Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə123/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   119   120   121   122   123   124   125   126   ...   156

    
 Əsədulla Qurbanov
 
 
306 
. . . Ötən əsrin – XX əsrin sonlarına yaxın Ermənistanın – qriqoryan – apostol 
kilsəsinin sabiq başçısı Vazgen Azərbaycanın böyük oğlu Heydər  Əliyevi məkrli 
niyyətlərlə Moskvadakı ali rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra Erməni xalqına 
müraciətində demişdir ki, bizim əsasən iki düşmənimiz olmuşdur. Biri Atatürkdür, o, 
ölmüşdür. Digəri Heydər Əliyevdir, o, sağdır. Biz çox çalışdır ki, onu aradan götürək, 
lakin onun çekis ağlı qalib gələrək, Naxçıvana getdi, oradan da Bakıya ali vəzifəyə 
gələrək, bizim əzəli və son arzumuzu gözümüzdə qoyacaqdır.  
. . . Haşiyə 5. 1994 – cü ildə Azərbaycan prezidenti heydər Əliyev ilk rəsmi dövlət 
səfərini  İslamıbn tarixi vətəni sayılan Səudiyyə  Ərəbistanı Krallığına, müqəddəs 
Məkkə  və  Mədinəyə ziyarətə getmişdir. Ulu öndər həmin ildə  İslam  Əməkdaşlıq 
Təşkilatının Mərakəş  İslam ölkəsinin Kasablanka şəhərində keçirilən VII zirvə 
toplantısında iştirak etmişdir. o, burada Azərbaycan həqiqətləri barədə çox dərin 
məna, məzmun və mündərəcə kəsb edən nitq söyləmiş, çıxışlar etmiş, İƏT – na üzv 
olan ölkələrin dövlət və hökümət başçıları ilə görüşlər keçirmişdir. Dövlətimizin 
başçısının çıxışlarından sonra İƏT – nin həmin zirvə görüşündə, qurum bir sıra qərar 
və qətnamələr qəbul etmişdir. 
Birinci qətnaməyə əsasən ermənistan Respublikası işğalçı dövlət elan edilmişdir. 
Yeri gəlmişkən qeyd etmək istırdik ki, bu beynəlxalq miqyaslı siyasi, hüquqi sənəddə 
ilk dəfə olaraq Ermənistan Respublikası  işğalçı dövlət kimi qeydə alınmışdır. Yeri 
gəlmişkən onu da qeyd etmək istərdik ki, Ermənistan -  Azərbaycan və Dağlıq 
Qarabağ  münaqişəsi ilə əlaqədar olaraq BMT – nin məlum dörd qətnaməsinin heç 
birində Ermənistanın işğalçı dövlət olması ifadəsi öz əksini tapmampışdır.  
İkinci qətnaməyə əsasən İƏT – nin üzvü olan ölkələrin Azərbaycana iqtisadi – 
maliyyə - hümanitar yardım göstərilməsi qərara alınmışdır.  
. . . Yaşadığımız hazırki XXI əsr bəşər tarixinə qloballaşma, inteqrasiya, 
informasiya və kommunikasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı dövr, 
zaman kimi düşmüşdür. Bu dünyanın bir çox ölkələrində, o cümlədən islam – 
müsəlman aləmində baş verən köklü dəyişikliyə səbəb olmuşdur. Bu, eyni zamanda
qitəmizin təkcə geosiyasi mozaikasına təsir etməmişdir. Bu, həmçinin kütləvi süni 
miqrasiya və inteqrasiya proseslərinə  səbəb olmuşdur. Bu, eləcə  də öz növbəsində 
müxtəlif fərqli mədəniyyətlərə bilavasitə məxsus olan milyonlarla insanın bəzən bir 
dövlətin sərhədləri daxilində yaşaması reallığını, gerçəkliyini ortaya qoymuşdur. Bax, 
belə bir mürəkkəb, paradoksal, enişli – yoxuşlu, ziqzaqlı durumda dövlətlərin vicdan 
və dini etiqad azadlığı ilə bilavasitə  bağlı ictimai – siyasi münasibətləri tənzimləməyə 
aid sosial sifariş verir. Həmin mesaj nə dərəcədə çevik və obyektiv gerçəkliyi nəzərə 
almaqla həyata keçirməsini əhəmiyyətli dərəcədə önəmli edir. Yuxarıda qeyd olunan 
elmi – nəzəri və  əməli xarakterli mülahizələr bir daha isbat edir ki, müstəqil 
Azərbaycan Respublikasının sözügedən sahədə  təcrübəsinin təkamül yolu ilə 
formalaşmasına baxmayaraq o, dövlət – din, din – dövlət münasibətlərinin 
tənzimlənməsi üçün ən aktual hüquqi modeli seçmiş və yekunda yüzillərlə dövlətçilik 
ənənəsi olan ölkələrlə, o cümlədən ilk növbədə Rusiya Federasiyası və qardaş Türkiyə 
ilə müqayisədə daha səmərəli nəticələrə nail olmuşdur. 


Multikulturalizm, dinşünaslıq və islamşünaslıq elmləri dialektik vəhdətdə
  
307 
Əlbəttə, bu qəbildən olan elmi – nəzəri mülahizələrin sayını artırmaq da olardı. 
. . . Nəhayət, yekun olaraq sözügedən sahədə vəziyyəti daha da yaxşılaşdırmaq 
üçün tövsiyyə xarakterli bəzi təkliflərimizi də bildirmək istərdik. 
Birincisi, multikulturalizm və onunla dialektik vəhdət təşkil edən dinşünaslıq və 
islamşünaslıq sahəsində yüksək ixtisaslı milli mütəxəssis kadrlar hazırlanması çox 
faydalı olardı.  
İkincisi, profilindən, təmayülündən asılı olmayaraq respublikamızın bütün dövlət 
məktəblərində 54 saat həcmində (30 saat mühazirə, 24 saat seminar) multikulturalizm, 
dinşünaslıq və islamşünaslıq fənnlərinin tədrisi, zənnimizcə, çox səmərə verərdi. 
Üçüncüsü, dinin, İslamın, multikulturalizmin, dinşünaslığın və islamşünaslığın 
ümumbəşəri mənəvi dəyərlərini maarifçilik yolu ilə  təbliği məqsədilə dövrü 
mətbuatda, efirdə, ekranda, internetdə elmi – nəzəri və kütləvi xarakterli məqalələrin 
dərc olunması, verilişlərin hazırlanması çox vacibdir.  
Əminik ki, möhtərəm prezidentimiz İlham  Əliyev tərəfindən 2016 – ci ilin 
Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu sahədə daha uğurlu nəticələr 
əldə olunmasına zəmin və imkan yaradacaqdır.  
 
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan Respublikasının Konstitutsiyası, Qanun Nəşriyyatı, Bakı, 1999 
2. Quran, tərcümə edənlər: akademiklər Z.M.Bünyatov və V.M.Məmmədəliyev 
3. İslam ensklopediyası, Bakı, 2014 
4. Heydər Əliyev, Müstəqillik yolu, Bakı, 1997 
5. Heydər Əliyev, Allahın yolunda hamımız bir olaq, Bakı, 1993 
6. Heydər Əliyev, Dinimiz xalqımızın milli – mənəvi sərvətidir, Bakı, 1999 
7. İlham Əliyev, Azərbaycan tolerantlıq örnəyidir, Bakı, 2015 
8. Əsədulla Qurbanov, Dinşünaslığa giriş, Bakı, 1994 
9. Əsədulla Qurbanov, Nəzəri İslamşünaslığa giriş, Bakı, 1996 
10. Əsədulla Qurbanov, Beynəlxalq münasibətlərdə din – islam amili (dərslik), 
Bakı, 2000 
11.  Əsədulla Qurabnov, Din və milli təhlükəsizliyin aktual problemləri, Bakı, 
2011 
 
 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə