Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə39/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   35   36   37   38   39   40   41   42   ...   156

     
dosent Elbrus Sadıqov
 
 
96
görüldü. Bundan başqa, tarixj İpək yolunun bərpası, kosmik rabitə sayəsində yeni 
telekommunikasiya  şəbəkələrinin qurulması, Varnadan Durresə uzanan Şərq-Qərb 
nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Ceyhan və Transxəzər Şərq-Qərb enerji dəhlizi,- Qars-
Tbilisi Batumi  dəmiryolu kimi layihələr həyata keçirilən nəhəng layihələrdir. (8.211) 
Neft boru xətti marşrutunun müəyyənləşdirilməsi Türkiyə ilə Rusiya arasında 
rəqabətə səbəb oldu. Bu rəqabətə ABŞ, regiondakı digər ölkələr və neft şirkətləri də 
qoşuldular. Boru xəttinin siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətindən irəli keçdi. 
Tərəflər bütün fürsətlərdən istifadə etdilər. Rusiya-Bakı Novorossiysk xəttinin hər 
cəhətdən əlverişli olduğunu, təkcə təmir edilərək istismara başlanıla biləcəyini ifadə 
etdi Daha sonra boru xəttinin təmir edilməsi müzakirə mövzusu oldu. Türkiyənin 
boğazlarla bağlı mövqeyi bu yolda ən böyük maneə oldu. Türkiyə, neft və qaz daşıyan 
tankerlərin boğazlardan keçməsindən narahat olduğunu ifadə edərək və bunun yaratığı 
təhlükəni azaltmaq üçün fəaliyyətə başladı. 1960-cı ildən sonra boğazlardan keçən 
gəmi sayının 150% gəmi yükünün 400% arta biləcəyi təsbit edilmişdi. Türkiyə 
boğazlardan keçişin azalmasının  İstanbulun ekologiyasının qorunması  və ekoloji 
təhlükəsizliyi baxımından  əhəmiyyətinə diqqət çəkərək 1994-cü il iyulun l-də 59 
maddədən ibarət "Boğazlar və Mərmərə regionu dəniz nəqliyyat qaydaları haqqında" 
nizamnamə  qəbul etdi. Nizamnamənin, keçişi məhdudlaşdırmasına baxmayaraq, 
Rusiya Qara dənizə qədər axıdılacaq nefti boğazlardan keçirmədən Aralıq dənizinə 
qədər çatdırmaq üçün bır çarə axtarmağa başladı. Nəhayət, 1994-cü ilin sentyabr 
ayında Rusiya Bolqarıstan və Yunanıstan ilə Burqas limanı ilə Alexandropoliski, yəni 
Qara dəniz ilə Egey dənizini birləşdirən yeni bir boru xətti layihəsini imzaladı. Bu, bir 
tərəfdən, Türkiyənin boğazlarla bağlı nizamnaməsinə qarşı bir cavab oldu. 1996-cı il 
iyunun 15-də Moskvada üç ölkə arasında memorandum imzalandı. Bu hadisə 
Rusiyanın boğazlardakı keçişdən ümidini kəsdiyini göstərdi. 
Eyni tarixdə Türkiyə ilə Türkmənistan, "Türkiyə Respublikası və Türkmənistan 
arasındakı Xəzər-Marşrutlu Türkmənistan-Türkiyə-Avropa qaz boru xətti layihəsinin 
(HGB) həyata keçirilməsi və Türkmənistandan Türkiyə Respublikasına təbii qaz 
satışına dair saziş" imzaladılar. (9.201) 
Bakı - Ceyhan neft kəmərinin əsas texniki göstəriciləri bu bəyannamədə öz əksini 
tapıb. Uzunluğu 1760 km , buraxılış gücü isə ildə 50 milyon tondan artıq olan bu 
kəmərin tikintisi təqribən 2,95 milyard ABŞ dollarına başa gələcək. Boru kəməri 
1500-dən çox çaydan, 2700 metr yüksəklikdən keçəcək və Ceyhanda dəniz 
səviyyəsinə enəcək. Oradan isə tankerlər vasitəsilə neft dünya bazarlarına daşınacaq. 
BTC neft kəməri Türkiyənin üç dəniz • Xəzər dənizi, Qara dəniz və Aralıq 
dənizi ölkələrinin əməkdaşlığının vahid sisteminə inteqrasiyasına kömək edəcəkdir. 
Nəhayət, 1999-cu il noyabrın 18-19-da ATƏT-in İstanbul sammitində neft boru 
xətləri barəsində  əhəmiyyətli addımlar atıldı. Bütün dünyanın yaxından izlədiyi və 
yeni minilliyin problemlərinin müzakirə edildiyi bu zirvədə Bakı-Tbilisi-Ceyhan əsas 
neft boru xətti barəsində bir çox müqavilə  və protokol imzanlandı. Bu mənada 
Azərbaycan-Gürcüstan və Türkiyə arasında hökumətlərarasımüqavilə imzalandı. 
Daha sonra "Tranzit ölkəsi müqaviləsi", "Türkiyənin təminatı müqaviləsi" və 


Müstəqillik dövründə Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə Qarşılıqlı münasibətləri (1991-2011)
 
97
"Açar təhvilvermə müqaviləsi" imzalandı. 1999-cu il noyabrın 18-də ATƏT-in 
İstanbul zirvə toplantısı gedişində Azərbaycan Respublikası Prezidenti Heydər 
Əliyev, Gürcüstan prezidenti Eduard Şevarnadze və Türkiyə Cümhuriyyətinin 
prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan 
Respublikası  və Türkiyə Cümhuriyyətinin  əraziləri ilə Bakı-Tbilisi-Ceyhan  Əsas 
İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalamışlar". (10.112) 
Bakı-Tbilisi-Ceyhan əsas neft boru xətti ilə bağlı həmin tarixdə imzalanan digər 
sənəd də İstanbul bəyannaməsi oldu. İstanbul bəyannaməsi ilə tərəflər Xəzər hövzəsi 
və Orta Asiya nefti üçün Şərq-Qərb koridorunun əhəmiyyətini qeyd edərək, Bakı—
Tbilisi—Ceyhan  əsas neft boru xəttinin dəstəklənməsinin vacibliyini vurğuladılar. 
Bəyannamədə boğazlardakı  nəqliyyat probleminə  də toxunularaq bu marşrut üzrə 
keçəcək neft və  təbii qazın yarada biləcəyi risklər ifadə edildi. Eyni zamanda 
Qazaxıstan da boru xətti vasitəsi ilə neftini dünya bazarına çıxarmaq arzusunu 
bildirdi. Türkiyənin geostrateji əhəmiyyətim artıran başqa bir hadisə  də 
Türkmənistandan başlayaraq Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə  və 
oradan da Avropaya uzanacaq boru xətti haqqında bəyannamə oldu. Türkmənistan, 
Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin imzaladıqları "Təbii qazın nəqli 
ilə bağlı tranzit Xəzər boru xəttinin həyata keçirilməsinə dair prinsipləri əhatə edən 
hökumətlərarası bəyannamə"ni də ABŞ prezidenti müşahidəçi kimi imzaladı. 
1994-cü il sentyabrın 20-də enerji layihəsi olan "Əsrin müqaviləsi" nin 
imzalanması ilə başlayan neft strategiyasının həyata keçirilməsində  ən təntənəli, 
dünya əhəmiyyətli hadisələrdən biri baş vermişdir. XXI əsrin ən böyük enerji layihəsi 
olan Heydər  Əliyev adına BTC əsas ixrac boru kəmərinin təntənəli açılışına, 
Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılacaq neftin Gürcüstan və Türkiyə 
vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan bu layihənin baş tutacağına 
inanmayanlar, onun həyata keçirilməsinə mane olan qüvvələr də az deyildi. Lakin 
Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyəti və siyasi cəsarəti, habelə Gürcüstan 
və Türkiyə  rəhbərlərinin iradəsi, ABŞ hökumətinin yaxından dəstəyi, beynəlxalq 
maliyyə qurumlarının köməyi sayəsində layihənin həyata keçirilməsi mümkün oldu. 
Hazırda dünyada ən böyük enerji layihəsi sayılan BTC əsas ixrac boru kəmərinin 
Azərbaycan hissəsinin başa çatması H.Əliyevin müəllifi olduğu neft strategiyasının 
təntənəsidir. Bu kəmər ilk növbədə ölkənin sosial-iqtisadi problemlərinin həllini 
reallığa çevirməklə, regional əməkdaşlığa nümunə olmaqla yanaşı, bütün bölgə üçün 
sabitliyin, sülhün möhkəmlənməsinə  həlledici amillərdən biri olacaqdır. Çünki 
Cənubi Qafqazda hələ  də  hərəkətdə olan təhlükəli meyllər var. Ermənistan 
Azərbaycana qarşı  təcavüzkar siyasətini davam etdirir, bu sahədə beynəlxalq 
təşkilatların müvafiq qərar və qətnamələri ilə barışmaq istəmir. 
Bakı—Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-
Ərzurum Cənubi Qafqaz Boru kəmərinin istismara verilməsi və bununla da Azərbaycanın 
dünya bazarına neft və qaz ixrac etmək imkam qazanması Avropa qonşuluq siyasəti 
çərçivəsində  səmərəli  əməkdaşlığını daha da genişləndirir, dövlət müstəqilliyi və 
suverenliyimizin möhkəmlənməsini təmin edir. Bu qlobal layihələrin tarixi baxımdan qısa 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə