Əsədulla Qurbanov
306
. . . Ötən əsrin – XX əsrin sonlarına yaxın Ermənistanın – qriqoryan – apostol
kilsəsinin sabiq başçısı Vazgen Azərbaycanın böyük oğlu
Heydər Əliyevi məkrli
niyyətlərlə Moskvadakı ali rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra Erməni xalqına
müraciətində demişdir ki, bizim əsasən iki düşmənimiz olmuşdur. Biri Atatürkdür, o,
ölmüşdür. Digəri Heydər Əliyevdir, o, sağdır. Biz çox çalışdır ki, onu aradan götürək,
lakin onun çekis ağlı qalib gələrək, Naxçıvana getdi, oradan da Bakıya ali vəzifəyə
gələrək, bizim əzəli və son arzumuzu gözümüzdə qoyacaqdır.
. . . Haşiyə 5. 1994 – cü ildə Azərbaycan prezidenti heydər Əliyev ilk rəsmi dövlət
səfərini İslamıbn tarixi vətəni sayılan Səudiyyə Ərəbistanı Krallığına,
müqəddəs
Məkkə və Mədinəyə ziyarətə getmişdir. Ulu öndər həmin ildə İslam Əməkdaşlıq
Təşkilatının Mərakəş İslam ölkəsinin Kasablanka şəhərində keçirilən VII zirvə
toplantısında iştirak etmişdir. o, burada Azərbaycan həqiqətləri barədə çox dərin
məna, məzmun və mündərəcə kəsb edən nitq söyləmiş, çıxışlar etmiş, İƏT – na üzv
olan ölkələrin dövlət və hökümət başçıları ilə görüşlər keçirmişdir. Dövlətimizin
başçısının çıxışlarından sonra İƏT – nin həmin zirvə görüşündə, qurum bir sıra qərar
və qətnamələr qəbul etmişdir.
Birinci qətnaməyə əsasən ermənistan Respublikası işğalçı dövlət elan edilmişdir.
Yeri gəlmişkən qeyd etmək istırdik ki, bu beynəlxalq miqyaslı siyasi,
hüquqi sənəddə
ilk dəfə olaraq Ermənistan Respublikası işğalçı dövlət kimi qeydə alınmışdır. Yeri
gəlmişkən onu da qeyd etmək istərdik ki, Ermənistan - Azərbaycan və Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar olaraq BMT – nin məlum dörd qətnaməsinin heç
birində Ermənistanın işğalçı dövlət olması ifadəsi öz əksini tapmampışdır.
İkinci qətnaməyə əsasən İƏT – nin üzvü olan ölkələrin Azərbaycana iqtisadi –
maliyyə - hümanitar yardım göstərilməsi qərara alınmışdır.
. . . Yaşadığımız hazırki XXI əsr bəşər tarixinə qloballaşma, inteqrasiya,
informasiya və kommunikasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı dövr,
zaman kimi düşmüşdür. Bu dünyanın bir çox ölkələrində, o cümlədən islam –
müsəlman aləmində baş verən köklü dəyişikliyə səbəb olmuşdur. Bu,
eyni zamanda,
qitəmizin təkcə geosiyasi mozaikasına təsir etməmişdir. Bu, həmçinin kütləvi süni
miqrasiya və inteqrasiya proseslərinə səbəb olmuşdur. Bu, eləcə də öz növbəsində
müxtəlif fərqli mədəniyyətlərə bilavasitə məxsus olan milyonlarla insanın bəzən bir
dövlətin sərhədləri daxilində yaşaması reallığını, gerçəkliyini ortaya qoymuşdur. Bax,
belə bir mürəkkəb, paradoksal, enişli – yoxuşlu, ziqzaqlı durumda
dövlətlərin vicdan
və dini etiqad azadlığı ilə bilavasitə bağlı ictimai – siyasi münasibətləri tənzimləməyə
aid sosial sifariş verir. Həmin mesaj nə dərəcədə çevik və obyektiv gerçəkliyi nəzərə
almaqla həyata keçirməsini əhəmiyyətli dərəcədə önəmli edir. Yuxarıda qeyd olunan
elmi – nəzəri və əməli xarakterli mülahizələr bir daha isbat edir ki, müstəqil
Azərbaycan Respublikasının sözügedən sahədə təcrübəsinin
təkamül yolu ilə
formalaşmasına baxmayaraq o, dövlət – din, din – dövlət münasibətlərinin
tənzimlənməsi üçün ən aktual hüquqi modeli seçmiş və yekunda yüzillərlə dövlətçilik
ənənəsi olan ölkələrlə, o cümlədən ilk növbədə Rusiya Federasiyası və qardaş Türkiyə
ilə müqayisədə daha səmərəli nəticələrə nail olmuşdur.
Multikulturalizm, dinşünaslıq və islamşünaslıq elmləri dialektik vəhdətdə
307
Əlbəttə, bu qəbildən olan elmi – nəzəri mülahizələrin sayını artırmaq da olardı.
. . . Nəhayət, yekun olaraq sözügedən sahədə vəziyyəti daha da yaxşılaşdırmaq
üçün tövsiyyə xarakterli bəzi təkliflərimizi də bildirmək istərdik.
Birincisi, multikulturalizm və onunla dialektik vəhdət təşkil edən dinşünaslıq və
islamşünaslıq sahəsində yüksək ixtisaslı milli mütəxəssis kadrlar hazırlanması çox
faydalı olardı.
İkincisi, profilindən, təmayülündən asılı olmayaraq respublikamızın
bütün dövlət
məktəblərində 54 saat həcmində (30 saat mühazirə, 24 saat seminar) multikulturalizm,
dinşünaslıq və islamşünaslıq fənnlərinin tədrisi, zənnimizcə, çox səmərə verərdi.
Üçüncüsü, dinin, İslamın, multikulturalizmin, dinşünaslığın və islamşünaslığın
ümumbəşəri mənəvi dəyərlərini maarifçilik yolu ilə təbliği məqsədilə dövrü
mətbuatda, efirdə, ekranda, internetdə elmi – nəzəri və kütləvi
xarakterli məqalələrin
dərc olunması, verilişlərin hazırlanması çox vacibdir.
Əminik ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2016 – ci ilin
Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu sahədə daha uğurlu nəticələr
əldə olunmasına zəmin və imkan yaradacaqdır.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Konstitutsiyası, Qanun Nəşriyyatı, Bakı, 1999
2. Quran, tərcümə edənlər: akademiklər Z.M.Bünyatov və V.M.Məmmədəliyev
3. İslam ensklopediyası, Bakı, 2014
4. Heydər Əliyev, Müstəqillik yolu, Bakı, 1997
5. Heydər Əliyev, Allahın yolunda hamımız
bir olaq, Bakı, 1993
6. Heydər Əliyev, Dinimiz xalqımızın milli – mənəvi sərvətidir, Bakı, 1999
7. İlham Əliyev, Azərbaycan tolerantlıq örnəyidir, Bakı, 2015
8. Əsədulla
Qurbanov, Dinşünaslığa giriş, Bakı, 1994
9. Əsədulla Qurbanov, Nəzəri İslamşünaslığa giriş, Bakı, 1996
10. Əsədulla Qurbanov, Beynəlxalq münasibətlərdə din – islam amili (dərslik),
Bakı, 2000
11. Əsədulla Qurabnov, Din və milli təhlükəsizliyin aktual problemləri, Bakı,
2011