Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə20/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   16   17   18   19   20   21   22   23   ...   124

                                Mübariz Camalov    
54 
keçirilən Tövrat nüsxələrini yəhudilərə qaytarması
10
 isə  fərqli din mənsublarının 
ibadətlərinə və müqəddəs dəyərlərinə göstərilən hörmətin başqa bir nümunəsidir. 
İslam hüququnun dövlət anlayışına görə bir dövlət hakimiyyət, ölkə və xalqdan 
meydana gəlir. Bunlardan hakimiyyət ünsürü Allah və Peyğəmbər adına idarəçilərə 
aiddir. Peyğəmbər ona inananlardan beyət alaraq ilk İslam dövlətini qurmuş, xəlifə 
və sultanlar da bu əsasdan çıxış edərək İslam cəmiyyətlərini idarə etmişdir. 
Ölkə isə müəyyən bir siyasi hakimiyyət altında birləşən xalqın yerləşdiyi  ərazini 
bildirir. İslami anlayışa görə müsəlmanlar arasında mənəvi bir bağ olduğu üçün İslam 
hökmlərinin tətbiq olunması baxımından dünya darul-islam və darul-hərb olmaqla iki 
qismə ayrılmışdır. Burada müsəlmanların can və mal təhlükəsizliyi içində olduqları və 
İslam dinini yaşaya bildikləri ölkə darul-islam, yəni İslam ölkəsi adlandırılmışdır. 
Bir İslam ölkəsində yaşayan xalq İslama görə üç qismə ayrılır. Bunlar müsəlman-
lar, zimmilər və müstəmənlərdir. Müsəlmanlar  İslamı  qəbul edən və onlara İslam 
hökmlərinin tətbiq olunduğu insanlardır. Zimmilər İslam ölkəsinin vətəndaşlığını qə-
bul edən qeyri-müsəlmanlardır. Müstəmənlər isə İslam ölkəsinin vətəndaşlığını qəbul 
etməməklə birlikdə İslam ölkəsinə girmək və orada müvəqqəti yaşamaq icazəsi almış 
qeyri-müsəlmanlardır. Zimmilər  İslam ölkəsi vətəndaşı olduqları üçün birbaşa dinlə 
bağlı olmayan ictimai işlərdə çalışa bilərlər. Ancaq dövlət başçılığı  və qazilik kimi 
dinlə əlaqəli yüksək vəzifələrə gətirilmələri qəbul edilməmişdir. Bununla birlikdə zim-
milər şəxsi haqq və azadlıqlardan eynilə müsəlmanlar kimi faydalana bilərlər. Burada 
səyahət və məskən haqqı ilə bağlı yeganə istisna zimmilərin Hicaz bölgəsinə buraxıl-
mamasıdır. Mal, can, namus və məskən toxunulmazlığı baxımından müsəlmanla zim-
milər arasında bir fərq yoxdur. Zimmilərə din və vicdan azadlığı verilər, ibadətlərini 
sərbəst yerinə yetirə biləcəkləri kimi, evlənmə, boşanma, nəfəqə və miras kimi hüquqi 
mövzularda da öz dini anlayışlarına görə əməl edə bilərlər. 
İslam hüququnda dini azlıqların haqları Qur`anın gətirdiyi `dində məcburiyyət 
yoxdur` prinsipinə əsaslanır. Bundan çıxış edən İslam dövlətləri İslam ölkəsində ya-
şayan qeyri-müsəlmanlarla zimmət müqaviləsi bağlayaraq, onlardan cizyə və xərac 
alma əsasında onların can və mal təhlükəsizliyini təminat altına almışdır. Zimmilərin 
bu şəkildə fərqli təsnif edilmələri insan ayrı-seçkiliyi deyil, İslam ölkəsində yaşayan 
qeyri-müsəlmanları tanıma və onların haqlarını qoruma məqsədini güdmüşdür. 
Məhz buna bağlı olaraq, tarix boyunca İslam ölkələrində yaşayan azlıqlar, əksər hal-
                                                 
10
  Sarıçam İ. Həzrət Məhəmməd və ümumbəşəri dəvəti, s. 265. 


 
Fəzlur Rəhmana görə İslam hüququnda tolerantlıq və dini azlıq haqları  
55 
larda, assimilyasiyaya məruz qalmamış,  əksinə,  əsrlər boyunca İslam ölkəsində 
yaşayan millətlər öz din, adət-ənənə və dillərini qorumuşlar.
11
 
Fəzlur Rəhman dini azlıqlar haqqında `Non-Muslim Minorities in an Islamic 
State` adlı bir məqalə qələmə almışdır. O, bu məqaləni Tomas Mişelin `The Rights 
of Non-Muslims in Islam: An Opening Statement` adlı məqaləsinə cavab olaraq yaz-
mışdır.
12
  Fəzlur Rəhman bu məqaləsindəki  əsas müddəasını bütün cəmiyyətlərdə 
mövcud olan ümumbəşəri dəyərlərə əsaslandırır. Onun fikrinə görə sekular dəyərlərə 
sahib olanların irəli sürdükləri  əsaslar da, nəticə etibarilə, ilahi dinlərin gətirdiyi 
prinsiplərdə qeyd edilmişdir. Ancaq, ümumiyyətlə, dini azlıqların haqları ilə bağlı 
əsas problem müxtəlif dinlərin gətirdiyi qanun-qaydalar arsındakı ilk baxışda kiçik 
görünən, əslində isə həll edilməsi çox çətin olan fərqlərdir. Fəzlur Rəhman hindula-
rın hindu olmayanlara və  yəhudilərin yəhudi olmayanlara qarşı baxış  tərzini buna 
nümunə kimi göstərir. 
Fəzlur Rəhman bütün dinlərin gətirdiyi ümümbəşəri dəyərlərin zəruriliyini qeyd 
edərək, əvvəlcə Qur`ani-Kərimdə digər din mənsublarına qarşı münasibətə yer verir. 
Məhz bununla bağlı olaraq Qur`ani-Kərimin özü haqqında bildirdiyi və onun bu 
mövzuda ilk ağla gələn xüsusiyyəti daha öncə  bəşəriyyətə göndərilməmiş yeni bir 
kitab olmamasıdır.
13
 Qur`ani-Kərimin bu açıq-aşkar bəyanına görə bütün dinlər eyni 
ilahi mənbədən gələn ümumbəşəri qanunlar mənzuməsi olmuşdur. Beləliklə, digər 
din mənsublarının həqiqətin öz əllərində olduğu iddiasının  əksinə, Qur`ani-Kərim 
başlanğıcdan etibarən hidayət yolunun ümumbəşəri olduğunu bildirmiş
14
  və 
                                                 
11
  Özel A. Müste`men, TDV İslam Ansiklopedisi, c. 32, s. 140-143; Yaman A. Zimmi, TDV 
İslam Ansiklopedisi, c. 44, s. 434-438. 
12
 Rahman F. İslam Toplumunda Gayrimüslim Azınlıklar, tərc: Levent Öztürk // İstem, 2004, № 4, s. 269. 
13
 “Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Qur`anı) özündən əvvəlki kitabları təsdiqləyici, 
möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə  sənin qəlbinə o nazil 
etmişdir.” əl-Bəqərə, 2/97; “Biz (Qur`anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün 
ilahi kitabları) təsdiq edən və onu qoruyan olaraq endirdik.” əl-Maidə, 5/48; “Bu (Quran) 
da mübarək, özündən  əvvəlkiləri  təsdiq edən bir kitabdır ki, onu sənə  Məkkə  əhlini və 
ətrafındakı insanları (Allahın  əzabı ilə) qorxutmaq üçün nazil etmişik.”  əl-Ənam, 6/92. 
Bunlar kimi bir çox ayədə Qur`anın  əvvəlki ilahi kitabların təsdiqləyicisi və bir baxıma 
onlarla eyni dəvəti edən bir kitab olduğu qeyd olunmuşdur. 
14
  “Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin 
insanların  əksəriyyəti (bunu) bilməz!” Səbə, 34/28; “De: “Ey insanlar! Mən Allahın sizin 
hamınıza göndərilmiş peyğəmbəriyəm...” əl-Əraf, 7/158; “Bu (Qur`an) isə aləmlərə yalnız bir 
öyüd-nəsihətdir!” Yusuf, 12/104; “Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq 
üçün Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər uludur!” əl-Furqn, 25/1. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə