Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə15/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   11   12   13   14   15   16   17   18   ...   124

 Mirniyaz Mürsəlov   
40 
yaxınlaşdırmaq, birləşdirmək mənalarını verir. Qurandakı surələr və ayələr də bir-
birlərinə yaxınlıq və bərabərlik təşkil edirlər [26, I, 278]. Əbul-Həsən əl-Əş`əri (v. 
324/936) bu fikri müdafiə etmişdir.  Əbu Bəkr ibn Mücahid (ö.324/936) də,  İmam 
Əbu Əmr ibn əl-Ə`lanın (v. 154/771) Quran kəlməsinin həmzəsiz oxunduğunu dəlil 
olaraq gətirmişdir [20, 29]. 
Quran kəlməsinin həmzəli olduğunu qəbul edənlərin qənaətincə isə bu söz 
“fu`lanu” (نلاعف
ْ ُ ) vəznində olub, həmzəlidir. Toplamaq mənasını verən “əl-qar`u” 
(ءرقلا
ْ َ ) kəlməsindən törəmişdir [3, 31]. Bu fikri Əbu Übeyd əl-Qasım ibn Səllam (v. 
224/839) və Əbu İshaq əz-Zəccac (v. 311/923) müdafiə etmişdir [5, 74]. Adları çəki-
lən alimlərə görə Quran qissə, əmr, nəhy, vaz, vaiz, surə və ayələri və ya özündən 
əvvəlki səmavi kitabların meyvələrini bir yerə topladığı üçün ona bu ad verilmişdir 
[29, 18]. Ərəblər də “qaraə” (أرق) felini toplamaq mənasında işlədərək “qara`tu-l-məə 
fi-l-havzi ” (ضوحلا يف ءاملا تأرق
َ
 ) yəni “suyu hovuzda topladım” deyirlər [4, 41]. 
Quran kəlməsi “oxumaq” mənasını verən “qaraə” (أرق) kökündən törəmiş,  نارفغلا 
vəznindən bir məsdərdir. Ancaq bu məsdər oxunan şey “əl-məqruu” (ءورقملا) mənasında 
məf`ul kimi işlədilmişdir. Bu fikri Əbul-Həsən Əli ibn Hazim əl-Lihyani (v. 215/830) 
müdafiə etmişdir [28, I, 52]. 
Quranın özü də aşağıda verəcəyimiz ayələri ilə bu fikri dəstəkləməkdədir: 
هنآرق عبتاف هانأرق اذاف هنآرق و هعمج انيلع نا
.
 
“Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu 
(Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.” [əl-Qiyamət, 
75/17-18] 
İslam alimləri arasında ən güclü və özünə ən çox tərəfdar toplayan məhz bu fik-
rin olması qəbul edilməkdədir. Bu görüşə görə Quran kəlməsi “qaraə” (أرق) kökün-
dən törəmiş, məful mənasını verən və Məhəmməd peyğəmbərə möcüzə olaraq nazil 
olan ilahi kəlamın adıdır [25, I, 7]. Quran kəlməsinin həmzəsiz oxunuşu sadəcə qira-
əti yüngülləşdirmək üçündür və onun həmzəsiz olmasına dəlalət etmir [25, I, 7]. 
Qiraət imamlarının mövzuyla bağlı oxunuşlarına gəldikdə,  İbn Kəsir öz qira-
ətində istər vəqf, istərsə də vəsl halında, Həmzə isə ancaq vəsl halında Quran kəlmə-
sini həmzəsiz olaraq “Quranun” (نارق 
َ ُ )  şəklində oxumuşdur. Digər qiraət imamları 
isə öz qiraətlərində Quran kəlməsini həmzə ilə “Qur`anun”  ناءرق
ٌ َ ْ ُ
(
) şəklində oxumuş-
lar [17, 42]. 
İslam alimləri Qurani-Kərimin bəzi yönlərini və xüsusiyyətlərini nəzərə alaraq 
ona müxtəlif təriflər vermişlər. Onlardan bəzilərini qeyd etməyi məqsədəuyğun he-
sab edirik: 


 
Qurani-Kərimin nazil olmasından kitablaşmasına qədərki tarixi 
41 
1.  əl-Fatihə surəsinin  əvvəlindən  ən-Nas surəsinin sonuna qədər Məhəmməd 
peyğəmbərə endirilən kəlmələrdir [25, I, 10; 17, 42]. 
2.  Məhəmməd peyğəmbərə endirilən, müshəflərdə yazılmış, mütəvatir olaraq 
bizə gəlib çatan kəlamın adıdır [8, I, 21]. 
3.  Məhəmməd peyğəmbərə vəhy yolu ilə endirilən, müshəflərdə yazılmış, mütə-
vatir olaraq bizə gəlib çatan və oxunması ilə ibadət edilən ilahi bir kəlamdır [25, I, 12]. 
Təriflərə baxdığımız zaman burada Qurani-Kərimin onu digər kitablardan fərq-
ləndirən dörd əsas xüsusiyyəti diqqətimizi cəlb edir. Onlardan birincisi Qurani-Kəri-
min vəhy yolu ilə nazil olmasıdır ki, buradan da Quranın mənbəyinin məhz Allah-
Təala olduğu başa düşülür.  İkincisi, müshəflərdə yazılmış olması, yəni Qurandan 
başqa heç bir şeyin, hər hansı müqəddəs kəlamların belə ona qarışmaması deməkdir. 
Üçüncüsü, yəni mütəvatir olaraq bizə gəlib çatan dedikdə onun heç bir dəyişikliyə 
uğramadan,  şaz (sənədi səhih olmayan) qiraətlərdən uzaq olması  nəzərdə tutulur. 
Nəhayət dördüncü xüsusiyyət, oxunması ilə ibadət edilməsidir ki, bu da Quranın 
özündən başqa nə tərcüməsi, nə təfsiri, nə də qüdsi (məna etibari ilə Allaha istinad 
edilən) hədislər ilə ibadətin mümkün olmadığını göstərməkdədir. 
İslam alimlərinin  əksəriyyətinin fikrincə Quranın nazil olması üç mərhələdə 
həyata keçmişdir [30, 89-93]: 
1)  Birinci mərhələdə Quran cəm halında Lövhi-məhfuza endirilmişdir. Bunu 
Allah-Təala əl-Vaqiə surəsinin 77-79-cu ayələrində belə açıqlamışdır: 
“(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah dərgahında) qoru-
nub saxlanılan bir kitabdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxuna 
bilər. (O) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir”. 
Bəziləri Quranın bu ayələrdə Lövhi-məhfuza endirilməsini deyil, Lövhi-
məhfuzda mövcud olmasını bildirildiyini deyirlər [22, 47]. 
2)  Qurani-Kərim ikinci mərhələdə yenə  də  cəm halında Lövhi-məhfuzdan 
dünya səmasındakı Beytül-izzə deyilən bir yerə endirilmişdir. 
Bu barədə Allah-Təala (əd-Duxan surəsinin 3-cü ayəsində) “Biz Quranı müba-
rək bir gecədə endirdik”; (əl-Qədr surəsinin 1-ci ayəsində) “Biz Quranı Qədr gecə-
sində endirdik”; (əl-Bəqərə surəsinin 185-ci ayəsində isə) “Ramazan ayı Quranın 
nazil olduğu aydır” deyə buyurur. Göründüyü kimi bu üç ayənin üçündə  də eyni 
gecədən söhbət gedir. Yəni o, Ramazan ayındakı gecələrdən biri olan və Allah-
Təalanın mübarək olaraq adlandırdığı Qədr gecəsində endirilmişdir. 


 Mirniyaz Mürsəlov   
42 
Burada diqqətimizi çəkən başqa bir xüsus vardır ki, o da bu ayələrdə Quranın 
bir gecədə endiyinin vurğulanmasıdır. Halbuki, biz Quranın Məhəmməd peyğəmbə-
rə iyirmi üç il ərzində hissə-hissə endirildiyini bilirik.  
Yuxarıdakı ayələrə baxdığımız zaman görürük ki, bu ayələrdə Quranın endirilməsi 
“ənzələ” (لزنأ
َ َ ْ ) və “unzilə” (لزنأ
َ ِ ْ ) felləri ilə verilmişdir. Ərəb dilində bu fellər cəm halında 
endirilməni bildirmək məqsədi ilə işlədilir [27, 96]. Quranın endirilməsindən bəhs edən 
ayələrdə “inzal” (لازن
ْ َ ْ   ا) məsdərinin işlədilməsi belə  nəticəyə  gəlməyə  əsas verir ki, 
buradakı endirilmənin cəm halında endirilmə şəklində anlamaq daha doğrudur.  
3) Üçüncü, yəni Quranın endirilməsinin sonuncu mərhələsində, artıq Quran mü-
cərrəd aləmdən müşəxxəs aləmə keçməyə başlamış və Allahın hidayəti insanlara gə-
lib çatmışdır. Bu mərhələdə Qurani-Kərim dünya səmasındakı Beytül-izzədən Cəb-
rayıl adlı mələyin vasitəsi ilə Məhəmməd peyğəmbərin qəlbinə təxminən iyirmi üç il 
ərzində hissə-hissə endirilmişdir. Mövzuyla bağlı ayələrdə “nuzzilə” ( زن
ﱢ ُ
لَ ) felindən 
istifadə olunmuşdur.  Ərəb dilində isə “nuzzilə” ( زن
ﱢ ُ
لَ ) feli hissə-hissə endirilməni 
bildirmək məqsədi ilə  işlədilir. Sözü gedən nüzul prosesini Allah-Təala  əş-Şuəra 
surəsinin 192-194-cü ayələrində belə ifadə edir:  
“Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onu 
(Ruhuləmin) Cəbrayıl (günahkarları Allahın  əzabı ilə) qorxudan (xəbərdar edən) 
peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə endirdi”.  
Bu ayələrdən də göründüyü kimi Quranın Məhəmməd peyğəmbərə endirildiyi 
əsnada vəhyi ona Allahın vəhy mələyi Cəbrayıl çatdırmışdır. Çünki, Allahın da (əş-
Şura surəsinin 51-ci ayəsində) buyurduğu kimi: 
“Allah bir insanla ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi 
(mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini 
vəhy edər...” 
Mələk Cəbrayılın vəhyi necə alması qeyblə bağlı bir məsələ olduğu üçün bu 
barədə yalnız Peyğəmbərdən gələn xəbərlər əsasında bilgi almaq olar. Ancaq Pey-
ğəmbər də bununla bağlı hər hansı bir məlumat verməmişdir. Ona görə  də alimlər 
ancaq öz mülahizələrini söyləmişlər. 
Alimlərdən Tiybi bu barədə  qəti fikr söyləməkdən çəkinərək bəlkə  Cəbrayıl 
Quranı mənəvi bir şəkildə və sürətli olaraq almış və ya Lövhi-məfhuzdan əzbərləyə-
rək peyğəmbərə gətirmişdir fikrini irəli sürmüşdür. 
Beyhəqiyə görə əl-Qədr surəsinin 1-ci ayəsindəki انلزنأ
َ َْ ْ  kəlməsi “Biz mələyə Qu-
ranı eşitdirdik və onu anlatdıq. Sonra isə eşitdirdiyimizi və anlatdığımızı endirdik”, 
yəni Cəbrayıl Quranı bu şəkildə almışdır mənasını verir. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə