-
ki,  İslam dininin bu məsələyə münasibətinin çox həssas olduğu hamıya məlumdur. 
Maidə surəsinin 8-ci ayəsində bu mövzuya belə işarə edilir: `Ey iman gətirənlər! Allah 
qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və  ədalətli  şahidlər olun. Hər 
hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, 
təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!`  Fəzlur 
Rəhman bu ayəyə  işarə edərək  İslamdakı  ləyaqət anlayışının, hətta düşmənləri də 
əhatə etdiyini qeyd edir.
30
 
                                                 
26
  Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, s. 278. 
27
  Mişel T. İslamda Gayrimüslimlerin Hakları, s. 187. 
28
  Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, s. 279. 
29
  Mişel T. İslamda Gayrimüslimlerin Hakları, s. 188. 
30
  Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, s. 279. 


 
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları  
61 
İbadət azadlığı və din təbliği. İslamın azadlıq anlayışının əsasında inanc azad-
lığının olduğunu demək mümkündür. Qur`ani-Kərimdəki `istəyən inanar, istəyən in-
kar edər`
31
 və ya `dini qəbul etmədə məcburiyyət olmaz`
32
 şəklindəki aşkar prinsip-
ləri buna misal kimi qeyd edə bilərik. Başqa din mənsublarının dəyərlərinə hörmət 
göstərmə və hətta onları qorumanın belə müsəlmanların vəzifəsi olduğunu yuxarıda 
qeyd etmişdik. 
Nəticə olaraq demək olar ki, tolerantlıq bir cəmiyyətin sahib olduğu  ən ülvi 
dəyərdir. Bunun fərqində olan müsəlmanlar Qur`anın açıq bir şəkildə  əmr etdiyi, 
Peyğəmbərin də öz həyatında bunun necə tətbiq olunacağını göstərdiyi dini tolerant-
lığı dinin əsaslarından biri kimi qəbul etmiş  və bunu diqqətlə  tətbiq etmək üçün 
əllərindən gələni əsirgəməmişlər.  
 
                                                 
31
  Kəhf, 18/29. 
32
  Bəqərə, 2/256. 


                                 Mübariz Camalov    
62 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.
  Aslan Ö. Hoşgörü ve Tolerans Kavramlarına Etimolojik Açıdan Analitik bir 
Yaklaşım // Cumhuriyyet Universitesi İlahiyat Fakültesi Dergisi, Sivas: 2001, № 2. 
2.
  Aydınlı O. Ebu Ubeyde bin el-Cerrah. İstanbul: İFAV, 2015. 
3.
  Bakuvi M.K. Kəşfül-Həqayiq an-nukəqil-Ayat vəd-Dəqaiq: 3 cilddə, Bakı: Şərq-
Qərb Mətbəəsi, 2014. 
4.
  Bünyadov Z., Məmmədəliyev V. Qur`ani-Kərim və Azərbaycan dilinə 
tərcüməsi, Bakı: Nurlar, 2014. 
5.
  Elmalılı M.H.Y. Hak dini Kur`an dili: 10 cilddə, İstanbul: Azim Dağıtım. 
6.
  Esed N. İslamda Azınlıklar // Süleyman Demirel Universitesi İlahiyat Fakültesi 
Dergisi, 1997, № 4. 
7.
  Güner O. Bir Muafiyet Vergisi Olarak Cizye: Tarihsel ve Kavramsal Bir Okuma 
// Ondokuz Mayıs Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2006, № 22. 
8.
  Hamidullah M. Hudeyibe Antlaşması, TDV İslam Ansiklopedisi: İstanbul. 
9.
  Mişel T. İslamda Gayrimüslimlerin Hakları, (tərcümə: Öztürk L. – Kamacı F.) // 
İstem, Konya: 2003, № 2. 
10.
 Önkal A. Beytülmidras, TDV İslam Ansiklopedisi. 
11.
 Özel A. Müste`men, TDV İslam Ansiklopedisi. 
12.
 Öztürk L. İslam Toplumunda Hristiyanlara Gösterilen Hoşgörü Örnekleri -İlk 
Beş Asır- // Sakarya Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2001, № 4. 
13.
 Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, tərc: Levent Öztürk // 
İstem, 2004, № 4. 
14.
 Sarıçam İ. Həzrət Məhəmməd və ümumbəşəri dəvəti. Bakı: İpəkyolu nəşriyyatı, 
2013. 
15.
 Söylemez M. İlk Dönem İslam Toplumunda Gayrimüslimlerin Yeri: Haklar ve 
Hoşgörü // İstanbul Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2010, № 22. 
16.
  Şengül İ. Kur`an Kaynaklı Höşgörü ve Hürriyet // Diyanet İlmi Dergisi, 1995, № 1. 
17.
 Yaman A. Zimmi, TDV İslam Ansiklopedisi. 
 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə