Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə17/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   13   14   15   16   17   18   19   20   ...   124

 Mirniyaz Mürsəlov   
46 
ayələri özünün də buyurduğu kimi peyğəmbərin qəlbinə yerləşdirirdi. Bu barədə əl-
Ə`la surəsinin 6-cı ayəsində “Biz sənə (Quranı) oxudacağıq və sən onu unutmaya-
caqsan” buyurur. Bundan başqa peyğəmbər vəhy gəldiyi zaman onu unutmamaq 
üçün təkrar etdiyi zaman Allah-Təala “Ey Rəsulum, onu tələm-tələsik  əzbərləmək 
üçün dilini tərpətmə! Çünki onu sənin qəlbində cəm etmək və onu (dilində) oxutmaq 
Bizə aiddir!” buyurur [əl-Qiyamə 16-17]. 
Beləliklə də Quranın peyğəmbərin qəlbində qorunmasının təminatçısının Allah-
Təala olduğu buradan aydın olur.  
Buna baxmayaraq hər il Ramazan ayında mələk Cəbrayıl gəlib o vaxta qədər 
nazil olan ayələri peyğəmbərlə birlikdə bir-birinə oxuyurdular [20, VII, 167]. Rəsu-
lullahın vəfat etdiyi ildə isə bu hadisə iki dəfə təkrar olmuşdur və onlar Quranı iki 
dəfə xətm etmişlər. 
Peyğəmbərlə yanaşı Quranı yüzlərlə səhabə əzbərləyirdi. Onlardan dörd Raşidi 
xəlifəsi ilə yanaşı, Təlhə,  İbn Məsud, Hüzeyfə, Salim, Əbu Hüreyrə, Abdullah ibn 
Saib, Abdullah ibn Abbas, Abdullah ibn Amr əl-As, Abdullah ibn Zübeyr, Abdullah 
ibn Ömər, Muaz ibn Cəbəl, Zeyd ibn Sabit, Übey ibn Kəb, Aişə, Həfsə və Ümmü 
Sələmənin [16, 45] adlarını çəkmək olar.  
Qeyd etdiyimiz kimi Rəsulullah eyni zamanda gələn ayələri vəhy katibləri dedi-
yimiz oxumağı  və yazmağı bilən səhabələrinə yazdırırdı [37, II, 64]. Onların sayı 
mənbələrə görə təxminən 40 nəfər olub. Onlardan da yenə 4 xəlifənin, Muğirə ibn 
Şöbənin, Muaz ibn Cəbəlin, Abdullah ibn Rəvahanın, Məhəmməd ibn Məsləmənin 
[32, 225] adlarını çəkmək olar.  
Yazılan ayələr peyğəmbərə oxunur, əgər səhv olurdusa düzəldilirdi. Bu yolla 
endirilən vəhy müxtəlif sahifələrə köçürüldükdən sonra səhabələrə paylanırdı. 
Quranın cəm edilməsi, yəni müshəf şəklində toplanması 1-ci Raşidi xəlifə Əbu 
Bəkrin zamanında baş verdi. Quranın cəm edilməsinin əsas səbəblərindən biri hicri 
12-ci, miladi 633-cü ildə Müseyləmətul-kəzzab adı ilə məşhur olan Müseyləmə və 
ordusu ilə  Yəmamə müharibəsində [18, II, 360-364] Quranı  əzbər bilən çoxlu 
səhabənin  şəhid [19, VI, 330] olmasıdır. Ömər ibn Xəttabın təklifi ilə  Əbu Bəkr 
(əvvəlcə tərəddüd etsə də) buna razılıq verdi və bu iş Zeyd ibn Sabitin başçılığı ilə 
yaradılmış komissiyaya [13, 52] tapşırıldı. Zeyd Quranın cəm edilməsində aşağıdakı 
şərtləri qoydu: Quran ayələri gətirən  şəxslər onu peyğəmbərin hüzurunda həm 
yazmış, həm də  əzbərləmiş olmalı idilər. Və bu ayələrin peyğəmbərin hüzurunda 
yazılıb-yazılmadığını sübut etmək üçün iki şahid tələb olunurdu. Bundan sonra Zeyd 
Quran mətnlərini dərinin üstünə yazdıraraq yeni bir nüsxə meydana gətirdi. 


 
Qurani-Kərimin nazil olmasından kitablaşmasına qədərki tarixi 
47 
Toplanan bu Quran öncə xəlifə Əbu Bəkrə [15, 151], sonra 2-ci xəlifə Ömərə, daha 
sonra Həfsəyə (Ömərin qızına) [25, I, 247; 13, 52] verilmişdir.  
Quranın üçüncü xəlifə Osman ibn Əffanın dönəmində istinsaxına, yəni çoxaldıl-
masına isə iki səbəb göstərilir. Birinci səbəb Quran müəllimləri tələbələrə müxtəlif 
səhabələrin oxuma tərzini öyrədirdi. Buna görə də tələbələr arasında fikir ayrılığı ya-
ranmışdı. Biri o birinin oxuma tərzini inkar edirdi. İkinci səbəb Azərbaycan və Ermə-
nistan səfərlərində  iştirak edən iraqlı  və suriyalı  əsgərlər Quranı  fərqli surətdə oxu-
muşlar. Hər bir qrup öz qiraətinin doğru olduğunu iddia etmişdir. Bunu görən Hüzeyfə 
ibn Yəman məsələni Osman ibn Əffana xəbər vermişdir. Huzeyfənin bu 
xəbərdarlığından sonra Osman Həfsəyə  xəbər göndərərək geri qaytarmaq şərti ilə 
Müshəfi ona göndərməsini tələb etdi. Bundan sonra Osman Zeyd ibn Sabit, Abdullah 
ibn Zübeyr, Səid ibn əl-As və Abdurrahman ibn əl-Harisədən [21, 19] ibarət bir ko-
missiya yaratdı. Komissiya Quranın çoxaldılmasında aşağıdakı prinsipləri əsas aldı: 
1. Əbu Bəkr zamanında toplanan Quran əsas alınmalıdır [22, I, 20]. 
2. Peyğəmbərin vəfatından əvvəl Cəbrayıla oxuduğu qiraət tərzi əsas alınmalıdır. 
3. Komissiya üzvləri hər hansı bir fikir ayrılığına düşsələr Qureyş ləhcəsi əsas 
alınmalıdır [15, 258]. 
4. Bir neçə Müshəf yazılaraq müxtəlif bölgələrə göndərilməli və qiraəti bu nüs-
xəyə uyğun olmayan digər müshəf və səhifələr yox edilməlidir. 
5. Təfsir və açıqlama məqsədi ilə yazılan bəzi xüsusi qeydlər çoxaldılan müs-
həflərə yazılmamalıdır [12, 191-192]. 
Zeyd ibn Sabitin başçılıq etdiyi komissiya Quranın istinsaxını, yəni çoxaldılma-
sını beş il ərzində həyata keçirtdi. Çoxaldılan bu nüsxələrin sayı haqqında fərqli rə-
vayətlər olsa da, əsasən, qəbul edilən görüş bu nüsxələrin sayının yeddi ədəd olması-
dır. Bunlardan biri Mədinədə saxlanmaqla digərləri Məkkə, Kufə, Bəsrə,  Şam, 
Yəmən və Bəhreynə göndərilmişdir [5, 156]. 


 Mirniyaz Mürsəlov   
48 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

 
1.
  Bəkir. Topaloğlu. və digəriləri. İslam dinin əsasları. trc. Adilə Tahirova, Bakı: 
Nurlar, 2010, 2 cild. 
2.
  Bilmen. Ömer Nasuhi. Tefsir tarihi: usul-i tefsir veya mukaddime-i ilm-i tefsir. 
Ankara: Diyanet İşleri Reisliği, 1955, 180 s. 
3.
  Cerrahoğlu. İsmail. Tefsir usülü. Ankara: Türkiye Diyanet Vakfı, 1995, 352 s.  
4.
  Demirci. Muhsin. Kur`an müteşabihleri üzerine. İstanbul: Birleşik Yayıncılık, 
1996, 200 s. 
5.
  Demirci. Muhsin. Kur’ân tarihi. İstanbul: Marmara Üniversitesi İlahiyat 
Fakültesi Vakfı (İFAV), 1997, 261 s. 
6.
  Demirci. Muhsin. Tefsir usulü ve tarihi, İstanbul: Marmara Üniversitesi İlahiyat 
Fakültesi Vakfı (İFAV), 1998, 314 s.  
7.
  Duman. M. Zeki. Vahiy gerçeği. Ankara: Fecr Yayınları, 1997, 218 s.  
8.
  Elmalalı. Hamdi Yazır. Hak dini Kur`an dili. İstanbul: Nebioğlu Neşriyat, 1960, 
9 cild. 
9.
  Esed. Muhammed. Kur’an mesajı: meal – tefsir. trc. Cahit Koytak, Ahmet 
Ertürk, İstanbul: İşaret Yayınları, 2004, 1375 s.  
10.
 Güngör. Mevlüt. «Kur`ân`a göre Kur`ân‘dan başka vahiy var mıdır?», Tefsirin 
dünü ve bugünü sempozyumu, Samsun, 1992, s. 
11.
 Habibov. Aslan. İlk dönem şîi’nin tefsir anlayışı, AÜ. SBE., Ankara, 2007, 290 
s. 
12.
 Karaçam.  İsmail. Kur`an-i kerim`in nüzulü ve kıraatı: Kur'an-ı kerim'in indiği 
yedi harf ve okunduğu yedi kıraat. Konya: Nedve Yayınları, 1974, 431 s. 
13.
 Maşalı. Mehmet Emin. Kur’ân’ın metin yapısı – mushaf tarihi ve imlası-, 
Ankara: Avrasya Yayıncılık, 2004, 431 s. 
14.
 Soyalan. Mehmet Yaşar. Vahiy savunması: Kur’an dışı vahyin imkânsızlığı, 
İstanbul: Anka Yayınları, 2005, 710 s. 
15.
 Şen. Ziya. Kur’ân’ın metinleşme süreci. İstanbul: Ensar Neşriyat, 2007, 309 s. 
16.
 Watt. W.M. Kur’ân’a giriş. trc. Süleyman Kalkan, Ankara: Ankara Okulu 
Yayınları, 2006, 271 s. 
17.
 Yüksel. Ali Osman. İbn Cezeri ve tayyibetü`n-neşr. İstanbul: Marmara Üniver-
sitesi İlahiyat Fakültesi Vakfı, 1996, 461 s. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə