Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə36/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   32   33   34   35   36   37   38   39   ...   156

     
dosent Elbrus Sadıqov
 
 
90
edirdi. Bu hadisə Rusiyayönümlü mövqe tutan Ayaz Mütəllibovun istefası ilə 
nəticələndi. Beləliklə, 1990-cı ilin 20 yanvar faciəsindən sonra Əbdürrəhman 
Vəzirovu  əvəzləyən A. Mütəllibov başqa bir faciə- Xocalı  qətliamına görə istefa 
verməli oldu. Bundan 1 ay keçməmiş Rusiyanın xarici işlər naziri Azərbaycana səfər 
edir və aprelin 4-də "Azərbaycan Respublikası  və Rusiya Federasiyası arasında 
diplomatik  əlaqələrin qurulması haqqında Protokol" imzalanır. Faktiki olaraq, nə 
qədər paradoksal olsa da, Rusiya ona loyal olanın hakimiyyətindən getməsindən sonra 
Azərbaycanın müstəqilliyini tanıdı. (1.480) 
Bunlara baxmayaraq, artıq Azərbaycanda Rusiyaya münasibət kəskin 
dəyişəcəkdi.  İyunun 17-də  ƏbülfəzElçibəy Azərbaycan Respublikasının Prezidenti 
seçildi. Bu vaxtdan etibarən antirusiya mahiyyətli vəqərbmeyilli xarici siyasət xəttinə 
üstünlük verilməyə başlandı. Belə ki, onsuz da o vaxta qədər parlament tərəfindən 
ratifikasiya edilməyən MDB-yə üzvlükdən tamamilə imtina edildi. Bundan başqa 
Qarabağdakı döyüşlərdə əsir düşmüş rus əsgərlərinə ölüm hökmü çıxarıldı. Əsirlərin 
məsələsi sonradan Rusiya ilə razılaşdırılsa da münasibətlər gərgin olaraq qalırdı. 
Növbəti addım kimi ilin sonuna qədər Azərbaycan rus hərbi qüvvələrinin ölkədən 
çıxarılması  tələbi qoyuldu. Eyni zamanda qərblə neft yataqlarının istismarına dair 
danışıqlar aparılır və bu layihədə rus şirkətlərinin iştirakı nəzərdə tutulmurdu. 
Əlbəttə, bütün bunlar Rusiyanı heç cür razı sala bilməzdi. 1993-cü ilin 
noyabrında Rusiyada bütün postsovet məkanını özünün təsir dairəsinə aid edən yeni 
hərbi dolktrina qəbul edilmişdi. Bu sənədə görə  nəinki MDB ölkələrindəki hərbi 
bazalar çıxarılmamalı, hətta üzv dövlətlərin digər (MDB üzvü olmayan) dövlətlərlə 
sərhədləri (Azərbaycanda iranla sərhəd) rus hərbçiləri tərəfindən qorunmalı idi. 
Təbii olaraq bunun üçün əvvəlcə Azərbaycanın MDB-yə üzvlüyünü təmin etmək 
lazım idi. Üstəlik Rusiya Xəzərdəki neft resurslarının istismarı ilə bağlı məsələlərdə 
də sadəcə seyrçi mövqeyi tuta bilməzdi. Azərbaycan hökumətinin siyasəti isə 
Rusiyanın regiondakı xarici siyasət prioritetləri ilə tamamilə zidd idi və bu hadisələrin 
sonrakı inkişafında özünü göstərməli idi. Bunun məntiqi nəticəsi kimi, Azərbaycanda 
onsuz da ürəkaçan olmayan vəziyyət daha da gərginləşməyə başladı. Qarabağ 
döyüşlərində iştirak edən Surət Hüseynov öz dəstəsi ilə birlikdə Gəncəyə çəkildi və 
hakimiyyətə qarşı qiyama başladı. Bu qiyamın Moskvadan dəstək aldığı çox az 
adamda şübhə oyadırdı. Ən azı ona görə ki, S.Hüseynovun dəstəsi Azərbaycanı tərk 
etməkdə olan Rusiya hərbçilərinin (104-cü Hava Desant Diviziyası) yerləşdiyi hərbi 
bazada qərar tutmuşdu və  həmin diviziya Azərbaycanı  tərk edərkən silahlarını 
S.Hüseynova təhvil vermişdilər. S.Hüseynovun dəstəsini silahsızlaşdırmağa cəhd 
edilsə də uğursuz oldu. Nəticədə Surət Hüseynov öz dəstəsi ilə Bakı istiqamətində 
hərəkət etməyə başladı. Vəziyyətin çıxılmaz olduğunu görən Ə.Elçibəy iyunun 15-i 
həmin vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etdi və 
özü şəhəri tərk edərək Naxçıvana döndü. Heydər Əliyev Milli Məclisin sədri seçildi 
və S.Hüseynovla danışıqlara başladı. S.Hüseynovun baş nazir təyin edilməsi şərti ilə 
qiyam dayandırıldı. Bununla ölkədəki gərginlik azaldı. Oktyabrda Heydər  Əliyev 
Azərbaycan Respublikasının Prezidenti seçildi. (2.148) 


Müstəqillik dövründə Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə Qarşılıqlı münasibətləri (1991-2011)
 
91
Bu hadisələr ölkə xaricində birmənalı qarşılanmadı. DTK və Siyasi Büro keçmişinə 
görə  Qərbdə Heydər  Əliyevin Rusiyaya meyilli xarici siyasət yürüdəcəyindən və 
Azərbaycanın yenidən Rusiyanın təsir dairəsinə düşəcəyindən narahat idilər. Çoxları 
Heydər  Əliyevin hakimiyyətə  gəlməsində Rusiyanın birbaşa maraqlı olduğunu iddia 
edirdi. Amma hadisələrin sonrakı inkişafı onu göstərdi ki, 
Rusiyanın təsirini azaltmaq, müstəqillik və suverenliyin möhkəmləndirilməsi xarici 
siyasətdə prioritet istiqamət olacaqdır. Düzdür, ilk addım kimi sentyabrda MDB-yə 
üzvlük barədə  sənəd imzalandı  və parlamentdə ratifikasiya edildi. Bundan başqa, 
Azərbaycanın İranla sərhədlərində rus qoşunlarının yerləşdirilməsi barədə razılıq əldə 
edildi. Bunlara baxmayaraq, Azərbaycan heç nə itirməyəcəkdi. Çünki MDB bir təşkilat 
kimi formallıqdan başqa bir şey deyildi və ona üzv olub-olmamağın elə  də 
əhəmiyyəti yox idi. Analitiklər MDB-ni yarandığı vaxtdan nəyə xidmət etdiyi aydın 
olmayan və qarşısına qoyduğu məqsədləri yerinə yetirə bilməyən bir təşkilat kimi 
qiymətləndirirlər.  İranla sərhəddə rus qoşunlarının yerləşdirilməsi barədə razılığa 
gəldikdə isə, bu heç vaxt reallaşmayacaqdı. Çünki Heydər  Əliyev bunu Dağlıq 
Qarabağda atəşkəsə nail olana qədər təxirə salmağa Rusiyanı razı etmişdi. Atəşkəsdən 
sonra isə  məharətlə bu müqavilənin qüvvəyə minməsindən yayınmaq mümkün 
olmuşdu. Göründüyü kimi MDB və rus qoşunları barədə razılıq heç də Azərbaycanı 
Rusiyadan asılı etmirdi və əvəzində Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq 
baxımından əhəmiyyətli idi. Üstəlik, bu razılaşmadan sonra sovet hərbi depolarındakı 
silah-sursatın azad edilməsi mümkün oldu ki, bu da həmin vaxt Qarabağda döyüşlərin 
davam etdiyini nəzərə alsaq çox vacib idi. Rusiya ilə münasibətlərdəki gərginliyin 
azalması ilə 1994-cü ilin mayında məhz Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəs 
barədə Bişkek razılaşmasını imzalamaq mümkün oldu. Onu da qeyd etməklazımdır ki, 
buna qədər 1992-ci il mayın 7-də A.Mütəllibovun istefasından sonra Azərbaycan 
Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Y.Məmmədov və Ermənistan 
prezidenti L.Ter-Petrosyan İranın vasitəçiliyi ilə atəşkəs barədə Tehran Bəyannaməsi 
imzalamışdılar. Amma növbəti gün Şuşanın işğalı ilə bu sənəd öz qüvvəsini itirdi. Bu, 
əslində Ermənistan rəhbərliyinin Azərbaycanla müharibədə  vəziyyətə  nəzarət 
etməməsindən xəbər verirdi. Bu nəzarətin başqa qüvvələrin əlində olmasını və həmin 
qüvvələrin sülh danışıqlarında maraqlı olmadıqlarını göstərirdi. Bu dəfə isə bilavasitə 
Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə razılıq əldə olundu və bu razılıq əvvəlkindən 
fərqli olaraq sadəcə kağız üzərində qalmayacaqdı. Atəşkəs barədə razılıqdan sonra 
həqiqətən də Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırıldı. 
Yaranmış əlverişli şəraitdə Azərbaycanın enerji resurslarının istismarı üçün qərb 
şirkətləri ilə danışıqlara başlandı. 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan 
sarayında Azərbaycan hökuməti və xarici neft şirkətlərindən ibarət konsorsium 
tərəfindən "AzəriÇıraq-Günəşli" neft yataqlarının istismarına dair "hasilatın pay 
bölgüsü sazişi" (PSA) imzalandı. Müqavilə daşıdığı iqtisadi və siyasi əhəmiyyətinə 
görə sonradan "Əsrin müqaviləsi" adını aldı. Xarici şirkət və dövlət nümayəndələrinin 
də iştirakı ilə müqavilənin imzalanması və gələcəkdə icrası ölkənin müstəqilliyi və 
suverenliyi, o cümlədən Rusiyadan iqtisadi və siyasi asılılığı azaltmaq baxımından 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə