Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə27/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   23   24   25   26   27   28   29   30   ...   124

 Səlimli Qoşqar    
72 
7. Kəlam və fiqh məzhəbləri və hədis uydurmadakı yerləri 
Aralarında Hz. Peyğəmbərin olduğu dövrlərdə  İslam dininin əsaslarını öyrən-
məklə məşğul olan səhabələr problem sayılacaq məsələlərlə bir o qədər də qarşılaş-
mırdılar. Daha sonrakı dövrlərin ən mühüm problemləri halına gələn məsələlər, on-
ları maraqlandırmamışdır. Onlar, bu cür məsələlər haqqında Qur`an və  hədislərdə 
verilən məlumatlardan başqa heç bir şeyə müraciət etməmişdirlər.
18
 Bununla bəra-
bər, səhabələr hər hansı bir problemlə qarşılaşdıqları zaman, onu dərhal həll etmə 
imkanına malik idilər. Lakin İslamın sərhədlərinin genişlənməsi nəticəsində müxtə-
lif din və məzhəb mənsublarının çeşidli fikir və fəlsəfələri ilə qarılaşıldığı zaman, or-
taya bəzi yeni məsələlər çıxmışdır. Allahın sifətləri zatı ilə eynidir, yoxsa yox? 
Qur`an məxluqdurmu? İnsan öz əməllərinin xaliqidirmi? və s. 
Beləliklə əmələ gələn kəlam məzhəblərindən – məsələn mötəzilə kimi- bəziləri, 
bəzi vaxtlar hakim zümrə tərəfindən rəsmən himayə edilmiş, daha təsirli olma imka-
nını əldə etmiş, nəticə etibarı ilə də digər məzhəblərlə aralarında mövcud olan ixtilaf 
və fikir ayrılıqları daha da böyümüşdür. Bütün bu münaqişə  və  rəqabətlər səbəbi 
ilədir ki, hər məzhəb -siyasi qruplarda da olduğu kimi- öz fikirlərini Peyğəmbər sözü 
ilə  dəstəkləmək yoluna müraciət etmişdir. Misal üçün qədər və ya cəbr (icbar) və 
ixtiyar (iradə) məsələlərində ixtilafa düşən bəzi kəlamçılar məzhəbi gücləndirən hə-
disləri uydurmaqda bir problem görməmişdir. O xüsusda Peyğəmbər (s.ə.s.) bir söz 
söyləməmiş olsa belə – hətta imamlarının adına qədər – onları tərifləyən, müxaliflə-
rinə isə lənət yağdıran sözlərinə nəbəvi bir mahiyyət vermişdirlər.
19
 
Xülafayi-Raşidin dövrünün axırlarına yaxın və xüsusilə  Əməvilər zamanında 
qəza və qədər münaqişələri çoxalmış, səhabələrdən Abdullah b. Abbas (v. 68/687), 
Abdullah b. Ömər (v. 74/693), Cabir b. Abdullah (v. 74/693) və Vasilə b. əl-Əsqa 
(v. 83/702) kimilərin və tabiun böyüklərinin şiddətlə mübarizə aparmalarına baxma-
yaraq qədəriyyə və mürciə məzhəbləri meydana gəlmişdir. Qədəriyyə məzhəbinin 
mənsublarının, məzhəblərini təbliğ məqsədi ilə bir çox hədis uydurduqları bilinmək-
dədir. Belə ki, qədəri məzhəbində ikən tövbə edərək onlardan ayrılan  Əbu Rəca 
Muhrizin (h. II/III əsrlər) belə dediyi rəvayət edilir: "Qədəriyyə  mənsublarından 
qətiyyən bir şey rəvayət etməyin. Vallahi biz, insanları  məzhəbimizə  cəlb etmək 
üçün hədislər uydurar və bu hərəkətimizlə də savab qazanacağımızı umardıq. Mən -
bu yol ilə – qədəriyyə məzhəbinə dörd min nəfəri cəlb etdim."
20
  
Mürciə  məzhəbində olanlar da eyni üsula müraciət edərək məzhəblərinin 
lehində hədislər uydurmuşlar. Hədis uydurma məharəti ilə məşhur olan Muhəmməd 
                                                 
18
 Əbu Zəhrə, Muhəmməd Əhməd, əl-Məzəhibul-İsləmiyyə, Misir, tarixsiz, s. 162. 
19
 Əhməd Əmin, Fəcrul-İslam, Misir, 1959, s. 214. 
20
 İbn Əbi Hatim, Əbu Muhəmməd Əbdürrəhman ər-Razi (h. 327/938), əl-Cərh vət-Tadil, I-
V, Heydərabad, 1952, I, s. 32. 


 
Mövzu hədislərin uydurulma səbəbləri 
73 
b. Qasım ət-Təyqani mürciə məzhəbinin başçılarından idi. Bu məzhəbin tərəftarları 
imanın artıb  əskilməyəcəyi görüşünü müdafiə edirlər. Uydurma hədislər haqqında 
olan kitablarda (mövzuat) çox rast gəlinən bu cür uydurmaları onların icad etdiyi 
böyük bir ehtimaldır. Belə ki, raviləri arasında Muhəmməd b. Qasım  ət-Təyqani 
olduğuna görə uydurma sayılan bu mövzu hədis də, onların öz müxaliflərinə qarşı nə 
qədər amansız olduqlarını göstərir: "İmanın artıq əksiləcəyini zənn edən şəxs bunu 
bilsin ki, imanın çoxu nifaq, azı isə küfrdür. Bu fikrindən dönməyənin boynunu 
qılıncla vurun. Bunlar Rəhmanın düşmənləridir..."
21
 
Hicri ikinci əsrin  əvvəllərində  Əməvi idarəsinin hakim olduğu dövrlərdə  cəb-
riyyə və mötəzilə məzhəbləri ortaya çıxmışdır. Cəhm b. Səfvanın (v. 128/745) cəb-
riyyə məzhəbinin fikirlərini inkişaf etirməsindən sonra mötəzilə məzhəbi də onunla 
birləşdi. Allah Taalanın sifətlərini qəbul etməyərək, onların məcazi olduğunu və qul-
dakı sifətlərin Allahda olmayacağını deyən cəbriyyəçilərlə, davamçıları olan mötəzi-
lilər, Qur`ani-Kərimin məxluq olduğu iddiasını ortaya ataraq Abbasi xəlifələrindən 
Məmun, Mötəsim və Vasiqin köməkliyi ilə müxaliflərinə qarşı müharibə elan etdi-
lər.
22
 Başda İmam Əhməd b. Hənbəl (v. 241/855) olmaq üzrə bir çox İslam aliminin 
qəbul etməyə məcbur edildiyi bu məsələ haqqında, onun tərəfdarları və müxalifləri 
tərəfindən hədislər uydurulmuşdur. Zəhəbinin (v. 748/1347) ifadəsinə görə, 
"hadisul-xayl" deyə məşhur olan uydurma rəvayəti, Qur`ani-Kərimin məxluq oldu-
ğunu isbat etmək istəyən cəhmiyyə, digər adı ilə cəbriyyə məzhəbi tərəfdarları uy-
durmuşdurlar.
23
 Bu rəvayətə görə Allah Taala öz nəfsini yaratmaq üçün əvvəlcə bir 
at yaratmış  və onu sürmüş, at tərləyəndən sonra da nəfsini ondan yaratmışdır.  İbn 
Ərraqın "bunu uydurana Allah lənət eləsin. Çünki bunu nə bir müsəlman, nə zarafat-
çıl bir insan, nə də ki, ağlı olan bir adam uydura
 
bilər."
24
 dediyi bu rəvayəti uydur-
maqla ittiham olunan Muhamməd b. Şüca əs-Səlcinin (v. 266/880) bir mötəzilə tə-
rəfdarı olması da Zəhəbinin iddiasını gücləndirməkdədir. 
Bu məzhəblərin müxaliflərinin də  hədis uydurmaqda geri qalmadığı müşahidə 
olunur. Qur`ani-Kərimin məxluq olmadığını, bunu iddia edənlərin kafir olduğunu 
bildirən bir çox rəvayətə rast gələ bilərik. Bunlardan birində, Hz. Peyğəmbərin, üm-
mətindən Qur`ani-Kərimin məxluq olduğunu deyənlərin gələcəyini, bu iddia sahiblə-
                                                 
21
  İbn  Ərraq,  Əbül-Həsən  Əli b. Muhəmməd  əl-Kinani (v. 963/1556), Tənzihuş-şəriatil-
mərfua anil-əxbariş-şəniatil-mövzua, Misir, 1375, s. 149. 
22
 Əbu Zəhrə, a. k. ə., s. 248. 
23
 Zəhəbi, Əbu Abdullah Muhəmməd b. Əhməd (v. 748/1347), Mizanul-İtidal fi naqdir-rical, 
I-III, Misir, 1325, III, s. 72. 
24
 İbn Ərraq, a. k. ə., I, s. 134. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə