Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə37/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   33   34   35   36   37   38   39   40   ...   156

     
dosent Elbrus Sadıqov
 
 
92
müstəsna  əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq, Heydər  Əliyev Rusiyanın da 
maraqlarını nəzərə almağın vacibliyini başa düşürdü. Odur ki, rus neft şirkəti LUKoyl 
da səhmdarların (səhmlərin 10 faizi) arasında yer alırdı. Bundan başqa, müqavilənin 
imzalanma mərasimində Rusiyanın enerji naziri də iştirak edirdi. 
Amma görünür, bunlar Rusiyanı razı salmaq üçün kifayət deyildi. Rusiya heç cür 
Qərbin regionda mövcudluğu ilə razılaşmaq istəmirdi. Müqavilə imzalanan gün 
Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Qriqori Karasin bildirdi ki, "Xəzəryanı 
ölkələr Xəzər dənizinin statusu ilə bağlı bir razılığa gəlməyincə Rusiya bu 
müqavilənin legitimliyini tanımaqdan imtina edir". Xəzərin statusu sonuncu dəfə İran 
və SSRİ arasında razılaşdırılmışdı  və SSRİ-in dağılmasından sonra Xəzəryanı 
Respublikalar hələ  dənizin yeni statusunu müəyyən etməmişdilər. Rusiya bu 
vəziyyətdən yararlanaraq qərb  şirkətlərinin Xəzər dənizində yataqların istismarına 
başlamasma mane olmaq istəyirdi. 2 gün sonra Rusiya xarici işlər nazirinin özü də 
bəyanat verdi: "Bütün maraqlar nəzərə alınmalıdır, o cümlədən Rusiyanın maraqları 
və  məsələni qarşılıqlı razılıq  əsasında həll etmək lazımdır". Bu azmış kimi Rusiya 
Xarici işlər Nazirliyi layihədə  iştirak edəcək bütün neft şirkətlərinin aid olduqları 
ölkələrə rəsmi etiraz məktubu göndərdi. (3.146) 
Bu bəyanatlarla paralel Azərbaycanda daxili vəziyyət gərginləşməyə başladı. Bir 
neçə dövlət xadiminə qarşı sui-qəsd təşkil edildi və dövlət çevrilişinə  cəhd edildi. 
Hadisələrin bu cür inkişafı 1993-cü il qiyamını xatırladırdı. Onda da Azərbaycanın 
yürütdüyü siyasət Rusiyanı qəti qane etmirdi və bundan sonra ölkədə böhran vəziyyəti 
yaranmışdı və hakimiyyətə qarşı qiyam təşkil olunmuşdu. Bu dəfə də ssenari eyni idi. 
Ancaq bu dəfə ölkədə siyasi sabitliyi qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyev 
bu hadisələrin neft müqaviləsinin bağlanması ilə eyni vaxtda baş verməsinin təsadüf 
olduğuna inanmadığını bildirdi və Rusiyanı çevrilişə cəhddə ittiham etdi. 
Ölkədəki sabitliyi pozmaq cəhdləri uğursuzluqla nəticələnəndən sonra Rusiyadan 
gələn bəyanatlar yumşalmağa başladı. Xarici işlər naziri Kozırev bildirdi ki, Heydər 
Əliyev ilə telefon əlaqəsi saxlayib, əməkdaşlıq və neft müqaviləsi  ətrafında 
gərginliyin artmaması barədə ortaq fikrə gəliblər. Baş nazir Viktor Çernomırdin də 
enerji nazirlikləri arasında əməkdaşlıq və əlaqələndirmənin əhəmiyyətindən danışdı. 
Bu yumşalma yalnız bir səbəblə izah oluna bilərdi: Xəzər hövzəsindəki yataqların 
istismarına dair qərb şirkətləri ilə imzalanmış müqavilənin icarsına artıq Rusiyanın 
hansısa yolla müdaxiləsi real görünmürdü. 
Amma qarşıda neftin çıxarılmasından da vacib hasil olunacaq neftin dünya 
bazarlarına nəqli məsələsi dayanırdı ki, bu məsələdə də Rusiya ilə münasibətlər həlledici 
məqamlardan biri idi. Azərbaycan və ümumiyyətlə  Cənubi Qafqazı onun təsir 
dairəsindən kənarda təsəvvür edə bilməyən Rusiya bunun belə olmaması üçün səylərini 
davam etdirəcəkdi. Belə ki, mümkün ixrac marşrutlarından biri Rusiya 
ərazisindən keçərək Qara dəniz sahillərinə, Novorossiysk limanına çıxırdı. Bu varianta 
üstünlük veriləcəyi təqdirdə Rusiya hələ  də  Xəzərdən hasil ediləcək neftin nəqlinə 
nəzarət edə biləcək və beləliklə də, regiona təsir imkanlarını saxlamış olacaqdı. Buna 
görə də Rusiya məhz bu yolun seçilməsini israrla təklif edirdi. Hətta bəzi analitiklərin 


Müstəqillik dövründə Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə Qarşılıqlı münasibətləri (1991-2011)
 
93
fikrincə, "Əsrin müqaviləsi"ndən sonra Rusiya Çeçenistanda hərbi əməliyyatlara başla-
madı və bu, kəmərin Çeçenistandan keçməsi ilə izah olunurdu. (4.98) 
Neftin daşınması üçün bir neçə variant nəzərdən keçirilsə də seçim məhdud idi. 
Çünki Ermənistanla müharibə vəziyyəti neft boru kəmərinin bu ölkədən keçməsini 
mümkünsüz edirdi. Digər variant İran üzərindən ya Fars körfəzinə, ya da Türkiyənin 
Aralıq dənizi sahillərinə çıxış əldə etməkdən ibarət idi. Bu variant Amerika ilə İran 
arasındakı  gərginliklə  əlaqədar real görünmürdü. Eyni zamanda, Azərbaycan 
hökuməti də bu məsələyə skeptik yanaşırdı. 2 variant qalırdı: Gürcüstan üzərindən 
Supsa limanına və ya Rusiyanın israrla təklif etdiyi Bakı- Novorossiysk marşrutu. 
Neft şirkətləri Bakı-Novorossiysk marşrutunu dəstəkləyirdilər çünki bu istiqamətdə 
kəmər mövcud idi və sadəcə təmir-bərpa işlərinə ehtiyac qalırdı. Belədə xərclərin əsas 
hissəsini öz üzərlərinə götürən şirkətlər hasil olunacaq nefti Azərbaycan vəsaitlə ixrac 
etmək imkanı  əldə edəcəkdilər. Bu məsələlərdə Amerika da fəal idi. 
B.Klinton administrasiyası Rusiyanın təsir imkanlarını azaltmaq üçün Bakı-Supsa 
kəmərini dəstəkləyirdi və Zbiqnev Bzejinski bu məsələ ilə bağlı prezidentin 
məktubunu Heydər  Əliyevə çatdırmaq və Gürcüstan variantına inandırmaq üçün 
Azərbaycana səfər də etmişdi. Heydər  Əliyev kəmərin Rusiyadan keçməsinin 
mümkün fəsadlarını  və BakıSupsa marşrutunun  əhəmiyyətini başa düşürdü, amma 
bununla belə Rusiya ilə münasibətləri də gərginləşdirmək istəmirdi. Bütün bunların 
məntiqi nəticəsi kimi 1995-ci il oktyabrin 9-da ABƏŞ (AİOC) neft ixracı üçün hər iki 
marşrutdan (Bakı–Novorossiysk və Bakı-Supsa) istifadə edəcəklərini elan etdi. 
Amma bu da son deyildi. Çünki neftin nəqli ilə bağlı əsas məsələ hələ qarşıda idi. 
Məsələ burasındadır ki, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi 
Erkən Neft Layihəsi (Early Oil Project) çərçivəsində reallaşdırılacaqdı. Bu layihə 
yalnız Çıraq yatağından hasil olunacaq ilkin neftin ixracını  nəzərdə tuturdu. Digər 
yataqların da istismara başlanması ilə artıq mövcud boru kəmərləri hasil 
olunacaq nefti ixrac etmək üçün kifayət etməyəcəkdi. Bunun üçün yeni, irihəcimli 
əsas ixrac boru kəməri inşa edilməli idi. Müqayisə üçün deyək ki, mövcud kəmərlərin 
həcmi gündəlik 100.000 barrel ətrafında idisə, yeni tikiləcək kəmərlə gündəlik 1 mln. 
barrel neft ixrac etmək nəzərdə tutulurdu. 
Digər məsələlərdə olduğu kimi, Rusiya burada da sadəcə gözləmə mövqeyində 
olmaq fikrində deyildi və fəallığı ilə seçilirdi. Rusiya əsas ixrac boru kəmərinin Bakı-
Novorossiysk boru kəmərinə parallel olaraq çəkilməsini istəyirdi və rəsmi Bakının bu 
təklifi qəbul etməsi və dəstəkləməsi üçün açıq təzyiqlərdən belə çəkinmirdi. Rusiya 
xarici işlər naziri İqor  İvanov da Rusiya-Azərbaycan münasibətlərində ciddi 
problemlərin olduğunu etiraf edirdi. Azərbaycan isə Amerikanın da dəstəyi ilə 
kəmərin Gürcüstan və Türkiyə üzərindən Aralıq dənizi sahillərinə qədər çəkilməsinin 
tərəfdarı idi. Bu minvalla Rusiyanın neft ixracına və dolayısı ilə Azərbaycana təsir 
imkanları məhdudlaşmış olacaqdı. Bunun nəticəsi idi ki, 1998-ci il oktyabrın 29-da 
Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın ölkə başçılan Bakı-Tbilisi-
Ceyhan  əsas ixrac boru kəmərinin çəkilməsi ilə bağlı Ankara Bəyannaməsi 
imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu məsələdə ABŞ-ın mövqeyi müstəsna 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə