Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə21/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   17   18   19   20   21   22   23   24   ...   124

                                Mübariz Camalov    
56 
üstünlüyün millətə yaxud inanc qruplarına görə deyil, bu hidayət yolundakı məqama 
görə müəyyənləşəcəyini elan etmişdir.
15
 Bunun zəruri nəticəsi kimi Qur`anın gətirdi-
yi iman anlayışına görə bütün peyğəmbərlərə inanmaq şərtdir.
16
 
Fəzlur Rəhman  İslamın digər dinlərə münasibətini göstərmək üçün Həcc 
surəsinin 40-cı ayəsinə diqqət çəkir:  `O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz 
Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar.  Əgər Allah in-
sanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, 
içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), 
kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edi-
lərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən
Allah yenilməz qüvvət, qüdrət sahibidir!`. Bu ayədə Allaha ibadət edilən məkanların 
bir yerdə sadalanması və hamısının qorunmağa layiq olduğunun bildirilməsi dinlər-
arası münasibətlər və xüsusilə, azlıq haqları baxımından  əhəmiyyətlidir. Azlıqların 
digər əsas haqları ilə birlikdə din seçmə haqları da Qur`an tərəfindən mühafizə altına 
alınmışdır. Yeri gəlmişkən, Fəzlur Rəhman dini azlıq haqlarından bəhs edərkən mə-
sələni beş təməl haqq çərçivəsində də ələ alır. Məlum olduğu kimi bu beş əsas haqq 
can, din, mal, namus/nəsil və ağıldır.
17
 
Tomas Mişel öz məqaləsində azlıq haqları ilə bağlı çox sayda problem qeyd etsə 

18
 Fəzlur Rəhman İslam cəmiyyətlərində yaşayan qeyri-müsəlman azlıq haqları ilə 
bağlı bu tənqidləri altı sərlövhədə cəmləşdirir. Bunlar əhli-kitabın statusu, dini qay-
da-qanunların tətbiqi olunması, nəzəriyyə ilə praktika arasındakı uçurum, ayrıseç-
kilik, ibadət azadlığı və din təbliğidir. 
Əhli-kitab.  İslam cəmiyyətlərində yaşayan  əhli-kitabın hüquqlarından danışı-
landa ilk ağla gələn məsələ cizyə vergisidir. Çünki bir çox qərbli tədqiqatçı  əhli-
                                                 
15
  “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, 
sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxa-
nınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” əl-Hucurat, 49/13. 
16
  “Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, 
şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.” əl-Bəqərə, 2/98; “Allahı və peyğəmbərlərini 
inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bəzisi-
nə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər  və bunun (iman ilə küfr) arasında bir yol 
tapmaq istəyənlər. Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü al-
çaldıcı əzab hazırlamışıq!” ən-Nisa, 4/150-151. 
17
  Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, s. 272. 
18
  Mişel T. İslamda Gayrimüslimlerin Hakları, (tərcümə: Öztürk L. – Kamacı F.) // İstem, 
Konya: 2003, № 2. 


 
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları  
57 
kitabdan alınan cizyə vergisini, ümumilikdə, insan hüququları, xüsusilə  də din 
azadlığı baxımından tənqid edir. Əvvəlcə qeyd etmək lazımdır ki, cizyə müasir 
dövrdə qüvvədə olmayan bir qanundur. Bununla birlikdə, tarixi gerçəkliyi və dini 
əsasları sabitdir. Cizyəni bir vergi növü kimi qiymətləndirmək lazımdır. Tarix bo-
yunca müxtəlif formalarda vergilər mövcud olmuşdur. İslamdan əvvəl Bizans, Roma 
və Sasani imperiyalarında müxtəlif adlarda cizyəyə  bənzər (tribitum capitus-baş 
vergisi) vergilər qoyulurdu. İslamda cizyə ilk dəfə  Mədinə dövrünün son illərində 
tətbiq olunmuşdur. Mədinə  şəhər dövləti qurulduğu zaman burada müsəlmanlarla 
birgə az miqdarda xristiyan və çox sayda yəhudi yaşayırdı. Mədinə müqaviləsində 
bunların dini, siyasi və iqtisadi bərabərhüquqluluqları haqqında maddələr qoyulmuş-
du. Yəhudilərin Mədinədən sürgün edilməsinə qədər də cizyə vergisi tətbiq olunma-
mışdı. Cizyə vergisinin Məkkənin fəthindən sonrakı dəvət məktublarında qeyd edil-
diyini görürük. Bununla birlikdə, cizyə vergisinin ilk tətbiq olunma tarixi dəqiq mə-
lum olmasa da, xüsusilə, Təbuk səfəri ərəfəsində və sonrasında İslamı qəbul etməyib 
müsəlmanların himayəsini qəbul edənlərdən cizyə alınmışdır. Burada əsas məsələ 
cizyə vergisinin nəyin qarşılığında alınmasıdır. Bəzi alimlərə görə cizyə qeyri-mü-
səlman vətəndaşların İslam dinini qəbul etməmələri səbəbilə onlara verilən bir növ 
cəzadır. Bu anlayışın əsas səbəbi kimi müsəlmanlarla qeyri-müsəlmanlar arasındakı 
müəyyən dövrlərdəki gərginlik göstərilir
19
. Bununla əlaqədar Tövbə surəsinin 29-cu 
ayəsinin məsələ ilə bağlı sərt ifadələri də diqqəti cəlb edir: `Kitab əhlindən Allaha və 
qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını 
haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə  zəlil vəziyyətə düşüb öz 
əlləri ilə cizyə verincəyə  qədər vuruşun`. Cizyənin Qur`andakı  dəlili kimi qəbul 
olunan bu ayədə `zəlil vəziyyətə düşüb` ifadəsi cizyə vergisinin məcburi və qarşı 
tərəfi alçaldan xüsusiyyətini göstərir. Elmalılı Muhammed Hamdi Yazır bu ayəni 
təfsir edərkən buradakı  əhli-kitabın haqqa qarşı  çıxan, tərbiyəsiz, təcavüzkar kimi 
xüsusiyyətlərinə diqqət çəkir.
20
 Bakuvi isə həmin ayənin təfsirində cizyə vergisinin 
müsəlmanlarla  əhd bağladıqları halda bu əhdi pozub xəyanət edən  əhli-kitaba aid 
olduğunu qeyd edir: `Allah-Təalaya və axirət gününə iman gətirməyib, Allah-
Təalanın və onun peyğəmbərinin haram etdiyi şeyləri haram etməyib müsəlman 
olmayan şəxslərlə cihad edin. Əhli-kitabdan olan bu şəxslər o şəxslərdir ki, sizinlə 
                                                 
19
  Güner O. Bir Muafiyet Vergisi Olarak Cizye: Tarihsel ve Kavramsal Bir Okuma // Ondokuz 
Mayıs Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2006, № 22, s. 60-62. 
20
  Elmalılı M.H.Y. Hak dini Kur`an dili: 10 cilddə, IV c., İstanbul: Azim Dağıtım, s. 313. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə