Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə41/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   37   38   39   40   41   42   43   44   ...   156

Utopik cəmiyyətdə qadının mövqeyi
 
 
101 
 
 
UTOPİK CƏMİYYƏTDƏ QADININ MÖVQEYİ 
 
Qarayeva Günel Əliniyaz qızı 
ADU-nun Sosial elmlər kafedrasının müəlliməsi,  
BDU-nun Fəlsəfə tarixi və Mədəniyyətşünaslıq  
          kafedrasının dissertantı 
 
 
Açar sözlər: qadın, gender, feminizm, sosial utopiya, ədalətli cəmiyyət 
Ключевые  слова:  женщина,  гендер,  феминизм,  социальная  утопия,         
справедливое общество 
Keywords: woman, gender, feminism, social utopia, just society 
 
Müasir sivilizasiyanın önəmli dəyərlərinin və  gələcək inkişafının yollarının 
müəyyən edilməsi prosesində  utopik düşüncə vacib ünsür sayılır. Zamanın axarında 
bir çox insanların dünyanı daha da yaxşılaşdırmaq, insanı isə harmonik tama, 
mükəmməl varlığa çevirmək arzusu olmuşdur. Bu istək bir çox filosofların utopik 
məzmunlu əsərlərində təzahürünü tapmışdır. Hər bir utopiyanın yazılmasının məqsədi 
onun yaradıcısı üçün ideal görünən həyatın təsvir olunmasıdır; belə cəmiyyətdə ədalət 
və  bərabərlik hökm sürür; insanlar özlərini azad və xoşbəxt hiss edir. Utopistlər 
insanların gündəlik həyatına əhəmiyyətli şəkildə təsir edən ictimai problemlərə diqqət 
yetirir. Bu tip problemlərdən biri olan qadının cəmiyyətdəki rolu barədə müxtəlif 
düşüncələr dində, həmçinin fəlsəfi təfəkkürdə əksini tapıb.Orta əsrlərdə xristian dini 
tərəfindən “ümumiyyətlə qadının ruhu varmı?” sualı mənfi cavablandırılmışdır. Əbu 
Turxanın maraqlı bir fikri var: “Dünyada üç fəlakət var: yanğın, fırtına, bir də qadını 
fəlakətə çevirən sosial mühit” [1, 175]. Məhz bu ictimai rəyə qarşı çıxan utopiyanın 
növlərindən biri də feminist utopiyalarıdır.  Bu növün təmsilçilərinin  əsərlərində 
cinsindən asılı olmayaraq, hüquqi bərabərlik və ya qadınların bütün sahələrdə 
üstünlüyünü müşahidə edirik.  
20-ci  əsrin 60-cı illərindən etibarən
 
Qərb ölkələrinin sosial elmlərində 
(antropologiya, psixologiya, fəlsəfə  və s.) işlədilən “gender” anlayışı qadın 
probleminin,  ələlxüsus, cəmiyyətdə qadın və kişi münasibətlərinin adekvat təhlili 
üçün bioloji amillərin kifayət olması fikri geniş vüsət alır. 20-ci əsrin 70-ci illərindən 
qərb  ədəbiyyatında,  əsas da ingilis dilli ədəbiyyatda, sonralar müxtəlif ölkələrdə
hazırda Azərbaycanda gender anlayışı haqqında müəyyən tədqiqat cəhdləri və 
mülahizələri ilə rastlaşırıq. Müasir dövrdə “gender münasibətləri” dedikdə şərti olaraq 
cinslərin ancaq sosial – mədəni sahədəki qarşılıqlı münasibətləri nəzərdə tutulur. 
İlk olaraq qadınlara cəmiyyətin bərabər hüquqlu üzvü kimi yanaşan antik yunan 
mütəfəkkiri Platonun baxışlarına nəzər salaq. Platonun “Dövlət”  əsərində  əsas 
qəhrəman Sokrat qadınların ideal cəmiyyətdə yeri haqqında mühakimə yürüdür. 


    
 Qarayeva Günel Əliniyaz qızı
 
 
102 
Qadın da kişi kimi idarətmə sisteminin vacib elementi sayılır. Platonun fikrincə, 
dövlətdə hər şey dövlətə məxsus olmalıdır, qadınlar və uşaqlar da. Hər şey ümumi 
olmalıdır. Xüsusi mülkiyyət olmamalıdır, məqsəd maksimal vahidliyə, bütövlüyə 
çatmaqdır. Qadınlar belə  cəmiyyətdə  uşaqları böyütməklə  məşğul deyillər, çünki 
onlar bütün qəbləri ilə dövlətə xidmət etməlidirlər.  Əks halda, analıq hissi vətən 
qarşısında borc hissini üstələyər və qadın sadiq dövlət keşikçisi ola bilməz. 
Övladlarına məhəbbət vahid və güclü dövlət üçün maneədir. Hər kəsin bacarıqlı 
olduğu sahədə çalışdığı  ədalətli cəmiyyətdə Platon qərara gəlir ki, qadının təbiəti 
kişininkindən fərqlənmir. Qadını elə tərbiyə etmək lazımdır ki, kişi ilə çiyin çiyinə 
dura bilsin. Hər şəxsin qabiliyyətləri fərqlidir, ona görə də hər kəs ona təbiətən bəxş 
edilən işlə  məşğul olmalıdır.  İdeal cəmiyyətdə  həm qadın, həm kişi dövlətinin 
keşiyində durmalıdır, çünki onların eyni işlə məşğul olmasına  maneə yoxdur. Platon 
qadınların kişilərlə bərabər döyüşməyə qadir olmaması haqqında ümumi rəyi şübhə 
altına alır. Bütün iş tərbiyənin öhdəsindədir. Əgər qadınları da kişilərin tərbiyəsinə 
məxsus üsulla tərbiyə etsək, onda qadınlar da dövləti müdafiə edəcəklər [5, 1521]. 
Sadəcə Platon qeyd edirdi ki, qadının fiziki imkanları daha məhduddur, lakin qadın 
öz təbii döyüş bacarıqlarını artıra bilər. Qadınların bu şəkildə tərbiyəsi ideal dövlət 
üçün daha münasibdir. Qadın və kişilər eyni işlə  məşğul olur, tamı, bütövü ifadə 
edirlər. Onlar özləri üçün deyil, dövləti qorumaq  və nəsil artırmaq üçün yaşayırlar. 
Qadın təkcə ana olmaq, ev işləri ilə  məşğul olmaq üçün yaranmayıb. Güclü sinfin 
nümayəndələri hesab olunan kişilərdən fiziki baxımdan zəif olsa da, lakin bu onun 
kişilərlə  bərabər vətənin keşiyində durmasına  əngəl deyildir. Hislərinə azadlıq 
verməyən güclü qadınlar dövlətin layiqli vətəndaşları ola bilərlər. Ancaq Platonun 
döyüşçü qadın obrazı reallaşmadı. Reallıqda bütün qadınlar kişilərə tabe idi və bu 
bütün cəmiyyət üçün normal hal hesab olunurdu. Qadınları uşaqlıqdan ana olmağa 
hazırlayır, kişiləri isə  əsgər kimi yetişdirirdilər. Belə halda qadınların bədbəxt 
olduğunu söyləmək düzgün deyil. O, ana və həyat yoldaşı rolunu sevinclə ifa edirdi. 
Daim kişi cinsinin nümayəndələrinə tabe olsa da, cəmiyyətin əhəmiyyətli elementi 
olaraq qalırdı. Baxmayaraq ki, qadınların hüquqları çoxalıb, onlar yenə kişilərlə 
bərabər hüquqlu deyillər. Ənənəvi düşüncə həyatımızda daha önəmli yer alır. Hər iki 
cinsin nümayəndələrinin hüquqlarının eyniləşdirilməsi istiqamətində hərəkət etsək də, 
bunun hansı  nəticələrə  gətirəcəyini müəyyənləşdirmək çətindir. Ancaq tamamilə 
aydındır ki, Platonun ideyaları hələ də reallaşmayıb, çünki adət - ənənələri və ictimai 
dəyərləri bir anda yox etmək mümkün deyil [5, 1525-1527]. 
Qadınlar tərəfindən yaradılan utopiyaların  əsas mövzusu onların arzularının 
reallaşması istəyidir. Bu anlamda “abstrakt” və “konkret” utopiyalar fərqləndirilir. 
Abstrakt utopiyaların funksiyası arzuların  gerçəkləşməsindədir, onlar heç bir praktiki 
sosial dəyişiklik proqramını ehtiva etmirlər. Gündəlik  normalar və mövcud sosial – 
mədəni təcrübə arzuların həyata keçmə imkanlarının sonsuz olduğu məkanda reallaşır 
[6, 27]. 
“Konkret” və ya tənqidi utopiyalar sosial – təcrübi məqsədlidir. Potensial olaraq  
reallaşması mümkün olan cəmiyyəti təsvir edərkən sosial xəstəliklərin təbiətini açıb, 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə