Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə120/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   116   117   118   119   120   121   122   123   ...   156

    
 Əsədulla Qurbanov
 
 
300 
düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı –ayrı məqamları deyil. Bu il biz 
yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid və kilsələrin 
bərpası ilə yanaşı, yenilərini də tikirik. Ümidvaram ki, Bakı forumu gələcəkdə 
ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair  
hər birimizin öz ideya və məqsədlərimizi həyata keçirmək üçün imkan yarada 
bilər.” (2008 – ci ilin 11 iyununda Bakıda keçirilən “Mədəniyyətlər arası dialoqda 
qadınların rolunun genişləndirlməsi” mövzusunda beynəlxalq simpoziumundakı 
Mehriban xanım Əliyevanın məruzəsi, “Azərbaycan” qəzeti,   11 iyun 2008 – ci il) 
Yuxarda din, islam, müqəddəs Quran, tolerantlıq və islamşünaslıqla bilavasitə 
ulu öndər Heydər  Əliyevdən, dövlətimizin başçısı  İlham  Əliyevdən və ölkəmizin 
birinci xanımı Mehriban Xanım Əliyevadan gətirdiyimiz qiymətli fikrilərə əsasən biz 
də, sözügedən sahəyə xidmət baxımından bəzi öz elmi mülahizələrimizi bildirmək 
istərdik. Həmin elmi mülahizələr əsasən aşağıdakılardan ibarətdir. 
Birincisi,  “İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib 
hissələrindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının bəlli bir mərhələsində, 
konkret bir məkanda (VII əsrdə,  Ərəbistan yarmadasında) tarixi şəxsiyyət 
Məhəmməd Peyğəmbər (570 – 632)  tərəfindən meydana gələn, planetar miqyaslı 
ictimai  şüurun bilavasitə özünəməxsus spesfik formalarından sayılan sosial 
tarixi hadisə, fenomendir.” (tərif və kursiv bizimdir, Ə.Q)  
   
 “İslam dininin əsasını təşkil edən Quran təkcə müsəlmanların deyil, o, eyni 
zamanda, dinindən, dilindən, irqindən, cinsindən asılı olmayaraq, habelə digər 
sosial mənsubiyyətlərindən asılı olmayaraq, bütövlükdə  bəşər övladının 
müqəddəs stolüstü kitabıdır”. (tərif və kursiv bizimdir; Ə.Q) 
   
 “İslamşünaslıq elmi dünya dinləri içərisində ən sonuncusu və önəmlisi olan 
İslam dininin mənşəyini, mahiyyətini, fəlsəfəsini, sosiologiyasını, psixologiyasını 
və fenomologiyasının elmilik, obyektivlik, məntiqilik və dünyəvilik baxımından 
şərh edən, ümumbəşəri, o cümlədən Şərq, eləcə də Azərbaycan ictimai – fəlsəfi 
fikrin aparıcı istiqamətlərindəndir.” (tərif və kursiv bizimdir; Ə.Q) 
İslamşünaslıq elmi eyni zamanda İslamda olan bəzi zərərli dini qalıqların elmilik, 
obyektivlik, məntiqilik və dünyəvilik prinsipləri əsasında aradan qaldırılması yollarını 
müəyyənləşdirir. 
Qeyd etmək lazımdır ki, Azərbaycan islamşünaslıq elmi multikulturalizm ilə 
daim dialektik vəhdətdədir. Bunları bir – birindən ayrı  təsəvvür etmək qeyri – 
mümkündür. Çünki, islamşünaslığın Azərbaycan konsepsiyası, modeli bütövlükdə 
dünya, o cümlədən də xüsusilə islam aləminə örnək nümunə olar. 
Yeri gəlmişkən, Azərbaycanda multikulturalizmin və islamşünaslıq elminin 
dialektik vəhdətindən bəhs edərkən belə bir çox vacib məqama da diqqəti cəlb etmək 
istərdik. 
Məlum olduğu kimi, bu, ölkəmizdə vicdan azadlığı, dini etiqad azadlığının təmin 
olunması, islamda sekulyarlaşma, dünyəviləşmə, ictimai münasibətlərin hüquqi 


Multikulturalizm, dinşünaslıq və islamşünaslıq elmləri dialektik vəhdətdə
  
301 
cəhətdən təmin edilməsi təki önəmli bir sahədə mükəmməl qanunvericilik aktları 
olmadan  səmərəli, faydalı, məqsədəuyğun bir məntiqi nəticə  əldə etmək prinsipcə 
qeyri – mümkündür. Bütün bunların təmin edilməsinin qanunvericilik prinsiplərindən 
biri ölkəmizdə qanunçuluğa əsasən fəaliyyət göstərən islam, xristian və yahudi və s. 
dinlərin qanun qarşısında bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu baxımdan 
ölkəmizdə hazırda qüvvədə olan müstəqil Azərbaycan 1995 – ci ilin 12 noyabrında 
ümumxalq səsverməsi (referendum) vasitəsilə  qəbul olunmuş ilk demokratik 
konstitutsiyamızın 18, 48 və 71 – ci maddələrində qanunvericiliklə  təsbit olunan 
müddəalarda ehtiva olunmuş fikirlərlə bilavasitə bağlı olaraq bəzi mülahizələrimizi 
bildirmək istərdik. Sözügedən problemlə  əlaqədar olaraq ilk öncə diin – dövlət 
münasibətlərinə toxunmağı vacib hesab edirik. Bu məsələ Konstitutsiyamızın “Din və 
dövlət “ adlı 18 – ci maddəsində hüquqi cəhətdən aşağıdakı  şəkildə öz əksini 
tapmışdır. 
“I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun 
qarşısında bərabərdir. 
 II. İnsan ləyaqətini alşaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin 
yayılması və təbliği qadağandır. 
 III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.” [1; 8] 
Göründüyü kimi, burada dövlət – din, din – dövlət münasibətləri müstəqil 
Azərbaycanda da inkişaf etmiş bəzi Avropa dövlətlərində olduğu ilə təxminən eynidir. 
Bununla belə, həmin maddədə qanunvericiliklə  təsbit olunmuş din – dövlət 
münasibətlərinə dair öz mövqeyimizi bildirmək istərdik. Əvvəla qeyd etməyi vacib 
hesab edirik ki, həmin maddənin aşağıdakı redaksiyada yazılmasını tövsiyə edirik. 
 
Maddə 18. “Dövlət və din” 
“I. Müstəqil Azərbaycan Respublikasında  dövlət dindən ayrıdır. Azərbaycanda 
mövcud olan dinlər: islam, xristianlıq və iudaizm qanun qarşısında bərabərdir. 
II.  Azərbaycanda mövcud olan islam, xristianlıq və iudaizm dinlərindəki bəzi 
ayin və  mərasimlərin icrası zamanı insan ləyaqitini alçaldan və ya insanpərvərlik 
prinsiplərinə zidd olan hallara yol veril bilməz. 
III. Müstəqil Azərbaycan Respublikasının dövlət təhsil sistemi dünyəvi xarakter 
daşıyır.” 
Bununla yanaşı qeyd etmək istərdik ki, bəli, ölkəmizdə qanuna uyğun olaraq 
rəsmi fəaliyyət göstərən əsasən islam dininə aid bəzi ayin və mərasimlərin, məsələn, 
islamın məhərrəmlik mərasiminin icrası zamanı insan ləyaqətini alçaldan və ya 
insanpərvərlik prinsiplərinə zidd olan hallara yol verilir. Başqa sözlə desək, həmin 
mərasimin onuncu – Aşura günü yarıçılpaq kürəklərinə zəncir vurur, sinələrinə döyür 
və başlarını  kəsici alətlə  çərtərək qan çıxarırlar. Doğrudur, son zamanlar Qafqaz 
müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən “Elmi – dini şuranın” tövsiyəsi ilə 
qançıxarmanı həkimlərin iştirakı ilə qanvermə ilə əvəz olunmuşdur. Bu, təqdirə layiq 
haldır.  


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə