Səlimli Qoşqar
72
7. Kəlam və fiqh məzhəbləri və hədis uydurmadakı yerləri
Aralarında Hz. Peyğəmbərin olduğu dövrlərdə İslam dininin əsaslarını öyrən-
məklə məşğul olan səhabələr problem sayılacaq məsələlərlə bir o qədər də qarşılaş-
mırdılar. Daha sonrakı dövrlərin ən mühüm problemləri halına
gələn məsələlər, on-
ları maraqlandırmamışdır. Onlar, bu cür məsələlər haqqında Qur`an və hədislərdə
verilən məlumatlardan başqa heç bir şeyə müraciət etməmişdirlər.
18
Bununla bəra-
bər, səhabələr hər hansı bir problemlə qarşılaşdıqları zaman, onu dərhal həll etmə
imkanına malik idilər. Lakin İslamın sərhədlərinin genişlənməsi nəticəsində müxtə-
lif din və məzhəb mənsublarının çeşidli fikir və fəlsəfələri ilə qarılaşıldığı zaman, or-
taya bəzi yeni məsələlər çıxmışdır. Allahın sifətləri zatı ilə eynidir, yoxsa yox?
Qur`an məxluqdurmu? İnsan öz əməllərinin xaliqidirmi? və s.
Beləliklə əmələ gələn kəlam məzhəblərindən – məsələn mötəzilə kimi- bəziləri,
bəzi vaxtlar hakim zümrə tərəfindən rəsmən himayə edilmiş,
daha təsirli olma imka-
nını əldə etmiş, nəticə etibarı ilə də digər məzhəblərlə aralarında mövcud olan ixtilaf
və fikir ayrılıqları daha da böyümüşdür. Bütün bu münaqişə və rəqabətlər səbəbi
ilədir ki, hər məzhəb -siyasi qruplarda da olduğu kimi- öz fikirlərini Peyğəmbər sözü
ilə dəstəkləmək yoluna müraciət etmişdir. Misal üçün qədər və ya cəbr (icbar) və
ixtiyar (iradə) məsələlərində ixtilafa düşən bəzi kəlamçılar məzhəbi gücləndirən hə-
disləri uydurmaqda bir problem görməmişdir. O xüsusda Peyğəmbər (s.ə.s.) bir söz
söyləməmiş olsa belə – hətta imamlarının adına qədər – onları tərifləyən, müxaliflə-
rinə isə lənət yağdıran sözlərinə nəbəvi bir mahiyyət vermişdirlər.
19
Xülafayi-Raşidin dövrünün axırlarına yaxın və xüsusilə Əməvilər zamanında
qəza və qədər münaqişələri çoxalmış, səhabələrdən Abdullah b. Abbas (v. 68/687),
Abdullah b. Ömər (v. 74/693), Cabir b. Abdullah (v. 74/693) və Vasilə b. əl-Əsqa
(v. 83/702) kimilərin və tabiun böyüklərinin şiddətlə mübarizə aparmalarına baxma-
yaraq
qədəriyyə və
mürciə məzhəbləri meydana gəlmişdir.
Qədəriyyə məzhəbinin
mənsublarının, məzhəblərini təbliğ məqsədi ilə bir çox hədis uydurduqları bilinmək-
dədir. Belə ki, qədəri məzhəbində ikən tövbə edərək onlardan ayrılan Əbu Rəca
Muhrizin (h. II/III əsrlər) belə dediyi rəvayət edilir: "Qədəriyyə mənsublarından
qətiyyən bir şey rəvayət etməyin. Vallahi biz, insanları məzhəbimizə cəlb etmək
üçün hədislər uydurar və bu hərəkətimizlə də savab qazanacağımızı umardıq. Mən -
bu yol ilə – qədəriyyə məzhəbinə dörd min nəfəri cəlb etdim."
20
Mürciə məzhəbində olanlar da eyni üsula müraciət edərək məzhəblərinin
lehində hədislər uydurmuşlar. Hədis uydurma məharəti ilə məşhur olan Muhəmməd
18
Əbu Zəhrə, Muhəmməd Əhməd,
əl-Məzəhibul-İsləmiyyə, Misir, tarixsiz, s. 162.
19
Əhməd Əmin,
Fəcrul-İslam, Misir, 1959, s. 214.
20
İbn Əbi Hatim, Əbu Muhəmməd Əbdürrəhman ər-Razi (h. 327/938),
əl-Cərh vət-Tadil, I-
V, Heydərabad, 1952, I, s. 32.
Mövzu hədislərin uydurulma səbəbləri
73
b. Qasım ət-Təyqani mürciə məzhəbinin başçılarından idi. Bu məzhəbin tərəftarları
imanın artıb əskilməyəcəyi görüşünü müdafiə edirlər. Uydurma hədislər haqqında
olan kitablarda (mövzuat) çox rast gəlinən bu cür uydurmaları onların icad etdiyi
böyük bir ehtimaldır. Belə ki, raviləri arasında Muhəmməd b. Qasım ət-Təyqani
olduğuna görə uydurma sayılan bu mövzu hədis də, onların öz müxaliflərinə qarşı nə
qədər amansız olduqlarını göstərir: "İmanın artıq əksiləcəyini zənn edən şəxs bunu
bilsin ki, imanın
çoxu nifaq, azı isə küfrdür. Bu fikrindən dönməyənin boynunu
qılıncla vurun. Bunlar Rəhmanın düşmənləridir..."
21
Hicri ikinci əsrin əvvəllərində Əməvi idarəsinin hakim olduğu dövrlərdə
cəb-
riyyə və
mötəzilə məzhəbləri ortaya çıxmışdır. Cəhm b. Səfvanın (v. 128/745) cəb-
riyyə məzhəbinin fikirlərini inkişaf etirməsindən sonra mötəzilə məzhəbi də onunla
birləşdi. Allah Taalanın sifətlərini qəbul etməyərək, onların məcazi olduğunu və qul-
dakı sifətlərin Allahda olmayacağını deyən cəbriyyəçilərlə, davamçıları olan mötəzi-
lilər, Qur`ani-Kərimin məxluq olduğu iddiasını ortaya
ataraq Abbasi xəlifələrindən
Məmun, Mötəsim və Vasiqin köməkliyi ilə müxaliflərinə qarşı müharibə elan etdi-
lər.
22
Başda İmam Əhməd b. Hənbəl (v. 241/855) olmaq üzrə bir çox İslam aliminin
qəbul etməyə məcbur edildiyi bu məsələ haqqında, onun tərəfdarları və müxalifləri
tərəfindən hədislər uydurulmuşdur. Zəhəbinin (v. 748/1347) ifadəsinə görə,
"hadisul-xayl" deyə məşhur olan uydurma rəvayəti, Qur`ani-Kərimin məxluq oldu-
ğunu isbat etmək istəyən cəhmiyyə, digər adı ilə cəbriyyə məzhəbi tərəfdarları uy-
durmuşdurlar.
23
Bu rəvayətə görə Allah Taala öz nəfsini yaratmaq üçün əvvəlcə bir
at yaratmış və onu sürmüş, at tərləyəndən sonra da nəfsini ondan yaratmışdır. İbn
Ərraqın "bunu uydurana Allah lənət eləsin.
Çünki bunu nə bir müsəlman, nə zarafat-
çıl bir insan, nə də ki, ağlı olan bir adam uydura
bilər."
24
dediyi bu rəvayəti uydur-
maqla ittiham olunan Muhamməd b. Şüca əs-Səlcinin (v. 266/880) bir mötəzilə tə-
rəfdarı olması da Zəhəbinin iddiasını gücləndirməkdədir.
Bu məzhəblərin müxaliflərinin də hədis uydurmaqda geri qalmadığı müşahidə
olunur. Qur`ani-Kərimin məxluq olmadığını, bunu iddia
edənlərin kafir olduğunu
bildirən bir çox rəvayətə rast gələ bilərik. Bunlardan birində, Hz. Peyğəmbərin, üm-
mətindən Qur`ani-Kərimin məxluq olduğunu deyənlərin gələcəyini, bu iddia sahiblə-
21
İbn Ərraq, Əbül-Həsən Əli b. Muhəmməd əl-Kinani (v. 963/1556),
Tənzihuş-şəriatil-
mərfua anil-əxbariş-şəniatil-mövzua, Misir, 1375, s. 149.
22
Əbu Zəhrə, a. k. ə., s. 248.
23
Zəhəbi, Əbu Abdullah Muhəmməd b. Əhməd (v. 748/1347),
Mizanul-İtidal fi naqdir-rical,
I-III, Misir, 1325, III, s. 72.
24
İbn Ərraq, a. k. ə., I, s. 134.