Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə28/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   24   25   26   27   28   29   30   31   ...   124

 Səlimli Qoşqar    
74 
rinin kafir sayılacağı və xanımlarının onlardan boş olacağını, mömin bir qadının elə 
bir kafirin nikahı altında olmamasının vacib olduğunu xəbər verdiyi bildirirlir.
25
 
Kəlam məzhəblərində olduğu kimi, fiqh məzhəblərində  də müxtəlif təsirlərlə 
təfriqələr meydana gəlmişdir. Bu məzhəblərin imamları dinə  və sünnəyə  nə  qədər 
bağlı  və  təfriqə fikrindən nə  dərəcədə uzaq olsalar da, onların ardıcılları arasında 
məzhəb təəssübü səbəbi ilə hədis uyduranlar olmuşdur. Bu cərəyanlar, məzhəblərin 
yarandığı dövrlərdə  və xüsusilə  də imam Əbu Hənifənin (v. 150/767) zamanında 
qorxunc dərəcədə yayılmışdır. Uydurma fəaliyyəti hənəfi və şafii məzhəbinin tərəf-
darları arasındakı bəzi cahil qrupların aralarında olan şiddətli bir rəqabətin izlərini də 
daşımaqdadır. Aşağıda göstərilən uydurma xəbər, hənəfi olan Məmun b. Əhməd əl-
Hərəviyə (v. 250/864-dən sonra) aiddir.
26
 Bu uydurma rəvayətə görə, Hz. Peyğəm-
bər Əbu Hənifənin gələcəyini xəbər verərək belə deyib: "Ümmətimdən Muhəmməd 
b. İdris (Şafii) adlı bir şəxs zühur edəcəkdir. O ümmətim üçün şeytandan daha zərər-
li olacaqdır. Yenə ümmətimdən Əbu Hənifə deyilən bir şəxs gələcəkdir ki, o ümmə-
timin işığıdır."
27
 Mövzuat əsərlərində Əbu Hənifə və digər məzhəb imamlarına həsr 
olunan bir çox uydurma rəvayətə rast gəlmək mümkündür. 
Müxtəlif məzhəblərin dəstəmaz, namaz və bunlar kimi ibadətlərin ifa şəkilləri 
haqqında və tamamilə  təfərrüata dair bir-birlərindən fərqli bəzi görüşləri vardır. 
Məzhəb fanatiklərinin bəziləri, bunun kimi bəsit məsələləri böyüdərək əsas proble-
mə çevirmiş və məzhəblərinin tətbiqatını təsdiq edən hədisləri uydurmaqdan çəkin-
məmişlər. Misal üçün: "Rükuda əllərini qaldıran adamın namazı səhih deyil."; "ağıza 
və buruna üç dəfə su almaq fərzdir."; "İbn Ömər demişdir ki, mən Hz. Peyğəmbərin, 
Əbu Bəkir və Ömərin arxasında namaz qıldım, bəsmələni cəhri (uca səslə) oxudu-
lar."
28
 
                                                 
25
 İbn Ərraq, a. k. ə., I, s. 134. 
26
 Zəhəbi, a. k. ə., III, s. 429. 
27
 İbn Ərraq, Tənzihuş-şəria, II, s. 30. 
28
 Zəhəbi, Mizan, I, s. 475. 


 
Mövzu hədislərin uydurulma səbəbləri 
75 
BİBLİOQRAFİYA 
1. Buhari, Muhammed b. İsmail (v. 256/870), Sahih-i Buhari Muhtasarı Tecrid-i Sarih
(çeviri, tahric ve notlar Abdullah Feyzi Kocaer), Hüner yayınları, Konya, 2004. 
2. Kandemir, M. Yaşar, "Mevzu", DİA, XXIX, 2004. 
3. Əbu Zəhrə, Muhəmməd Əhməd, əl-Məzəhibul-İsləmiyyə, Misir, tarixsiz. 
4.  əl-Ədəvi, Abdullah b. Hüseyin Xatir əl-Məliki,  Laqtud-dürər bi şərhi mətni 
Nuhbətil-fikər, Misir, 1322. 
5. Əhməd Əmin, Fəcrul-İslam, Misir, 1959. 
6.  İbn  Ərraq,  Əbül-Həsən  Əli b. Muhəmməd  əl-Kinani (v. 963/1556), Tənzihuş-
şəriatil-mərfua anil-əxbariş-şəniatil-mövzua, Misir, 1375. 
7.  İbnul-Cövzi,  Əbul-Fərəc Cəmləddin  əl-Qurəşi (597/1201), Mövzuat, Matbaatul-
Məcd, 1386-1388 / 1966-1968. 
8. İbn Əbi Hatim, Əbu Muhəmməd Əbdürrəhman ər-Razi (h. 327/938), əl-Cərh vət-
Tadil, I-V, Heydərabad, 1952. 
9.  İbnu`l-Kayyim el-Cevziyye, Uydurma Hadisleri Tanıma Yolları, (tercüme ve 
tahric: Hanifi Akın), Karınca yayınları, İstanbul, 2004. 
10. İbn Quteybə, Əbu Muhəmməd Abdullah b. Müslim (v. 276/889), Təvilu Müxtəli-
fil-Hədis, Misir, 1966. 
11. Kandihlevi, M. Yusuf, Muhtasar Hayatü`s-Sahabe, Ravza yayınları, (tercüme: 
Mustafa Kasadar; Osman; Rahmi Eyidenbilir), İstanbul, 2000. 
12. Kandemir M. Yaşar, Mevzu Hadisler (Menşei - Tanıma yolları - Tenkidi), Gaye 
Matbaacılık, Ankara, 1991. 
13. Uğur, Mücteba, Ansiklopedik Hadis Sözlüğü, Ankara, 1992. 
14. Yıldırım, Enbiya, Hadis Problemleri, Rağbet yayınları, İstanbul, 2001. 
15. Zəhəbi,  Əbu Abdullah Muhəmməd b. Əhməd (v. 748/1347), Mizanul-İtidal fi 
naqdir-rical, I-III, Misir, 1325. 
 
 
 


 Səlimli Qoşqar    
76 
NƏTİCƏ 
Məlumdur ki, Qur`ani-Kərimin ilahi bir kəlam və Allahın xüsusi mühafizəsi 
altında olması, onun təhrif olmasına böyük bir maneə təşkil etmişdir. 
Hər  şeydən  əvvəl bəzi müsəlmanların savadsızlığı, mənfəətpərəstliyi, məzhəb 
təəssübü, yanlış milliyyətçilik anlayışı və s. nəticəsində Hz. Peyğəmbərin hədisləri 
arasına mövzu rəvayətlər də daxil edilmişdir. 
Tarix boyu İslam dinini zəiflətmək və onu müsəlmanların nəzərində  dəyərsiz 
vəziyyətə salmaq istəyənlər bu fəaliyyətlərdə yaxından iştirak etmiş və bəzən bu mə-
ramlarını dilə gətirmişlər.  
Biz bu məqalədə mövzu hədislərin məfhumi mənası, hədis uydurma fəaliyyəti-
nin başlanması və bunun səbəblərini araştıraraq, bu mövzuya elmi baxımdan yanaş-
mağa çalışdıq.  
 
РЕЗЮМЕ 
Как  известно  Коран – это  божественное  писание,  которое  находится  под 
защитой самого Аллаха, и поетому ее невозможно исказить.  
К сожалению в результате безграмотности, невежества, неправильного по-
нимания национальных ценностей и корыстолюбия в ряды изречений Пророка 
Мухаммеда проникли искаженные хадисы. 
За всю историю Ислама возникли  враждебные  к нему течения старавши-
еся  ради  его  ослабления  и  внесения  в  сердца  мусульман  чувств  недоверия  к 
своей религии. 
В  этой  статье  изложены  терминологические  и  смысловые  обозначения 
термина мауду, начало движения вымышленных хадисов и их причины. 
 
RESUME 
It is known that the Qur`an`s being a divine word and under the protection of 
Allah, has protected it from distortion. Firstly, at the result of some Muslims` 
ignorance, sectarian fanaticism, self-interest, false nationalism concepts, etc., some 
forged hadiths were fabricated and falsely attributed to the Prophet Muhammad.  
Throughout history, those who wanted to weaken Islam and trivialize it in the 
eyes of Muslims, actively took part in these activities and sometimes openly 
expressed their intention. 
In this article, by investigating the conceptual meaning of the term`the forged 
hadith` as well as the beginning of hadith fabrication and its reasons, I have 
attempted to approach the subject academically.
 
 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə