Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə31/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   27   28   29   30   31   32   33   34   ...   156

«Su adamları» və Simaşki dövlətinin Azərbaycan tarixində yeri
 
 
75
 
 
«SU ADAMLARI» VƏ SİMAŞKİ DÖVLƏTİNİN AZƏRBAYCAN 
TARİXİNDƏ YERİ
1
 
 
Allahverdi
 Əlimirzəyev 
 
 
Açar
  sözlər:  Azərbaycan  tayfaları;  elamlılar  Azərbaycanda;  mixi  yazılı 
mənbələr
; siyasi tariximiz; Simaşki sülaləsi. 
Ключевые  слова:  племена  Азербайджана,  эламиты  в  Азербайджане, 
клинописные источники, династия Симашки. 
Kew words: tribes of Azerbaijan, elamites in Azerbaijan, cuneiform souces, our 
political history, Simashkian dynasty. 
 
1993-cü  ildən  ali  məktəb  dərsliklərimizə  mərhum  tarixçimiz  professor  Yusif 
Yusifovun  elmi  araşdırmalarının  məntiqi  yekunu  olaraq  Azərbaycanın  cənubunda, 
xüsusilə  Urmiya  gölü  hövzəsində  məskunlaşan  qədim  etnoslar  sırasına  daha  biri, 
«SU» adı ilə tanınan tayfa birliyi əlavə olundu. «Yeni Şumer dövrü»nə aid (e.ə. XXI 
əsr) tarixi, ədəbi və təsərrüfat sənədlərində bu toplum və onun yayıldığı ərazi LÚ.SU., 
LÚ.SU.A.,  LÚ.SU.Kİ.  hərfən  «SU  adamları», «Su  adamlarının  məskəni» 
loqoqramları ilə ifadə olunurdu. Y.Yusifov SU etnoniminin Manna dövlətinin cənub 
vilayətləri Sumbi və Surikaşın adlarında əks olunduğunu ehtimal edirdi [1, s. 73, 80, 
81; 3, s. 338; 9, s. 32-34]. 
«SU»  adı  ilə  tanınan  toplumun  yayıldığı  coğrafi  areal,  qonşuları  ilə  qarşılıqlı 
münasibətləri,  etnik  kimliyi,  dini  inancları  ilə  bağlı  məsələlərin  həlli  tarixi 
keçmişimizin unudulmuş mərhələsinə nəzər salmağa imkan verə bilər. Təqdim olunan 
məqalə
 4000 il əvvəl Azərbaycanın cənubunu da əhatə edən siyasi proseslər haqqında 
biliklərimizin zənginləşməsinə hesablanıb. 
1.Terminologiya. «Su  adamları»  ifadəsini  tədqiq  edən  Qərb  alimləri  ilkin 
mərhələdə  Şumer-Akkad  sözlüklərindəki  abreviatur  yazılışlara  verilən  izahlardan 
çıxış edərək SU mixi işarəsi ilə ifadə olunan loqosu Dəclə və Fərat çaylarının yuxarı 
axarındakı  məkanı  və  onun  qeyri-sami  mənşəli  sakinlərini  bildirən  etnocoğrafi 
terminin  qısaldılmış  forması  hesab  edirdilər.  Şumer  mətnlərində  SU.BİR
4
 
loqoqramları  ilə  ifadə  olunan  bu  etnocoğrafi  termin  Aşşur-Babil  kitabələrində 
«Subartu» və ya «Şubaru» adlanırdı. E.ə. II minilliyin birinci yarısından etibarən mixi 
yazılı  mənbələrdə  Subartu  adlanan  məkanın  sakinlərinə  «hurri»  etnonimi  şamil 
olunmağa  başlayır.  LÚ.SU.  və  Subartu  terminlərinin  eyniliyinin  tərəfdarları  «su 
                                                 
1
  Мягалянин  тезиси  «Су  тайфалары – Симашки  юлкясинин  сакинляри»  ады  иля  Азярбайъан  Шяргшцнаслыг 
елминин  инкишаф  йоллары.  Академик  Васим  Мяммядялийевин  анадан  олмасынын 70 иллийиня  щяср 
олунмуш Бейнялхалг Елми Конфрансын материалларында (27-28 ийун 2013, с. 627-628) дяръ олунуб. 


     
Allahverdi Əlimirzəyev
 
 
76
adamlarını» Van gölündən cənubda lokalizə  edirdilər [15, p. 393; 32, p.252; 41, s. 
105-106; 22, pp. 18-20, 23-27, 38-40, 100-105]. Lakin şumerlilərə məxsus sözlüklər 
və  bədii  əsərlər  tərcümə  olunduqca  LÚ.SU.  və  Subartu  terminlərinin 
eyniləşdirilməsinin yanlış olduğu üzə çıxdı. Məsələn, «Eredu şəhərinin dağıdılmasına 
ağı» adı ilə tanınan bədii kompozisiyada kutilərlə ittifaqda həm Subartunun, həm də 
«Su adamlarının ölkəsi»nin xatırlanması onların fərqli məkanlar olduğuna işarə edir 
[25, pp. 132, 136; 24, p. 28]. Eyni mənbədə bir ölkənin iki fərqli adlarla  yazılması 
məntiqsiz  görünür. 
Su  loqosunun  qərbi  şami  köçəri  tayfası  olan  sutilərin  etnik  adının  abreviatur  
yazılış forması  olduğuna dair S.Kramerin mülahizəsi [30, pp. 45, 244-246]  də özünü 
doğrultmadı. Çünki e.ə. XVIII əsrə  aid Babil coğrafi adlar sözlüyündə sutilərin ölkəsi 
Subartu və «Su adamlarının ölkəsi» ilə eyni kontekstdə qeydə  alınıb [39, p. 198]. 
Tədqiqatçıların bir qrupu «Su adamlarını» Elamdan şimalda, Zaqros  dağlarında 
məskunlaşmış tamamilə  fərqli etnos kimi  təqdim edirdilər [16, s. 49-51; 18, s. 508; 
5, c. 270, прим. 74]. 
F.Vala  isə  hesab  edirdi  ki,  SU  abreviaturu  ilə  şumerdilli  mirzələr    Elamdakı 
Suziana vilayətinin (paytaxt Suzun ətrafı, indiki Xuzistanda Şuş şəhəri) elamlılardan 
fərqli etnik qrupunu bildirirdilər [42, p. 9; 43, p. 53]. 
Yalnız P.Şteinkellerin tədqiqatları yarım əsr davam edən elmi mübahisələrə son 
qoydu. Məlum oldu ki, hökmdar titullarını əks etdirən Şumer mətnlərindəki LÚ.SU., 
LÚ.SU.Kİ.  loqoqramları  akkad  (şərqi  sami)  dilində  tərtib  olunmuş  kitabələrdə 
«Simaşki»  adlanan  ölkənin  rebuslu  yazılış  forması  olmuşdur.  Başqa  sözlə, 
şumerlilərin  «Su  adamları»  adlandırdıqları  toplum  Simaşki  ölkəsinin  sakinləri 
olmuşlar
 [39; 40]. Növbəti illərdə şumer dilində tərtib olunmuş tarixi və leksikoloji 
mətnlərin aşkara çıxarılmış yeni nümunələrinin dərc olunması ilə P.Şteinkellerin bu 
sensasion  kəşfi  öz  təsdiqini  tapdı [11; 14; 35, p. 59, not. 44]. Yalnız  Simaşki 
sülaləsinin  yeddinci  hökmdarı  İdadduya  məxsus  tunc  nimçə  üzərindəki  şumerdilli 
mətndə  ölkənin  adı  akkad  formasına  uyğun  olaraq  hecalı  şəkildə  Si-ma-aš-ki 
formasında yazılıb [12, p. 21-22, pl., XIII, text 18]. Hesabat-uçot sənədlərində də bu 
hecalı
 yazılış tətbiq olunurdu [31, №№ 653, 666, 674, 718, 875, 1021+1022]. 
2.Lokalizə problemləri. Tədqiqatçıların əksəriyyəti Simaşki ölkəsini Luristanda, 
Həmədan ətrafında və ya İsfahan yaxınlığında lokalizə etməyə üstünlük verirlər [2, s. 
26-28]. Yalnız F.Vala hesab edir ki, bu ölkə  Kerman vilayətində yerləşirdi [42, p. 8, 
9; 43, pp. 50-52]. Simaşkinin  coğrafi mövqeyi haqqında məlumat verə biləcək iki 
mötəbər  mənbə  Şumerin  Ur  şəhərinin  III  sülaləsinin  çarı  Şu-Suenin  hakimiyyət 
dövrünə  (e.ə. 2036-2028) aiddir.  Onun  abidəsi  üzərindəki  mətnin  Qədim  Babil 
dövründə  (e.ə.  XVIII  əsr)  üzü  köçürülmüş    nüsxəsində    Simaşkinin  tərkibindəki 6 
vilayət  (Zabşali,  Karda,  Siqris,  Yabulmat,  Şatilu,  Alumiddatum)  və  iri  yaşayış 
məskənləri (Nişqanelum, Tirmium, Sisirtum, Azahar və ya Zahara, Pulma, Arahir, 
Zitanu, Lulubim və s.) sadalanır [36, pp. 136, 141; 23, ss. 348-354; 20, pp. 303-311]. 
Güman olunur ki, Simaşki ərazi prinsipinə əsasən, münbit vadi və dağətəyi zonalar 
üzrə qurulmuş konfederativ dövlət olmuşdur [26, p. 24]. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə