Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə121/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   117   118   119   120   121   122   123   124   ...   156
    Bu səhifədəki naviqasiya:
  • III.

    
 Əsədulla Qurbanov
 
 
302 
İndi Konstitutsiyamızın 18 – ci maddəsinin III bəndində qanunla təsbit olunmuş 
müddəada ehtiva olunmuş fikrə münasibətimizi bildirmək istərdik. Bununla əlaqədar 
olaraq açıq etiraf etmək istərdik ki, həmin müddəanın üçüncü bəndinin tələblərinə 
əməldə demək olar ki, tam əməl olunmur. Bunu konkret faktla da isbat etmək olar. 
Belə ki, Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakultəsi fəaliyyət göstərir. 
Bu fakultə Azərbaycanda Xalq Cəbhəsinin dövründə açılmış, indi də  fəaliyyətini 
davam etdirir. Halbuki, mövcud qanunçuluğa rəğmən Qafqaz Müsəlmanları 
İdarəsinin nəzdində Bakı  İslam Universiteti rəsmi fəaliyyət göstərdiyi halda 
paralelçiliyə ehtiyac yoxdur. Özü də xüsusilə ölkəmizdəki indiki maliyyə - iqtisadi 
böhran zamanı. 
İndi isə, yeri gəlmişkən, konstitutsiyamızın “vicdan azadlığı haqqında” 48 – ci 
maddəsinda qanunla təsbit olunan fikirlərə münasibətimizi bildirmək istərdik. Həmin 
maddədə deyilir. 
I. Hər kəsin vicdan azadlığı vardır. 
II.  Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə 
təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, 
dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai 
əxlaqa zidd deyildirsə sərbəstdir. 
IV.  Dini etiqad və əqidə hüquq pozuntusuna bərait qazandırmır. 
. . . Müstəqil ölkəmizdə demokratik prinsiplərin bərabər olduğu, indiki şəraitdə 
həmin 48 – ci maddəni yeni redaksiyada yazılması  tələb olunur. Məsələn 48 – ci 
maddəninin mətnini aşağıdakı kimi yazamaq. 
 
Maddə 48. “Vicdan azadlığı” 
“I. Hər bir Azərbaycan vətəndaşının vicdan azadlığı vardır. 
II.  Hər bir Azərbaycan vətəndaşının ölkədə  rəsmi fəaliyyət göstərən dinlərə: 
islama, xristianlığa və iudaizmə münasibətini müstəqil müəyyənləşdirmək, qeyd 
olunan dinlərə tək başına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud onların heç 
birinə etiqad etməmək, həmin dinlərə münasibətilə bağlı əqidəsini ifadə etmək, başqa 
sözlə, ateizm təbliğatı aparmaq hüququ vardır. 
III.  Dini mərasimlərin yerinı yetirilməsi, ateizm təbliğatı aparmaq ictimai 
qaydanı pozmursa, azərbaycançılıq ideologiyasına və ya ictimai əxlaqa zidd deyilsə 
sərbəstdir. 
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bərait qazandırmır.” 
Haşiyə 1. Qeyd etmək istərdik ki, 48 – ci maddənin 2 – ci bəndindəki mətndə 
“ateizm” sözü heç bir Azərbaycan vətəndaşında  şübhə yarada bilməz. Hər  şeydən 
əvvəl, “atezim” anlayışının həqiqi anlayışına ölkəmizdə kommunist rejimi dövründə 
birtərəfli mənada yanaşılmışdır. Başqa sözlə desək, ateizm sözü siyasiləşdirilərək, 
ateizm kommunist ideologiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Hazırda 
ölkəmizdə kommunist ideologiyası Azərbaycançılıq ideologiyası ilə  əvəz 


Multikulturalizm, dinşünaslıq və islamşünaslıq elmləri dialektik vəhdətdə
  
303 
olunmuşdur. Bu düzgündür. Başqa sözlə desək, həqiqi ateizm dünyəvi elmlərə xidmət 
etmiş və etməkdədir.  
İndi isə  şərh etdiyimiz problemlə  əlqədar olaraq Konstitutsiyamızın 71 - ci 
maddədsində qanunla təsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının 
təminatına aid müddəalara öz münasibətimizi bildirmək istərdik. 
Həmin maddədə deyilir: 
I. Konstitutsiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını 
gözləmək və qorumaq qanunvericilik, icra və  məhkəmə hakimiyyəti orqanlarının 
borcudur. 
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs 
məhdudlaşdıra bilməz. 
III. Yalnız müharibə, hərbi vəziyyət və fövqalədə vəziyət, habelə səfərbərlik elan 
edilərkən insan və  vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi 
Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən 
və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və 
azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. 
IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə 
bilməz  və bunlara görə təqsirləndirilə bilməz. 
V. Bu Konstitutsiyanın heç bir insan və vətəndaş hüquqlarının və azadlıqlarının 
ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. 
VI.   Azərbaycan Respublikasının  ərazisində insan və  vətəndaş hüquqları  və 
azadlıqları bir başa qüvvədədir.  
VII.  İnsan və  vətəndaş hüquqları    və azadlıqları pozulması ilə  əlaqədar 
mübahisələri məhkəmələr həll edir. 
VIII.   Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan  əmələ görə 
məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunda  bu cür 
hərəkətlərə görə  məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni 
qanun tətbiq edilir.” (Yenə orada, səh. 22) 
Göründüyü kimi, bu maddədə qanunçuluqla təsbit olunmuş müddəalarda da 
ehtiva olunan fikirlər multukulturalizm, dinşünaslıq və islamşünaslıq baxımından 
məqbul sayıla bilər. 
Sözügedən problemlə beynəlxalq və  aşağıda görüləcəyi kimi, müstəqil 
Azərbaycanın milli qanunvericiliyində belə xüsusi diqqət ayrılması ilk növbədə 
onunla bağlıdır ki,  ölkəmizdə qanunçuluq əsasında fəaliyyət göstərən islama
xristianlığa və iudaizmə etiqad edən fərd və milli – etnik qrup onun ardıcılı olduğu 
dinlərə dövlətin münasibətinə kifayət qədər həssaslıqla yanaşır.  Sözügedən sahədə 
dövləti ən kiçik ayrı – seçkilik siyasəti çox böyük qısqanclıq və narazılıqlara səbəb 
ola bilər. Bu, son nəticədə ölkəmizdəki multikultural, tolerantlıq mühitinə xeyli 
dərəcədə zərər gətirə bilər. Son zamanlar bir – çox ölkələrdə, o cümlədən bəzi ərəb – 
müsəlman – islam dünyasında baş verən müharibə, toqquşma, münaqişələrin 
qızışdırılmasında maraqlı olan qüvvələr, başda Qərbində siyasi dairələri olmaqla onlar 
mədəniyyətlərarası, sivilizasiyalararası habelə dinlərarası ayrı – seçkilikdən gen – bol 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə