Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə26/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   22   23   24   25   26   27   28   29   ...   124

 Səlimli Qoşqar    
70 
Görüldüyü kimi, Allah rizası üçün hədis uydurduqlarını və bunun mükafatını göz-
lədiklərini deyəcək qədər  şüursuz olan bu qafil müsəlmanlar, gözəl niyyətlə istifadə 
etdikləri yalanın, pis niyyətlə də istifadə ediləcəyini və nəticə etibarı ilə bu işin xeyrin-
dən çox şərə səbəb olacağını düşünmürdülər. Hətta bu əməlin çox çirkin bir iş olduğunu, 
Hz. Peyğəmbərin buna təşəbbüs edəni cəhənnəmlə  təhdid etdiyini söyləyənlərə  də bu 
cavabı verirdilər: "bu təhdid onun əleyhində yalan deyənləri nəzərdə tutur; biz isə onun 
lehində yalan deyir və dini gücləndiririk. Haqqa zidd olan bir sözümüz yoxdur."
13
 
 
4. Şəxsi mənfəət arzusu 
Məsciddə vəz edənlərin, öz moizələrini daha təsirli etmək üçün müraciət etdik-
ləri yollardan birisi insanları həyəcanlandıran hədisləri uydurmaqdır. Belələri cama-
ata xitablarında, onların dini duyğularını və həyəcanlarını qabardaraq dinə maraqla-
rını artırmaq məqsədini güdürdülər. İçlərində bu yolla məşhur olub şöhrət və sərvət 
əldə etmək istəyənlər də vardır. Bunlara qissə danışan mənasında qassas deyilir. Bu 
sözün cəmi qəssasdır.
14
 
 
5. Xəlifə və əmirlərə yaxınlaşma istəyi 
Bir mənfəət təmin etmə ümidi ilə məşhur və varlı adamlara yaxınlaşan, onların arzu-
ları istiqamətində  hərəkət edənlər hər dövrdə olmuşlar. Hədis uydurma hərəkatının baş-
lamasından etibarən, müsəlmanlar arasında da belələri ortaya çıxmışdır. Xəlifə və ya əmir-
lərin istəklərinə görə fitva verənlər, lazım gəldiyində  hədis uydurmaqdan da çəkinmə-
mişlər. Bu mövzuda Qiyas b. İbrahimin saxtakarlığı çox məşhurdur. Qiyas bir gün xəlifə 
Mehdinin yanına gəlir, onun göyərçin yarışdırdığını görüncə, dərhal Hz. Peyğəmbərə 
qədər gedib çatan bir sənəd deyir, sonra da Peyğəmbərimizin (s.ə.s.) "Ox, dəvə, at və quş 
yarışdıranlardan başqası üçün mükafat almaq halal deyildir." dediyini rəvayət edir. Mehdi 
o dəqiqə Qiyasa on min dirhəm verir. Fəqət hədisin  əslində olmayan "quş" hissəsini 
Qiyasın uydurduğunu anladığında "Sənin bu başın var ha? O bir yalançı başıdır!" deyərək 
hüzurundan qovur. Hədis uydurmağa səbəb olduqlarına görə də göyərçinləri kəsdirir.
15
 
 
6. Milliyyətçilik duyğularının təsirləri 
Əməvilərin dövründə bir çox ölkələrin qısa bir zaman ərzində fəth olunduğunu 
və müxtəlif millətlərin  İslam dini ətrafında birləşdiyini görürük. Böyük bir 
                                                 
13
 Kandemir, M. Yaşar, Mevzu hadisler (Menşei, tanıma yolları, Tenkidi), Ankara, 1991, s. 58. 
14
 Uğur, a. k. ə., s. 228. 
15
 a. k. ə., s. 228. 


 
Mövzu hədislərin uydurulma səbəbləri 
71 
imperiyanı itirən farslar köhnə  səltənətlərini unuda bilmir, itirdikləri hökmranlığı 
yenidən əldə etmək üçün çarələr axtarırdılar.  
Əməvilərin bu sahədəki yanlış siyasəti, farslarda olduğu qədər, İslamı hələ təzə 
qəbul edən digər bəzi millətlərdə də milliyyətçilik duyğusunun inkişaf etməsinə sə-
bəb olmuşdur. Çünki Əməvilər, böyük bir imperiyanı meydana gətirən digər ünsür-
ləri -İslamın bunu qəti şəkildə qadağan etməsinə baxmayaraq- ərəblərdən daha aşağı 
səviyyədə qəbul edirdilər. Məhz bu faktordan istifadə edən Abbasilər, ərəb olmayan 
ünsürlərin köməyi ilə hakimiyyəti əldə etmişdilər. Müxtəlif ünsürlərə əsaslanan yeni 
dövlət, canları bahasına iqtidar imkanını onlara verən millətlərə son dərəcə tolerantlı 
davranmalı idi. Abbasilərin bu münasibəti Əməvilər dövründəki ərəblik təəssübünü 
və ərəblərin siyasi nüfuzunu aradan qaldırmışdı. Bu sərbəst şəraitə bağlı olaraq, baş-
qa millətlərə mənsub olan adamlar, ərəblərə qarşı öz milli ənənələrini, tarixi şərəflə-
rini və dillərini açıq bir şəkildə müdafiəyə qalxdılar. Bu zəmində meydana gələn 
münaqişələr hər iki tərəfin bir-birini təhqir edərək alçaltmasına gətirib çıxardı. Hər 
iki tərəf öz fikirlərinin müdafiəsi naminə hədislər uydurmağa başladı. 
İstər ərəblərin digər millətlərdən üstün sayıldığı dövrlərdə, istərsə ərəblərlə digər 
ünsürlər arasında hər hansı bir fərq olmadığı zamanlarda, ərəblik məfkurəsi tərəftarla-
rının uydurduğu hədislər vardır. Misal üçün "ərəblərin insanların ən xeyirlisi oldu-
ğu"nu bəyan edən və "Hz. Peyğəmbərin ərəb, Qur`ani-Kərimin və cənnət dilinin də 
ərəbcə olması səbəbi ilə ərəblərin sevilməsini" əmr edən hədislər bu qəbildəndir. 
Ərəb dilini tərifləyən mövzu hədisləri uyduranlar, bununla birlikdə digər dilləri 
tənqid edən "hədisləri" uyrumağı da unutmamışdılar. Bunlardan birinə görə: "Allah-
Taala, dillərin içində  ən çox farscadan nifrət edir; şeytanlar Xuzistanlıların 
dilində, cəhənnəmliklər Buxaralıların dilində, cənnətliklər də  ərəblərin dilində 
danışarlar."
16
 
Farslar da buna dərhal cavab verməkdən geri qalmamışdırlar. Belə ki, bu hədis 
onun qarşılığıdır: "Ərşin ətrafındakı mələklər farsca danışırlar. Uca Allah içərisində 
mülayimlik olan bir şeyi vəhy edəcəyi zaman, onu farsca olaraq vəhy edər.  İçəri-
sində şiddət (qəzəb) olan bir şey vəhy edəcəyi zaman da onu ərəbcə nazil edər." 
Lakin qeyd etmək lazımdır ki,  bunu demək olar ki, müxtəlif ölkələr və qəbilələr 
haqqında uydurulmuş sayısız-hesabsız uydurma rəvayətlərlə  bərabər, Hz. Peyğəm-
bərin tərifinə layiq olmuş şəhərlərə dair hədislər də vardır.
17
 
 
                                                 
16
 İbn Kayyim, a. k. ə., s. 58. 
17
 Kandemir, Mevzu hadisler, s. 48-51. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə