Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə22/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   18   19   20   21   22   23   24   25   ...   124

                                Mübariz  Camalov    
58 
əhd bağladıqları halda, ona xəyanət ediblər. Əgər xəyanət etsələr, zəlil olaraq cizyə 
verməyə razı olub, cizyə verənə qədər, gərək, onlarla savaşasınız`.
21
  
Osman Güner `Bir muafiyet vergisi olarak cizye: tarihsel ve kavramsal bir oku-
ma` adlı məqaləsində qeyri-müsəlmanlardan alınan cizyənin nəyin qarşılığında alın-
dığını tədqiq edərkən məzhəblərin bu mövzudakı fərqli görüşlərini belə xülasə edir: 
Maliki fəqihlər cizyəni qeyri-müsəlmanların öldürülməmələrinin  əvəzi kimi 
gördükləri halda şafii ve hənbəlilər həm öldürülməmələrinin həm də  İslam 
torpaqlarında yaşamalarının  əvəzi hesab edirlər. Hənəfilərə görə isə qeyri-
müsəlmanlar cizyəni həm canlarının və mallarının qorunması, həm də  vətəndaş 
olaraq yaşadıqları  İslam ölkəsinə ‘yardım etmə’ məsuliyyətinin bir nəticəsi kimi 
qiymətləndirirlər.
22
  
Cizyə almağın səbəbinin bu vergini verənlərin qorunub himayə edilməsi oldu-
ğunu həzrət Peyğəmbərin tətbiqlərində görmək mümkündür. Həzrət Peyğəmbər 
Teyma yəhudiləri ilə bağladığı müqavilədə cizyənin qarşılığının himayə olduğunu 
bildirmişdir: `Onlara himayədarlıq etmək bizim vəzifəmiz, cizyə vermək isə onların 
vəzifələridir`. Bu hədisdə qeyri-müsəlmanlardan alınan cizyə vergisinin onların dini 
azadlıqları ilə  əlaqəli olmadığını görmək mümkündür. Yərmuk döyüşü  ərəfəsində 
baş verən hadisə isə məsələni daha da aydınlaşdırır. Əvvəlcə Xalid ibn Vəlidin Şam 
vilayətinin fəthi  əsnasında Dəməşq  əhalisinə yazdığı  əhdnaməyə baxmaq lazımdır: 
`Rəhman və Rəhim olan Allahın adıyla! Bu, Xalid ibn Vəlidin şəhərə girdiyi zaman 
Dəməşq əhalisinə verdiyi əhdnamədir. O, canlarına və mallarına toxunulmayacağı, 
kilsələri, qala divarları və evlərinin dağıdılmayacağı və evlərininin əllərindən alın-
mayacağına dair onlara əman vermişdir. Onlar bu şərtlərlə Allahın  əhdi və Onun 
Peyğəmbərinin xəlifələrinin və möminlərin zimmətindədirlər. Əgər cizyələrini verər-
lərsə, onlara sadəcə xoş rəftar göstəriləcək`.
23
 Məktubda diqqəti cəlb edən ilk mə-
qam  əhalinin can, mal və din kimi əsas hüquqlarına hörmətlə yanaşmadır.  İkinci 
nöqtə isə bütün bunların əvəzində qeyri-müsəlman əhalinin cizyə verməsidir. Cizyə 
qarşılığında müsəlmanların onları qoruyacağının sübutu isə bir neçə ay sonra baş ve-
rən hadisədə özünü göstərmişdir. Müsəlmanlar Yərmuk döyüşünə getmək üçün bö-
yük bir ordu hazırlayırdılar. Buna görə də bütün əsgərlərini bir yerə toplama zərurəti 
yaranmışdı. Beləliklə, Ubeydə ibn Cərrah Dəməşq və ətrafında fəth olunan torpaq-
                                                 
21
  Bakuvi M.K. Kəşfül-Həqayiq an-nukəqil-Ayat vəd-Dəqaiq: 3 cilddə, I c., Bakı: Şərq-Qərb 
Mətbəəsi, 2014, s. 512. 
22
  Güner O. Bir Muafiyet Vergisi Olarak Cizye: Tarihsel ve Kavramsal Bir Okuma, s. 67. 
23
  Aydınlı O. Ebu Ubeyde bin el-Cerrah. İstanbul: İFAV, 2015, s. 149. 


 
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları  
59 
lardakı ordu komandirlərini döyüşə çağırdığı və buradakı qeyri-müsəlmanlardan alı-
nan cizyənin, onları qoruma imkanları olmadığı üçün geri qaytarılmasını əmr etdiyi 
məktubunda belə yazırdı: `Bu döyüşə görə sizə kömək edə bilməyəcək və sizi qoruya 
bilməyəcəyik. Bu səbəblə sizdən aldığımız malları da geri veririk`. Bundan sonra 
qeyri-müsəlman əhalidən yığılan vergilər geri qaytarılmışdır. Müsəlmanların bu hə-
rəkəti yerli əhalini böyük rəğbətinə səbəb olmuşdur.
24
 
Cizyə haqqında son olaraq bunu demək mümkündür: Müsəlmanların idarəsi altında 
yaşayan qeyri-müsəlmanların cizyə vergisi məsuliyyəti olmuşdur. Qur`andakı əlaqədar 
ayədə  də qeyd edildiyi kimi, cizyə vergisi İslam hakimiyyətini qəbul etmə  və bu ha-
kimiyyətə boyun əymə xüsusiyyəti daşıyır. Bunun əvəzində isə müsəlmanlar qeyri-
müsəlmanların haqlarına hörmətlə yanaşmalı, hətta onları qorumalıdırlar. Digər tərəf-
dən,  İslam dövlətinə qarşı vergi məsuliyyəti sadəcə qeyri-müsəlmanlara aid olmayıb, 
müsəlmanlar vergi verməklə məsuldurlar. Üstəlik müsəlmanların məsul olduğu zəkatın 
cizyədən qat-qat çox olduğu da unudulmamalıdır. Müasir dövrdə də bütün ölkələr müx-
təlif adlar altından insanlardan vergi alırlar. Məsələn, bir ölkədə vətəndaşlığı olmayan in-
sanlar burada yaşamaq üçün müəyyən məbləğ ödəmək məcburiyyətindədirlər. Beləliklə, 
cizyə vergisi, əsla, insan hüquqları pozuntusu kimi qiymətləndirilə bilməz. 
Dini qayda-qanunların tətbiq olunması.  Tomas Mişelin işarə etdiyi ikinci 
məsələ İslam şəriətinin hansı hökmlərinin qeyri-müsəlmanlara aid olmasının namə-
lum olmasıdır. Müəllifin iddia etdiyinə görə bu qarışıqlıq müsəlman cəmiyyətlərində 
yaşayan qeyri-müsəlmanların özlərini narahat və əndişəli hiss etmələrinə səbəb olur. 
Məsələn, Ramazan ayında qida alqı-satqısı  və istehlakı kimi mövzularla bağlı dini 
qayda-qanunların qeyri-müsəlmanları narahat etdiyi iddia olunur.
25
 Burada onu qeyd 
etmək lazımdır ki, bu məsələlərin bir çoxu İslam dini ilə bağlı deyil, İslam dünyası-
nın müxtəlif yerlərindəki  ənənələrlə bağlıdır. Məsələn, Ramazan ayında qida alqı-
satqısı  və oruc tutmayanların yeyib-içməsi ilə bağlı qadağanedici hüquqi bir hökm 
yoxdur. Sadəcə, Ramazan ayında oruc tutanlara hörmət əlaməti olaraq oruc tutma-
yanların açıq-aşkar yeyib-icməməsi ənənəsi mövcuddur. Bu isə əxlaqi bir məsələdir. 
Fəzlur Rəhman isə bu məsələni başqa zəminə daşıyaraq hüquqi hökmlərin üstündə 
əxlaqi dəyərlərin  əhəmiyyətini vurğulayır. O, bunun üçün iki Qur`an termininə, 
məruf və münkər terminlərinə diqqət çəkir. İnsanlararası münasibətlərin bu terminlər 
əsasında tənzimlənməsi Qur`anın hədəfi olan cəmiyyətin meydana gəlməsinə  əsas 
                                                 
24
  Güner O. Bir Muafiyet Vergisi Olarak Cizye: Tarihsel ve Kavramsal Bir Okuma, s. 69. 
25
  Mişel T. İslamda Gayrimüslimlerin Hakları, s. 187. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə