Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə28/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   24   25   26   27   28   29   30   31   ...   156

Müasir dövrdə mədəni və psixoloji identiklik problemləri
 
 
67
tətbiqi ilə  səjiyyələnir. Tədqiqatçılar sosial-psixoloji tədqiqatlarının nəticəsində 
qloballaşma şəraitində mədəniyyətlərarası münasibətlərin dörd formasını- genosid – 
zidd qrupu yox etmək; assimliyasiya – hakim qrupun mədəniyyətdə yox olana qədər 
onun adət-ənənələrini, inamlarını, normalarını  tədricən, məcburən və ya könüllü 
sürətdə qəbul etmək; seqreqasiya – qrupun müstəqil inkişaf kursu; inteqrasiya – yeni 
əsaslarla vahid bir cəmiyyətdə birləşən qrupların öz mədəni identiklərini qoruyub 
saxlamaları- müəyyənləşdirmişdir [4,s.76]: 
Ənənəvi sosial-mədəni dəyərlərin aradan qalxması, kollektiv şüuraltı səviyyədə 
mövcud olan arxetiplərin fəallaşmasına  şərait yaradır. Çünki şüuraltı  səviyyədə 
mövcud olan arxaizmlər (kiçik və arxaik altsistemlər) öz varlığını yeni özünütəşkil 
formalarında davam etdirirlər. Bu yeni psixikanın formalaşması  ərəfəsində ortaya 
çıxır. Bunun müsbət və  mənfi tərəfləri mövcuddur. L.Q.Yunq yazır: «Adətən, 
kollektiv  şüuraltı böyük sosial qruplarda təsadüf olunanda, inqilab, müharibə  və s. 
gətirib çıxaran kütləvi dəlilik, mental epidemiya ilə nəticələnir. Bu kimi hərəkatlar 
çox yoluxucudur. Kollektiv şüuraltı fəallaşanda insan özündən çıxır və ona yoluxur. 
O, sadəcə bu hərəkata qoşulmur, o hərəkatın özünə çevrilir»...«nəhayət, biz 
ümumiyyətlə dərkedilməz nüvəyə, arxetip şüur sahəsinə yaxınlaşırıq. Onun mümkün 
məzmunu yalnız tarixi paralellər ilə müqayisə şəraitində dərk edilməsi mümkün olan 
obrazlar şəklində ortaya çıxır» [5,s.38]. 
Müasir dövrdə psixoloji olaraq mədəni identiklik problemi yaradan qloballaşma 
prosesi, yeni məlumatlara, qeyri-adi şeylərə daha çox açıq olan, internetə, yeni bədii 
canrlara daha həssas adaptasiya olan dünya gəncləri arasında geniş yayılır. Xüsusilə, 
böyük  şəhərlərdə yaşayan gənclər «qlobal nəsil» psixikasının  ən bariz 
nümayəndələridirlər. Onlar arasında identiklik məsələləri ilə əlaqədar fərqli adaptiv 
psixoloji xüsusiyyətlər meydana çıxır. Onlar mənsub olduqları yerli mədəniyyətin 
ənənəvi xarakterindən asılı olmayaraq, bu və ya digər səviyyədə yeni postmodernist 
düşüncəyə adaptasiya olurlar. Çünki ənənəvi həyat tərzinin müasir tələblərlə 
uyğunlaşmaması, yeni düşüncənin varlığını zəruri edir. Bir tərəfdən əsrlərlə davam 
edən ənənəvi mədəni irs, digər tərəfdən onları inkar edən yeni dəyərlər sistemi, onları 
böyük bir seçim qarşısında qoyur. Lakin informasiya bolluğu, mütəmadi olaraq 
dəyişikliyə məruz qalan psixoloji dinamikanın qeyri-mütənasibliyi belə bir seçimin 
edilməsini çətinləşdirir. Unifikasiya prosesi alternativ seçimlərin edilməsinə  şərait 
yaratmadığına görə, mövcud duruma adaptasiya olunmaqdan başqa çıxış yolu qalmır. 
Buna görə də, gənclər özünütəsdiq yolunu qlobal dəyərlərə yiyələnməkdə görürlər. 
Bu özünü, yaşadıqları  və  mənsub olduqları  mədəniyyətin xarakterindən asılı 
olmayaraq, onların Qərb dəyərlərinə meyilli olmasında, geyimlərində, davranış 
normalarında, zövqlərində, fəaliyyət növlərində biruzə verir. Məsələn? öz pat-
riarxallığı və ənənəviliyi ilə seçilən ərəb ölkələrində imkanlı ailələrdən olan gənclər 
Avropa ölkələrində  təhsil alır və  Qərb həyat tərzini öz yaşadıqları  mədəniyyətə 
gətirirlər. Onların milli geyimləri  ənənəviliyin nümunəsi olsada, onların gündəlik 
həyat tərzi qlobal həyat tərzinin nümunəsidir. Ümumiyyətlə, bütün ənənəvi  Şərq 
ölkələrinin gənclərində qlobal Qərb dəyərlərinə olan meyillilik artır və buradan da 


     
psixol. ü.f.d. İmdad Bayramov
 
 
68
yaşlı nəsil ilə onlar arasında sosial-mədəni problemlər yaranır. Bu problemlər əsasən 
bir çox gənclərin  ənənəvi dəyərlərə olan laqeydliyi və ya itaətsizliyi ilə bağlıdır. 
Məsələn, ənənəvi Şərq cəmiyyətləri üçün qeyri-normal hesab olunan adət-ənənələrə 
hörmətsizlik, oğlan uşağına olan ənənəvi diqqətin azalması, nigaha qədər hamiləlik, 
əsasən şəhərdə həddi-buluğa çatmamışlar arasında artan aqressiv cinayət hadisələri, 
ailədə ata-anaya olan ənənəvi hörmət və qayğının azalması  və başqa bu kimi sosial-
mədəni dəyişiklikləri misal göstərmək olar. Gəncləri fərdilikçilikdə, maddəçilikdə, 
eqoizmdə, hedonizmdə təqsirləndirən yaşlı nəsil, bu problemlərin mənşəyini əsasən 
qərbin informasiya vasitələrinin genişlənməsi ilə əlaqələndirirlər [6,s.45]. 
Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə  işlər 
görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən 
bu istiqamətdə  təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki 
tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail 
olunmalıdır. Qanunverciliyin ifrat dərəcədə beynəlmiləlləşdirilməsinə  də son 
qoyulmalı, qanunvericilik aktlarında xüsusən ailə-nikah münasibətləri sferasında milli 
xüsusiyyətlər nəzərə alınmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə 
daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar hamısı 
dövlətin bilavasitə  nəzarəti altında məqsədyönlü  şəkildə aparılmalıdır. qloballaşma 
dünyada cərəyan edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə  gəldikdə isə, bu 
proses dünya miqyasında inteqrasiya anlayışından daha çox dünyanın bir qütbünün öz 
xüsusiyyətlərini, dəyərlərini digərlərinə qəbul etdirmək xarakteri daşıyır.Bu isə istər-
istəməz ünvanlandığı  təbəqəyə, xüsusən gənclərə öz mənfi təsirini göstərir. Qeyd 
etdiyimiz kimi, artıq uzun illərdir kənardan gənclərin milli-mənəvi dəyərlərdən 
uzaqlaşdırılması, istiqamətində məqsədyönlü iş görülür. Qloballaşma və beynəlxalq 
inteqrasiya zəminində  kənar qüvvələr tərəfindən milli və  mənəvi dəyərlərin 
aşındırılması, gənclərin öz dəyərlərinə qarşı qoyulması, daha çox deformasiyaya 
uğraması ilə seçilən Qərb dəyərlərinə meyil etdirmək, bütün bunların nəticəsi kimi, 
öz dövlətinə  və  cəmiyyətinə qarşı  bəzi hallarda düşmən münasibətə keçən ifrat 
kosmopolitizm toxumlarının səpilməsi müşahidə edilməkdədir. Xarici qüvvələrin 
maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, 
intellektual gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə informasiya 
texnologiyalarından olduqca səmərəli  şəkildə istifadə edilir. vvəlki sualınıza 
cavabımda qeyd etdiyim işlər görülərsə, bu prosesin qarşısını almaq mümkün olacaq, 
əks halda gələcəyin üçün böyük təhlükə potensialı mövcuddur. 
Qloballaşma mühiti özünü daha çox internet şəbəkələrinin yaratdığı virtual 
dünyada nümayiş etdirir. Bu baxımdan internet hal-hazırda bilik və hakimiyyət 
arasında müxtəlif qarşılıqlı əlaqələr mərkəzinə çevrilir və qloballaşma ilə bağlı bütün 
sahələrdə unifikasiya prosesinin daha da intensivləşməsinə şərait yaradır [6, s.101]. 
Mişel Fuko kompyuterləşmə dövründə bilik məsələsinin hakimiyyət uğrunda 
mübarizədə ümdə  məsələ olduğu ortaya qoyur. Buna görə internet bir çox milli 
dövlətlərin hakimiyyət dairələri üçün təhlükə  mənbəyinə çevrilir [7,s.48]. Çünki 
internet vasitəsi ilə cərəyan edən müasir qlobal proseslər sosial-mədəni strukturları 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə