Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə122/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   118   119   120   121   122   123   124   125   ...   156

    
 Əsədulla Qurbanov
 
 
304 
istifadə etmiş  və etməkdə davam edirlər. Məhz buna görə dinlərarası, o cümlədən 
məzhəblərarası sülhün bərqərar olmasında  əhəmiyyətli, önəmli amil hesab olunan 
bütün dünya və milli dinlərə eyni – bərabər münasibət və onun normativ hüquqi 
təminatı, dayanıqlı  vətəndaş  həmrəyliyi cəmiyyəti qurmağa sövq edən hər bir 
dövlətin: istər dünyəvi, istərsə  də dini dövlətin başlıca vəzifələrindən biri hesab 
olunur. 
Müstəqil Azərbaycan Respublikasının Böyük İpək Yolu üzəribndə yerləşməsi və 
ölkəmizin yerli əhalisinin son  dərəcə qonaqpərvər olması, nəticə etibarı ilə ona 
gətirivb çıxarmışdır ki, məmləkətimiz əsrlər boyu müxtəlif, fərqli mədəniyyət, ayrı – 
ayrı dini əqidə, cərəyan, məzhəb, ayin və mərasimlərə riayət edən çoxsaylı insanın 
daimi yaşayan, məskunlaşan məkanına çevrilmişdir. Hələ eramızdan əvvəl ölkəmizin 
ərazisinə başlamış yahudi köçləri, eramızın  əvvəllərində kütləvi xristian axını ilə 
davam etmişdir.  bu, heç də səbəbsiz deyildir. Başlıca səbəb isə ondan ibarət idi ki, 
ölkəmizin zəngin yeraltı, yerüstü sərvətlərlə, geocoğrafi mühüti, şəraiti ilə bilavasitə 
çox bağlı olmasıdır. Bu amillər, ölkəmizin əhalisinin əsas, başılca məziyyətlərindən 
biri, bəlkədə birincisi dözümlülük, tolerantlıq olan islam dinini qəbul etdikdən sonra 
daha geniş vüsət almasıdır. Sonralar isə münbit Azərbaycan torpaqları iri, nəhəng, 
güclü imperiyaların tərkibində olan dövrlər ərzində köç və miqrasiya prosesləri daha 
çox həmin imperiyaların mürtəce məqsədlərinə xidmət etmişdir. məsələn, XIX əsrin 
birinci yarısında nankor, millətçi ermənilərin xarici məkirli qüvvələr tərəfindən tarixi 
torpaqlarımıza məskunlaşdırılmasının buna misal göstərmək olar. Hər halda süni köç 
və miqrasiya ucbatından məskunlaşmanın səbəblərindən asılı olmayaraq, ölkəmizin 
dini və etnik baxımından zəngin bir məkan, yer, diyar olması gerçək həqiqətdir.  
Azərbaycanda hazırda qüvvədə olan Konstitutsiyada bu reallıq, yəni çox 
mədəniyyətlilik – multikulturalizm və çox dini etiqadlılıq xüsusiyyəti dəqiq 
qiymətləndirilmişdir. Bu barədə yuxarıda nisbətən geniş bəhs etdiyimizdən, burada 
təkrara yol verməyə lüzum bilmədik. Bununla belə, sözügedən problemlə bağlı çox 
vacib bir məqama toxunmaq istərdik. Həmin bu məqamı  aşağıdakı sualla 
əlaqələndirməyi vacib hesab edirik. 
Burada qarşıya çox haqlı və təbii sual çıxır. İslam şüuru, islamın əsasını təşkil 
edən müqəddəs Quran Azərbaycana nə kimi töhfələr vermişdir? Cavab: 
Birincisi,  İslam  şüuru  əsasən VIII əsrdən sonra xalqımızın qədim və  zəngin 
mifoloji, bədii – estetik, əxlaqi – mənəvi, fəlsəfi, hüquqi, iqtisadi, habelə hərbi şüuru 
ilə bir kontekstdə təkamül yolu ilə formalaşıb, inkişaf etməyə başlamışdır. 
İkincisi,  İslam  şüuru, qeyd olunan əsrdən sonra xalqımızın tarixi yaddaşının 
bərpa olunmasında çox müsbət rol oynamışdır. 
Üçüncüsü,  İslam  şüuru göstərilən zamandan etibarən xalqımızın milli mənlik 
şüurunun təkrar istehsalında aparıcı istiqamətlərdən birini təşkil etmişdir. 
Dördüncüsü, İslam şüuru qeyd edilən həmin zamandan sonra xalqımızın milli 
mentalitetinin zənginləşməsində önəmli rola malik olmuşdur. 


Multikulturalizm, dinşünaslıq və islamşünaslıq elmləri dialektik vəhdətdə
  
305 
Beşincisi, İslam şüuru ölkəmizdə sovet dönəmində, kommunist rejimi dövründə 
xalqımızın ümumbəşəri səpkili milli – mütərəqqi adət - ənənələrinin qorunub 
saxlanılmasına yardımçı olmuşdur. 
Altıncısı,  İslam  şüuru Azərbaycanın ikinci dəfə milli müstəqilliyini  əldə 
etdikdən, xüsusi ilə  də ölkəmizin 1991 – ci ildə  İslam Konfransı  Təşkilatına üzv 
olduqdan sonra ölkəmizin beynəlıxalq nüfuzu birə - beş qat artmışdır. 
Yeddincisi, Azərbaycanda qanunla rəsmi fəaliyyət göstərən aşağıdakı dini 
qurumlar: Qafqaz Müsəlmanları  İdarəsi, Ris Provaslav Kilsəsi, Yahudi Senaqoqu, 
onların tabeliyində olan dini icmalar, birliklər, cəmiyyətlər, habelə bunların 
təmsilçiləri, ardıcılları ölkəmizdə dünyəvi, hüquqi, demokratik dövlət, hümanist, 
sivilizasiyalı və vətəndaş həmrəyliyi cəmiyyət quruculuğunda fəal iştirak edirlər. 
Əlbəttə, İslam şüurunun, müqəddəs Quranın Azərbaycana  verdiyi bu qəbildən 
olan töhfələrin sayını artırmaq da olardı.  
Haşiyə 2: İndi isə, sözügedən problemlə bilavasitə bağlı daha bir çox vacib 
məqama toxunmaq istərdik. 
Azərbaycana vaxtaşırı olaraq “demokratiya” dərsi keçməyə  uğursuz cəhdlər 
göstərən, ölkəmizdə dini etiqad və vicdan azadlıqlarının lazimi, istənilən səviyyədə 
olmadığını iddia edən, başda ABŞ olmaqla bir sıra Qərb ölkələrinin sözügedən sahədə 
qanunvericilik təcrübəsini qısaca olsada nəzərdən keçirməyi vacib hesab edirik. 
Sözügedən məsələdə ABŞ – ın Harvard Universitetinin obyektivliyi şübhə doğurmaya 
bilməz. Beynəlxalq miqyasda tanınan bu universitetin rəsmi məlumatına görə, 
dünyada xeyli sayda dövlət dini ölkələri vardır. Axı, dinşünaslıq elminin iqrar etdiyinə 
görə sözügedən sahədə təsnifat əsasən belədir. 1) dünyəvi dinlər; 2) milli dinlər; 3) 
etnik dinlər.  Burada qarşıya çox haqlı və təbii sual çıxır. Dövlət dini hansı təsnifata 
aiddir və o hansı səciyyəvi xüsusiyyətlərə malikdir? Cavab: Dövlət dinin tərəfdarları, 
təmsilçiləri belə hesab edirlər ki, binası dövlətin balansında olan həmin binalarda 
çalışanların əmək haqqları da dövlət tərəfindən ödənilir. Eyni zamanda, burada çalışan 
din xadimləri dövlət qulluqçuları statusuna malikdirlər. Rəsmi dövlət tədbirlərinə də 
həmin din xadimləri dəvət olunurlar. 
. . . Dövlət dini mövcud olan ölkələrdə dini obyektlərin, yəni kilsələrin başçıları 
dövlət rəhbərləri sayılırlar. 
. . . Haşiyə 3. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni 
bütün dünya müsəlman – xristian qarşıdurması kimi təqdim etməyə  cəhd göstərən 
bədnam, nankor, təcavüzkar, terrorçu, seperatçı, işğalçı qonşularımız – ermənilər 
özlərinin qanunvericilik aktlarında erməni apostol kilsəsini – Eçmiədzinin “erməni 
xalqının milli kilsəsi kimi səciyyələndirərək”, onu həmin “xalqın – erməni xalqının 
mənəvi həyatının yaradılmasının və erməni millətinin mühavizəsinin vacib dayağı” 
hesab edirlər.  Ermənistan dünyanın  ən monoetnik ölkəsi olmasında Eçmiədzin 
kilsəsinin qəbul etdiyi bu tipli normalar da az rol oynamamışdır. 
. . . Haşiyə 4. Bədnam, nankor qonşumuz Ermənistanla bağlı iki faktı da diqqətə 
çatdırmaq bizcə çox yerinə düşərdi. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə