Mövzu hədislərin uydurulma səbəbləri
67
Xuləfay-i Raşidin, Hz. Peyğəmbərdən eşitmədikləri bəzi hədisləri rəvayət edən-
lərlə qarşılaşdıqları zaman bunları Rəsulullahdan (ə) eşitdiklərinə dair şahid gətirmə-
lərini istəmiş, çox hədis rəvayət edənləri bu mövzuda daha diqqətli olmağa dəvət et-
miş, bəzən də onlara bu sözləri Rəsulullahdan (ə) bilavasitə eşitdikləri haqqında and
içdirmişdirlər. Səhabələrin bu sahədəki diqqəti, hədis uydurmağa uyğun bir zəminin
yaranmasına mane olmuşdur. Hz. Osmanın şəhid edilməsi ilə "fitnə" adlandırılan
böyük ixtilaf başlamış, bir müddət sonra Hz. Əlini təkfir edən Xəvaric ilə Hz. Əbu
Bəkir və Ömərə söyən bir çox firqə, Qədəriyyə, Mürciə, Cəhmiyyə və Müşəbbihə
kimi batil məzhəblər ortaya çıxmışdır. Hədis uydurma hərəkatı, səhabə əsrinin sonu
və böyük tabiilər dövrünün başlanğıcı olan belə bir böhranlı zamanda müxtəlif təsir-
lərlə başlayıb inkişaf etmişdir. Bu dövr müxtəlif qrup və firqələrin ortaya çıxdığı,
diqqətsiz və səmimi olmayan hədis tələbələrinin çoxaldığı bir əsrdir.
Yuxarıda qeyd olunanlarla birlikdə bəzi alimlər hədis uydurma fəaliyyətinin
başlanğıcı olaraq h. 40/m. 660-cı ili tarixini göstərməkdədirlər. Misal üçün Əccac əl-
Xətib, fitnələrlə əlaqədar ümumi məlumatları bildirdikdən sonra, hədis uydurma fəa-
liyyətinin hicri birinci əsrin ilk yarısından bir müddət əvvəl başladığını bildirərkən,
Subai isə sünnənin saflığını qoruduğu dövrün bitdiyi və uydurma hədis fəaliyyətləri-
nin başladığı ilin h. 40/m. 660 olduğuna işarə etmişdir. Ə`zəmi də uydurma hədis
fəaliyyətinin daha çox h. 40/m. 660-cı illərdə başladığını deyir. Əbu Şəhbə də hədis
uydurma fəaliyyətinin h. 40/660 ilində başladığını bildirir. Görüldüyü kimi h. 40/m.
660 ilini başlanğıc olaraq verənlərin bir hissəsi, qəti olaraq bu tarixdən etibarən baş-
ladığını deyərkən, bir hissəsi bu hərəkatın Hz. Osman dönəmindəki fitnə dövründə
başladığını söyləmişdirlər.
7
C. Hədis uydurmanın səbəbləri
Kim olursa olsun, hədis uyduranları bu pis əməli etməyə sövq etdən bəzi səbəb-
lər vardır. Bunlarar əsbəbul-vəz deyilir. Hədis uydurma səbəblərinin ən başlıcaları
bunlardır:
1. İslam düşmənçiliyi
Hz. Peyğəmbərin (s.ə.s.) Mədinəyə hicrətindən sonra qurulan İslam dövləti qısa
bir zamanda çox güclənmişdi. Bu dövlət, onun vəfatından sonra, çox keçmədən bü-
tün Ərəbistan yarımadasını əhatə etdiyi kimi, İran və Xorasan torpaqlarına qədər sər-
7
İbnu`l-Kayyim el-Cevziyye, Uydurma Hadisleri Tanıma Yolları, s. 50.
Səlimli Qoşqar
68
hədlərini genişlətdi. Süqut edən imperiyalar, yox olan səltənətlər, puç olan mənfəət-
lər İslam düşmənçiliyinə çevrildi. Digər tərəfdən İslama zərər verə bilməyənlər,
onun güclənməsinə mane ola bilmədiklərinə görə, onu içəridən yox etmək məqsədilə
iman əsaslarında fəsad törətmək; beləliklə də İslam birliyini parçalamaq yoluna mü-
raciət etdilər. Belələrinin əksəriyyəti müsəlman kimi davranaraq, İslama yad olan bir
çox fikir və xurafatları, hədis maskası altında İslam dininə aidmiş kimi göstərdilər.
8
Müsəlmanların idarəsi altında olmaqla bərabər, əldən verdikləri etibar və əvvəl-
ki dəbdəbəli həyatlarını təkrarən ələ keçirmək xəyalı ilə İslamı mənimsəyə bilmə-
yənlər, güclü olan dövləti maddi gücləri ilə yıxa bilməyəcəklərini anlamış, hilə və
fitnə-fəsad yolları ilə İslam inancını zəiflətmə və yox etmə imkanlarını axtarmağa
başlamışdılar. İslam qaynaqlarında zındıq (cəmi: zənədiqa) adlandırılan bu insan-
lar, dini təhrif etmək, İslamı gülünc vəziyyətə salaraq lağa qoymaq və bu şəkildə
xalqın qəlbinə din haqqında bəzi şübhələr salmaq fikrinə düşdülər.
9
Qur`ani-Kərimə hücumlar edərək məqsədlərinə nail ola bilməyəcəklərini anla-
yan zındıqlar, daha asan şəkildə təhrif edə biləcəklərini düşündükləri hədislərə yö-
nəldilər. Fəaliyyətlərini daha çox müsəlman pərdəsi altında davam etdirməklə bəra-
bər, Allaha və axirət gününə inanmayan bu İslam düşmənləri bəzən zahid və sufi,
bəzən də elmli bir İslam alimi və mütəfəkkiri maskası ilə qarşımıza çıxırlar.
İslama zidd mövqedə olan insanlar, hədislər üzərindəki təhriflərini müxtəlif hi-
lələrə müraciət edərək həyata keçirməyə çalışırdılar. Belə ki, zındıqlardan birisi, içə-
risini xurafatlarla və dini zəiflədən bəyanlarla doldurduğu kitabını, bir ağac oyuğu-
nun içinə qoyaraq üstünü qurğuşunla örtmüş, bir müddət sonra da ortaya çıxaraq
yuxusunda filan yerdəki ağacın içində olan bir kitabın ona göndərildiyini və onun
içindəki hökmlərin tətbiq olunmasınn əmr olunduğunu iddia etmişdi.
10
2. Firqə, məzhəb, qəbilə, dil və ya regionu, ya da məzhəb imamlarını
müdafiə istəyi
Hz. Osmanın şəhid edilməsindən sonra (h. 35 / 655) ortaya çıxan müxtəlif firqə-
lər, öz fikirlərini yaya bilmək üçün iki mənbəyə müraciət etdilər. Qur`ani-Kərim və
hədislər. Onların etmək istədiyi bu idi: Qur`ani-Kərimi öz görüşləri istiqamətində
8
a. k. ə., s. 54.
9
İbn Quteybə, Əbu Muhəmməd Abdullah b. Müslim (v. 276/889), Təvilu Müxtəlifil-Hədis,
Misir, 1966, s. 279.
10
əl-Ədəvi, Abdullah b. Hüseyin Xatir əl-Məliki, Laqtud-dürər bi şərhi mətni Nuxbətil-
fikər, Misir, 1322, s. 72, 73.
Mövzu hədislərin uydurulma səbəbləri
69
yozmaq; onların fikirlərini dəstəkləyən hədisləri yaymaq; görüşlərinə zidd olan
hədisləri öz fikirlərinə uyğunlaşdırmaq. Nəticədə isə, düşüncələri ilə üst-üstə düşən
hədis olmadığı zaman onları uydurmaq. Tövbə edən qoca bir xaricinin sözləri bunu
təsdiq edir: "Dininizi kimlərdən öyrəndiyinizə diqqət edin. Çünki biz bir şey istədi-
yimizdə, onu hədis şəklində deyirdik."
11
Lakin Qur`ani-Kərim hafizlərinin, onun rəvayət və tilavəti ilə məşğul olanların çox
olması, onların bu istiqamtdə irəli getmələrinə mane olmuşdur. Fəqət hədislərin hamı-
sının, o dövrdə -Qur`ani-Kərimdə olduğu kimi- hələ müəyyən kitablara yazılmaması,
onlarda bəzi təhriflərin əmələ gətirilməsinə imkan verirdi. Bu vəziyyətdən istifadə edən
batil firqələr, hədislər üzərindəki təhriflərini iki şəkildə həyat keçirmişdirlər:
a) Ehtiyaclarına uyğun olmayan və mənfəətləti ilə üst-üstə düşməyən hədislərin,
Hz. Peyğəmbərə aid olduğunu inkar edərək, uydurulduqlarını iddia etmişdirlər.
b) Fikirlərini dəstəkləmək üçün, davamlı şəkildə dini mətnlərə ehtiyac duyduq-
larından, rəqiblərinin qarşısında dəlil olması məqsədi ilə hədislər uyduraraq, bunla-
rın Hz. Peyğəmbərə aid olduğunu demişdirlər.
3. İslam dininə xidmət etmə arzusu
İslam dininə xidmət məqsədi ilə bir çox hədis uyduran, beləliklə Allah qatında
qiymətli bir iş gördüyünü zənn edən bəzi zahid və sufilər, fəzilətli əməllər mövzu-
sunda hədis uydurmanın dini baxımdan bir probleminin olmadığını düşündüklərinə
görə, ən kiçik bir yaxşılıq edənə Hz. Peyğəmbərin dili ilə cənnətin qapılarını açmış,
ən xırda bir günah edəni də cəhənnəmin dibinə atmışdırlar. Nəticədə isə yerinə yeti-
rilməsi mümkün olmayacaq qədər çox ibadət növü ortaya çıxmışdır. Bu cür uydur-
maların ən bariz xüsusiyyəti mübaliğə (bir hadisəni şişirtmə) olduğundan, misal
üçün quşluq namazını tərif edildiyi şəkildə qılana yetmiş peyğəmbər savabı verilmiş,
siqaret tüstüsünün girdiyi bədəndən imanın çıxacağı deyilmişdir. Bu rəvayətlər daha
çox namaz, oruc və Qur`an oxuma kimi ibadətlərlə əlaqədardır. Məsələn Meysərə b.
Əbdurəbbih adlı yalançı "Kim bu surəni oxusa, bu qədər savab qazanar." şəklindəki
sözləri, insanları Qur`an oxumağa təşviq etmək üçün uydurduğunu demişdir. Gündə-
lik həyatlarında yalan danışmaqdan çəkinən bu insanların dini yaşatmaq məqsədi ilə
hədis uydurmaqda bir problem görməmələri onları din üçün zərərli bir sinifə çevir-
mişdir.
12
11
İbnul-Cövzi, Əbul-Fərəc Cəmaləddin əl-Qurəşi (597/1201), Mövzuat, Matbaatul-Məcd,
1386-1388 / 1966-1968, s. 38.
12
DİA, "Mevzu", XXIX, s. 494.
Dostları ilə paylaş: |