Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə16/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   12   13   14   15   16   17   18   19   ...   124

 
Qurani-Kərimin nazil olmasından kitablaşmasına qədərki tarixi 
43 
Vəhy sözü lüğətdə gizli danışmaq, əmr etmək, ilham etmək, işarə etmək, tələs-
mək, səsləmək, pıçıldamaq, məktub yazmaq [20, XV, 381-382] kimi mənalar verir. 
Onu da qeyd etmək istərdik ki, islam alimləri arasında vəhyin təkcə Quran ilə 
məhdudlaşmadığı, Qurandan başqa da vəhyin olması xüsusunda fikir birliyi vardır. 
Ancaq alimlər bunların sayı  və  əhatə dairəsi haqqında ixtilaf etmişlər [10, 127]. 
Quran xaricində vəhyin varlığını qəbul edənlər, Quranda vəhyin sadəcə özü ilə məh-
dudlaşmadığına dair bir dəlilin nəyin ki, olmadığını, əksinə Peyğəmbərin Allah ilə 
Quran xaricində  də  əlaqəli olduğuna dair çox işarənin varlığını iddia edirlər [11, 
106]. Bununla yanaşı klassik islam mənbəələrində Quran xaricində vəhyin varlığına 
aid rəvayətlər də mövcuddur. Peyğəmbərin “Mənə Quran və bir misli daha 
verilmişdir” [23, V, 10] buyurduğu nəql edilir. Qurtubi isə mövzu ilə bağlı fərqli bir 
rəvayət nəql etmişdir. Qurtubi təfsirində  Həssən ibn Ətiyyənin “Rəsulullaha vəhy 
nazil olurdu (bu əsnada) Cəbrayıl ona vəhyi təfsir edəcək Sünnəti də gətirirdi” [33, I, 
39] dediyini bildirir. Bu rəvayətə görə isə Məhəmməd peyğəmbərin Quranın təfsiri-
nə dair söylədiklərinin ən azı vəhy məhsulu olduğu başa düşülür. 
Digər klassik islam mənbələrindən də bu mövzu ilə bağlı başqa bir dəlili Əhli-
beytdən nəql edilən “Allah Rəsulullaha Quranın tənzili ilə bərabər təvilini də öyrət-
di” [31, I, 29] rəvayəti misal göstərə bilərik. Allahın Peyğəmbərlə olan əlaqəsi hər 
hansı bir şəkildə olursa olsun vəhy sayılacağına görə, bu rəvayəti Quran xaricində 
vəhyin varlığına dair dəlil göstərmək mümkündür. Bundan başqa  Şeyx Saduqun, 
İmam Cəfər  əs-Sadiqdən nəql etdiyi “Cəbrayılın Məhəmməd peyğəmbərə gətirdiyi 
Quran on yeddi min ayə idi” [34, IV, 446] şəklində rəvayəti də buna dəlil ola bilər. 
Ümumiyyətlə  vəhyə, Allah-Təalanın peyğəmbərləri vasitəsi ilə insanlara gön-
dərdiyi ilahi əmrdir, kimi yığcam bir şəkildə tərif verirlər [6, 53]. Daha geniş bir tərif 
versək: Vəhy – Uca Yaradanın ümumi olaraq varlıqlara hərəkət tərzlərini bildirməsi, 
xüsusi olaraq insanlara çatdırmaq istədiyi ilahi əmr və qadağaların, xəbərlərin hamı-
sını vasitəli və vasitəsiz bir tərzdə gizli və sürətli bir yolla peyğəmbərlərinə çatdır-
masıdır [6, 19-20]. 
Qurani-Kərim isə vəhyi: göylərə, yer üzünə, mələklərə, bal arısına, Musanın anası-
na və  İsanın həvarilərinə [Məryəm 19/11; əl-Ənam 6/112; əz-Zilzal 99/3-4; ən-Nəhl 
16/68; əl-Maidə 5/111] öz vəzifələrini və hərəkət tərzlərini bildirdiyi şəkildə tərif edir. 
Tərifdə  də bildirildiyi kimi vəhy vasitəsiz və vasitəli olmaq surəti ilə iki yerə 
ayrılır.  
Vasitəsiz vəhy: Allahın hər hansı bir vasitəçi göndərmədən varlıqlarla bilavasitə 
qurduğu rabitəyə deyilir. Vəhyin bu növü varlıqlara öz hərəkət tərzlərini bildirir. 


 Mirniyaz Mürsəlov   
44 
Məsələn: Qurani-Kərimdə vasitəsiz vəhylə bağlı aşağıdakı ayələri misal göstərmək 
olar:  
Yerə və səmaya xitab edilərək: 
ئموي
ِ َ ْ َ
ذٍ
دحت 
ﱢ َ ُ
 اھرابخأ ث
َ َ َ ْ ُ
 *
نأب
ﱠ ِ
بر 
ﱠ َ
 اھل ىحوأ ك
َ
َ
َ
ْ َ
 
“Məhz o gün yer öz xəbərlərini söyləyəcəkdir. Çünki (bunu) ona sənin Rəbbin 
vəhy etmişdir”.  
لك يف ىحوأ و
ﱢ ُ
ِ
َ ْ َ
اھرمأ ءامس 
َ َ
َ
ْ ٍ َ
 
“Və O, hər bir göyün işini özünə vəhy edib bildirdi”.  
Canlılardan bal arısına: 
بر ىحوأ و
ّ َ
َ ْ َ
لا ىلإ ك
َ َ
نّ
تا نأ لح
ّ
ِ ْ
خِ
ذِ
نم ى
َ ِ
شلا نم و اتويب لابجلا 

َ ِ َ ً ُ ُ ِ َِ ْ
مم و رج

َ
ِ َ ِ
نوشرعاي ا
َ ُ ِ ْ َ
 
“Və sənin Rəbbin bal arasına belə vəhy etdi: dağlarda, ağaclarda və (insanların) 
qurduqları çardaqlarda özünə evlər tik”. 
Buna aid əl-Ənfal surəsinin 12-ci ayəsində mələklərə xitabı, əl-Maidə surəsinin 
111-ci ayəsindəki  İsanın həvarilərinə  və  əl-Qəsəs surəsinin 7-ci ayəsində Musanın 
anasına göndərilən xitabı misal verə bilərik. 
Vasitəli vəhy: Allahın istədiyi şeyləri elçi vasitəsi ilə peyğəmbərlərinə bildirmə-
sinə deyilir. Vəhy dedikdə dini termin kimi məhz bu vəhy nəzərdə tutulur. Vasitəli 
vəhy özü də üç yerə ayrılır: 
1. Bilavasitə  vəhy: Burada Allah bir başa və vasitəsiz bir şəkildə  vəhy edərək 
insanla danışır. Bu zaman Allah bir başa çox sürətli və gizli bir şəkildə  bəzi 
məlumatları insanın qəlbinə ilham [36, 54] etmişdir. Bu cür vəhy həm Məhəmmədə 
peyğəmbərə, həm də Musanın anasına, həm də İsanın həvarilərinə göndərilmişdir. 
2. Pərdə arxasından vəhy: Vəhyin bu növü, cisim üzərində səs, kəlam və söz ya-
radıb eşitdirmək surəti ilə həyata keçir. Burada sözü eşidən söz sahibini görə bilməz 
[14, 222-225]. Ancaq özünə yaxın bir yerdən xitab edən gizli bir varlığın mövcud 
olduğunu hiss edər. Qurani-Kərim həm Musa, həm də Məhəmməd peyğəmbərə belə 
bir rabitə imkanı verildiyini bildirir. 
3. Mələk vasitəsi ilə: Bu vəhy zamanı Peyğəmbər bəşəri xüsusiyyətlərdən təcrid 
olunub, qeyri-bəşəri aləmlə (mələklər aləmi ilə) əlaqə qurması ilə mümkündür [7, 24]. 
Məhəmməd peyğəmbər həm vasitəli, həm də vasitəsiz vəhy almışdır. Vasitəli 
vəhyin mələk vasitəsi ilə  gəldiyini qeyd etmişdik. Bu vəhy Rəsulullaha mələk 
vasitəsi ilə və səs vasitəsi ilə gəlmişdir. Cəbrayıl bəzən öz surətində, bəzən də insan 
surətində vəhy gətirmişdir. Quran vəhy mələyinin Məhəmməd peyğəmbərə iki dəfə 
öz surətində vəhy gətirdiyini xəbər verir [1, I, 125]. 


 
Qurani-Kərimin nazil olmasından kitablaşmasına qədərki tarixi 
45 
Mənbələr vəhyin Peyğəmbərə bəzən də “zınqırov” və ya “zəng” səsinə bənzər 
bir səslə gəldiyini xəbər verir [6, 28-29]. Rəsulullahın qəbul edərkən ən çox əziyyət 
çəkdiyi vəhy növü məhz səs vasitəsi ilə  gələn vəhydir. Bu vəhyi də  gətirən 
Cəbrayıldır. Ancaq bu vəhydə vasitəçi mələk görünmədən səs eşidilir. 
Peyğəmbər bəzən də vasitəçi olmadan “sadiq röya”lar, nəbəvi ilham ilə, bir də 
pərdə arxasından danışaraq vəhy alırdı. Məhəmməd peyğəmbər vəhyi almağa elə 
sadiq röyalar [2, 17] vasitəsi ilə başlamışdır. Sadiq röyalar peyğəmbərin həyatında 
peyğəmbərlikdən  əvvəlki ilk altı ayda görülmüşdür. Onu da qeyd edək ki, sadiq 
röyalar vasitəsi ilə heç bir Quran ayəsi nazil olmamışdır [35, 37]. 
Nəbəvi ilhama gəldikdə bu təfəkkür etmədən bilginin bir başa qəlb yolu ilə 
bilinməsidir. Belə bir ilham həm peyğəmbərlərə, həm də insanlara gələ bilər. Ancaq 
peyğəmbərlərə gələn ilhama nəbəvi ilham deyilir. 
Pərdə arxasından danışaraq vəhy alma: Bu növ vəhylər zamanı peyğəmbər 
Allah-Təalanın səsini eşitdiyi halda onu görmür. Belə  vəhyi yalnız Musa və 
Məhəmməd peyğəmbər almışdır. Peyğəmbərlər bu vəhyi aldıqları zaman bəşəri 
xüsusiyyətlərindən təcrid olunaraq maddi varlıqları  tərk edib sanki ruhaniləşirlər. 
Məhəmməd peyğəmbər fərz namazları ilə  əl-Bəqərə surəsinin son iki ayəsini bu 
vəhy növü ilə almışdır. 
İlk nazil olan ayələrin  əl-Ələq surəsinin ilk beş ayəsi [9, 1286] olduğu haqda 
alimlərin çoxu ittifaq etmişdir. Ancaq son ayənin hansı ayə olması haqqında müxtə-
lif fikirlər vardır. Bəzilərinə görə bu əl-Bəqərə surəsinin 281-ci ayəsi, bəzilərinə görə 
əl-Maidə surəsinin 3-cü ayəsi, bəzilərinə görə ən-Nisa surəsinin 176 və ya ən-Nəsr 
surəsinin 3-cü [28, I, 35-38] ayəsidir. 
Qurani-Kərimin neçə il ərzində nazil olması haqqında bir neçə görüş vardır. Bu 
barədə ixtilafın yaranmasının  əsas səbəbi isə  Məhəmməd peyğəmbərin nübüvvətdən 
sonra Məkkədə neçə il yaşamasından qaynaqlanır. Bəziləri bu müddətin on, bəziləri 
on üç, bəziləri də on beş il olduğunu deyirlər. Ancaq bəzi mühəqqiqlər Məhəmməd 
peyğəmbərin Məkkədə on iki il beş ay on üç gün, Mədinədə isə doqquz il, doqquz ay 
doqquz gün yaşadığını qeyd edirlər [25, I, 44]. Bu görüş  Məhəmməd peyğəmbərin 
nübüvvətindən sonra Məkkədə on üç, Mədinədə isə on il yaşadığı və beləliklə Quranın 
23 il ərzində nazil olduğunu irəli surənlərin görüşünə daha yaxındır [24, XIX, 2]. 
Burada kiçik bir haşiyə  çıxaraq Qurani-Kərimin günümüzə  qədər qorunaraq 
necə gəlib çatdığına dair münasibət bildirmək istərdik. Bildiyimiz kimi peyğəmbərə 
gələn vəhy həm  əzbərlənməklə, həm də yazılmaq surəti ilə qorunurdu. Quranı ilk 
əzbərləyən məhz Peyğəmbər özü olmuşdur. Daha doğrusu Allah-Təala vəhy etdiyi 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə