Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə35/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   31   32   33   34   35   36   37   38   ...   156

«Su adamları» və Simaşki dövlətinin Azərbaycan tarixində yeri
 
 
85
 
XÜLASƏ 
 
“SU ADAMLARI” VƏ SİMAŞKİ DÖVLƏTİNİN  
AZƏRBAYCAN TARİXİNDƏ YERİ 
 
Əlimirzəyev Allahverdi 
 
1988-ci ildə P.Ştaynkeller müəyyən etdi ki, e.ə. XXI əsrdə şumerdilli mətnlərdə 
qeydə alınan LÚ.SU. (və ya LÚ.SU.A.) ideoqramları (hərfən: “Su adamları”) Simaşki 
ölkəsinin adının rebuslu yazılış variantı olmuşdur. O zaman elamlıların yaratdığı bu 
konfederativ ölkə qismən Azərbaycanın quti və lullubi tayfaları yaşayan cənub 
torpaqlarını da əhatə edirdi. Siyasi birliyin adı Meşkin şəhərinin (Əhərdən 150 km 
şimal-şərqdə) və Moşkabad kəninin (Zəncan yaxınlığında) adlarında qalıb. Meşkin 
yanılığında Elamın tarixi Anzan (və ya Anşan) vilayətinin adı ilə eyni səsləşən kənd 
mövcuddur. Simaşki konfederasiyasının ən iri vilayəti olan Zabşalinin ərazisi Urmiya 
gölü hövzəsinə  qədər uzanırdı. “Aahar” adlanan digər vilayət indiki Əhər ilə 
(Təbrizdən 100 km şimal-şərqdə) eyniləşdirilə bilər. Həsənli kəndində (Urmiya 
gölünün cənub sahilində) arxeoloji qazıntılar zamanı Simaşkinin hökmdarı Tan-
Ruhuraterin (e.ə. 1940-1920-ci illər) iki toppuzu tapılmışdır. Konfederasiya e.ə. 1900-
cü ildə dağılsa da, qüdrət simvolu kimi «Simaşki hökmdarı» titulu üç əsr sonra da 
Elam  hökmdarlarının  rəsmi  titullarında  işlənməkdə  davam  edirdi. Vaxtı ilə 
konfederasiyanın tərkibində olan Siqris və Sisirtu vilayətləri e.ə. VIII əsrdə 
aşşurluların Madanın qərbində yaratdıqları Harhar əyalətinə qatılmışdı.  
 
 
 


     
Allahverdi Əlimirzəyev
 
 
86
 
РЕЗЮМЕ 
 
 «ЛЮДИ СУ» И МЕСТО ЦАРСТВО СИМАШКИ В ИСТОРИИ 
АЗЕРБАЙДЖАНА 
 
Алимирзоев Аллахверди 
 
В 1988 году П.Штайнкеллеру удалось установить, что лобограммы LÚ.SU., 
LÚ.SU  (A).,  LÚ.SU.Кİ. (дословно  «люди  су», «земля  людей  су»)  периода  III 
династие  шумерского  города-государства  Ур  (ХХI  век  до  н.э.)  представляли  
собой  ребусную  запись  названия  страны  Симашки  и  ее  жителей  в 
аккадоязычных надписях. По сообщению cтаровавилонской копии текста Шу-
Суэна Симашки являлась конфедерацией шести областей и несколько крупных 
населенных пунктов. Из этих субектов Сигрис и Сисирту в VIII веке до н.э. были 
включены в состав восточно ассирийской провинции Хархар, западного соседя 
Мидии. Территория области Забшали простиралась от Аншана (т.е.Элама) до 
«Верхного моря» (т.е. Урмийского озера). Учитывая  в тот период графическую 
схожесть  клинописных  знаков  -А-  и  –ZA-,  письменная  передача  одного  из 
симашкийских топонимов читаетия нами как A-a-ha-ar (или A-ha-ra), вместо 
традиционных  чтений  A-za-ha-ar,  Za-ha-ra.  Предложение  нами  чтении 
позволяют  идентифицировать  данный  топоним  с  Ахаром  (в 100 км  северо-
восточнее  Тебриза).  При  археологических  раскопках  из  Хасанлу  (на  южном 
берегу  Урмии)  были  обнаружены  две  каменные  булавы  одного  из  царей 
Симашки, Тан-Рухуратера. Существование деревни с названием Анзан в районе 
города Мешкин (в 150 км северо-восточнее Ахара) и села с названием Мошк-
абад  (юго-западнее  Зенджана)  свидительствует  о  вхождения  определенной 
части  Южного  Азербайджана  в  состав  управляемой  эламской  династией 
царство Симашки. 
 
 
 


«Su adamları» və Simaşki dövlətinin Azərbaycan tarixində yeri
 
 
87
 
SUMMARY 
 
LÚ.SU = SIMASHKI AND ITS PLATE IN THE ANCIENT HISTORY OF 
AZERBAIJAN 
 
Alimirzayev Allahverdi 
 
In the 1988 year P.Steinkeller established which loqoqrams  LÚ.SU., LÚ.SU. A. 
(“Su peoples”) in the period of III Ur dynasty (XXI century BC) appeared rebus 
writing of Simashkian kingdom and its peoples in the Sumerian sources. According 
of Shu-Sin’s texts Simashki had been confederation of the different indepence 
settlements and district into territory of ancient Luristan, Kurdistan and Southern 
Azerbaijan. So far as cuneiform signs -A- and -ZA - had beens form Simashkian 
toponym Za-ha-ra or A-za-ha-ar read as A-ha-ra or A-a-ha-ar (possible modern 
city Ahar in 100 km north-east of Tebriz). Simashkian district Zabshali reached up to 
southern shore of Urmia lake, where (in village Hasanlu) archaelogists founded two 
stone mace-head elamites Tan-Ruhurater’s, king of Simashki. 
 



Müstəqillik dövründə Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə Qarşılıqlı münasibətləri (1991-2011)
 
89
 
 
MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCAN-RUSİYA,  
AZƏRBAYCAN-TÜRKİYƏ QARŞILIQLI MÜNASİBƏTLƏRİ  
(1991-2011) 
 
dosent Elbrus Sadıqov  
Azərbaycan Tibb Universiteti 
 
 
Açar sözlər: Azərbaycan, müstəqillik, Rusiya, Türkiyə, geosiyasət, iqtisadi 
siyasət, tarix 
Key words: Azerbaijan, independence, Russia, Turkey, Geopolitics, Economic 
policy, History 
Ключевые  слова:  независимость,  Азербайджана,  Россия,  Турция, 
геополитика, экономическая политика, история 
 
8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarusun liderləri Belaveja 
Razılaşması ilə Sovet Sosialist Respublikaları  İttifaqının beynəlxalq hüququn 
subyekti kimi varlığına son qoyulduğunu elan etdilər. Razılaşmada Müstəqil 
Dövlətlər Birliyinin yaradılması elan edilirdi. MDB qısa zamanda Baltik ölkələri 
istisna olmaqla bütün postsovet respublikalarını özündə birləşdirəcəkdi. Amma MDB 
heç bir halda SSRİ ilə müqayisə oluna bilməzdi, çünki respublikaların hər biri artıq 
azad və suveren bir dövlət kimi beynəlxalq münasibətlər sisteminin üzvü idilər. MDB 
sadəcə keçmişdə bir ölkənin tərkibində olduqları üçün bu respublikalar arasında həm 
etnik və linqvistik bağlar, həm coğrafi yaxınlıq, həm də iqtisadi və siyasi asılılığın 
təzahürü idi. Amma bu asılılıq və bağlar bütün respublikalar arasında eyni deyildi. 
Rusiya bütün göstəricilərə görə digərlərini qabaqlayırdı  və "bərabərlər arasında 
birincilik" ona məxsus idi. Bu səbəbdən regiondakı hər bir respublika üçün Rusiya ilə 
münasibətlər xüsusi əhəmiyyət kəsb edirdi. 
Müstəqilliyin ilk illərində münasibətlər hər iki tərəfin təzadlı mövqe və qərarları 
ilə müşahidə olunurdu. Azərbaycanda hələ SSRİ dağılmamışdan ölkəyə  rəhbərlik 
edən Ayaz Mütəllibov Rusiyayönümlü xarici siyasət yürüdürdü. 1991-ci il dekabrın 
28-də Almatı  Bəyannaməsini imzalamaqla Azərbaycan çoxlarının Rusiyanın 
postsovet ölkələrinə yeni təsir mexanizmi kimi gördüyü MDB-yə üzvlüyü qəbul etdi 
(müqayisə üçün Baltik ölkələri və Gürcüstan bundan imtina etmişdi). Bu 
münasibətin əvəzində Rusiyanın Qarabağ mövzusunda və ümumiyyətlə Azərbaycana 
qarşı daha ədalətli mövqeyin ümid edilirdi. Amma heç də gözlənilən kimi olmadı. 
Nəinki Rusiyadan dəstək gəldi, hətta Azərbaycan hökumətinin təklif etdiyi Dostluq 
və  Əməkdaşlıq Müqaviləsi Rusiya tərəfindən rədd edildi və Azərbaycanın 
müstəqilliyi tanınmadı Bu azmış kimi 1992-ci ilin fevralında baş verən və Azərbaycan 
tarixinə qanlı hərflərlə yazılan Xocalı faciəsində rus hərbçiləri (366-cı alay) də iştirak 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə