Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə29/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   25   26   27   28   29   30   31   32   ...   156

Müasir dövrdə mədəni və psixoloji identiklik problemləri
 
 
69
lokal çərçivədən çıxararaq qeyri-lokal virtual məkana cəlb edir və tədricən müəyyən 
coğrafi, mədəni anlamlar daşıyan sosial strukturlar (dövlət, sivilizasiya) öz 
məzmunundan ayrılaraq formal xarakter daşımağa başlayır. 
Qloballaşma  şəraitində postmodernizmin əsas psixoloji təsir vasitəsi olan 
internetin psixoloji mənfi cəhətləri ilə yanaşı, bir çox müsbət cəhətləri də vardır. 
Dünyanı internet vasitəsi ilə qəbul edən insanın, xüsusilə gənc nəslin qarşısında yeni 
virtual dünya mənzərəsi yaranır, ictimai mühit fərdi səviyyədə tərənnüm olunur, şəxs 
universal sistemə daxil olmaqla daxili və xarici məkanlar arasında olan psixoloji 
sərhədləri aşır, onun ənənəvi işarə sistemləri barədə formalaşan təsəvvürləri dəyişir, 
hər bir irq, millət, fərd, mədəniyyət, yaş qrupu, ərazi bu məkanda öz virtual 
«reallığını» yaradır, böyük informasiya kütləsində qərq olan insan seçim problemi ilə 
üzləşir və  nəticədə bu psixoloji dəyişikliklər, cəmiyyətdə qlobal transformasiya 
proseslərinin yaranmasına şərait yaradır. 
Xarici ölkələrə  təhsil və  iş dalınca gedən emiqranlar yaşadıqları mühitdə 
akultirizasiya prosesinə  məruz qalmaqla yanaşı ailə, qohumluq institutu, yerli 
ənənələr vasitəsilə kök salan milli mədəniyyətin elementlərini diasporalar, milli 
televiziya və radio kanalları, dini məbədlər, milli məktəblər vasitəsi ilə yaşayıb 
yaşadırlar. Bu isə vahid mədəni  ərazidə müxtəlif mədəniyyətlərin, psixoloji 
sistemlərin qarşılıqlı əlaqəsinə şərait yaradır [2, s.123]. 
İctimai həyatın unifikasiyası öz əksini qərb demokratiyasının ümumbəşərilik, 
pozitivlik, müasirlik, ədalətlilik, tərəqqipərvərlik kimi universallaşan prinsiplərində 
tapır. Bunun fövqündə olan digər sosial-mədəni modellər «biz - onlar» psixoloji 
prinsipinə  əsasən gerilik, totalitarizm, ətalət və başqa bu kimi əks mənalarla 
eyniləşdirilir. Alternativ variantın olmadığını təlqin edən qloballaşma psixologiyası, 
qərb adamında, xüsusilə amerikanlarda qürur hissinin artmasına, dövlətinin 
beynəlxalq aləmdə fəaliyyətinə müsbət mənada haqq qazandırmasına şərait yaratdığı 
halda, «digərləri»nin psixikasına mənfi təsir göstərir. Sosial qloballaşma problemləri 
ilə məşğul olan adaptiv psixoloji nəzəriyyələr, fərd-jəmiyyət münasibətlərini subyekt-
obyekt münasibətləri çərçivəsində araşdıraraq, müasir durumda istehlakçı mədəniy-
yətə aid olan fərd və  cəmiyyətlərin norma yaratmaq funksiyasından məhrum 
olduqlarını müəyyənləşdirir. Öz unikallığını, ənənəvi dəyərlərini itirməkdən çəkinən 
kiçik mədəniyyət və sivilizasiyalar, öz siyasi-iqtisadi müstəqilliyini qorumağa çalışan 
milli dövlətlər üçün qloballaşma adətən təhlükə  mənbəyi sayılır. Onun təsirinə 
adekvat olan «digərləri»nin sosiopsixoloci əks təsir mexanizmi formalaşır. İqtisadi və 
mədəni assimlyasiya yolu ilə genişlənən qloballaşma prosesini təmsil edən güjlü 
ölkələr, bunu etmək iqtidarında olmayan zəif ölkələrin,  şəhər gəncləri kənddə 
olanların, hörmətli peşə sahibləri  əhəmiyyətini itirmiş peşə sahiblərinin qibtə 
obyektinə çevrilir və onlara bənzəmək meyilləri artır. Dünya nizamının mərkəz və 
perifiyası  məhz bu prinsip üzərində formalaşır. Perifiyada qalan qruplar kütləvi 
şəkildə sosiomədəni özgələşmə, lazımsızlıq, uğursuzluq kimi psixoloci problemlərlə
perifiyadan mərkəzə yaxınlaşanlar «avanqardların» onların şüurunda yaratdığı qeyri-
real, utopist, xəyali gözləmə sindromunun şoku ilə üzləşirlər. Qloballaşmanın 


     
psixol. ü.f.d. İmdad Bayramov
 
 
70
inteqrasiya və ya təjrid ilə əlaqədar qarşıya qoyduğu dilemmatik psixoloci durum, bir 
çox separatizm formaları ilə səciyyələnən sosiopsixoloji gərginliklərin yaranmasına 
və onların sürətlə genişlənməsinə şərait yaradır. 
Qloballaşma prosesinin gətirdiyi mürəkkəb və qeyri-müəyyən psixoloci iden-
tiklik problemləri, dünyada konkret psixoloji identiklik və psixoloci sabitliklə təmin 
olunan dini identikliyin aktuallaşmasına səbəb olur. Dinlərin qloballaşmaya 
münasibəti, onu dərk formaları bir-birindən ontoloci və epistomoloji baxımdan 
fərqlənir [8,s.67]. Çünki onlar müxtəlif tarixi mədəniyyətlərdə əks olunur və müvafiq 
mədəniyyətlər sonradan siyasi-iqtisadi zərurət baxımından müəyyən tarixi sosial 
birlik formalarında, sivilizasiyalarda birləşərək, tarixi prosesin tərkib hissəsinə 
çevrilirlər. Dünyanın xolistik (vəhdət) mənzərəsi, aksioloji davranış stereotipləri, 
mənəvi dəyərlər, insanı  və dünyanı barışdıran psixoterapevtik funksiyalar dini 
matrisalar üzərinə düşür. Hər bir insanın reallıq barədə təsəvvürü, müşahidə etdiyi ilə 
üst-üstə düşmür. "Ölüm qorxusunu" dəf etmək, «fanilik və əbədiyyət» ziddiyyətindən 
xilas olmaq, əbədiyyəti qazanmaqla öz varlığını qorumaq hissi, hər bir dini matrisanın 
tarixi varlığını qoruyan ən güjlü attraktordur. Buna görə də, bu seçim, yanlız ayrı-ayrı 
fərdlərin deyil, hətta böyük dövlət və sivilizasiyaların seçimi ilə müşayiət olunur 
[9,s.34]. Bu baxımdan  şərqdə formalaşan sivilizasiyalar əsasən psixoloji baxımdan 
dini təlimlərin sosial-psixoloci prinsiplərinə söykəndiyi halda, qərbdə aparıjı qüvvəyə 
çevrilən qlobal mədəniyyət isə dünyəvi prinsiplərə söykənir [10,s.56].   
Qloballaşan dünyada milli dövlətlərin varlığı sosiopsixoloji baxımdan çox 
vajibdir. Çünki qloballaşma ilə  əlaqədar dünyada baş verən mürəkkəb psixoloji 
problemlərin mənfi təsirlərindən qorunmaq hər bir dövlət üçün strateci əhəmiyyət 
daşıdığı kimi, bəşəriyyətin gələjəyi üçün də böyük önəm daşıyır. Bu qlobal problemin 
aradan qaldırılması istiqamətində bir çox beynəlxalq elmi və siyasi imkanların 
səfərbər olunmasına ehtiyaj vardır. İnsanlığın sağlam psixoloji mühitdə yaşamağa və 
ümumbəşəri dəyərlərdən öz sərbəst seçimi ilə yararlanmağa təbii hüququ vardır. 
Əslində təbii qlobal inkişaf sağlam milli təkamülə zidd olmadığı kimi, sağlam milli 
təkamül də  təbii qloballaşma prosesinə zidd deyildir. Onlar bir-birini tamamlayan 
vahid tarixi prosesin müxtəlif sosiopsixoloji tərəfləridir. 
Bu gün şüur və  şüuraltı qarşıdurmanı, modernizm və postmodenizm, yaxud 
ənənəvilik və qeyri-ənənəvilik qarşıdurmasında görürük. Şüuraltı arxetipləri şüurun 
diktəsindən xilas etməyə çalışan və  nətijədə qeyri-elmi jərəyanları elmə, qeyri-
ənənəvi dinləri ənənəvi dinlərə qarşı qoymaqla, sanki insan psixikasını modernizmin 
rasional repressiyasından xilas edib, onu yaranan yeni mühitin manipulyasiya 
mərkəzinə cəzb etməyə çalışan qloballaşma prosesi, qarşıda dayanan bütün bu struktiv 
maneələri aradan qaldırmaq üçün postmodernizmin destruktiv, əks-mərkəzçi 
psixologiyasına  əsaslanır. Bu isə nigilizm, biganəlik, iradəsizlik kimi psixoloji 
keyfiyyətlərin inkişafına, yerlərdə dağılan strukların, sistemlərin yerində arxaik 
altsistemlərin aktuallaşmasına,  şüuraltı arxetiplərin fəallaşmasına, etnoseparatizm 
meyllərinin artmasına, şamanizm, magiya astrologiya kimi arxaik inanj formalarının 
aktuallaşmasına səbəb olur. Keçmişə,  şüuraltı arxetiplərə yönələn bu kopsepsiya, 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə