Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə40/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   36   37   38   39   40   41   42   43   ...   156

     
dosent Elbrus Sadıqov
 
 
98
zaman  ərzində  uğurla gerçəkləşdirilməsi ölkəmizin regionda böyük nüfuz qazanması, 
dünyada baş verən siyasi və iqtisadi proseslərdə söz sahibi olmasına gətirib çıxarmışdır, artıq 
regional müstəvidən çıxıb dünya əhəmiyyəti kəsb edir. Bu layihələr Azərbaycan, Gürcüstan 
və Türkiyəni, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bölgəyə sülh və sabitlik 
gətirəcək, təhlükəsizliyi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirəcəkdir. 
Azərbaycan iqtisadiyyatının daha bir uğurlu addımı Bakı-Tbilisi-Qars 
layihəsidir. Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək Bakı—Tbilisi-Qars dəmir yolu 
layihəsi ilə əlaqədar anlaşmanı 2007-ci ilinfevralında Tbilisidə Azərbaycan Prezidenti 
İ.Əliyev, Türkiyənin baş naziri R.T.Ərdoğan və Gürcüstan prezidenti Mixail 
Saakaşvili imzalamışlar. 
Azərbaycan, demək olar ki, bu dəmir yol layihəsinin lokomotivi, Qərbə yeni ixrac 
marşrutlarını nəzərdə tutan neft-qaz layilələrinin əsas təşəbbüsçüsüdür. Onun maliyyə 
dəstəyi nəticəsində  həm Türkiyə  sərhədindən Axalkalakiyə  qədər, həm də 
Axalkalakidən Gürcüstan-Azərbaycan sərhədinə  qədər tikilməsi və modernləş-
dirilməsi nəzərdə tutulan Bakı—Tbilisi-Qars dəmir yolunun,-Türkiyə hissəsinin 
2008-ci il 24 iyul tarixində təməlqoyma mərasimi keçirilmişdir. (11.157) 
Bakı—Tbilisi—Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata 
keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-
Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq 
Azərbaycan, Gürcüstan və Türkiyə  ərazilərindən keçməklə Avropa və Asiyaya 
çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, 
Avropaya inteqrasiya proseslərinin sürətləmnəsinə, Avropa Qonşuluq siyasəti 
çərçivəsində  əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və 
suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin 
genişlənməsinə xidmət edəcəkdir. Layihədə nəzərdə tutulan işlər tam olaraq 2011-ci 
ilin sonunda istifadə verilə biləcəyi, bütövlükdə isə  dəmir yolu xətti 2012 -ci ilin 
ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur. 
Azərbaycan-Türkiyə iqtisadi münasibətləri həm ümumi həcmi, həm də 
əməkdaşlıq sahələri üzrə inkişaf edir və genişlənir. Bu gün iki qardaş ölkənin strateji 
tərəfdaşlığı bütövlükdə  Cənubi Qafqaz regionunda sülh və sabitlik, habelə iqtisadi 
tərəqqi üçün əsaslı zəmin rolunu oynayır. Azərbaycanın beynəlxalq əməkdaşlığında 
Türkiyə daim aparıcı mövqeyə malikdir. Xarici iqtisadi siyasətdə qardaş dövlətlə 
əlaqələrin genişləndirilməsi üstün istiqamətdir. Türkiyə Azərbaycanın qeyri-neft 
sektorunda ən çox kapitalı olan ölkələrdəndir. 
İki ölkə arasında ticarət əlaqələri müəyyən çətinliklərə, problemlərə baxmayaraq, 
artan templə inkişaf etmişdir. Bu da, gələcəkdə Azərbaycan və Türkiyə Respubli-
kalarının yerləşdikləri geosiyasi məkanda ticarət-iqtisadi əlaqələrin daha səmərəli və 
faydalı ən əsası isə strateji forma almasına öz müsbət təsirini göstərəcəkdir. 
Ümumiyyətlə bu geosiyasi məkanda Ümummilli lider Heydər Əliyevin apardığı 
qarşılıqlı balanslaşdırma siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən 
çox uğurla davam etdirilməkdədir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və 
ölkənin inkişafı və tərəqqisi danılmazdır. 


Müstəqillik dövründə Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə Qarşılıqlı münasibətləri (1991-2011)
 
99
 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1. 
Abbasbəyli A. "Dünya siyasəti", Bakı 2011, 582 s. 
2. 
Abdullayev M. "Beynəlxalq münasibələr tarixi • XX əsr" (II hissə. 1946-
1999-cu illər),Bakı 1999,148 s. 
3. 
Hüseynov A. "Azərbaycan-Rusiya münasibətləri. Müstəqillikdən sonrakı 
ilk 10 il". Strateji Təhlil. Azərbaycamn daxili və xarici siyasəti, beynəlxalq 
münasibətlər üzrə analitik jurnal. №3. Bakı 2011.247 s. 
4. 
Qasımlı M. "Azərbaycanın xarici siyasəti" (konsepsiya məsələləri), Bakı 
1997,119 s. 
5. 
Musa İ. "Azərbaycanın xarici siyasəti" III hissə Bakı 2011. 
6. 
Freni S. "Azerbaijan-Russia Relations: An Analysis of Russian Hegemony". 
2011, 28 s. 
7. 
Talbott S.U.S. policy for the Caucasus // Azerbaijan International, Spring, 
1998, p.22-29. 
8. 
Aliyev H. Dünya Siyasetinde Azerbaycan Petrolü. istanbul: Sabah Kitabları, 
1998, 233s. 
9. 
Hacıyeva  Ş.Ş. Azərbaycan-Türkiyə  əməkdaşığı beynəlxalq təşkilatlar 
çərçivəsində // 
Tarix və onun aktual problemləri. Bakı, 2011, N92, s. 201-205. 
10. 
Abdullayev M. Azərbaycan-Türkiyə əlaqələri. Bakı: Mütərcim, 1998,112 s. 
11. 
Aka i. Timur ve Devleti. Ankara: Türk Tarih Kurumu Basımevi,1991,172 s. 
 
 
 


     
dosent Elbrus Sadıqov
 
 
100 
 
XÜLASƏ 
 
AZƏRBAYCAN-RUSİYA VƏ AZƏRBAYCAN-TÜRKİYƏ 
MÜNASİBƏTLƏRİ (MÜSTƏQİLLİK DÖVRDƏ) 
 
Məqalə müstəqillik dövründə Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə 
münasibətlərinin inkişafından və münasibətlərdəki əsas məqamlardan bəhs edir. Bu 
məqalənin  əsas məqsədi Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə münasibət-
lərinin  əsas səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmək və bu xüsusiyyətlərin 
Azərbaycanın xarici siyasətindəki əhəmiyyətini vurğulamaqdır. 
Məqalənin birinci hissəsi Azərbaycan-Rusiya münasibətlərindəki əsas problem-
ləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın iştirakım qeyd 
edir. Məqalənin ikinci hissəsi Azərbaycan-Türkiyə münasibətlərini  əsasən iqtisadi 
cəhətdən təhlil edir və ikitərəfli iqtisadi əməkdaşlığın digər sahələrdəki inkişafından 
bəhs edir. 
 
 
SUMMARY 
 
AZERBAIJAN-RUSSIA AND AZERBAIJAN-TURKEY RELATIONS 
(CONTEMPORARY PERIOD) 
 
This article points out developments of Azerbaijan-Russia and Azerbaijan-
Turkey relationships and main factors in bilateral affairs. The purpose of this article 
is to define the main characteristics of Azerbaijan-Russia and Azerbaijan-Turkey 
relationships and emphasizes their importance on Azerbaijan's foreign policy. 
 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə