Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə33/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   29   30   31   32   33   34   35   36   ...   156

     
Allahverdi Əlimirzəyev
 
 
80
10. II İ-d [a]-ad-du 
11. İ-da-ad-du-na-pi-ir 
12. İ-da-ad-du-te-em-ti [24, p. 25; 36, p. 144] 
 
III  Ur  sülaləsi  dönəmində  yazılan  mətnlərdə  asılı  vəziyyətdə  olduqlarından 
Simaşkinin ilk altı çarı titulsuz, sadəcə olaraq «adam» (şumercə ) adlandırılıblar. 
Məsələn, bir sənəddə ta-a-zi-te lú An-ša-an
ki
 («Dazite Anşan adamı»), digərində İa-
ab-ra-at  LÚ SU.Kİ. «Yabrat – SU adamı» ifadələrinə rast gəlinir [36, p. 147].
7
  Şu-
Suenin stelası üzərindəki mətndən məlum olur ki, məğlub edilən Simaşki vilayət 
başçıları  əslində «kahin-hökmdar» (şumercə ENSİ) funksiyasını icra edirdilər. 
Zabşalidə İndasu, Nuşuşmarda Ti-ti, Siqrisdə Bunirmi, Arahirdə Barihiza, Lulubumda 
Vabartum və digərləri bu titulu daşıyırdılar [20, p. 311, text E 3/2. 1.4.5]. Maraqlıdır 
ki, Şu-Suenin deyilən mətnində Zabşalinin Zi-ri-in-gu adlı digər kahin-hökmdarı da 
xatırlanır [36, p. 147].
8
 Görünür, Zabşali geniş  əraziyə malik olduğundan iki dini-
siyasi lider tərəfindən idarə olunurdu. 
Suz siyahısının  ilk üç çarının Şu-Suenin hakimiyyətinin 6-8-ci illəri ilə tarixlənən 
rəsmi  sənədlərdə  xatırlanması [36, p. 147] onu  deməyə  əsas    verir  ki,  Simaşkinin 
konfederativ dövlət halında formalaşması prosesi başa çatmamışdı və vilayət başçıları 
müstəqil fəaliyyət göstərməkdə davam edirdilər. E.ə. 2027-ci ildə İbbi-Suen hökmdar 
elan  olunsa  da  Simaşkinin  hakim  sulaləsi  ilə  münasibətlərdə  Ur-Şumer  dövlətinin 
siyasi  orientasiyası  dəyişmir.  Sələfləri  kimi,  o  da  köhnə  taktikaya  sadiq  qalaraq 
diplomatik nikahla bu münasibətləri normallaşdırmağa səy göstərirdi. E.ə. 2023-cü 
ildə o qızı Tukin-hatti-miqrişanı Zabşalinin kahini İndasuya ərə verməklə onu siyasi 
mübarizədə  neytrallaşdıra  bilir [33, p. 128]. Lakin  Şərq  cəbhəsində  hadisələr  Ur 
dövlətinin xeyrinə cərəyan etmədiyindən İbbi-Suen e.ə. 2018-ci ildə Elamla sərhəddə 
yerləşən
  Huhnura,  e.ə. 2013-cü  ildə  Elamın  mühüm  siyasi-iqtisadi  mərkəzlərinə, 
Suza, Avana və Adamduna uğurlu hərbi yürüş təşkil edir.
9
 Şimal-şərq cəbhəsində Ur-
Şumer  dövlətinin  hegemonluğuna  qarşı  yeni  Elam-Simaşki  hərbi  koalisiyası 
güclənməkdə  idi.  E.ə. 2005-ci  ildə  İbbi-Suen  bu  koalisiyaya  qarşı  uğursuz  hərbi 
əməliyyatlar aparır. İki ildən sonra müttəfiq qoşunları Kindaddunun
10
 komandanlığı 
altında Ur şəhərini yerlə yeksan edir, Şumerin son hökmdarı İbbi-Suen qandallanaraq 
Anşana aparılır.  
                                                 
7
 Başqa bir mətndə: Da-a-zi lú An-ša-an
ki
 [29, с. 99]. 
8
 Suz siyahısındakı ilk üç hökmdar sinxron rəsmi sənədlərdə, müvafiq olaraq, Gu-ri-na-me, Ta-a-zi-te, 
İa-ba-ra-at kimi xatırlanırlar. Sonuncu isim o zaman Simaşkinin Lullubum vilayətini idarə edən 
“Vabartum” (Wa-ba-ar-tum; -um sonluğu akkad dilində adlıq hal şəkilçisidir) ismi ilə eyniləşdirilə 
bilər. Maraqlıdır ki, Simaşkidəonun adını daşıyan yaşayış məskəni mövcud idi [14, п. 38 ]. 
9
 Ur şəhərinin  mətnlərində Simaşkinin çarı Enbiluanın əsir alındığı bildirilir [21, №№ 210, 211, 289]. 
O, Suz siyahısındakı beşinci isimlə eyniləşdirilə bilər. 
10
 Ehtimal olunur ki, ur şəhəri adı Suz siyahısına düşməyən Hutrantemti tərəfindən dağıdılıb; ondan sonra 
qardaşı Kindaddu hakimiyyətə sahib olub [7, c. 81-82; 24, p. 29]. 


«Su adamları» və Simaşki dövlətinin Azərbaycan tarixində yeri
 
 
81
Suzdan tapılan möhür üzərindəki mətndən məlum olur ki, Ur-Şumer dövləti ilə 
müharibə ərəfəsində Kindaddu Anşan vilayətini də hakimiyyətinə tabe edə bilmişdi 
[10,  № 1679]. «Şumerin  və  Urun  dağıdılmasına  ağı»  adı  ilə  tanınan  bədii 
kompozisiyadan məlum olur ki, son Şumer dövlətinin süqutu dördlər ittifaqının – «SU 
adamlarının»,  elamlıların,  kutilərin  və  İsin  şəhərinin  canişini  İşbi-Erranın 
qoşunlarının fəaliyyəti nəticəsində baş vermişdi [34. pp. 33-39]. Lakin e.ə. 1990-cı 
ildə  qızını  elamlı  müttəfiqinin  oğluna  ərə  versə  də,  siyasi  ambisiyaları  səbəbindən 
İşbi-Erra elə həmin il koalisiyanın tərkibindən çıxaraq Simaşkiyə və Elama müharibə 
elan edir.
11
 İşbi-Erra bir mətnində Kindaddunu sadəcə «Elam adamı» adlandırsa da, 
[39, p. 197, not. 2] Simaşki çarının Suzianaya da sahib olduğu şübhə doğurmur. Puzur 
İnşuşinakın ölümündən ötən 2 əsirlik işğaldan sonra elamlılar qədim dini, ideoloji, 
siyasi, iqtisadi və mədəni mərkəzləri olan Suz şəhərini ağır döyüşlər bahasına geri 
qaytara  bilmişlər.  Elamın  və  onu  idarə  edən  Simaşki  sülaləsinin  nümayəndələrinin 
beynəlxalq miqyasda artan nüfuzu rəsmi titullarda Suz şəhərinin əks olunmasını vacib 
amilə  çevirmişdi.  Simaşkinin 3 hökmdarı – I  İdaddu, onun oğlu  Tan-Ruhurater  və 
nəvəsi II İdaddu Suzun baş kahinləri kimi tanınırdılar [10, №№ 1675, 1677, 1678]. 
Tan-Ruhurater  (e.ə. 1940?-1920?) Eşnunna  şəhər-dövlətinin  (indiki  İraqda  Təll-
Əsmər) hökmdarı Bilalamanın kürəkəni idi. Ötən əsrin 70-ci illərinin əvvəlində ABŞ 
arxeoloqlarının  Urmiya  gölünün  cənub  sahilində,  Həsənli  kəndində    apardıqları 
qazıntılar zamanı Tan-Ruhuraterə məxsus iki toppuz başlığı aşkar olunmuşdur [13, p. 
123]. Bu unikal tapıntı bir daha təsdiq edir ki, Azərbaycanın cənubu, qismən də olsa, 
Simaşki-Elam dövlətinin siyasi təsir sferasına daxil idi. 
Suz  siyahısında  Tan-Ruhuraterdən  sonra  II  Ebartinin  xatırlanması  qədim 
mirzənin səhvi hesab olunur. Əslən Anşandan olan bu şəxs hakimiyyəti çevriliş yolu 
ilə ələ keçirməklə, Elamda yeni sülalənin – «Sukkalmahlar» (şumercə «böyük səfir») 
sülaləsinin  təməlini  qoymuşdur [8, c. 63-64; 7, c. 85]. Tan-Ruhuraterdən  sonra 
Simaşkidə və Suzda hakimiyyət oğlu İdadduya keçmişdir. Suz siyahısındakı son iki 
uydurma adların ona məxsus olduğu ehtimal edilir, yəni əsil ismi İdaddu-napir-temti 
olan bu çar siyahıda üç adla – İdaddu, İdaddu-napir və İdaddu-temti, göstərilib [6, c. 
393].  Simaşki  sülaləsinin  bu  son  nümayəndəsinin  Larsa  şəhər-dövlətinin  (indiki 
İraqda Senkere) hökmdarı Qunqunum tərəfindən təxminən e.ə. 1900-cü ildə məğlub 
edildiyi güman olunur. Qunqunum iki dəfə Elama hərbi yürüş etmiş və bir müddət 
Suza nəzarət etmişdir [7, c. 84; 6, c. 394]. Simaşki sülaləsi tarixin səhnəsindən silinsə 
də,  qüdrət  simvolu  kimi  «Simaşki  hökmdarı»  titulu  üç  əsr  sonra  da  Elam 
hökmdarlarının
 rəsmi titullarında işlənməkdə davam edirdi [8, c. 75-76; 10, № 2330]. 
 
 
 
                                                 
11
 Mənbədə deyilir: mu 
d
İš-bi-İr-ra lugal-e ugnim  LÚ.SU.A. ú NİM.Kİ. bi-in-ra  “Hökmdar İşbi-Erra 
Simaşkinin və Elamın qoşunlarını məğlub edən il” [24, p. 27]. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə