Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə119/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   115   116   117   118   119   120   121   122   ...   156

    
 Əsədulla Qurbanov
 
 
298 
gerçək şəkildə həyata keçirilməsini, həqiqətən təmin etməkdən ibarət olan bu siyasətin 
əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. 
Ulu öndər hələ 1993 – cü ildə ilk dəfə prezident seçilməsi münasibətilə and içmə 
mərasimində söylədiyi uzun müddətli proqram xarakterlin, mahiyyətli nitqində 
demişdir:  “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi 
cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai- siyasi 
mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli 
mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da 
bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai – 
siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır.” (bax: Azərbaycan 
qəzeti, 5 fevral 2016 – cı il)  
Yeri gəlmişkən, ulu öndərimiz Heydər Əliyevin ümumiyyətlə din, o cümlədən 
islam dini və bu dinin əsasını  təşkil edən müqəddəs Quran, habelə dinimizin 
mənşəyini, mahiyyətini, fəlsəfəsini, sosiologiyasını, psixologiyasını  və fenomolo-
giyasını elmilik, obyektivlik, məntiqilik və dünyəvilik baxımından  şərh edən 
islamşünaslıq elmi haqqında dedikləri qiymətli, dərin məna, məzmun və mündərəcə 
kəsb edən fikirlərini yada salmaq istərdik. 
“İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini 
məmsubiyyətlərindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, 
birliyə dəvət etmişdir.” [4; 77 – 78] 
   
“İslam dini əsrlər boyu bizim mənəviyyatınızın  əsasını  təşkil etmiş, 
müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.” [4; 93] 
   
 “Qurani – Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə 
getməyimiz üçün məşəldir. Biz azərbaycanlılar – bu sonradan gələn nəsillərə də 
tövsiyə olunur – heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və mənəvi 
mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.” [4; 93 – 94] 
   
 “Qurani  –  Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları 
paklığa, düzliyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə  dəvət edən 
tələblərdir, tövsiyələrdir. 
Azərbaycan dövlət müstəqilliyini  əldə edəndən sonra xalqımızın mənəvi 
dəyərləri canlanıb, bərpa edilibdir.” [4; 81 -82] 
   
 “. . . Azərbaycanda islamşünaslıq sahəsində XX əsr demək olar, tamam 
itirilibdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf 
etdirmək lazımdır. Azərbaycan Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və 
elmi -  tədqiqat institutları . . . bu sahə üçün xüsusi təşkilatlar, orqanlar, elmi 
mərkəzlər yaradılmalıdır. . . Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, 
bunlar üçün şərait də yaradacağam. Buna arxayın olun.” [4;47] 


Multikulturalizm, dinşünaslıq və islamşünaslıq elmləri dialektik vəhdətdə
  
299 
Heydər  Əliyev bu fikri 1998 – ci ildə Bakıda keçirilən “İslam sivilizasiyası 
Qafqazda” mövzusunda beynəlxalq konfransda söyləmişdir. 
Göründüyü kimi, qeyd olunan həmin qiymətli fikirlərdə sözügedən sahədə 
respublikamızın aidiyyatı qurumlarının və orada bilavasitə  həmin işlə  məşğul olan 
mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyulmuşdur. Bu baxımdan dövlətimizin 
başçısı, prezidentimiz İlham Əliyev aşağıdakı qiymətli fikri də diqqəti xüsusilə cəlb 
edir: 
“Dünyada gedən proseslər bəzi hallarda bizi narahat edir. İlk növbədə bəzi 
ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən 
İslamı terrorçuluqla eyniləşdirmək cəhdləri bizi çox üzür, narahat edir və 
hiddətləndirir. Biz buna heç cür imkan verə bilmərik.  İslamı terrorçuluqla 
eyniləşdirmək olmaz. İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük 
dinidir. Azərbaycan özü terrorun qurbanıdır. Erməni terrorçu təşkilatları bizə 
qarşı 30 – dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən 
artıq azərbaycanlı həlak olmuşdur. Ancaq biz bu terrorçu təşkilatları hər hansı 
bir dinlə bağlamırıq. Bu düzgün deyildir. Terrorçuluğun nə dini var nə  də 
milliyyəti. Ona görə biz bu məsələlərə öz etirazımızı daha da inamla 
bildirməliyik, öz sözümüzü deməliyik. Eyni zamanda, gərək bütün təbliğat 
imkanlarımızdan istifadə edərək, çox böyük narahatlıq doğuran bu mənfi meylə 
münasibətimizi bildirək, öz hərəkətlərimizlə bunun qarşısını alaq.” (Bakıda 
keçirilən  İslam Konfransı  Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirləri 
şurasının 33 – cü sessiyasında Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 
nitqi.  “Dövlət və din” jurnalı, Nömrə 11, 2006 – cı il, səh. 24 -25) 
Göründüyü kimi, burada dövlətimizin başçısı cənab İlahm Əliyev islam dininin 
ümumbəşəri mənəvi dəyərləri, həm də dinimizin maarifçilik yolu ilə təbliği məsələsini 
ön plana çəkmiş, qloballaşmanın nankor övladı olan terrorçuluğu, o cümlədən 
xüsusilə erməni terrorçuluğunu kəskin tənqid etmiş, sözügedən sahədə qarşıya yeni, 
mühüm vəzifələr qoymuşdur. Multikulturalizm, dini tolerantlıq, dinşünaslıq, 
islamşünaslıq problemlərinin əhəmiyyətindən bəhs edərkən 2008 – ci ilin iyun ayında 
keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” 
mövzusunda Bakıda keçirilən beynəlxalq tədbirdəki dərin məna, məzmun və 
mündərəcə kəsb edən məruzəsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO 
– nun və İSESKO – nun xoşməramlı səfiri, millət vəkili Mehriban Xanım Əliyeva 
demişdir. 
“Azərbaycan Böyük İpək yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək 
tolerantlıq mühiti yaşatmışdır. Bu, həm mədəniyyətimizdə  həm də 
cəmiyyətimizdə  dərin iz qoymuşdur.  İndi də bizim cəmiyyətdə belə bir 
tolerantlıq ab – havası hökm sürür. Bakı unikal şəhərdir.  Artıq uzun müddətdir 
burada müsəlman məscidi, atəşpərəst məbədi, katolik kilsəsi və senaqoq, 
provaslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı 
belə, yüksək tolerantlıq  şəraitində    birgə  fəaliyyətin mümkünlüyünü nümayiş 
etdirir və  hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst – üstə 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə